Month: August 2024

  • Paşinyan buna görə Azərbaycanla sərhədə gəldi

    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə yaxın ərazidəki Tavuş vilayətinə gedib.

    Paşinyanın Tavuşa getməsinin səbəbi 2023-cü ildə həyata keçirilən və hazırda icra olunan proqramlarla tanış olmaqdır.

    Paşinyan Tavuşa səfəri zamanı hərbi hissələrə gedən yolların vəziyyətindən narazılığını bildirib.

  • Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşı iş yerində ölüb

    Ermənistanda Zəngəzur Mis-Molibden Kombinatının 55 yaşlı əməkdaşı Arsen Zaxaryan yükləmə işləri zamanı ölüb.

    “Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, məlumatı Zəngəzur Mis-Molibden Kombinatının mətbuat xidməti yayıb.

    Bildirilib ki, hadisənin səbəbi araşdırılır.

    Fakt üzə cinayət işi başlanıb.

  • Ариф Асадов покинул сборную Азербайджана

    Тренер национальной команды Азербайджана Ариф Асадов покинул сборную.

    Контракт с опытным специалистом расторгнут по обоюдному согласию.

    Он продолжит работу в качестве инструктора на тренерских курсах УЕФА.

  • Arif Əsədov Azərbaycan milli komandasından ayrılıb

    Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov yığmadan ayrılıb.

    Təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

    O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.

  • Agentlik: “Yarımgilə” mahnısını erməni ifaçının mənimsəməsi araşdırılır, platformalardan silinməsi üçün işlər görülür

    Musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən ifa edilməsi, “Facebook”da və “TikTok”da yayılması faktı araşdırılır.

    Bu barədə Əqli Mükiyyət məlumat yayıb.

    Bildirilib ki, C.Quliyev erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi barədə Agentliyə ərizə ilə müraciət edib: “C.Quliyev quruma dəvət olunub və Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovla fakt müzakirə olunub. Agentliyin ekspertləri məsələ ilə bağlı Azərbaycan xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının bəstələdiyi musiqi əsərləri – operaları, simfoniyaları, mahnıları muğamın segah, bayatı-şiraz, şur, çahargah və digər muğamlar əsasında yazılır. Mahnı şüştər muğamının əsasında yazılıb və erməni ifaçının səsləndirdiyi mahnı ilə tam üst-üstə düşür. Mahnı 1991-ci ildə bəstələnib və ilk dəfə 1993-cü ildə Azərbaycan Xalq artisti Brilliant Dadaşova və C.Quliyev tərəfindən duet şəklində Azərbaycan Televiziyasında yayımlanıb və “YouTube” səhifəsində mahnının studiya çəkilişləri də yerləşdirdilib. Mahnı C.Quliyevin ən məşhur bəstələrindən biridir. C.Quliyev 2004-cü ildən başlayaraq Agentlikdə (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) 41 musiqi əsərini qeydiyyatdan keçirib. Onlardan dördü böyük simfonik orkestr üçün yazılmış əsərdir. Mahnı 2006-cı il 27 iyul tarixində qeydiyyatdan keçirilmiş və ona əsərin qeydiyyatı haqqında 3089 nömrəli şəhadətnamə verilmişdir. Mahnı Gülay Zeynallı, Samirə Əfəndi, türk müğənnisi Ezgi Mertin və digər məşhur ifaçılar tərəfindən ifa edilib”.

    Qeyd olunub ki, mahnı erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən mənimsənilib, yəni C.Quliyevdən icazə almadan sözlərini dəyişərək ifa etmiş və bəstəkarın adını göstərməyib. Bununla da erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən C.Quliyevin şəxsi hüquqları və əmlak hüquqları pozulub:

    “Mahnının sözləri (bayatılar) Azərbaycan xalqına məxsus olan folklor nümunəsidir. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxsləri ölkədən kənarda folklor nümunələrindən kommersiya məqsədilə yalnız Agentliyin icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Bununla yanaşı, dərc olunmuş bütün əsərlərdə, folklor nümünələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir. Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipinin və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır”.

