Month: September 2024

  • Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutulub

    Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.

    Apa-nın “zakon.kz”ya istinadən xəbərinə görə, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.
    Qurumdan bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.

    Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.

  • ABŞ Marqarita Simonyana sanksiya tətbiq edib

    ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.

    Apa TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən verilən yazılı məlumatda deyilir.
    Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya düşüb.

  • СМИ: В атмосферу Земли вошел астероид

    Bu

    Астероид размером около метра должен был войти в атмосферу Земли на скорости 63 000 км/ч в 12:45 часов по времени восточного побережья США (20:45 по Баку – ред.).

    Как передает Median.Az, об этом сообщает Daily Mail.

    Издание указало, что, по прогнозам, относительно небольшой астероид сгорит в атмосфере, а то, что от него останется, упадет в море. Падение небесного тела можно будет наблюдать на Филиппинах.

    Астероид был обнаружен учеными за восемь часов до расчетного времени падения на Землю. Это всего девятый раз, когда ученые предупреждают о небесном объекте, называя точный момент его входа в атмосферу.

  • Yer kürəsinin atmosferinə asteroid daxil olub

    Bakı vaxtı ilə 20:45-də ölçüsü təxminən bir metr olan asteroid Yer kürəsinin atmosferinə 63 min km/saat sürətlə daxil olub.

    Median.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

    Nəşr qeyd edib ki, proqnozlara görə, kiçik asteroid atmosferdə yanıb, onun qalıqları isə dənizə düşəcək. Səma cisminin düşməsini Filippində müşahidə etmək olar.

    Alimlər asteroidin Yerə təxmini düşmə vaxtından səkkiz saat əvvəl görüblər. Bu, doqquzuncu dəfədir ki, alimlər səma cismi haqqında xəbərdarlıq edərək, onun atmosferə daxil olma anını dəqiq bildiriblər.

  • İtaliyada miqrant qayığı qəzaya uğradı: 20-dən çox adam itkin düşdü

    İtaliyanın Lampeduza sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində üçü uşaq olmaqla 21 nəfər itkin düşüb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

    Məlumata görə, yeddi nəfər xilas edilib.

    Qeyd edək ki, xilas edilənlərin Suriya vətəndaşları olduğu bildirilir.

  • 4 rayonda qaz olmayacaq

    Azərbaycanın 4 rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
     
    Bu barədə  “Azəriqaz” İB-dən bildirilib.

    “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin 83,0-cı km-də 50 p/m uzunluğundan olan yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi məqsədilə 05.09.2024-cü il saat 09:00-dan etibarən işlər başa çatanadək “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
     
    Təmir işləri aparılan müddətində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Paris-2024: Azərbaycan parapauerliftinqçisi çıxışını başa vurub

    Azərbaycan parapauerliftinqçisi Ceyhun Mahmudov (54 kq) Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

    Median.Az xəbər verir ki, final mərhələsində çıxış edən idmançımız 10 iştirakçı arasında 8-ci yeri tutub.

    Qeyd edək ki, Paris-2024-də Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.

  • Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

    Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.

    DİN-in Mətbuat Xidmətindən report-a bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.

    Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

    Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.

    Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Olimpiya çempionunun qızıl medalı əlindən alındı

    Paris 2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan Türkiyənin milli atleti Serkan Yıldırımın qızıl medalı əlindən alınıb.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

    Bildirilib ki, buna Beynəlxalq Paralimpiya Komitəsinin etirazı səbəb olub:

    “Türkiyə Milli Paralimpiya Komitəsi, Almaniya qanunlarına tabe olan Beynəlxalq Paralimpiya Komitəsinə qarşı Almaniya məhkəməsində açılan iddiadan Serkan Yıldırımın Paris 2024-də yarışmasına icazə verilən qərar əldə edib və idmançımız 100 metr məsafədə çempion olmağı bacarıb. Lakin BPM bu qərarı daha yüksək instansiya məhkəməsinə aparıb və Yıldırımın müsabiqə üçün uyğun olmadığını bildirən qərar qəbul edilib. Həmçinin hüquqi proses çərçivəsində onun 100 metr məsafəyə qaçış üzrə qazandığı qızıl medalı əlindən alınıb. Medalı geri almaq üçün qanuni haqlarımızdan istifadə edirik və idmançımızın hüquqlarını sona qədər tələb edəcəyik”.

    Qeyd edək ki, bir müddət əvvəl Dünya Para Atletika Federasiyası təsnifat statusuna yenidən baxılması ilə bağlı qərar verib. Məsələ ilə bağlı Almaniya məhkəməsinə etiraz edən Serkan Yıldırım hüquqi mübarizədən qalib ayrılaraq Paris 2024 Paralimpiya Oyunlarının yarış siyahısına daxil edilib. Milli atlet kişilər arasında 100 metr məsafəyə T12 kateqoriyasında yarışlarda qızıl medal qazanıb.

  • “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb

    “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb .

    Klubdan report-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi monteneqrolu Miloş Miloviç ilə “1+1” illik müqavilə bağlayıb.

    29 yaşlı müdafiəçi 95 nömrəli formada çıxış edəcək.
    Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.