Month: August 2024

  • Bakıda məktəbli yarmarkaları keçiriləcək?

    Yeni tədris ili ərəfəsində Bakıda məktəb, ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları keçirilib-keçirilməyəcəyi müzakirə mövzusu olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, bu il də ötən il olduğu kimi, məktəbli yarmarkalarının keçirilməsi nəzərdə tutulmur.

    Qeyd edək ki, pandemiyadan sonra Bakı şəhərində, əsasən metro stansiyaların giriş-çıxışında təşkil olunan məktəbli yarmarkalarının keçirilməsi dayandırılıb.

  • Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi

    Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Araz Müsafir oğlu Hüseynov vəzifəsindən azad edilib.

    “Qaynarinfo”nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

    Nazirin digər əmri ilə polkovnik Araz Hüseynov Cənub Regional Mərkəzinin rəis müavini təyin olunub.

    Qeyd edək ki, 2021-ci ilin noyabr ayından Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşov Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirlikdə yüksək vəzifəyə təyin edilib.

    Həmin vaxtdan Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsi boş qalmışdı.

  • Появились кадры с Павлом Дуровым в Баку: он завтракал с Гусейном Гасановым – ВИДЕО

    Последним, с кем контактировал Павел Дуров перед задержанием, был российский блогер азербайджанского происхождения Гусейн Гасанов.

    По данным Telegram-канала SHOT, миллиардер в Азербайджане позавтракал с блогером и 24-летней стримершей Юлией Вавиловой.

    Спустя несколько часов Дуров и Вавилова прилетели на частном джете миллиардера в Париж, где их уже ждали французские силовики.

    Утверждается, что завтракал Дуров в компании блогеров в ресторане в Баку, который находится на берегу Каспийского моря и принадлежит Эмину Агаларову.

  • Pavel Durovun Bakıdakı görüntüləri yayılıb: O, Hüseyn Həsənovla səhər yeməyi yeyib – VİDEO

    Pavel Durovun həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxs azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov olub.

    Median.Az “SHOT” “Telegram” kanalına istinadən xəbər verir ki, milyarder Azərbaycanda Hüseyn Həsənov və 24 yaşlı bloqer Yuliya Vavilova ilə səhər yeməyi yeyib.

    Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar, orada fransız təhlükəsizlik işçiləri artıq onları gözləyirdilər.

    İddia olunur ki, Durov Bakıda Xəzər dənizinin sahilində yerləşən Emin Ağalarova məxsus restoranlardan birində səhər yeməyi yeyib.
    //oxu.az

  • DİQQƏT: Azərbaycanda yeni kiberdələduzluq – Sizin səsinizlə valideyninizdən pul alınır

    Yeni, təhlükəli və daha qorxunc dələduzluq növü yayılıb.

    bununla bağlı texnobloqer Fərid Pərdəşünas sosial hesabında paylaşım edib.

    O qeyd edib ki, artıq Azərbaycanda bu dələduzların qurbanları var və külli miqdarda vəsait talanıb.

    “Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfdə olan səsinizin süni intellekt ilə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.

    Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.

    Növbəti mərhələdə “oğul” valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11 000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır”, – deyə texnobloqer yazıb.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

    Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Zeyni Hüseynov oxu.az-ın sorğumuza cavab olaraq bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir.

    “Buna baxmayaraq, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir.

    Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

    Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra “Telegram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.

    Qeyd edim ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə “Telegram” sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.

    Fürsətdən istifadə edib polisin kibermaarifləndirmə işinə yaxından dəstək olan, media subyektlərinə, bloqerlərə minnətdarlığımı çatdırırıq”,- deyə açıqlamada qeyd olunur.

  • Qubada kişi spirtli içkidən komaya düşüb öldü

    Qubada kişi spirtli içkidən komaya düşüb.

    Lent.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Vladimir Şeqolyov sərxoş vəziyyətdə komaya düşüb.

    Xəstəxanaya aparılan Vladimir Şeqolyov orada ölüb.

  • Ermənilərin oğurladığı mahnı yutubdan silindi

    Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” adlı mahnısının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

    Median.Az bu barədə Əqli Mülkiyyət Agentliyinə istinadən xəbər verir.

    Agentliyin məlumatına görə, musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilmiş və “Youtube” platformasında yerləşdirilib.

    Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 2 avqust tarixində geniş məlumat yayılmış və bu halın aradan qaldılıması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

    “Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinmişdir.

    Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə, sözlərinin bayatılardan ibarət olması və erməni ifaçı Minas Ovanesyanın (Mino) tərəfindən C.Quliyevin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilmişdir”, – deyə Agentlikdən vurğulanıb.

  • Bakıda bina yanır – Yola məhdudiyyət qoyuldu

    Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib.

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.

  • Durovun həbsindən sonra hakerlər Fransanın dövlət saytlarına hücum ediblər

    Durovun həbsindən sonra hakerlər Fransa hökumətinin saytlarına hücum ediblər.

    Fransanın dövlət xidmətlərinin veb saytı və həkimlərlə görüşlər üçün portal DDoS hakerlərin hücumlarından əziyyət çəkib.

    “Le Parisien” yazır ki, hakerlər Telegram-ın yaradıcısı Pavel Durovun həbsindən sonra Fransanın bir neçə dövlət qurumunun saytlarına DDoS hücumları təşkil ediblər .

    DDoS hücumları serverlərin işini pozmağa yönəlib. Hakerlər onlayn resursa yükü artırmaq və uğursuzluğa düçar etmək üçün süni şəkildə təhlükəsiz və lazımsız sorğular yaradırlar.

    Hakerlər ictimai xidmət portallarını, Dərmanların və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi Agentliyini, gündəlik Voix du Nord qəzetini, həmçinin onlayn xəstə qəbulu sistemi Doctolib-i hədəfə alıblar.

    Kibertəhlükəsizlik üzrə mütəxəssis Kloğment Dominqo bildirib ki, hücumlar UserSec, RipperSec, Holy League və Cyber Army Now kimi Rusiyayönlü qruplar tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, bu haker qrupları məsuliyyəti öz üzərinə götürüb və yaxın gələcəkdə daha çox hücumlar gözlənilməlidir.

  • İcra başçısının müavini istefa verdi

    Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu günvəzifəsindən ayrılıb.

    Bu barədə bizim.media-ya Zoya Eldarova məlumat verib.

    O, öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

    Məlumata görə, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

    Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusarın icra başçısı təyin olunub.