Month: September 2024

  • Бакинское метро с понедельника переходит на самое плотное расписание движения

    С 16 сентября в Бакинском метро вводится самое плотное технически возможное расписание движения поездов в связи с началом осенне-зимнего сезона и увеличением пассажиропотока.

    Как сообщает Median.Az со ссылкой на ЗАО “Бакинский метрополитен”, в связи с началом нового учебного года количество поездов на линиях будет увеличено, движение станет более интенсивным, а интервалы сократятся.

    Согласно приказу, подписанному председателем ЗАО “Бакинский метрополитен” Зауром Гусейновым, утверждено новое расписание движения поездов.

    На Зеленой и Красной линиях в часы пик минимальный интервал составит 2 минуты. В другие периоды интервалы будут чуть больше, в зависимости от времени дня и особенностей линий.

  • Bakı metrosunda texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki tətbiq ediləcək

    Sentyabrın 16-dan Bakı metropolitenində qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq.

    Median.Az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, fəal istirahət dövrünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib.

    Yaşıl və Qırmızı xətlər üzrə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər olacaq. Qeyd edilən vaxtlarda Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki tərtib edilməklə, ən aşağı intervallar tətbiq olunacaq. Bu xüsusda həmin vaxtlarda “Həzi Aslanov-28 May” istiqamətində və əksinə qatarlar arasında ən aşağı interval 2 dəqiqə olacaq. Qeyd edilən hərəkət sahəsində günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox təşkil edəcək.

    Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

    “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər qatarlar arasında interval 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

    Təqvim üzrə digər istirahət, bayram və kütləvi tədbirlərin keçiriləcəyi günlərdə sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə əvvəlcədən məlumatlar veriləcək.

    Məlumdur ki, Yaşıl və Qırmızı xətlərin qatarları yalnız “Nərimanov” elektrik deposundan hərəkətə başlayır. Metropoliten xətlərinin mürəkkəb texniki xüsusiyyətlərinə görə bu hallarda intervallar fərqli olacaq. Gün ərzində “Bakmil” istiqamətində qatarların hərəkət cədvəlinə uyğun olaraq, xəttə qatar buraxıldıqda və xətdən çıxdıqda “Həzi Aslanov” stansiyasından ardıcıl iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkəti mümkündür. Bundan savayı, həmin vaxtlarda “Həzi Aslanov-Nərimanov” sahəsində intervallar qeyd edilən vaxtlardan iki dəfə artıq olacaq. Bu məqamlar da nəzərə alınaraq, Bakı metropolitenində müntəzəm monitorinqlər aparılacaq. Hərəkətin ən gur saatlarında qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməklə sərnişin axınının mümkün qədər tənzimlənməsi, digər vaxtlarda isə ehtiyat qatarlardan istifadə olunması təmin ediləcək.

    Bundan savayı, tədris ilinin dərs növbələri arasında mümkün sıxlığın aradan qaldırılması məqsədilə mövsümün gedişində ehtiyat qatarların xəttə verilməsi vaxtları müəyyənləşdiriləcək.

    Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

    Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.

    Yeni qrafikin 2025-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

    “Bakmil” stansiyasına və əksinə qatarların yeni hərəkət cədvəlləri sentyabr ayının 15-nə qədər metro.gov.az saytının müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) yerləşdiriləcək.

    Stansiyaların digər infrastrukturu və mühəndis-texniki qurğularının fəaliyyəti ilə bağlı müntəzəm monitorinqlər də aparılacaq. Tətbiq ediləcək bu və digər yeniliklər və dəyişikliklər barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq.

    “Bakı Metropoliteni” QSC gözlənilən sərnişin sıxlığı ilə əlaqədar istifadə qaydalarına, ələlxüsus platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı tövsiyə edir. Sərnişinlərdən qatarlardan minib-düşənlərə yol vermək, vaqona minərkən qapı zonasında və stansiya platformalarının eskalator meydançalarında yubanmamaq və dayanmamaq xahiş olunur. Həmçinin sanitariya və gigiyena normalarına riayət edilməsi, diqqəti yayındıran elektron və digər vasitələrdən mümkün qədər az istifadə olunması da xüsusi olaraq vacibdir.

    “Unutmayaq ki, bir sərnişinin qaydalara riayət etməməsi minlərlə insanın narahatlığına, mənzil başına yubanmasına səbəb olur. Buna görə hər bir sərnişindən qaydalara yuxarıda sadalananları nəzərə almasını bird aha rica edirik”, – deyə qurumun məlumatında deyilir.

