Month: September 2024

  • Генпрокуратура РФ признала нежелательным польский телеканал Belsat

    Генеральная прокуратура России внесла польский телеканал Belsat, также известный как Belsat TV и Belarusian Satellite, в список нежелательных организаций.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщается в официальном Telegram-канале надзорного органа.

    В заявлении уточняется, что телеканал транслировал “выгодные Западу шаблоны”. При этом его целевой аудиторией были граждане РФ и Беларуси.

    “Мастера разговорного жанра создавали якобы непредвзятые и независимые материалы, однако на самом деле заполняли информационное пространство лживыми сюжетами”, – отметили в прокуратуре.

    В ведомстве считают, что “одной из ключевых задач является дискредитация внутренней и внешней политики российских властей, создание негативного образа страны и критика интеграционных процессов в рамках Союзного государства России и Беларуси”.

    Belsat – телеканал, созданный на основании соглашения министерства иностранных дел Польши и АО “Польское телевидение”, из средств которых и осуществляется его финансирование, отметили в Генпрокуратуре.

  • Rusiya Polşa telekanalını “arzuolunmaz” elan edib

    Rusiya Federasiyasının Baş Prokurorluğu Polşanın “Belsat” telekanalını “arzuolunmaz” təşkilatlar siyahısına daxil edib.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə prokurorluğun rəsmi “Telegram” kanalında məlumat verilib.

    Bəyanatda telekanalın “Qərb üçün faydalı şablonlar” yayımladığı və hədəf auditoriyasının Rusiya Federasiyası və Belarus vətəndaşları olduğu bildirilib.

    Nəzarət orqanında hesab edirlər ki, əsas vəzifələrdən biri Rusiya hakimiyyətinin daxili və xarici siyasətini gözdən salmaq, ölkə ilə bağlı mənfi obraz yaratmaq və Rusiya və Belarus İttifaq dövləti çərçivəsində inteqrasiya proseslərini tənqid etməkdir.

    Baş Prokurorluqdan bildirilib ki, “Belsat” Polşa Xarici İşlər Nazirliyi ilə “Polşa Televiziyası” SC arasında bağlanmış müqavilə əsasında təsis edilən və bu qurumların vəsaiti hesabına maliyyələşdirilən telekanaldır.

  • Азербайджан улучшил позиции в мировом Индексе кибербезопасности

    Международный союз электросвязи (структура ООН) опубликовал отчет “Глобальный индекс кибербезопасности 2024” (Global Cybersecurity Index, itu.int/GCI).

    Об этом “Report” сообщили в Министерстве цифрового развития и транспорта.

    Азербайджан в отчете набрал 93,76 балла из возможных 100, что позволило стране согласно обновленной методологии рейтинга получить “продвинутый уровень”

  • Azərbaycanın kibertəhlükəsizlik indeksi beynəlxalq reytinqdə yüksəlib

    Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index, itu.int/GCI) hesabatı dərc edilib.

    Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.

  • КНДР увеличит число центрифуг для обогащения урана

    Лидер КНДР Ким Чен Ын поручил увеличить число центрифуг для обогащения урана с целью наращивания ядерного арсенала “в геометрической прогрессии”, а также внедрять новые центрифуги.

    Как передает Median.Az, об этом ТАСС сообщает со ссылкой на Центральное телеграфное агентство Кореи (ЦТАК).

    Согласно информации, северокорейский лидер дал эти поручения во время посещения объектов по производству ядерных материалов.

    По его словам, для выполнения задачи по наращиванию арсенала “в геометрической прогрессии” нужно “не почивать на лаврах, а увеличивать число центрифуг”, повышать их мощность, а также “продвигать работу по внедрению новых центрифуг” для укрепления “базы производства ядерных материалов для ядерного оружия”.

  • Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq

    Şimali Koreya lideri Kim Çen In nüvə arsenalını “həndəsi silsilə ilə” artırmaq məqsədilə uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artırmağı, həmçinin yeni sentrifuqaların tətbiqini əmr edib.

    Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Şimali Koreya lideri bu göstərişi nüvə materialları istehsalı müəssisələrinə səfəri zamanı verib.

    Onun sözlərinə görə, arsenalın “həndəsi silsilə ilə” artırılması vəzifəsini yerinə yetirmək üçün “dincəlməmək, əksinə sentrifuqaların sayını artırmaq”, onların gücünü yüksəltmək, həmçinin “nüvə silahı üçün nüvə materiallarının istehsal bazasını” möhkəmləndirmək məqsədilə “yeni sentrifuqaların tətbiqi üzrə işi irəlilətmək” lazımdır.

  • Трамп отказался от нового раунда дебатов с Харрис

    Кандидат в президенты США от республиканцев Дональд Трамп отказался провести новый раунд дебатов со своим оппонентом от демократов, вице-президентом Камалой Харрис.

    Об этом он сообщил в соцсети Truth Social.

