Month: August 2024

  • Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi məğlub olub

    Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

    “Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə üz-üzə gəlib.

    Yarışa 1/8 finaldan qoşulan Məmmədov rəqibinə məğlub olub – 5:6.

    Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) 1/4 finala yüksəlib.

  • COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək – SİYAHI

    COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib.

    Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyəti, iştirakçıların sayı nəzərə alınaraq, tədbirin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb:

    – dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla);

    – Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi;

    – dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqi təmin edilməsi.

    Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:

  • Azərbaycanda indiyədək 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

    Növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.

  • Əkiz qardaşlar 1 bal fərqlə eyni nəticəni göstərdilər

    Sumqayıtda əkiz qardaşlar ali təhsil müəssisələrinə qəbul imtahanından təqribən eyni balı toplayaraq yüksək nəticə göstəriblər.

    Tahir və Toğruz Qənizadə qardaşlarının imtahan nəticələri arasında 1 bal fərq olub. Belə ki, Tahir Qənizadə 657.1, Toğrul Qənizadə isə 656.1 bal toplayıb.

    Əkiz qardaşlar Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın fərqlənmə attestatlı məzunlarıdır.

    Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında qardaşlarla bağlı paylaşım edərək onların BANM-in Kompüter elmləri ixtisasını seçdiklərini bildirib.

  • “WhatsApp”da yeni funksiya

    “WhatsApp” yeni funksiya üzərində işləyir.

    Bu funksiya kontaktları və qrupları müxtəlif siyahılara əlavə etməyə imkan verəcək.

    “Siyahılar” adlı bu funksiya sayəsində istifadəçilər artıq müxtəlif siyahılara adam və qruplar əlavə edə biləcəklər.

    Bu şəkildə söhbətləri idarə etmək daha asan olacaq.

    Məsələn, siz kontaktlarınızı müxtəlif siyahılara (həmkarlar, məktəb dostları, qohumlar və s.) əlavə edə və tamamilə fərdiləşdirilmiş siyahılar yarada biləcəksiniz.

    Eyni şey qruplara da aiddir. Qoşulduğunuz qrupları vahid siyahıda toplayaraq daha asan təcrübə əldə edə biləcəksiniz.

    Funksiya hazırda inkişaf mərhələsindədir.

    Qeyd edək ki, sözügedən funksiyanın istifadəçilər üçün nə vaxt əlçatan olacağı bəlli deyil.
    //azxeber.com

  • Azərbaycan XİN İsrailə səfərlə bağlı xəbərdarlıq edib

    “İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur”.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir” , – deyə XİN-dən bildirilib.

  • Baltalanan qadının qızı DANIŞDI: “Qardaşım hadisədən əvvəl Səidəyə zəng edib deyib ki…”

    Daşkəsəndə qayınananın gəlini tərəfindən balta ilə ağır xəsarət yetirilməsinin bəzi təfərrüatı məlum olub. Belə ki, Xoşbulaq kənd sakini 66 yaşlı Tahirə Qurbanova gecə saatlarında yatdığı zaman gəlini Səidə Həsənova tərəfindən baltalanıb.

    Bu barədə “Unikal”a baltalanaraq və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovanın qızı Şəlalə Qurbanova məlumat verib:

    “Gecə saat 3-də mənə zəng elədilər ki, sözügedən hadisə baş verib. Mən də gəldim ki, anam qanın içindədir. Huşunu itirməmişdi, amma danışa bilmirdi. Sonra öyrəndim ki, gəlinimiz Səidə Həsənova balta ilə başına zərbələr endirib.

    Əvvəlcə Daşkəsənə, sonra isə Gəncəyə apardıq. Anamın vəziyyəti ağır olduğu üçün Bakıya gətirdik və əməliyyat olundu. Komaya düşdüyündən 9 gün sonra öldü. Aralarında elə dava olmamışdı. Qardaşım Rusiyada yaşayır. Yoldaşı Səidəyə zəng edib deyib ki, mən səndən ayrılıram, o da razılaşıb. Hətta getmək üçün əşyalarını da yığıb. Necə olubsa, anam yatan vaxt evdən baltanı götürüb anamı baltalayıb”.

    Mərhumun qızı bildirib ki, qardaşı bir ilə yaxındır Səidə ilə evli olub.

    Qeyd edək ki, Daşkəsən rayon, Xoşbulaq kənd sakini 66 yaşlı Tahirə Qurbanova ötən gün Bakıda müalicə aldığı xəstəxanada ölüb. Səidə Həsənova isə hadisədən sonra qaçıb.

  • В Баку за организацию незаконной парковки задержали 159 человек

    За минувшие выходные сотрудники полиции провели масштабные мероприятия в Баку против лиц, резервирующих парковочные места и собирающих незаконную плату за парковку.

    Об этом заявил начальник пресс-службы Министерства внутренних дел (МВД) Эльшад Гаджиев.

    По его словам, в 216 местах столицы было задержано 159 нарушителей, в их отношении приняты предусмотренные законодательством меры.

    Отметим, что физические лица за незаконную организацию парковочных мест на государственных автомобильных дорогах, а также предоставление услуги парковки или требование оплаты в связи с этой услугой, наказываются штрафом в размере от 100 до 200 манатов (или административным арестом на 15 суток), должностные лица – от 300 до 500 манатов.

  • Bakıda qanunsuz parklanma yerlərini təşkil etməkdə şübhəli bilinən 159 nəfər saxlanılıb

    Bakıda qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

    Bildirilib ki, qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıb. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.
    Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.

    İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunması da nəzərdə tutulub.
    Göstərilən qanun pozuntusuna yol verən hüquqi şəxslər isə min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunurlar.

  • В Кельбаджаре обнаружены останки пропавших без вести военнослужащих

    Спустя почти два с половиной года после трагического происшествия на границе в Лачынском районе, найдены тела двух пропавших без вести военнослужащих.

    Как сообщает Report, останки Фирдовси Майис оглу Абдуллаева и Фарида Аждар оглу Мамедова были обнаружены на яйлаге (летнее пастбище) Юзбулаг в поселке Истису Кельбаджарского района.

    Напомним, что 3 марта 2022 года рядовые Ф.Абдуллаев и Ф.Мамедов пропали без вести при перемещении между боевыми позициями на территории Лачынского района. Причиной трагедии стало внезапное изменение погодных условий и сильная метель, из-за которой солдаты сбились с пути.

    Все это время родные и близкие пропавших военнослужащих не теряли надежды найти их живыми. Однако, спустя 29 месяцев поисков, были обнаружены лишь их останки.

    Фирдовси Абдуллаев будет похоронен 8 августа на Аллее шехидов в городе Гянджа, а Фарид Мамедов – в селе Орта Гарвенд Агдамского района.