Month: August 2024

  • Gəncədə 16 dilənçi saxlanıldı

    Gəncədə dilənçilik və tüfeyli həyat tərzi keçirən 16 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyini Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

    Tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

    Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

    Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

  • Абитуриент из Шеки добился максимального результата на вступительных экзаменах после апелляции

    В Государственном экзаменационном центре (ГЭЦ) продолжается процесс рассмотрения апелляций в связи с результатами вступительных экзаменов.

    Как сообщает modern.az, одним из абитуриентов, обратившихся в апелляционную комиссию и получивших положительный ответ, стал Айхан Салманов.

    Его обращение было признано обоснованным, и результат абитуриента был увеличен на 3,5 балла до максимальных 400.

    Отметим, что выпускник средней школы села Баш Зейзид Шекинского района Айхан набрал на выпускном экзамене 297,5 балла, а его общий результат составил 697,5 балла. Он хочет учиться в Бакинской высшей школе нефти по специальности “информационная безопасность”.

  • Kənd məktəbini bitirən şagird ədalətin bərpasına nail oldu: 400 balı təsdiqləndi

    Qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzində (DİM) apellyasiya müraciətlərinə baxılması prosesi davam edir.

    Modern.az-ın məlumatına görə, apellyasiya komissiyasına müraciət edib müsbət cavab alan abituriyentlərdən biri də Ayxan Salmanovdur.

    Onun müraciəti əsaslı hesab edilib və blok imtahanında topladığı nəticə 3.5 bal artırılaraq maksimal 400 bala çatdırılıb.

    Ayxan Salmanov buraxılış imtahanında 297.5 bal toplayıb və onun ümumi nəticəsi 697.5 bal olub.

    Şəkinin Baş Zəyzid kənd tam orta məktəbini bitirən Ayxan Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.

  • Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur

    Qara qarağatın yeni faydaları üzə çıxıb.
     
    Giləmeyvənin bir çox problemlərlə yanaşı, xüsusilə ürək-damar xəstəliklərindən qoruduğu, qan şəkərini tarazladığı və ümumi sağlamlığı qorumağa kömək etdiyi bildirilir.
     
    Alimlər illərdir ürək-damar xəstəlikləri riskini azaltmağın yollarını axtarırlar. Bu yollardan biri qara qarağat yemək və ya ondan hazırlanan əlavələrdən istifadə etmək ola bilər. dirnaq modelleri
     
    Qara qarağatın ömrü uzadan, ürək sağlamlığı üçün möcüzə hesab edilən qida olduğu qeyd edilir.
     
    Alimlər apardıqları araşdırmalarda qarağatın qan dövranını 45 faiz artıraraq damar tıxanmasına qarşı mübarizə apardığını müəyyən ediblər.
     
    Son araşdırmalar qara qarağatın aşağıdakı 4 müsbət təsirini sübuta yetirib:
     
    * Ürək sağlamlığını qoruyur,
    * Damarları təmizləyir,
    * Qan dövranını yaxşılaşdırır,
    * Hipertenziyanın qarşısını alır.
     //medicina.az

  • Valideynlər uşaqlarına 23 yaşına kimi aliment ödəməyə məcbur edilə bilərlər

    Rusiya Dövlət Dumasında valideynlərin uşaqlarını 23 yaşına qədər saxlamağa məcbur edilməsi təklif olunub.
     
    Bununla bağlı qanun layihəsini Rusiya Liberal Demokrat Partiyasından (LDPR) seçilən deputatlar Dumaya təqdim ediblər.
     
    Bildirilir ki, yeni layihə uşaqları əyani təhsil alan valideynlər üçün nəzərdə tutulub.
     
    “Əgər valideynlər arasında aliment ödənişi barədə razılaşma yoxdursa, bu məbləği pul şəklində məhkəmə müəyyən edəcək. Gələcəkdə rusiyalılar bu vəsaiti 23 yaşına qədər hər ay öz uşaqlarına ödəməli olacaqlar. Əgər tələbənin valideynlərindən maddi dəstək almaq imkanı olmasa, bu halda bacı-qardaşlar, nənə və babalar kömək edə bilərlər”, – deyə layihənin izahatında qeyd edilir.
     
    Sənəddə, həmçinin, bu ilin mayında qəbul edilmiş aliment borcluları reyestrinin yaradılması haqqında federal qanun da qeyd olunur. Yeni layihə ali məktəblərdə təhsil alan uşaqlara aliment ödəməyən şəxslərin bu reyestrə daxil edilməsini nəzərdə tutur.
     
