Month: August 2024

  • PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli AÇIQLANDI (CƏDVƏL)

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin sentyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.

    Median.Az cədvəli təqdim edir:

    Qəbulu aparan şəxs Qəbul günü
    Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
    Əmirov Natiq Ərziman oğlu
    2
    Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
    Nağdəliyev Zeynal Səfər oğlu
    3
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
    Əliyeva Fərəh Şirməmməd qızı
    4
    Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri
    Həsənov Kərəm Əvəz oğlu
    5
    Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi
    Həsənov Altay Tofiq oğlu
    6,13,20
    Azərbaycan Respublikası Prezidentinin köməkçisi 
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
    Ələsgərov Fuad Murtuz oğlu
    6,19
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Hərbi məsələlər şöbəsinin müdiri
    Seyidov Fərid Mirmufid oğlu
    9
    Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
    Mövsümov Şahmar Arif oğlu
    10
    Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Xarici siyasət məsələləri şöbəsinin müdiri
    Hacıyev Hikmət Fərhad oğlu
    11
    Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
    Qasımov Azər Məhəmməd oğlu
    11
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
    Məmmədəliyev Yusuf Ülfət oğlu
    12
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
    Məcidov Tələt Tahir oğlu
    13
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi
    16
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru
    17
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
    İsmayılov Süleyman Abbas oğlu
    20
    Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
    Kərimov Aydın Zöhrab oğlu
    20
    Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
    Məmmədov Məsim Əhməd oğlu
    23
    Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin
    xüsusi nümayəndəsi
    Hüseynov Emin Zamin oğlu
    24
    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
    Yusubov Elçin Mustafa oğlu
    25
    Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
    Hacıyev Bəşir Qüdrət oğlu
    26
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
    Kərimov Gündüz Hacı oğlu
    27
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
    Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri
    Vəliyev Ədalət Məqsəd oğlu
    27
    Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
    Hacıyev Vahid Rasim oğlu
    27
    * * *
    Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası
    Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi
    Usubov Ramil İdris oğlu
    30

    Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti

    Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.

    Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79.

    Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.

    Qəbul saat 14:00-dan başlayır.

    Əlaqə üçün: Çağrı Mərkəzi – 1111.

  • Mərkəzi Bankın baş direktoru nazirin müşaviri təyin edildi

    Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

    Bu məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiq ediblər.

    F. Osmanov bu təyinata qədər 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.

    O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

    F. Osmanov həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

    O, 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.

    2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

  • Quru Qoşunlarında döyüş atışlı məşğələlər keçirilir – VİDEO

    Quru Qoşunlarında minaatan və qumbaraatan heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Milli Məclisə seçkidə ilk dəfə səs verəcək şəxslərin sayı açıqlanıb

    “Milli Məclisə seçkidə ilk dəfə səs verəcək şəxslərin sayı 51 min 141 nəfərdir”.

    Bunu “Report”a Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

    R.Qasımov bildirib ki, ilk dəfə səs verən seçicilərin seçkidə iştirakı təqdirəlayiq bir məqamdır:

    “MSK başda olmaqla bütün seçki komissiyaları əlindən gələni edirlər ki, onlar həmişə seçki prosesinə maraq göstərən seçicilər olaraq formalaşsınlar və seçkilərdə mütəmadi iştirak etsinlər. Seçki günü – sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər. MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar”.

  • MİQ üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

    Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

    Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutundan bildirilib.

    Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4 658 nəfər uğur qazanıb.

    Müsahibələrdə uğur qazanan namizədlər sentyabrın 2-si saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

    Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

    Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

    Müsahibə mərhələsində uğur qazanmayan namizədlər avqustun 27-si saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.

    Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq. Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.

  • “Formula 1″ə hazırlığa görə Neftçilər prospektində hərəkət məhdudlaşacaq – Bu saatlarda…

    “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, avqustun 27-si saat 23:59-dan avqustun 28-i saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.

  • Хаменеи о Дурове: Этого несчастного молодого человека схватили во Франции

    Верховный лидер Ирана аятолла Сейед Али Хаменеи прокомментировал задержание основателя мессенджера Telegram Павла Дурова.

    Об этом сообщает Median.Az со ссылкой на иранское информагентство Tasnim.

    “Киберпространство – это новый мир. Сегодня виртуальное пространство стало реальностью в жизни людей, оно развивается с каждым днем. Вы видели, этого несчастного молодого человека (имеется в виду Павел Дуров – ред.) схватили во Франции и грозят ему 20 годами тюрьмы”, – заявил А.Хаменеи.

    Напомним, Дуров был задержан вечером 24 августа в парижском аэропорту Ле-Бурже, куда он прилетел на своем частном самолете из Баку. Ему предъявлены обвинения в 12 преступлениях, среди которых: отказ от сотрудничества с властями, соучастие в хранении и распространении детской порнографии, приобретении, перевозке, хранении, сбыте или передаче наркотических средств, мошенничестве в составе организованной группы, а также использовании криптовалютных инструментов.

  • Xamenei: “Bu yazıq gənci Fransada saxlayıblar…”

    İranın Ali Rəhbəri Əli Xamenei “Telegram” mesencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

    Median.Az bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.

    “Kiberməkan yeni bir dünyadır. Bu gün virtual məkan artıq virtual hesab edilmir. O, insanların həyatında bir reallıqdır, hər gün inkişaf edir. Gördünüz ki, bu yazıq gənci (Pavel Durovu nəzərdə tutur – red.) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər”, – deyə A.Xamenei bildirib.

    Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.

  • Bakıda narkoşəbəkənin beş üzvü ələ keçdi – VİDEO

    Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı əməliyyatlar keçirilib.

    Median.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərlə əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib. R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

  • Владимир Путин поздравил Мехрибан Алиеву

    Президент Российской Федерации Владимир Путин направил поздравительное письмо Первому вице-президенту Азербайджана Мехрибан Алиевой.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемая Мехрибан Арифовна,

    От души поздравляю Вас с Днем рождения.

    Вы по праву пользуетесь высоким авторитетом среди соотечественников и за рубежом. В России ценят Ваш личный вклад в упрочение союзнических отношений между нашими странами, взаимовыгодного двустороннего сотрудничества в различных сферах.

    Тепло вспоминаю наше недавнее общение в Баку. Искренне желаю Вам крепкого здоровья, счастья, благополучия и успехов в государственной деятельности. Прошу передать сердечный привет Ильхаму Гейдаровичу и всем членам Вашей семьи”.