Month: August 2024

  • Messinin illik qazancı 1 milyard avroya çata bilər

    Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin illik qazancı 1 milyard avroya çata bilər.

    “Report” “Fox Sports Argentina”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücumçuya yenidən təklif göndərib.

    37 yaşlı futbolçu təklifi qəbul edərsə, bonuslarla birlikdə illik qazancı 1 milyard avro ola bilər. “Əl-Hilal” klubu ötən yay argentinalı hücumçuya həftəlik 15-20 milyon avroluq təklif göndərmişdi.

    Qeyd edək ki, futbolçu 2023-cü ildə PSJ-dən “İnter Mayami”yə keçib.

  • Президент Грузии помиловала 17 заключенных

    Президент Грузии Саломе Зурабишвили подписала акт о помиловании 17 заключенных, из которых 13 полностью освобождаются от отбывания наказания.

    Как передает Report, об этом сообщила пресс-служба президента Грузии.

    “Президент Грузии сегодня помиловала 17 осужденных. 13 осужденных полностью освобождаются от дальнейшего отбывания наказания в пенитенциарном учреждении, среди них две женщины. Четверым осужденным сократили оставшийся срок заключения, среди них одна женщина”, – говорится в сообщении.

    Имена помилованных граждан не указываются.

  • Gürcüstan Prezidenti 17 məhbusu əfv edib

    Gürcüstan Prezidenti Salome Zurabişvili 17 məhbusun əfvi haqqında akt imzalayıb, onlardan 13-ü cəza çəkməkdən tamamilə azad edilib.

    “Report” xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    “Gürcüstan dövlət başçısı bu gün 17 məhkumu əfv edib. Cəzaçəkmə müəssisəsində 13 məhkum, o cümlədən iki qadın cəza çəkməkdən tamamilə azad edilib. Bir qadın da daxil olmaqla dörd məhkumun qalan cəzası azaldılıb”, – məlumatda bildirilib.

    Əfv olunan vətəndaşların adları göstərilmir.

  • Госкомитет: По сегодняшний день в Лачынский район вернулись 3069 бывших вынужденных переселенцев

    Со дня освобождения от оккупации по сегодняшний день в Лачынский район переселено 3069 бывших вынужденных переселенцев (828 семей).

    Как передает Report, об этом сообщили в Государственном комитете по делам беженцев и вынужденных переселенцев.

    В комитете подчеркнули, что в последние два года в городе Лачыне проводились масштабные восстановительные работы: обновлены линии связи и коммуникаций, создана современная инфраструктура. В родной город вернулся 2031 бывший вынужденных переселенец.

    Также обеспечено постоянное проживание бывших вынужденных переселенцев в заново отстроенных селах Забух и Сус.

    Государственное агентство занятости при Минтруда в свою очередь сообщило, что на сегодняшний день обеспечена занятость более 950 жителей Лачына.

    “В рамках программы “Великого возвращения” продолжается трудоустройство жителей, переселенных в Лачын и села Забух и Сус. Уже трудоустроены 954 жителя, в том числе 32 создали малые хозяйства в рамках программы самозанятости, а 39 прошли курсы профессиональной подготовки”, – сообщили в агентстве.

    Отметим, что город Лачын был освобожден от оккупации 26 августа 2022 года.

  • Bu günədək Laçına 828 ailə köçürülüb, 950-dən çox sakinin məşğulluğu təmin edilib

    Bu günədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb.

    Bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (“Qaçqınkom”) məlumat verilib.

    Bildirilib ki, ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.

    Həmçinin qeyd edilib ki, Laçın rayonunun yenidən tikilmiş Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması təmin edilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən isə məlumat verilib ki, indiyədək Laçında 950-dən çox sakinin məşğulluğu təmin edilib:

    “Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə – Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir. Agentlik tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. O, cümlədən 32 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğuna dəstək işləri aparılır. Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur.

  • Завтра в Баку будет 33°, в регионах – 38° тепла

    27 августа в Баку и на Абшеронском полуострове ожидается переменно-облачная погода, преимущественно будет без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Согласно информации, временами усиливающийся северо-западный ветер днем сменится северо-восточным.

    Температура воздуха ночью составит 20-24° тепла, днем – 28-33° тепла. Атмосферное давление повысится с 757 мм рт.ст. до 760 мм рт.ст. Относительная влажность ночью составит 65-75%, а днем – 40-50%.

    В регионах Азербайджана преимущественно будет без осадков. Однако в некоторых горных районах днем возможны кратковременные дожди и грозы, ночью и утром будет небольшой туман, подует умеренный восточный ветер.

    Температура воздуха ночью составит 20-25° тепла, днем – 33-38° тепла, в горах ночью – 11-16° тепла, днем 20-25° тепла.

  • Sabah Bakıda 33°, bölgələrdə 38° isti olacaq – PROQNOZ

    Avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

  • Ceki Çan Paralimpiya Oyunlarının açılışında iştirak edəcək

    Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan avqustun 28-də Parisdə keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

    Bu barədə BFMTV kanalı oyunların təşkilat komitəsinə istinadən məlumat yayıb.

    Aktyor, Paralimpiya məşəli estafetinin iştirakçıları arasında olacaq. Belə ki, Çan estafeti Fransa paytaxtının Üçüncü Dairəsinin Vieille-Temple küçəsində yerli vaxtla saat 17:27-də (Bakı vaxtı ilə 19:27) qəbul edəcək. Parisdə Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

  • В Джорджии в результате стрельбы в парке погибли четыре человека

    По меньшей мере четыре человека погибли в результате стрельбы в парке Плезант-Гроув в Далтоне на севере американского штата Джорджия.

    Об этом сообщило местное подразделение телеканала FOX со ссылкой на шерифа округа Уитфилд.

    Согласно информации, в полицию поступила информация о выстрелах в парке Плезант-Гроув. Прибывшие на место происшествия полицейские обнаружили тела четверых латиноамериканцев, их личности не разглашаются.

    По подозрению в убийстве задержан 16-летний подросток, ему уже предъявлены обвинения по четырем пунктам.

    Полиция считает, что злоумышленник действовал не в одиночку, правоохранители разыскивают предполагаемых сообщников.

  • ABŞ-da yeniyetmə dörd nəfəri güllələyərək öldürüb

    ABŞ-ın Corciya ştatının şimalındakı Dalton şəhərində baş verən atışma nəticəsində dörd nəfər həlak olub.

    Bu barədə FOX telekanalı məlumat yayıb.

    Qeyd olunub ki, polis şəhərin Plezant-Grov parkında atəş səslərinin eşidilməsi barədə məlumat alıb. Hadisə yerinə gedən polis dörd ispan əsilli kişinin cəsədini aşkar edib.

    Cinayəti törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb və ona qarşı artıq 4 maddə üzrə ittiham irəli sürülüb. Polis hücum edənin təkbaşına hərəkət etmədiyini güman edir.