Month: August 2024

  • Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurub

    Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

    Median.Az xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib.

    Losonçun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Azyaşlı oğlunu sosial şəbəkədə satmaq istəyən ananın GÖRÜNTÜLƏRİ

    Sosial şəbəkədə övladını satışa çıxaran ana Nəzrin Qurbanova Baku TV-yə danışıb.

    O, elanı imkansızlıq ucbatından verdiyini söyləyib:

    “Kirayədə qalıram. Ailədə problem olduğu üçün övladımı sosial şəbəkədə paylaşdım. Onsuz da uşağımı satmayacaqdım. Heç bir valideyn övladını satmaz”.

    Uşağını satmaq istəyən ananın sözlərinə görə, onu oğlunun yanına buraxmırlar:

    “Uşağımı istəyirəm, başqa heç nə istəmirəm. Doğma atası qoyub gedib, heç olmasa mən baxım”.

    Ətraflı süjetdə:

  • Sabah Astaranın 3 yaşayış məntəqəsində qaz olmayacaq

    Sabah saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

    Median.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

  • Bakı Oksford Məktəbi sahibindən alındı – 25 milyon manata satışa çıxarıldı

    Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi müsadirə edilib, binası isə satışa çıxarılıb.

    Banker.az xəbər verir ki, binanın ilkin satış qiyməti 24.7 milyon manatdır.

    Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixdə hərrac keçiriləcək.

    Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

    Sıra sayı Əmlakın adı Əmlakın yerləşdiyi ünvan Ölçü vahidi Miqdarı Əmlakın start qiyməti (manatla) 10% beh (manatla)
    Səbail rayonu
    1 Qeyri-yaşayış binası Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 kv.m 18972.2 24703000 2470300

  • Президент Ильхам Алиев направил письмо с соболезнованиями родным Исмаила Вердиева

    Президент Азербайджанской Республики Ильхам Алиев направил письмо с соболезнованиями родным и близким председателя Координационного центра мусульман Северного Кавказа, муфтия Карачаево-Черкесской Республики Исмаила Вердиева.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “С глубоким прискорбием воспринял печальное известие о кончине Исмаила Алиевича Бердиева – председателя Координационного центра мусульман Северного Кавказа, муфтия Карачаево-Черкесской Республики.

    Исмаил-хаджи был большим другом Азербайджана. Он внес весомый вклад в развитие дружественных и добрососедских отношений между Азербайджаном и Россией. За многолетнюю плодотворную деятельность в сфере укрепления дружественных связей между народами Азербайджана и России он был награжден государственным орденом Азербайджанской Республики “Достлуг”.

    Обширная духовная деятельность Исмаила-хаджи, посвященная продвижению веротерпимости и толерантности, углублению межрелигиозного и межцивилизационного диалога, снискала ему глубокое уважение не только в своей стране, но и за ее пределами.

    Всегда с большой теплотой вспоминаю встречи и беседы с Исмаилом-хаджи, особенно нашу последнюю встречу, состоявшуюся в мае этого года в Баку. Светлая память об Исмаиле Алиевиче навсегда останется в наших сердцах.

    Выражаю искренние соболезнования и разделяю Вашу боль в связи с этой тяжелой утратой, скорблю вместе с Вами.

    Аллах рахмет элесин!”

  • Prezident İlham Əliyev İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına başsağlığı verib.

    AZƏRTAC xəbər verir ki, başsağlığında deyilir:

    “Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Əliyeviç Berdiyevin vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladım.

    Hacı İsmayıl Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına sanballı töhfə verib. Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində çoxillik məhsuldar fəaliyyətinə görə o, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

    Hacı İsmayılın dini dözümlülük və tolerantlıq, dinlərarası və sivilizasiyalararası dialoqun dərinləşdirilməsinin inkişafı istiqamətində geniş dini fəaliyyəti ona təkcə öz ölkəsində deyil, onun hüdudlarından kənarda da dərin hörmət qazandırıb.

