Month: September 2024

  • Bakıdakı 124 nömrəli məktəbdə şagirdlərdən pul yığılır?

    Bakı şəhərində yerləşən 124 nömrəli tam orta məktəbdə pul yığıldığı iddia olunur.

    Bununla bağlı şikayət Azad Azərbaycan Televiziyasının (ATV) “qaynar xətti”nə daxil olub.

    Bildirilir ki, pul müəllimlərin ehtiyacı və təmir üçün yığılır.

    Şikayətçi qeyd edib ki, onun bir övladından 25, digərindən isə 15 manat pul istənilib.

    Məktəbdən isə cavab olaraq bildirilir ki, iddialar doğru deyil.

    Daha ətraflı videomaterialda:

  • Slovakiyada daşqınlar ölkəyə 20 milyon avro ziyan vurub

    Slovakiyada daşqınlar nəticəsində dəymiş ziyan təxminən 20 milyon avro məbləğində qiymətləndirilir.

    Bu barədə Slovakiya baş nazirinin müavini, ətraf mühitin mühafizəsi naziri Tomas Taraba sosial şəbəkə hesabında yazıb.

    “Hesablamalara görə, ölkəyə dəymiş ziyanın məbləği 20 milyon avro civarındadır”, – o bildirib.

    Dörd gündür davam edən yağışlı və küləkli hava şəraiti ən çox Slovakiyanın qərb ərazilərinə ziyan vurub.

    Daha əvvəl Baş nazir Robert Fitso şiddətli yağışların səbəb olduğu daşqınların böyük ziyan vurduğunu, lakin dövlətin bunu kompensasiya edə biləcəyini söyləmişdi.

    ///report

  • “İnstaqram”da yenilik: Valideynlər mesajlara nəzarət edəcək

    “Instagram” uşaqları qorumaq üçün məxfilik gizlilik parametrlərini yenilənəyə başlayıb.

    Artıq valideynlər “instaqram” mesajlarına nəzarət edə biləcəklər.

    Qeyd olunub ki, 2025-ci ilə qədər həyata keçirilməsi gözlənilən bu dəyişiklik sayəsində 18 yaşdan kiçik yaş qrupuna aid olan hesablar platformada bəzi məhdudiyyətlərlə üzləşəcək və valideynlər övladlarının kiminlə mesajlaşdığına nəzarət edə biləcəklər.
    //azxeber.com

  • Bakıda daha bir məktəbin direktoru işdən çıxarıldı

    Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, Yaqut Əfəndiyeva işdən çıxarılıb.

    O, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

    Məlumatı məktəbdən təsdiq ediblər. Bildirilib ki, hazırda direktorun səlahiyyətlərini təlim-tərbiyə işləri üzrə direktor müavini Bəkirova Gülnarə Ələsgər qızı icra edir.

    Qeyd edək ki, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova da vəzifəsindən azad edilib.

  • В США арестовали рэпера P.Diddy

    Американский рэпер и продюсер P.Diddy (настоящее имя – Шон Комбс) арестован в суде Нью-Йорка после того, как присяжные предъявили ему обвинения в насилии и торговле людьми.

    Об этом пишет газета The New York Times со ссылкой на собственные источники.

    Пункты обвинительного заключения в материале издания не уточняются.

    В июле бывшая порноактриса Адрия Инглиш обвинила рэпера Комбса в торговле людьми и в насилии. С 2023 года Комбса обвиняли в подобных деяниях несколько раз. Самым резонансным стало дело, инициированное его бывшей девушкой – певицей Кассандрой Вентурой.

    Комбс родился в 1969 году в Нью-Йорке. Свою карьеру артист начал в 90-х годах, выступая под псевдонимами Puff Daddy, Diddy и P.Diddy.

    После выпуска дебютного альбома No Way Out в 1997 году к рэперу пришла широкая известность. За этот альбом он удостоился музыкальной премии “Грэмми”. В 2022 году его состояние, по версии журнала Forbes, оценивалось в 1 млрд долларов, таким образом, он занимал второе место в рейтинге самых богатых хип-хоп исполнителей после Jay-Z.

  • Hip-hop dünyasının əfsanəsi ABŞ-də həbs olundu

    Məşhur amerikalı reper və prodüser P.Diddy (əsl adı – Şon Kombs) Nyu-Yorkda təcavüz və insan alveri ittihamları ilə həbs edilib. Xəbər hip-hop dünyasını sarsıdıb və cəmiyyətdə geniş rezonans doğurub.

    Bu barədə “The New York Times” xəbər yayıb.

    İttihamnamənin detalları hələ açıqlanmır.

    Qeyd edək ki, 2023-cü ilin iyulunda keçmiş porno aktrisası Adria İngliş Kombsu təcavüz və insan alverində ittiham edib.

    Bu, 53 yaşlı ifaçının belə cinayətlərdə günahlandırıldığı ilk hal deyil. Ən səs-küylü iş isə zorakılıq ittihamı ilə keçmiş sevgilisi – müğənni Kessi (Kassandra Ventura) tərəfindən başladılmışdı .

    Sərvəti “Forbes” tərəfindən 2022-ci ildə 1 milyard dollar qiymətləndirilən P.Diddy karyerasına 90-cı illərdə başlayıb və qısa müddətdə populyarlıq qazanıb. Onun ilk albomu “No Way Out” (1997) ona “Grammy” mükafatı və dünya şöhrəti gətirib.

  • DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhəri və Samux rayonunda keçirdiyi əməliyyatlar zamanı 1993-cü il təvəllüdlü Hüseyn Niyazov və əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Sevməz Sarıbalayev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onlardan ümumilikdə 24 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş heroin, marixuana, tiryək, psixotrop maddə metamfetamin və 1500 ədəd metadon həbi aşkarlanıb.

    Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    H.Niyazov və S.Sarıbalayevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

    Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı çay yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın ölümünün istintaqı davam edir.

    Narinin ölüm səbəbi bu gün məlum olub.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, sümük və toxuma nümunələrinin tədqiqi nəticəsində Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib.

    Narinin yarılması prosesi zamanı hər növ cinayəti ortaya çıxaracaq 91 nümunə götürülüb. Cəsəddə gözlə görünən kəsici-deşici alət və ya güllə yarasının olmadığı qeyd edilib. Daxili qanaxma əlamətlərinin də olmadığı nəzərə çatdırılıb. Məhkəmə tibb ekspertləri uşağın meyitində çürümənin başladığını bildiriblər. Bu səbəbdən dəqiq ölüm vaxtı ilə bağlı açıqlamanı verməkdə çətinlik çəkdiklərini deyiblər.

    Həmçinin, sentyabrın 13-də “Cinayət dəlillərini məhv etmək” ittihamı ilə həbs edilən Narinin əmisi Fuat Güranın həyat yoldaşı Hediye Güran da “Qəsdən adam öldürülməsində iştirak” maddəsi ilə həbs edilib. Bununla da istintaq çərçivəsində saxlanılanların sayı isə 12-yə çatıb.

  • Президент назначил нового главу ИВ Гаджигабульского района

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об освобождении Севиндика Гаджага оглу Хатамова от должности главы Исполнительной власти (ИВ) Сальянского района.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства С.Хатамов назначен главой ИВ Гаджигабульского района.

  • Vəzifəsindən azad edilən icra başçısı ilə bağlı Prezidentdən yeni SƏRƏNCAM (YENİLƏNİB)

    Prezident İlham Əliyev Sevindik Hacağa oğlu Hətəmovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    * * * * *

    Prezident İlham Əliyev Sevindik Hacağa oğlu Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.