    “Когда боксер проигрывает бой, первые слова из его уст: “Я хочу повторного поединка”. Опросы ясно показывают, что во вторник вечером я выиграл дебаты у товарища Камалы Харрис, леворадикального кандидата от демократов, и она немедленно потребовала проведения вторых дебатов. Она не явилась на дебаты на Fox и отказалась выступать на NBC и CBS. Камала должна сосредоточиться на том, что ей следовало делать в течение последнего почти четырехлетнего периода. Третьих дебатов не будет”, – заявил Трамп.

    Напомним, что по результатам опроса в теледебатах кандидатов в президенты США, состоявшихся 10 сентября в Филадельфии, вице-президент Харрис опередила своего соперника Трампа.

  • Tramp Harrislə debatın yeni raundundan imtina edib

    Respublikaçı Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi vitse-prezident Kamala Harrislə debatların yeni raundunu keçirməkdən imtina edib.

    Bu barədə o, sahibi olduğu “Truth Social” platformasında bildirib.

    “Yıxılan pəhləvan güləşdən doymaz. Sorğular açıq-aydın göstərir ki, çərşənbə axşamı axşam solçu radikal demokrat namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim, o isə dərhal ikinci debat tələb etdi. O, “Fox”da müzakirələrə gəlmədi və NBC və CBS-də görünməkdən imtina etdi. Kamala son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”, – Tramp diqqətə çatdırıb.

    Xatırladaq ki, ABŞ prezidentliyinə demokratlar partiyasından namizəd Kamala Harris seçki yarışında əsas rəqibi respublikaçı Donald Trampla debatda üstün olub.

  • Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

    Hazırda həbsdə olan iş adamı Ziya Hüseynzadə model Razi Əliyevanı məhkəməyə verib.

    “Qaynarinfo” xəbər verir ki, iş adamının iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

    Ramin Xəlilov iş üzrə hakim təyin edilib.

    Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, məhkəmə çəkişməsi əmlakla bağlıdır.

    Razi Əliyeva Ziya Hüseynzadənin keçmiş sevgilisi olub. O, ötən il Razi Əliyevanı döyməkdə ittiham edilərək həbs olunub.

    Hazırda iş adamının məhkəməsi davam edir.

  • Narinin azadlığa buraxılan atasından mətbuata ilk AÇIQLAMA

    Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

    Narinin digər şübhəlilərlə birlikdə saxlanılan və daha sonra azadlığa buraxılan atası Arif Güran mətbuata ilk açıqlamasını verib.

    Bu barədə Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

    “Arzum o idi ki, qızım sağ tapılsın. İlk gündən deyirik ki, dövlət buradadır. Dövlət əlindən gələndən də artığını etdi. Qızımın məzarının olması belə, dövlətin səyi nəticəsindədir.

    İstintaqla bağlı onsuz da məxfilik qərarı var. Kim edibsə, Allahın izni ilə, dövlət hamısını tapıb aşkara çıxaracaq. Prokurora verdiyim ilk ifadəm də, son ifadəm də eynidir. İstintaqla bağlı heç nə demək istəmirəm. Dövlət mənimlə heç nəyi bölüşmür. Siz nə bilirsinizsə, mən də onu bilirəm.

    Bu araşdırma üçün dövlət istənilən şəxsi saxlaya bilər. Dövlət kimdən şübhələnirsə, onu da istintaqa cəlb edə bilər. İstintaq bitənə qədər bütün kəndi belə cəlb edə bilər. Mən kimdən şübhələndimsə, jandarma ilə paylaşdım.

    Şübhələndiyim biri olsaydı, jandarmaya bildirərdim. Kənd 90 evdən ibarətdir. Güran soyadında cəmi 10 ev var. Əsrlərdir ki, bu kənddə yaşayırlar. Bilsəydim, deyərdim. İnanıram ki, ədalət öz yerini tapacaq. Biz Türkiyə Respublikasında yaşayırıq. Heç nə gizli qalmayacaq. Dövlət qızımın qatilinin qanını yerdə qoymayacaq. Türk xalqı mənim qızıma sahib çıxdı, Allah onlardan razı olsun.

    Bunu edənlərə də Allah lənət eləsin, biz kiçik bir ailə idik” , – deyə o bildirib.

    “Qızımın acısını yaşaya bilmirəm. Səhərə yaxın evə gələndə qızımın məzarına getdim. Fenomenlər qızımın məzarına gəlib şəkil çəkirlər. Tanımadığım insanların qızımın fotolarını çəkməsini və fenomenlərin qızımdan faydalanmasını istəmirəm. Xahiş edirəm, etməsinlər. Allah xatirinə, etməyin. Hazırda dövlət və prokuror araşdırmalar aparır” , – deyə Arif Güran əlavə edib.

    O, həmçinin Narinin cəsədini dərə yatağına basdıraraq gizlədən və cinayətdə şübhəlilərdən olan Nevzat Bahtiyar haqqında da danışıb.

    “Hər axşam məsciddə yanımda oturan adamdır, amma yanında oturduqda belə insanların çirkin üzlərini görə bilmirsən” , – deyə Arif Güran qeyd edib.