Month: August 2024

  • Yoşua Kimmix PSJ-yə keçməkdən imtina edib

    Yoşua Kimmix “Bavariya”dan ayrılmaq niyyətində deyil.

    29 yaşlı futbolçu PSJ-yə keçməkdən imtina edib.

    Münhen klubu yarımmüdafiəçini satmaq istəyib. Lakin almaniyalı bununla razılaşmayıb.

    2015-ci ildən “Bavariya”da çıxış edən Kimmix 390 oyunda 42 qol vurub və 104 məhsuldar ötürmə edib.

  • Рафаэль Гусейнов награжден орденом “Шараф”

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении Рафаэля Баба оглу Гусейнова орденом “Шараф”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, Р.Гусейнов удостоен этой награды за большие заслуги в развитии литературоведческой науки в Азербайджане и многолетнюю плодотворную общественно-политическую деятельность.

  • Rafael Hüseynov “Şərəf” ordeni ilə təltif edilib

    Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

  • Стало известно, где будет функционировать Турецко-Азербайджанский университет

    Турецко-Азербайджанский университет, который начнет работу в Баку с нового учебного года, будет функционировать в здании Бакинской Высшей школы нефти (БВШН).

    Как сообщает Report, в вузе уже проводятся мероприятия по приему студентов. Согласно информации, в этом году в университет планируется принять 90 студентов.

    Напомним, Турецко-Азербайджанский университет (ТАУ) объявил набор студентов. Абитуриенты смогут выбрать специальности компьютерной инженерии, промышленного инжиниринга и пищевой инженерии, приняв участие в отборе специальностей с 9 по 19 августа.

    В учебном процессе в ТАУ задействованы Ближневосточный технический университет (ODTÜ), Стамбульский технический университет и Университет Хаджеттепе, а также Азербайджанский технический университет.

  • Türkiyə-Azərbaycan Universitetinin yeri müəyyənləşib

    Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin binasının yeri məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, universitet Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.

    Artıq tələbə qəbulu ilə bağlı universitetdə tədbirlər həyata keçirilir. Məlumata görə, bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub.

    Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

    TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.

  • Küçədə tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş

    Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.

    Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.

  • Beynəlxalq axtarışda olan daha bir şəxsin Azərbaycana ekstradisiyası təmin edilib

    Beynəlxalq axtarışda olan daha bir şəxsin Azərbaycana ekstradisiyası təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

    Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Rəşad Ərşad oğlu Əmirovun ekstradisiyası haqqında qərar qəbul olunub:

    “Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Rəşad Əmirovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

    Rəşad Əmirov Gürcüstanın ərazisində saxlanılaraq 06.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib”, – deyə məlumatda qeyd edilib.

  • Новые подробности в связи с подростком, которого переехал катер

    Вчера в Мингячевирском водохранилище 16-летний Насиб Кязымлы получил тяжелые травмы в результате несчастного случая, сообщает Qafqazinfo.

    Стало известно, что трагедия случилась из-за несоблюдения подростком правил безопасности. Н.Кязымлы переплыл через защитную дамбу водохранилища и заплыл за буй.

    Увидев приближающийся катер, он попытался нырнуть под воду, чтобы увернуться, но получил серьезную травму головы. Гражданин, управлявший катером, в последний момент заметил, что под судном находится человек, остановил плавсредство, оказал пострадавшему помощь и доставил его на берег.

    В Центральной городской больнице сообщили, что 16-летний юноша был госпитализирован в тяжелом состоянии. Насиб получил травмы головы, но угрозы его жизни нет.

    Отметим, Н.Кязымлы поступил в больницу с оскольчатым переломом лобной кости, субарахноидальным кровоизлиянием, переломом костей носа, резано-рваной раной лобно-теменной области и резаной раной средней трети левого бедра. Он был помещен в реанимацию.

  • Yeniyetmənin katerin altında qalması ilə bağlı YENİ DETALLAR

    Dünən Mingəçevir su anbarında 16 yaşlı Nəsib Kazımlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisənin yeniyetmənin təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, N.Kazımlı təhlükəsizlik səddini keçib və su anbarındakı şardan öndə üzüb. Bu zaman yaxınlaşan kateri görən yeniyetmə suyun altına dalaraq xəsarət almaqdan yayınmaq istəsə də, başından ağır zədə alıb. Son anda katerin altında adam qaldığını görən şəxs nəqliyyat vasitəsini saxlayaraq ona kömək edib və sahilə çıxarıb.

    Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, 16 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya qəbul edilib. Baş nahiyəsindən xəsarətlər alan Nəsibin həyatına təhlükənin olmadığı qeyd edilib.

    Qeyd edək ki, N.Kazımlı xəstəxanaya alın sümüyünün qəlpəli sınığı, subaraxnoidal qanaxma, burun sümüyünün sınığı, alın-təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, sol bud nahiyəsinin orta hissəsinin kəsilmiş yarası diaqnozları ilə daxil olub və reanimasiyaya yerləşdirilib.

  • Yol hərəkət nişanlarının görünməsinə mane olan ağaclar budanıb

    Paytaxtımız Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində şəhərin park və istirahət bağları, küçə və yol kənarlarında mövcud ağaclara gündəlik qulluq göstərilir, mütəmadi olaraq ağacların qurumuş, təhlükə yaradan budaqları budanır, sınmış və qurumuş ağacların yerinə yeniləri əkilir, gündəlik suvarılma işləri həyata keçirilir.

    Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi məlumat yayıb.

    Yaz-yay aylarında küçə və yol kənarlarındakı ağaclarda böyük inkişaf vardır. Ağacların inkişaf dövründə ağacların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının qarşısını örtür, bu da öz növbəsində sürücülər və piyadalar üçün müəyyən çətinliklər yaradır.

    Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır.

    Onu da nəzərə almaq lazımdır ki, bu, daimi prossesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən bu kimi hallar qaçılmazdır. Buna görə də Yaşıllaşdırma Təsərüffat Birliyi aidiyyəti qurum və ictimai nəqliyyatın balans daşıyıcılarına müraciət edərək paytaxtın müxtəlif ərazilərində müvafiq hallarla rastlaşdıqda birliyə müraciət etmələrini xahiş edir.