Month: Sentyabr 2024

  • İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub

    İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəd yaxınlığında ölkənin ərazi sularına girən pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, hava həyəcanı siqnalı protokola uyğun olaraq işə salınmayıb.

    Hərbçilər əlavə ediblər ki, PUA İsrail Hərbi Dəniz Qüvvələrinin raket korveti tərəfindən vurulub.

    PUA-nın növü açıqlanmır.

  • “Abşeron”un baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib

    “Abşeron” basketbol klubunun baş məşqçisi Erhan Tokerin daha bir koməkçisinin adına aydınlıq gəlib.

    Klubun mətbuat xidmətindən verilən məlumata görə, Emin Cəfərovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

    Mütəxəssis ilk dəfə yüksək liqa komandasının məşqçilər korpusunda yer alacaq.

    Qeyd edək ki, vaxtilə Azərbaycan millisinin, klub karyerasında isə “Qala”, “Neftçi” və “Şəki” klublarının şərəfini qoruyan Emin Cəfərov məşqçi kimi aşağı yaş qrupları üzrə komandalarda çalışıb.

  • Həftəsonu ölkə ərazisində 40 kiloqrama yaxın narkotik aşkarlanıb

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 28-də və 29-da ümumi çəkisi 39,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,9 kiloqramdan artıq heroin, 31,6 kiloqrama yaxın marixuana, 4,5 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 362 ədəd metadon həbi olub.

  • Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

    Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (45,47 MB/S) görə 161 ölkə arasında 104-cü yerdə qərarlaşıb ki, bu da iyul ayına nisbərən 5 pillə irəliləyiş deməkdir.

    “Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (28,70 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 58,4 % artıb.

    Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (297,62 MB/S), axırıncı yeri isə Türkmənistan (3,53 MB/S) tutub.

    Azərbaycan avqustda mobil internetin sürətinə görə iyul ayına nisbətən mövqeyini dəyişməyərək 55,14 MB/S sürətlə 111 ölkə arasında 45-ci olub.

    Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (398,51 MB/S), sonuncu yeri isə Yəmən (7,91 MB/S) tutub.

    Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 205 şəhər arasında 47,01 MB/S sürətlə 131-ci yerdə qərarlaşıb.

    Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (326,39 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,86 MB/S) qərarlaşıb.

    Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 72,36 MB/S sürətlə 161 şəhər arasında iyul ayına nisbətən yerini qoruyaraq 69-cu olub.

    Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (438,23 MB/S), sonuncu yeri Kabil (8,32 MB/S) tutub.

  • Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb

    ABŞ-də Kaliforniya qubernatoru, demokrat Qevin Nyusom, süni intellekt sistemlərinin təhlükəsizlik baxımından sınaqdan keçirilməsini tələb edən qanun layihəsini rədd etdiyini söyləyib.

    Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

    Qubernatorun sözlərinə görə, süni intellektin effektiv tənzimlənməsi üçün istənilən çərçivə texnologiyanın özü ilə ayaqlaşmalıdır: “Mən qanun layihəsini imzam olmadan geri qaytarıram”.

    Qanun böyük şirkətləri, o cümlədən Google və OpenAI-ni nəinki süni intellekt sistemlərinin təhlükəsizliyini yoxlamağa, hətta gözlənilməz hallar zamanı onları tamamilə bağlamaq imkanını təmin etməyə məcbur edəcək.

    Sənəd qəbul olunarsa, ABŞ-da süni intellekt sahəsində ilk qanunvericilik aktlarından biri ola bilər.

  • Pensiyalarda artım nə qədər olacaq?

    “Ölkə başçısı İlham Əliyevin açıqladığı kimi, gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyalarda artım olacaq. Dövlət sektorunda çalışanların da minimum əməkhaqlarının artırılması proqnozlaşdırılır. Taarif cədvəli ilə əməkhaqqının hesablanmasında büdcə təşkilatlarından maliyyələşən lakin dövlət qulluqçusu olmayan şəxslərin də əməkhaqqında artım olacaq. 2025-ci ilin əvvəlindən etibarən bu sektorda çalışan şəxslərin maaşı artırılacaq”.