    Hacı İsmayıl ilə görüşləri və söhbətləri, xüsusən bu ilin mayında Bakıdakı sonuncu görüşü həmişə böyük səmimiyyətlə xatırlayıram. İsmayıl Əliyeviçin nurlu xatirəsi qəlblərimizdə daim yaşayacaq.

    Sizə səmimi-qəlbdən başsağlığı verir və bu ağır itki ilə əlaqədar ağrı-acınızı bölüşür, sizinlə birlikdə kədərlənirəm.

    Allah rəhmət eləsin!”

  • Gömrük komitəsində əməliyyat – 1.8 milyon manatdan artıq məbləğ mənimsənilib

    Qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birgə istintaq qrupu yaradılmaqla ibtidai istintaq davam etdirilir.

    Bununla bağlı Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

    İstintaqla Azərbaycan Respublikası vətəndaşları – “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, Şahin Soltanov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İran İslam Respublikasından gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Eyni zamanda, qeyd edilən qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələrinə, bununla da 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

    Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirov 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), Vasif Abıyev və Elçin Şabanov 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi, Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

    Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barəsində məhkəmə qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilmiş, Şener Bilgi barəsində axtarış elan edilmişdir.

    Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Paris-2024: Azərbaycan taekvondoçusu finala yüksəlib

    Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

    58 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

    Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb – 9:4, 11:1.

    Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kiloqram) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

  • Üç nəfərin ölümünə səbəb olan sürücüyə yüngül cəza verildi

    Bu ilin 19 mart tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda baş vermiş ağır qəza ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, 3 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən hadisəyə görə “Hyundai Santa FE” markalı avtomobilin sürücüsü 1972-ci il təvəllüdlü Qüdrət Mahmudov təqsirləndirilib.

    Naxçıvan Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması – 2 və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

    Məhkəmədə bildirilib ki, qohumları ilə birgə Naxçıvan şəhərindən Şahbuza qəbir ziyarətinə gedən Qüdrət avtomobili təyin edilmiş həddən sürətli şəkildə idarə edib. Yağışlı hava şəraitində saatda 110 kilometr sürətlə hərəkət edən maşın qarşıdan gələn “Vaz 2121” (Niva) markalı avtomobillə toqquşub. Nəticədə həmin avtomobildə olan Zərifə Əliyeva və həyat yoldaşı Mütəllim Əliyev, eləcə də sürücü Məhəmməd Əhmədov aldıqları xəsarətdən həlak olublar. M.Əhmədovun oğlu və “Hyundai Santa FE”də olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

    Məhkəmə prosesində vəfat edən şəxslərin ailə üzvləri qəzaya səbəb olan sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.

    Məhkəmənin 5 avqust tarixli hökmü ilə Q.Mahmudova 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilən şəxs barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib. Bu cəzanın bitməsindən sonra onun sürücülük hüququnun 3 il məhdudlaşdırılması da hökmdə qeyd edilib.

  • Alındakı qırışlar erkən ölüm riskindən xəbər verə bilər – Bu xəstəliyin əlamətidir

    Tədqiqatlar göstərir ki, uzunömürlülük çoxlu sayda amillərlə əlaqələndirilir.

    Elm adamları alın qırışlarının ürək xəstəliyi riskindən xəbər verə bilər.

    Bunu yoxlamaq məqsədilə alimlər 32 yaşdan 64 yaşa qədər 3200 sağlam yetkin şəxsə 20 il nəzarət ediblər.

    Tədqiqatın nəticələri göstərib ki, alnında daha çox qırış olan insanların ömrü ümumiyyətlə qırışları olmayanlara nisbətən daha azdır. Qırışları olmayan iştirakçılarla müqayisədə az qırışları olanların ürək xəstəliyindən ölmə riski bir qədər artmışdır.

    Erkən ölüm riski də qırışları olmayanlara nisbətən orta və ya çox sayda alın qırışları olan insanlarda təxminən 10 dəfə yüksək idi.

    Mütəxəssislərin sözlərinə görə, alın qırışları aterosklerozdan xəbər verə bilər.