Month: September 2024

  • Çin pensiya yaşını artırmağı planlaşdırır

    Çin Xalq Respublikasının parlamenti rolunu oynayan Ümumçin Xalq Nümayəndələri Məclisi (UXNM) 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşının artırılmasını təsdiqləyib.

    Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, kişilər üçün pensiya yaşı üç il artırılaraq 60-dan 63 yaşa qaldırılacaq. Rəhbər vəzifələrdə çalışan qadınlar üçün pensiya yaşı 58, digər qadın əməkdaşlar üçün isə 55 yaşdan başlayacaq. Hazırda Çində qadınlar üçün pensiya yaşı 50 yaşdan başlayır.

    Agentlik vurğulayır ki, dəyişikliklər 2025-ci ildə qüvvəyə minəcək və 15 ilə qədər davam edəcək. 2030-cu ildən etibarən pensiya almaq üçün tələb olunan baza ödəmələrin ödənilməsi müddəti 15 ildən 20 ilə qədər artırılacaq.

    Həmçinin Çinin vətəndaşlarına minimum staja çatmazdan üç il əvvəl erkən pensiyaya çıxmaq hüququ veriləcək, lakin bu, mövcud qanunvericiliyin icazə verdiyi yaşdan əvvəl olmayacaq.

  • В России мужчина скончался после укуса незнакомца за палец

    В Санкт-Петербурге (Российская Федерация) произошёл шокирующий инцидент, который привёл к гибели 51-летнего мужчины.

    Как сообщает Median.Az со ссылкой на Telegram-канал “Mash на Мойке”, возле детского сада в Красногвардейском районе петербуржец сделал замечание незнакомцу по поводу его неподобающего поведения и показал ему средний палец. В ответ прохожий укусил мужчину за палец, что стало роковым для последнего.

    Со временем палец начал сильно опухать, а состояние пострадавшего стремительно ухудшалось. Однако мужчина обратился за медицинской помощью лишь спустя почти две недели после происшествия. Врачи диагностировали у него острое воспаление в правой руке, вызванное некротизирующей инфекцией – редким, но крайне опасным заболеванием, которое приводит к отмиранию тканей.

    Медики незамедлительно направили пациента на операцию, но, к сожалению, спасти его жизнь не удалось. Мужчина скончался прямо во время хирургического вмешательства.

    В настоящее время правоохранительные органы проводят расследование всех обстоятельств инцидента, чтобы установить личность укусившего мужчину прохожего и привлечь его к ответственности.

  • Rusiyada qəribə hadisə: Tanımadığı şəxs barmağını dişlədi, bir müddət sonra öldü

    Rusiyanın Sankt-Peterburq şəhərində 51 yaşlı kişinin ölümü ilə nəticələnən şokedici hadisə baş verib.

    Bu barədə “Mash na Moyke” “Telegram” kanalı xəbər yayıb.

    Bildirilir ki, yerli uşaq bağçalarının birinin yanında iki sakin arasında münaqişə baş verib. Peterburqlu kişi yoldan keçənə davranışı ilə bağlı irad tutub və ona orta barmağını göstərib. Cavabında qəzəblənmiş tanımadığı şəxs kişinin barmağını dişləyib. Bu, ilk baxışda əhəmiyyətsiz görünən dişləmə isə faciəyə səbəb olub.

    Zaman keçdikcə barmaq şiddətli şəkildə şişməyə başlayıb və zərərçəkmişin səhhəti getdikcə pisləşib.

    Kişi tibbi yardım üçün yalnız təxminən iki həftə sonra – vəziyyət kritik hal aldıqda müraciət edib. Həkimlər onun sağ əlində nekrotik infeksiya səbəbindən kəskin iltihab diaqnozu qoyublar.

    Onun üçün təcili əməliyyat qərarı verilib, lakin cərrahi müdaxilə zamanı kişi vəfat edib.

    Hazırda hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır.

  • Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb

    Əsaslı təmirə bağlanmış məktəblərin şagird və müəllim kontingenti digər məktəblərdə yerləşdirilib.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu rayonu 68 nömrəli tam orta məktəb yenidən tikildiyi üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 215 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 90 nömrəli tam orta məktəbdə II növbədə təhsil alacaqlar.