    Median.Az bildirir ki, bu fikirləri Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

    O qeyd edib ki, artımın 10-15 faiz ətrafında olması proqnozlaşdırılır:

    “Eyni zamanda minimum əməkhaqqının 400 manata çatdırılması gözlənilir. Əslində bu göstərici, yəni minimum əməkhaqqı 600-650 manat ətrafında olmalıdır. Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmaq hədəfi var”.

    İqtisadçı hesab edir ki, Azərbaycanda çalışan bir şəxs 2,2 nəfərin ehtiyacını qarşılayır:

    “Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, bu indikator hər iki istiqamətdə hesablandıqda minimum əməkhaqqı təxminən 600-650 manata çatdırılmalıdır. Amma hələlik minimum əməkhaqqının 400 manat ətrafında olacağı gözləntisi var”.

    Ekspertin fikrincə, pensiyalar Əmək Pensiyaları Haqqında qanunun tələbinə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempi səviyyəsində yəni, təxminən 8 faiz ətrafında olacaq:

    “Minimum pensiya səviyyəsində isə 10-15 faiz ətrafında artımın olması proqnozlaşdırılır. Sözsüz ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək. Özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir. Sosial müavinətlərin isə 10-15 faiz bəzi hallarda isə 20 faiz ətrafında artırılması ehtimal edilir. Dövlət qulluğunda çalışanların da əməkhaqqının 10 faiz civarında atırılması gözlənilir”.

  • Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb

    Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.

    Sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-də dünyasını dəyişib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

  • Qəhvə bu insanlar üçün faydalıdır

    Araşdırmalara görə, kofein hipertansiyonlu insanlarda demensiyaya qarşı durmağa kömək edir.

    Median.Az lent.az-a istinadən bildirir ki, bunu Çinin Ningxia Tibb Universitetinin alimləri aşkar ediblər.

    Tədqiqatlar göstərib ki, qəhvə və ya çayın orta miqdarda istehlakı bədəndə iltihabın səviyyəsini azaldır və həmçinin qan-beyin baryerini (qan və sinir toxuması arasında böyük və ya qütb molekullarının və qan hüceyrələrinin, o cümlədən immun sistemlərin qarşısını alan maneə) gücləndirir). Bütün bunlar demensiyanın inkişaf ehtimalını azaldır.

    Çindən olan tədqiqatçılar daha da irəli gedərək kofeinli içkilərin qəbulu ilə demensiyanın inkişaf riski arasında birbaşa əlaqə yaratmağa çalışıblar. Alimlər Britaniya Biobankında qeydiyyatdan keçmiş yarım milyondan çox insanın məlumatlarını öyrəniblər.

    Məlum olub ki, hipertoniya xəstələri diaqnozu olmayanlara nisbətən demans inkişaf riski daha yüksəkdir. Eyni zamanda, müntəzəm olaraq gündə bir fincan qəhvə və ya çay içənlərdə demensiyaya daha az rast gəlinir.

    Alimlər hesab edirlər ki, içkinin hipertansif xəstələr üçün müsbət təsiri onun orqanizmdə iltihabi prosesləri azaltmaq qabiliyyəti ilə bağlıdır. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, onların nəticələri korrelyasiyalı məlumatlara əsaslanır və aşkar edilmiş əlaqəni təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

  • Bu həftə Avstriya hökuməti istefa verəcək

    Avstriyanın hazırkı hökuməti bu həftə istefa verəcək.

    Bu barədə Avstriya prezidenti Aleksandr Van der Bellen bildirib.

    O, başqasının rəsmi təyinatına qədər hökumətə işləməyi tapşıracağını da əlavə edib.

    Bundan əvvəl hakim “Avstriya Xalq Partiyası”nın lideri və kansler Karl Nehammer etiraf edib ki, onun partiyası Avstriyanın Milli Şurasına (parlamentin aşağı palatası) bazar günü keçirilən seçkilərdə qalib gələ bilməyib.

  • Azərbaycan XİN Nepala başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nepala başsağlığı verib.

    Bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım edilib.

    Paylaşımda qeyd edilir:

    “Nepalda yüzlərlə insanın həyatına son qoyan daşqın və torpaq sürüşməsi xəbəri kədərləndirdi. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu çətin günlərdə Nepalla həmrəyik”.