Month: September 2024

  • İlham Əliyev və birinci xanım İtaliyada səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfər ediblər.

    Median.Az xəbər verir ki, Roma şəhərinin “Leonardo da Vinci Rome Fiumicino” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
     
    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.

  • Mehriban Əliyeva Raman Saleyi TƏBRİK ETDİ

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
     

    Median.Az paylaşımı təqdim edir:
     
    “Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
     
    Xatırladaq ki, Ramen Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1 dəqiqə 67 saniyə ilə çataraq ikinci olub və gümüş medal qazanıb.

     

  • Aktyor Aydın Orucov vəfat edib

    Qazax Dövlət Dram Teatrının aktyoru Aydın Orucov 61 yaşında vəfat edib.

    Bu barədə apa-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

  • Lənkəran Dövlət Universiteti 13 kafedra üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib

    Lənkəran Dövlət Universiteti (LDU) vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib.

    Report-un Muğan bürosunun məlumatına görə, vakant yerlər riyaziyyat və informatika, biologiya və ekologiya, kimya və fizika, tarix və onun tədrisi metodikası, coğrafiya və onun tədrisi metodikası, pedaqogika, psixologiya və incəsənət fənləri, azərbaycan dili və ədəbiyyat, xarici dillər və tərcümə, ibtidai təhsil və məktəbəqədər təlim, maliyyə idarəetməsi və audit, iqtisadiyyat və innovativ idarəetmə, texnologiya və texniki fənlər, baytarlıq və zoomühəndislik kafedraları, həmçinin təbiyyat və baytarlıq fakültələri üzrə elan olunub.

    Qeyd olunub ki, əsasnaməyə uyğun olaraq, sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə müvafiq ünvana təqdim olunmalıdır.

  • İcmadan Fransaya ÇAĞIRIŞ

    Fransa Xarici İşlər Nazirliyi Azərbaycan ilə bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və “dağlıq qarabağ muxtar vilayəti”, “ətraf rayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib.
     
    Median.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
     
    Bəyanatda həmçinin qeyd olunub:
     
    “BMT Nizamnaməsi ilə üzərinə düşən de-kolonizasiya öhdəliklərini yerinə yetirməyən, neo-kolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir”.

  • Türkiyə ölkədəki sosial media şirkətlərinə XƏBƏRDARLIQ ETDİ

    Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ölkədə fəaliyyət göstərən sosial media şirkətlərinə xəbərdarlıq edib.

    Median.Az xəbər verir ki, Tunç bu barədə jurnalistlərə açıqlamasında bildirib.

    “Sosial media şirkətləri Türkiyə qanunverciliyinə əməl etməlidir. Bu, dünyanın hər yerində belədir. Əks təqdirdə bu şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq ”, – o qeyd edib.

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Paris-2024: Raman Saleydən bürünc medal

    Fransanın paytaxtı Parisdə keçirilən Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

    Median.Az xəbər verir ki, Raman Saley millimizin aktivinə daha bir medal yazdırıb.

    Paraüzgüçümüz S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb.
    Xatırladaq ki, Saley Paris Paralimpiadasında daha bir kateqoriyada çıxış edəcək. İdmançımız 7 sentyabrda S12 kateqoriyasında 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda mübarizə aparacaq.

    Qeyd edək ki, Raman 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medal qazanıb.

  • İmişlidə yol qəzası olub, xəsarət alanlar var

    İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası hadisəsi baş verib.

    Median.Az-ın məlumatına görə, hadisə rayonun Cavadxanlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ 21015” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər – Ümid Abbasov və Orxan Fətullayev müxtəlif bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda üç marşrut avtobusunun hərəkət cədvəli dəyişdirilib

    Sentyabrın 6-dan 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, yollarda aparılan təmir işləri ilə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək.