Month: September 2024

  • Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı

    Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova vəzifəsindən azad edilib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, o, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

    Məlumatı məktəbdən təsdiq ediblər.

    Sara Xanlarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

    O, respublikanın Əməkdar müəllimidir.

    Qeyd edək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.

    Xatırladaq ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.

  • Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

    Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • В Минобороны произведены структурные изменения: главой управления назначен Анар Эйвазов

    Упразднена пресс-служба Министерства обороны Азербайджана.

    Как сообщает Qafqazinfo, соответствующий приказ подписал министр обороны генерал-полковник Закир Гасанов.

    Согласно документу, в целях централизованного применения коммуникационных ресурсов оборонного ведомства в соответствии с требованиями Коммуникационной стратегии вместо службы создано Управление по связям с прессой и общественностью.

    На должность начальника управления назначен полковник Анар Эйвазов.

    Отметим, до этого назначения А.Эйвазов был руководителем пресс-службы.

  • Müdafiə Nazirliyində struktur dəyişikliyi: Anar Eyvazov idarə rəisi oldu

    Müdafiə Nazirliyində Mətbuat Xidməti ləğv edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

    Əmrə əsasən, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədi ilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.

    İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

    Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi Mətbuat Xidmətinin rəisi idi.

  • Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edildi

    Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.

    “Report”un əldə etdiyi məlumata görə, İ.Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir.

    Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.

    Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdi.

  • В Генеральной прокуратуре произведено назначение

    Произведено назначение на должность начальника Научно-учебного центра Генеральной прокуратуры.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу надзорного ведомства.

    Согласно соответствующему распоряжению генпрокурора Кямрана Алиева, на эту должность был назначен Талыб Джафаров.

    До этого назначения он работал заместителем начальника Научно-учебного центра.

    Напомним, что предыдущий начальник центра Мубариз Ахмедов соответствующим распоряжением Президента Ильхама Алиева был назначен на должность заместителя министра юстиции.

  • Baş Prokurorluqda YENİ TƏYİNAT

    Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyinat olub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov həmin vəzifəyə təyin edilib.

    Vurğulanıb ki, bu təyinata qədər o, Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

    Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

  • Sumqayıtda 20 yaşlı oğlan tikintidə yıxılaraq ölüb

    Sumqayıtda fəhlə işləyən gənc oğlan hündürlükdən yıxılaraq ölüb.

    “Report”un məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

    2004-cü il təvəllüdlü Bərdə rayon sakini Səfəralı Faiq oğlu Səfərov tikintidə işləyərkən ehtiyatsızlıqdan yıxılıb və hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda inşa edilən unikal piyada körpüsündə işlər nə yerdədir? – AÇIQLAMA

    “Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsündə işlər davam edir.

    Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Trend”ə bildirib ki, hazırda körpünün aşırım hissəsi qurulur.

    Qeyd edək ki, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.

  • Завтра в Мингячевире не будет воды

    18 сентября будет частично приостановлено водоснабжения Мингячевира.

    Об этом сообщает Median.Az со ссылкой на Объединенную службу водоснабжения крупных городов.

    Причиной этому является очистка и дезинфекция центрального водохранилища города объемом 10 000 кубометров.