    Xəzər rayonu 324 nömrəli tam orta məktəb əsaslı təmir olunduğuna görə məktəbin bütün siniflər üzrə şagirdləri Xəzər rayonu 241 nömrəli tam orta məktəbdə II növbədə oxuyacaqlar.

    Suraxanı rayonu 141 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 104 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 146 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirəcəklər.

    Xətai rayonu 59 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 194 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 116 nömrəli tam orta məktəbdə II növbədə təhsilə cəlb olunacaqlar.

    Nəsimi rayonu 151 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün məktəbin bütün siniflər üzrə şagirdləri 35 nömrəli tam orta məktəbin ibtidai korpusunda I və II növbədə təhsil alacaqlar.

    Nərimanov rayonu 57 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 178 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 291 nömrəli Ekologiya liseyində II növbədə təhsillərini davam etdirəcəklər.

  • Güney Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar

    Bu günlərdə həm İslam Respublikasını dəstəkləyən, həm də ona müxalif olan farsdilli media Azərbaycan və türklər əleyhinə məqalələrlə doludur.

    “Report” xəbər verir ki, bu fikirlər Güney Azərbaycanı təmsil edən dörd təşkilatın Zəngəzur yolu ilə bağlı rəsmi Tehranın apardığı təbliğata etiraz olaraq yaydığı birgə bəyanatda yer alıb.

    “Güney Azərbaycan siyasi təşkilatları belə şəraitdə Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında Naxçıvana keçid yolunu açmağa tam hüququ olduğunu vurğulayırıq” , – bəyanatda bildirilib.

    Qeyd edək ki, bəyanat Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkəti (AZOH) və Güney Azərbaycan Demokrat Partiyası (GADP) adından yayılıb.

  • Kişi sirkə turşusu içib özünü öldürdü

    Xaçmazda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, rayon sakini 41 yaşlı Nail Şalbuzov sirkə turşusu içərək özünü öldürüb.

    Onun hansı səbəbdən bu addımı atması bəlli deyil.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Yeniyetmə qızdan şantajla 8400 manat aldı: Həbs olundu – FOTO

    Bakıda yeniyetmə qızdan hədə-qorxu ilə pul tələb edən şəxs tutulub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) keçirdiyi tədbirlərlə yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul vəsaitini ələ keçirməkdə təqsirli bilinən Toğrul İsmiyev saxlanılıb.

    Müəyyən edilib ki, T.İsmiyev “Instagram”da tanış olduğu həmin şəxsin fotoşəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, müxtəlif vaxtlarda zərərçəkəndən ümumilikdə 8 400 manat alıb.

    Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

  • Naxçıvanda gecə saatlarında internet olmayacaq – SƏBƏB

    Naxçıvan Muxtar Respublikası (MR) üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

    Bu barədə Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 13 sentyabr saat 23:30-dan 14 sentyabr saat 05:30-a qədər təxirəsalınmaz profilaktik təmir bərpa işləri həyata keçiriləcək.

    Qeyd olunub ki, təxirəsalınmaz işlər görülən müddətdə muxtar respublika üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

    Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin verilişi tam bərpa ediləcək.

  • В НАНА заявили, что непричастны к удалению статей о шехидах из “Википедии”

    Волонтеры группы при Национальной академии наук Азербайджана (НАНА) не имеют отношения к удалению статей о шехидах 44-дневной Отечественной войны из “Википедии”.

    Об этом говорится в заявлении пресс-службы НАНА.

    “Удаление статей, посвященных шехидам, отдавшим свои жизни за территориальную целостность Азербайджана, является неправильным и ошибочным шагом. Мы выражаем сожаление по этому поводу”, – подчеркивается в заявлении.

  • AMEA-dan “Vikipediya”dan şəhidlərimizin məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA

    Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsi ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.

    Bu barədə AMEA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada qeyd edilib.

    “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan, səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”, – açıqlamada vurğulanıb.