  • В Азербайджан в августе запрещен въезд 1337 человек за нарушение миграционного законодательства

    В Азербайджан в августе запрещен въезд 1 337 человек за нарушение положений миграционного законодательства.

    Об этом сообщили в Государственной миграционной службе.

    Из них 1 092 человек не смогли въехать в страну за нарушение требований статьи 16.1.8 Миграционного кодекса, 21 – за нарушение требований других статей Миграционного кодекса АР.

    Кроме того, в отчетном периоде принято 224 решения о применении штрафа с административным выдворением за пределы страны за нарушение требований положений Кодекса об административных правонарушениях АР.

  • Ötən ay 1 337 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb

    Ötən ay İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozmasına görə 1 337 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

    Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 1337 qərar qəbul edilib.

    Bunlardan 1092-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 21-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olmuşdur.

  • Завтра в высокогорных районах Азербайджана ожидается снег

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, в основном без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, однако ночью и утром местами прогнозируются дожди с грозами. Будет преобладать северо-восточный ветер.

    Температура воздуха ночью составит 20-23°, днем – 26-30° тепла. Атмосферное давление – 759 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75%, днем – 40-45%.

    В большинстве районов Азербайджана пройдет преимущественно без осадков, однако в некоторых горных и предгорных районах прогнозируются дожди, в отдельных местах ливневого характера, грозы и град. Утром в высокогорных районах не исключается снег. Ночью и утром в некоторых местах ожидается слабый туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 17-21°, днем – 26-31° тепла, в горах ночью 5-10°, днем – 12-15° тепла.

  • Sabah yüksək dağlıq ərazilərə qar yağacaq – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, səhər yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-15° isti olacaq.

  • В Международном аэропорту Гейдар Алиев сдана в эксплуатацию обновленная взлетно-посадочная полоса

    В Международном аэропорту Гейдар Алиев после капитального ремонта вновь введена в эксплуатацию взлетно-посадочная полоса (ВПП) 17/35.

    Об этом сообщает Report со ссылкой на пресс-службу Международного аэропорта Гейдар Алиев.

    Работы по реконструкции, начавшиеся в январе этого года, включают полную замену искусственно-асфальтобетонного покрытия ВПП, модернизацию курсо-глиссадной системы (ILS), усовершенствование дренажных систем, капитальный ремонт существующих рулежных дорожек и строительство трех дополнительных новых.

    Длина полосы составляет 3200 метров, ширина – 60 метров. Общая длина отремонтированных и вновь построенных рулежных дорожек составляет 4332 метра, ширина – 44 метра.

    “Реконструкция ВПП является важной частью стратегического плана по модернизации инфраструктуры аэропорта, направленного на повышение операционной надежности и обеспечение максимального уровня безопасности полетов. Использование передовых технологий и качественных материалов позволяет существенно продлить срок службы полосы и улучшить эксплуатационные показатели”, – сказал директор Бакинского аэропорта Теймур Гасанов.

    В результате слаженной деятельности соответствующих служб аэропорта процесс реконструкции был проведен в кратчайшие сроки с соблюдением нормативных требований и авиационных правил. Обновленная взлетно-посадочная полоса полностью соответствует международным стандартам безопасности и, как и прежде, способна принимать все типы воздушных судов.

    Отметим, что, несмотря на масштаб проекта, в этот период в Бакинском аэропорту продолжалось бесперебойное обеспечение полетов.

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib

    Heydər Əliyev Beynəlxalq Aeroportunda əsaslı təmirdən sonra 17/35 uçuş-enmə zolağı yenidən istifadəyə verilib.

    Median.Az bu barədə hava limanına istinadən xəbər verir.

    Məlumata görə, bu ilin yanvarında başlayan yenidənqurma işlərinə uçuş-enmə zolağının asfalt-beton örtüyünün tamamilə dəyişdirilməsi, cihazlara enmə sisteminin (İLS) yenilənməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi, mövcud sürmə yollarının əsaslı təmiri və əlavə 3 yeni sürmə yolunun inşası daxildir.

    Zolağın uzunluğu 3200 metr, eni 60 metr olaraq saxlanılıb. Yenilənmiş və yeni salınmış sürmə yollarının ümumi uzunluğu 4332 metr, eni isə 44 metr təşkil edir.

