Month: August 2024

  • В Германии могут пересмотреть систему выплат пособий украинцам

    Премьер-министры некоторых федеральных земель ФРГ считают необходимым пересмотреть выплату украинским беженцам гражданских пособий (Bürgergeld).

    Об этом написала газета Bild.

    Сейчас украинцы в ФРГ в виде исключения из правил получают Bürgergeld. Этот вид помощи обычно полагается гражданам Германии и резидентам, которые потеряли работу или оказались в сложном финансовом положении. Размер Bürgergeld выше выплат, предусмотренных Законом о предоставлении помощи претендентам на получение убежища. Пособие на одного составляет от €506 до €563, за подростков в возрасте от 15 до 18 лет переводится €471.

    Премьер Бранденбурга Дитмар Войдке (Социал-демократическая партия Германии, СДПГ) ранее задавался вопросом, “соответствует ли эта форма поддержки духу времени”. Его коллега по партии Анке Релингер, премьер земли Саар, заявила газете, что сначала “имело смысл включать в Bürgergeld беженцев из Украины”. В то же время сегодня, по ее мнению, “может иметь смысл переоценка” такого вида помощи.

    Еще яснее высказался глава Саксонии Михаэль Кречмер (ХДС). “Тот факт, что в Германии работают даже не 30% беженцев из Украины, то есть в процентном соотношении гораздо меньше, чем в большинстве других европейских стран, свидетельствует о том, что наши правила ошибочны”, – констатировал премьер региона. По его мнению, следует задуматься, должны ли украинцы и впредь получать Bürgergeld и как можно быстрее признавать иностранные дипломы.

    “Необходимо в целом реформировать систему выплат Bürgergeld. Многое следует перепроверить. Принцип “поддерживать и требовать” снова нужно поставить во главу угла”, – считает премьер Саксонии-Анхальт Райнер Хазелофф (ХДС).

    В то же время премьер-министр Тюрингии Бодо Рамелов (Левая партия) полагает, что, “вместо того, чтобы вести дискуссии о Bürgergeld для беженцев из Украины, необходимо в большей степени сосредоточиться о привлечении их к работе”. Он указал на то, что интеграция через труд является ключом к успеху и разгружает в финансовом плане коммуны.

  • Almaniyada ukraynalı qaçqınlara müavinətlərin verilməsi dayandırıla bilər

    Almaniyanın bəzi federal əyalətlərinin baş nazirləri ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinə yenidən baxılmasının tərəfdarıdırlar.

    Bu barədə bu barədə “Bild” qəzeti yazıb.

    Brandenburqun Baş naziri Ditmar Voydke bu dəstəyin zamanın ruhuna uyğun olub-olmadığına şübhə edir:

    “Digər qaçqınlar “Sığınacaq axtaranların müavinətləri haqqında” qanuna əsasən ayda təxminən 460 avro aldığı halda, ukraynalılar vətəndaş müavinəti (ayda 563 avro) alırlar. Qərar o anda doğru idi, çünki tez kömək lazım idi. Bu gün biz özümüzə sual verməliyik ki, bu dəstək forması hələ də aktualdırmı?”.

    Saar torpaqlarının Baş naziri Anke Relinger də ukraynalı qaçqınlara müavinətlərin verilməsinə müsbət yanaşmır.

    Saksoniyanın rəhbəri Maykl Kreçmer ukraynalıların mülki müavinətləri almağa davam edib-etməməsi barədə düşünməyə çağırıb. O, Ukraynadan olan qaçqınların 30 faizdən azının Almaniyada işlədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Almaniyada müəyyən edilmiş qaydaların səhv olduğunu göstərir.

  • “Rumble” videohostinqinin yaradıcısı Durovun həbsindən sonra Avropadan qaçıb

    “Rumble” videohostinqinin yaradıcısı Kris Pavlovski “Telegram” messencerinin baş direktoru Pavel Durovun həbsindən sonra Avropa İttifaqını tərk edib.