    “C.Quliyev rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini bu sahədə fəaliyyət göstərən “Mikpro” MMC-yə verib. Məsələ ilə bağlı “Mikpro” MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılıb. MMC-dən erməni ifaçı Minas Ovanisyanın (Mino) ifasında olan mahnının bütün platformalardan silinməsi ilə bağlı bildirişlərin göndərildiyi qeyd edilib. Agentlik “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) – https://rays.az/ ilə birgə daha əvvəlki təcrübəni nəzərə almaqla C.Quliyevin pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı öz səlahiyyətləri çərçivəsində köməkliyini davam etdirəcək”, – məlumatda vurğulanıb.
    //report

  • Goranboy icra başçısının müavini işdən çıxarılıb

    Goranboy rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib

    Goranboy rayon icra hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.

    Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini – İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.

    Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.

  • В Нигерии число жертв беспорядков увеличилось до 14 человек

    Число жертв беспорядков в крупных городах Нигерии, вызванных протестами против инфляции, увеличилось до 14 человек.

    Об этом сообщают местные СМИ.

    Ранее издание Daily Post сообщало о четырех погибших.

    Протесты также сопровождаются перекрытием дорог и прекращением работы финансовых учреждений и других заведений, а также мародерством и уничтожением государственного и частного имущества, ущерб от которого может исчисляться сотнями миллионов в местной валюте.

    В начале июля крупнейшие профсоюзы Нигерии приняли решение о забастовке, не сумев договориться с федеральным правительством о минимальном размере оплаты труда. Как ранее сообщало издание Punch, власти предлагали установить эту сумму на уровне 60 тыс. найр в месяц (около 37 долларов).

  • Nigeriyada iğtişaşlarda ölənlərin sayı 14 nəfərə çatıb

    Nigeriyanın iri şəhərlərində inflyasiyaya qarşı etirazların səbəb olduğu iğtişaşlarda ölənlərin sayı 14 nəfərə çatıb.

    Bu barədə yerli KİV məlumat yayıb.

    Daha əvvəl “Daily Post” dörd nəfərin öldüyünü bildirmişdi.

    Etiraz aksiyaları həm də yolların bağlanması, eyni zamanda, maliyyə institutlarının və digər müəssisələrin fəaliyyətinin dayandırılması, habelə dövlət və xüsusi mülkiyyətin talan edilməsi dağıdılması ilə müşayiət olunur.

    İyulun əvvəlində Nigeriyanın ən böyük həmkarlar ittifaqları federal hökumətlə minimum əmək haqqı ilə bağlı razılığa gələ bilmədikdən sonra tətil etmək qərarına gəliblər. “Punch” nəşrinin daha əvvəl xəbər verdiyi kimi, hökumət rəsmiləri bu məbləği ayda 60 min nayr (təxminən 37 dollar) məbləğində müəyyənləşdirməyi təklif ediblər.

  • Завтра в Азербайджане ожидается до 36 градусов тепла

    3 августа в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Ночью и утром в пригородных территориях возможен кратковременный дождь. Будет преобладать северо-западный ветер, который утром сменится северо-восточным.

    Температура воздуха ночью составит 21-26°, днем – 29-34° тепла. Атмосферное давление ниже нормы – 754 мм ртутного столба. Относительная влажность ночью составит 60-70%, днем – 40-50%.

    В большинстве районов Азербайджана пройдет преимущественно без осадков, однако днем в некоторых горных и предгорных районах возможны переменные дожди с грозами. На отдельных территориях возможны кратковременные ливни и град. Ночью и утром местами туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 20-24°, днем – 31-36° тепла, в горах ночью 10-15°, днем – 17-22° тепла.

  • Şənbə günü yağış yağacağı gözlənilir – PROQNOZ

    Avqustun 3-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.