    “Uçuş-enmə zolağının yenidən qurulması hava limanının infrastrukturunun modernləşdirilməsi üzrə strateji planın mühüm tərkib hissəsidir və bu, əməliyyat etibarlılığının artırılmasına, uçuşların təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsinə yönəlib. Qabaqcıl texnologiyalar və yüksək keyfiyyətli materiallardan istifadə bizə zolağın xidmət müddətini əhəmiyyətli dərəcədə uzatmağa və istismar göstəricilərini yaxşılaşdırmağa imkan verir”, – deyə Bakı aeroportunun direktoru Teymur Həsənov bildirib.

    Hava limanının müvafiq xidmətlərinin koordinasiyalı fəaliyyəti nəticəsində yenidənqurma prosesi qısa müddətdə, normativ tələblərə və aviasiya qaydalarına uyğun şəkildə həyata keçirilib. Yenilənmiş uçuş-enmə zolağı beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir və əvvəlki kimi, bütün növ təyyarələri qəbul etmək imkanına malikdir.

    Layihənin miqyasına baxmayaraq, bu müddət ərzində Bakı hava limanında uçuşların fasiləsiz təmin edilməsi davam etdirilib.

  • Ermənistanın təxribatları davam edərsə, Azərbaycanın müəyyən cəza addımları atması mümkündür – RƏY

    Qərb dövlətləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Ermənistanı silahlandırmaqla Azərbaycanın ev sahibliyinə kölgə salmaq istəyirlər.

    Bunu “Report”a açıqlamasında professor, siyasi şərhçi Sabir Məmmədli deyib.

    O bildirib ki, rəsmi İrəvan Qərb dairələrinin bu məqsədinə şərait yaradır: “Azərbaycan hələ ki, mümkün qədər təmkinli davranacaq. Bunu Ermənistan da, Qərb dairələri də başa düşürlər. Çünki rəsmi Bakı istəməz ki, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşsın. Qərb isə Azərbaycanın bu təmkinli davranışından istifadə edir”.

    Ekspert qeyd edib ki, hazırda Ermənistan rəhbərliyi sülh barədə danışsa da, əməldə bunu göstərmir: “Sürətlə silahlanma, Qərb dövlətləri ilə əməkdaşlığın inkişafı da bunu göstərir. Ermənistan əslində çətin vəziyyətdədir. Qərb bölgəyə daxil olmaq üçün rəsmi İrəvandan istifadə edir. İndi bölgəyə gəlmək Qərb üçün çox vacibdir. Çünki bu, ABŞ, Fransa kimi dövlətlərə kommunikasiya xətlərinə nəzarət etmək imkanı yaradır. Eyni zamanda Qərb beləliklə, regiona daha yaxşı təsir edə bilər. Odur ki, kimsəyə lazım olmayan, zəif Ermənistandan istifadə edilir. Ermənistandakı mövcud hakimiyyət isə buna şərait yaradır”.

    S.Məmmədlinin sözlərinə görə, gələcəkdə Azərbaycanın adekvat cavab tədbirləri görməsi istisna deyil: “Məlum olduğu kimi, hazırda Zəngəzur dəhlizi ilə bağlı ciddi müzakirələr gedir. Region ölkələri bu barədə intensiv fikir mübadiləsi aparırlar. Rusiya tədricən İranı razı salır. Həmçinin Türkiyə də dəhlizin açılacağı ilə bağlı əminliklə danışır. Bu, o deməkdir ki, dəhlizin açılmasını Ermənistandan başqa bütün bölgə dövlətləri istəyir. Əgər Ermənistan buna razı olmasa və hərbi təxribatlarını davam etdirsə, COP29-dan sonra Azərbaycanın cəza tədbirləri olaraq müəyyən addımlar atması, o cümlədən Zəngəzur dəhlizini açması mümkündür”.
    Qeyd edək ki, son vaxtlar Qərb yenidən Ermənistanı sürətlə silahlandırır. Bunun fonunda Ermənistan hərbi provokasiyalarını intensivləşdirib.

  • “Kəpəz” Vurğun Hüseynovla yolları ayırıb

    “Kəpəz” klubu Vurğun Hüseynovla yolları ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Təcrübəli müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

    Qeyd edək ki, V.Hüseynov 2023-cü ildən “Kəpəz”də çıxış edir.
    //report