    Bu barədə Kris Pavlovski “X” hesabında paylaşım edib.

    “Mən Avropanı sağ-salamat tərk etdim”, – deyə paylaşımda qeyd edilib.

    Onun sözlərinə görə, Fransa hakimiyyəti videohostinq saytını hədələyib və indi söz azadlığını məhdudlaşdırmadığına görə “Telegram”ın qurucusunu həbs etməklə qırmızı xətti keçib.

  • Mehriban Əliyeva doğum gününü uşaqlarla qeyd edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum gününü uşaqlarla qeyd edib.

    O, bu barədə instaqram hesabında video paylaşıb:

    Qeyd edək ki, Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub.

  • Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib

    Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

    Şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

    Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.

    Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

  • AzTU-nun baş müəllimi vəfat etdi – FOTO

    Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Əmiraslan Manafov vəfat edib.

    Bu barədə universitetin sosial media hesabında bildirilib.

    Bildirilib ki, o uzunsürən xəstəlikdən sonra vəfat edib.

  • Azərbaycan sərhədini üzüb keçərək pozan əcnəbi saxlanıldı – VİDEO

    Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən avqust ayının 25-də saat 21:00-da Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir nəfər şübhəli şəxsin İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsi müşahidə olunub.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, aşkar olunmuş şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.

    “Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı, 24.04.1998-ci il təvəllüdlü Mahmud Xil Bilal oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

  • Лейла Алиева поделилась публикациями по случаю дня рождения Мехрибан Алиевой – ВИДЕО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась на своей странице в Instagram публикациями по случаю дня рождения Первого вице-президента Азербайджана Мехрибан Алиевой.

    В одной из публикаций приводится следующая цитата Первого вице-президента:

    “Главное, на мой взгляд, никогда, ни при каких обстоятельствах не терять достоинства, не вступать в сделку с совестью. Когда в ладу с собой, намного легче жить. И, конечно же, надо стараться быть источником добра. Потому что жизнь коротка, надо успеть сделать побольше добрых дел, как бы банально это ни звучало”.

  • Leyla Əliyevadan Mehriban Əliyeva ilə bağlı paylaşım – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Leyla Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

  • MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

    Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov və müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə müdafiə etdikləri şəxslərin adına sübutların qiymətləndirmə cədvəlində müvafiq olaraq 2 milyon 521 min və 18 milyon 674 min manat mənimsənilmiş pul yazıldığını, lakin həmin məbləğin hansı qaydada çıxarıldığının məlum olmadığını bildiriblər.

    Daha sonra təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları elan edilib.

    Məlum olub ki, həmin əmlakların bir qismi hələ cinayət işi açılmamışdan əvvəl satılıb, Həmçinin bir qismi də müttəhimlərin digər ailə üzvlərinin yaşadığı evlər, eləcə də yaxınlarına məxsus pay torpaqlarıdır.

    C.Kazımovun vəkili Əli Adıgözəlov vəsatət verərək bildirib ki, 2022-ci ildə Hərbi Havva Qüvvələrinin sabiq komandanı Ramiz Tahirov müvəkkili barədə istintaqa mənfi xasiyyətnamə verib. Daha sonra o, Müdafiə Nazirliyinə müraciət edərək C.Kazımovla bağlı müsbət xasiyyətnamə ala bilib. Vəkil həmin xasiyyətnamənin işə əlavə olunmasını xahiş edib.

    “Sabiq komandan Ramiz Tahirovla Cəlal Kazımovun münasibətləri pis olub. O şəxsi münasibətləri işə qatdığı üçün müvəkkilim 2020-ci ildən bu yana müharibə veteranı adını ala bilməyib”, – deyə Ə.Adıgözəlov bildirib.

    Məhkəmənin növbəti prosesi avqustun 30-da davam etdiriləcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.