    Aliment almaq hüququ təhsil başa çatdıqda və ya uşaqlar 23 yaşına çatdıqda sona çatacaq.
     
    Layihənin təşəbbüskarlarından biri olan deputat Vladimir Sipyagin bildirib ki, təhsil zamanı tələbə üçün yalnız təqaüdlə yaşamaq çox vaxt çətindir, valideyn isə uşaq müstəqil qazanc əldə edə bilənə qədər onun üçün məsuliyyət daşıyır, bu da yalnız universiteti bitirdikdən sonra baş verir.
     
    “Uşaq universitetə daxil olur, əyani şöbədə oxuyur və cüzi təqaüd alır. O necə yaşayacaq, necə mövcud olacaq? Mənim qanun layihəm məhz buna yönəlib”, – deyə deputat vurğulayıb.
     
    Onun sözlərinə görə, valideynlərindən maliyyə dəstəyi alan tələbə normal yaşamaq imkanı əldə edəcək.
     
    “Gənc oğlan və ya qızın universitetdə təhsil alarkən özünü stabil hiss etməsi son dərəcə vacibdir”, – deyə o bildirib.

  • “Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO

    Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli rəsmi instaqram hesabında hər şeyi silib.
     
    Bloger bunu ötən ilin avqustunda keçirdiyi qəzadan sonra ilk dəfə edib. O, yayımladığı bütün videoları, profil şəklini silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.
     
    Bu gün həmin hesabın profil şəklində başqa bir şəxsin fotosu əks olunub. Məhz bu baxımdan Nicat Şakirlinin hesabını başqasına satdığı təxmin edilir. Ancaq səhifənin adı olduğu kimi qalıb.
     
    Qeyd edək ki, N.Şakirli ötən ilin avqustunda idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
     
    O, Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib./Sfera.az

  • Azərin avtomobilini təpikləyib, açarla cızıblar – Video

    Aparıcı Azər Zahidin avtomobilini təpikləyib, açarla cızıblar. Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Aparıcı həmin şəxsin görüntülərinin onda olduğunu söyləyib.
     
    “Kişinin həyatda düşməni olar. Əzəldən cəngavərlərin, şahların, sərkərdələrin hər zaman düşməni olub. İndi də var, amma mədəni düşmənçilik. Maşını təpikləyiblər. Gecə görüntüləri var. Açarla da cızıqlar atıblar. Çəkiclə təkərin diskinə vurublar” deyə, Azər bildirib.

  • Dərs saatına görə rüşvət alan direktor məhkəmədən gizləndi, icraat dayandırıldı

    Gəncə Apellyasiya Məhkəməsində Ağdam Musiqi Kollecinin rüşvət almada təqsirləndirilən direktoru Rafail Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
     
    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
     
    Qərara əsasən, təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün cinayət işi üzrə icraat dayandırılıb.
     
    Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 

     
    Qeyd: Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib. Belə ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. İttihama görə, o, 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. Rafail Musayev həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.

  • Azərbaycanda vəzifəli şəxs xəstə oğlanı məcburi çobanlıq etdirib

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məcburi əməkdə təqsirləndirilən Nəsib Nəsibov və Sənubər Əsədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
     
    Pravda.az-ın etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
     
    Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.
     
    İttihama görə, Nəsib Nəsibov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. O, Sənubər Əsədovanın ərinin bacısı oğlu R.Cəfərovu məcburi əməyə cəlb edib. Valideynlərini uşaq yaşlarından itirmiş, yüngül dərəcəli əqli gerilik xəstəliyi olan zərərçəkmiş R.Cəfərov qardaş və bacıları ilə birlikdə dayısının himayəsində böyüyüb. Ferması olan Nəsib isə 2016-cı ildən 2021-ci ilə qədər R.Cəfərovu Sənubərə ayda 100 manat, sonralar isə 150 manat pul ödəməsi şərti ilə əməyini istismar edib. Belə ki, qadın onu 2016-cı ilin sonlarında Nsəibin yaşadığı Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlarına baxmaqla çobanlıq etmək adı ilə təhvil verib. R.Cəfərov vəzifəli şəxsin fermasında əmək müqaviləsi bağlamadan, onun özünə şəxsən əmək haqqı ödəmədən çalışıb. R.Cəfərovun şikayətindən sonra isə hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib.

  • “Museum Construction”a yazılan protokola bu tarixdə baxılacaq

    “Museum Construction” MMC-yə inzibati protokol yazılıb.

    Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

    İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Baxış iclası avqustun 6-da keçiriləcək.