Month: August 2024

  • Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə anlaşıb

    Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirməyə çox yaxındır.

    Bu barədə yerli jurnalist Reşat Can Özbudak şəxsi “X” hesabında paylaşım edib.

    O, 1-ci Liqada çıxış edən “Ankaragücü”nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrə olduğunu yazıb. Bundan əlavə, tərəflərin anlaşdığı da diqqətə çatdırılıb.

    Qeyd edək ki, müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə “Hatayspor”un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.
    //report

  • В Сальяне выросла численность населения

    В Сальяне выросла численность населения.

    За шесть месяцев текущего года численность населения района увеличилась на 0,2 процента и достигла 139,9 тыс. человек.

    Плотность населения составила 87 человек на квадратный километр.

    Ранее сообщалось, что в Сальяне снизился показатель рождаемости.

  • Salyanda əhalinin sayı artıb

    Salyanda əvvəlki illə müqayisədə əhalinin sayı artıb.

    Bu ilin 6 ayında rayonda əhalinin sayı 0,2 faiz artaraq 139,9 min nəfərə çatıb.

    Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

    Qeyd edək ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 87,0 nəfər olub.

  • В Мексике неизвестные убили журналиста, находившегося под охраной полиции

    Мексиканский журналист Алехандро Мартинес Ногес был застрелен неизвестными в штате Гуанахуато, двое охранявших его полицейских были ранены.

    Об этом сообщает издание El Universal со ссылкой на министерство общественной безопасности штата.

    Нападение произошло на участке федеральной трассы 45 между городами Вильягран – Селая. Неизвестные с длинноствольным оружием открыли огонь по автомобилю, в котором ехал журналист и двое полицейских, прикрепленные для его защиты. El Universal сообщил, что Мартинес возвращался с журналистского задания. Он освещал произошедшее в том районе крупное ДТП.

    “К сожалению, в результате этого нападения репортер Алехандро “Н” умер во время оказания медицинской помощи в больнице, куда его доставили два его телохранителя, которые также получили ранения”, – приводит издание заявление министерства штата.

    В прокуратуре Гуанахуато сообщили, что для выяснения обстоятельств происшествия, поиска и ареста виновных была сформирована судебно-оперативная группа.

  • Meksikada polislərin mühafizə etdiyi jurnalist qətlə yetirilib

    Meksikalı jurnalist Alexandro Martinez Noqes Quanaxuato ştatında naməlum şəxslər tərəfindən güllələnib, onu mühafizə edən iki polis əməkdaşı yaralanıb.

    Bu barədə “El Universal” ştatın İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

    Hücum 45 saylı federal magistralın Villaqran – Selaya şəhərləri arasında olan hissəsində baş verib. Naməlum şəxslər uzun lüləli silahlarla jurnalistin və onu qorumaq üçün təyin olunmuş iki polis əməkdaşının getdiyi avtomobilə atəş açıb.

    “El Universal” xəbər verir ki, Martinez həmin ərazidə baş vermiş böyük qəzanı işıqlandırırmış. Güllə yarası alan Alexandro Martinez Noqes xəstəxanaya çetdırılıb. O, tibbi yardım alarkən dünyasını dəyişib.

  • Nikkei indeksi ticarətin açılışında çöküb

    Asiyanın ən böyük Tokio Birjasının kotirovkaları ticarətin açılışında çöküb.

    Ticarətin açılışından sonra ilk yarım saat ərzində Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərindəki dalğalanmaları əks etdirən əsas Nikkei indeksi 5,65% azalaraq 33 882,33 bənd təşkil edib.

    Yerli müşahidəçilərin fikrincə, investorların davranışına ABŞ əmək bazarı ilə bağlı mənfi məlumatlar təsir edib. Eniş keçən həftənin cümə günü kotirovkaların çökməsindən sonra davam edir. Nikkei iyul ayı üzrə zəif ABŞ sənaye statistikası fonunda 5.8% düşüb.

    İnvestorlar qorxurlar ki, bu cür məlumatlar Amerika iqtisadiyyatında yavaşlamanın sübutudur. Kotirovkaların azalmasının digər amili milli valyutanın möhkəmlənməsidir ki, bu da iri ixracatçılar üçün əlverişsizdir. Bazar ertəsi məzənnə 1 dollar üçün təxminən 145,5 yen təşkil edir ki, bu da yanvarın ortalarından bəri ən aşağı səviyyədir.

    Avqustun 2-də dərc edilən məlumatlara görə, Amerika iqtisadiyyatı iyul ayında cəmi 114 min iş yeri vəd verib. Nəticədə işsizlik səviyyəsi 4,3%-ə yüksəlib.

  • Bakıda hosteldə biabırçı görüntülər – FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 3 ünvanında fəaliyyət göstərən “Centrum” hostelində monitorinq keçirib.

    Agentlikdən verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

    Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsinin antisanitar şəraitdə saxlanıldığı və mütəmadi təmizlik işlərinin aparılmadığı, avadanlıqların korroziyaya uğradığı, səthlərin (qida məhsulları ilə təmasda olan səthlər də daxil olmaqla) asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi müəyyən olunub.

    Həmçinin, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin soyunma və geyinməsi üçün müvafiq dolabın təşkil edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

    Eyni zamanda, mətbəx sahəsində çalışan işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiq edən sağlamlıq arayışları yoxlamaya təqdim edilməyib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görülərək müəssisənin mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.



  • Ərdoğan “Instagram”a girişin bağlanması haqda: Türkiyə rəqəmsal faşizmlə qarşı-qarşıyadır

    Türkiyə rəqəmsal faşizmlə qarşı-qarşıyadır.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) baş qərargahında keçirilən İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.

    O bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin sosial şəbəkə platformalarında fotolarının yayılmasının, onun haqqında yazılan yazıların dərc edilməsinin məhdudlaşdırılması düzgün deyil: “Bu, azadlıq deyil, demokratiya deyil”.

    R.T.Ərdoğan qeyd edib ki, bu, ilk belə hal deyil.

    Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.

    Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara “Instaqram”ın qadağa qoyması göstərilir.
    //report

  • Xəzərdə gəmi turu niyə bərpa olunmur? – Rəsmi açıqlama

    Xəzər dənizinin səviyyəsinin aşağı enməsi səbəbindən 2022-ci ilin oktyabrından gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb.

    Bəs iki ilə yaxındır Dənizkənarı Milli Park ərazisində fəaliyyətini dayandıran gəmilər nə zaman təkrar istifadəyə verilə bilər?

    Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, gəmilərin yenidən təhlükəsiz fəaliyyəti istiqamətində qiymətləndirilmə aparılır, dəniz suyunun aşağı enməsi ilə əlaqədar mövcud vəziyyət dəyərləndirilir:

    “Gəmilərin yenidən fəaliyyəti ilə bağlı çıxış yolları axtarılır”.

  • Qurban Qurbanov: “İstədiyimiz kimi hazırlaşmamışıq”

    “Rəqib çox təcrübəli və güclüdür, biz isə diqqətli olmalıyıq”.

    Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

    “Əvvəlki oyunlara nisbətən istədiyimiz kimi hazırlaşmamışıq. Buna baxmayaraq, görüşün vacib olduğunu bilirik. Həmişəki kimi, azarkeşlərin baxımlı oyun izləməsini istəyirik. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqibin əvvəlki qarşılaşmalarındakı nəticələrinə baxmırıq. Onlar bizi aldatmalı deyil”.

    Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq.