Month: September 2024

  • Polisin zərərsizləşdirdiyi silahlının cinayət ortağı HƏBS EDİLDİ – VİDEO

    Bakıda mənzilə silahlı basqın edərək polisə müqavimətdə təqsirləndirilən şəxs həbs olunub.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında deyilir.

    Sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb ediblər.

    Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102” xidməti-zəng mərkəzinə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.

    Hadisə ilə əlaqədar Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib. Basqında istifadə olunan bir ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

    İntensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

    Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib, külli miqdarda pul vəsaiti tələb etməsi, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla zor tətbiq etməsi əsaslı şübhələrə səbəb olub.

    Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilib. Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • XİN: “Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir”

    Fransanın Avropa və Xarici İşlər Nazirliyinin, Fransa vətəndaşı Teo Klerkə qarşı guya “ayrıseçkilik” edilməsi və onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanatı, özünü “hüquqi dövlət” adlandıran Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı və digər şəxslərə qarşı verilən hökm məhkəmənin səlahiyyətindədir və bu qərarı sual altına almağa Fransa tərəfinin ixtiyarı yoxdur.

    Fransa vətəndaşı Azərbaycan Cinayət Məcəlləsinin əmlakı qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, bu kimi əməllərə görə Teo Klerk əvvəllər Fransada da cəzalandırılıb və ona qarşı cərimə tətbiq olunub.

    Ümumilikdə, istintaqın və məhkəmənin gəldiyi qənaətə görə, Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlıq və fəallıq göstərib. Həmçinin, məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi məlum olub.

    Eyni əmələ görə əvvəllər müəyyən məbləğdə cərimə edilsə də, Azərbaycanda bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı onun məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmaması onun digər iki şəxs ilə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillərdir.

    Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobiya və insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyətləri hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.

  • Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: Qeydiyyatçı işdən çıxarıldı

    Bakıda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan gənc həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən 25 yaşlı S.Quliyevə hökm oxunub. Məhkəmənin 6 sentyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca qandallanıb.

    Araşdırmalar zamanı məlum olub ki, S.Quliyev sosial şəbəkələrdən birində Gəncə şəhər sakini olan 15 yaşlı Aytac Səlimova (şərti ad-soyadlı) ilə tanış olub. Bakı şəhərində yaşayan oğlan bir dəfə Gəncəyə gedərək orada 9-cu sinif şagirdi olan qızla görüşüb. Bir neçə gün sonra isə Aytac S.Quliyevə zəng edərək Bakıda nənəsigildə olduğunu, evdə anası tərəfindən sıxıldığını və qaçmaq istədiyini deyib.

    O, Aytacın olduğu yerə gedərək onu götürüb və paytaxtın mərkəzində “Tarqovıy” adlanan əraziyə gətirib. Burada o, yetkinlik yaşına çatmamış qızla hotellərdən birinə daxil olaraq nömrə icarəyə götürüb.

    Bundan sonra S.Quliyevlə Aytac dəniz kənarına gediblər və oğlan orada qızı tərk edib. Tək qalan qız daha sonra bacısı ilə əlaqə saxlayaraq yerini bildirib. Ailəsinin yanına qayıtdıqdan sonra S.Quliyevin ona qarşı etdikləri barədə danışıb və polisə şikayət ərizəsi ilə müraciət edilib.

    Cinayət işi açıldıqdan sonra hoteldə araşdırma aparılıb və kamera görüntüləri əldə edilib. Yetkinlik yaşına çatmayan qızı qeydiyyatsız hotelə buraxan qeydiyyatçı R.Ə.-nin əmək müqaviləsinə xitam verilib.

  • Mingəçevirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

    Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada ölüb.

    “Report”un məlumatına görə, hadisə nəticəsində ağır xəsarət alan 1972-ci il təvəllüdlü Şahin Ağayev göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, sentyabrın 2-də Mingəçevir şəhərində yolu keçmək istəyən Ş.Ağayevi avtomobil vurub.

    Faktla bağlı araşdırma aparılır.

  • BakıKart не работает: как вернуть деньги на счёт приложения?

    Уже более месяца не устранена неисправность в мобильном приложении BakıKart. Граждане обеспокоены списанием денег со своих счетов.

    В связи с этим Baku.ws обратился в Агентство наземного транспорта Азербайджана (AYNA).

    В ответ на запрос в пресс-службе структуры сообщили, что работы по устранению технической неисправности в приложении BakıKart продолжаются.

    “Просим пассажиров временно использовать карты BakıKart и другие доступные альтернативы для оплаты проезда в общественном транспорте.

    Отметим, что счета граждан и средства на них не списаны. Как только приложение возобновит работу, пользователи смогут использовать все средства, внесенные на счета”, – говорится в сообщении агентства.

  • “BakıKart” tətbiqindəki pullar geri qaytarılacaq? – RƏSMİ CAVAB

    Artıq bir aydan çoxdur ki, “BakıKart”ın mobil tətbiqində yaranan nasazlıq aradan qaldırılmayıb. Vətəndaşlar hesablarında olan pulların silinməsi ilə bağlı narahatlıq keçirirlər.

    Baku.ws bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlayıb.

    Qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nasazlığın aradan qaldırılması ilə bağlı proses davam edir:

    “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.

    Qeyd edək ki, vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq”.

  • Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanıldı – VİDEO

    Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

    Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə evlərdən birindən oğurluq edən əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Emin Məmmədov saxlanılıb. Onun mənzildən 1500 manat oğurladığı müəyyən olunub. E.Məmmədovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

  • Погибшая под колесами поезда в Баку оказалась школьницей

    Установлена личность погибшей под колесами поезда в Баку.

    По информации, полученной lent.az, ею оказалась 15-летняя Медина Мамедли.

    Сообщается, что она училась в 9 классе.

    Напомним, инцидент произошел минувшим днем на участке маршрута Баку – Пиршаги – Сумгайыт, проходящем через поселок Забрат. Скоростной поезд сбил девочку, внезапно вышедшую на железнодорожные пути. Хотя сотрудники станции немедленно вызвали на место происшествия бригаду скорой медицинской помощи, пострадавшая погибла от полученных тяжелых травм.

  • Bakıda qatarın vurub öldürdüyü qız məktəbli imiş

    Bakıda qatarın vurub öldürdüyü qadının kimliyi bilinib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 15 yaşlı Mədinə Məmmədlidir.

    Onun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir.

    Xatırladaq ki, hadisə dünən Bakı-Pirşağı-Sumqayıt qatar reysinin Zabrat qəsəbəsindən keçən hissəsində baş verib. Sürət qatarı hərəkətdə olarkən qatar yoluna qəfil çıxan bir qadını vurub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

  • Diş implantlarını qanunsuz yolla ölkəyə keçirmək istədilər

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantları və aksessuarlarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Roma-Bakı aviareysi ilə gələn iki nəfər ölkə vətəndaşı “Yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

    Yoxlama zamanı onlara məxsus çamadanlardan gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksesuarı aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.