Month: September 2024

  • “Qarabağ” futbolçuların maaşlarını artırdı

    UEFA Avropa Liqasının Liqa mərhələsində çıxış edən “Qarabağ” klubu futbolçularını komandada saxlaya bilmək üçün maaşlarını 25% artırıb.

    Median.Az Sportinfo.az-a istinadən xəbər verir ki, “Qarabağ” rəhbərliyi cari mövsüm üçün öncədən nəzərdə tutulmuş büdcəyə düzəliş edib.

    Qurban Qurbanovun məsləhətinə dəyər verən rəsmilər müqaviləsi davam edən futbolçuları sevindiriblər.

    Qeyd edək ki, həm yerli, həm də legioner futbolçularının əməkhaqqı 20-25% artırılıb.

  • 9 illik bazadan kolleclərə qəbulun nəticələri açıqlanıb

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

    Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
    Müsabiqədə iştirak etmək üçün 2904 abituriyent ərizə təqdim edib. Onlardan 1441 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.

    Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 5-dən DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid:
    http://eservices.dim.gov.az/ejurnal/).

    Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər 10 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.//TNS-ə

  • “Universitetlərdə hələ də köhnə dərsliklərin tədris olunması qəbuledilməzdir”

     
    Mövzu ilə bağlı modern.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert ElvinAbbasov bildirib ki, Azərbaycanda informasiya texnologiyaları üzrə təhsilin hansı səviyyədə olmasını ölçmək üçün müəyyən meyarlara ehtiyac var:
     
    “Ölkədə kadr potensialı, informasiya texnologiyaları sahəsində ölkədə görülən işlər, həmçinin universitet tələbələrinin getdiyi praktika yerləri bu meyarlara misal ola bilər. Tələbələrin praktika üçün getdiyi yerlərdən bir neçəsi ilə əlaqələrim var. Bir neçə universitetdə vəziyyət yaxşıdır, amma əksər universitetlərdə vəziyyət çox pisdir. 4 il oxuyub real IT şirkətində praktikaya gələn tələbəni ümumiyyətlə kodlaşdırma sahəsində birinci səviyyə sayılmayacaq, yüngül biliklərinin olduğunu görürük. Universitetdəki müəllimlərin, dərs planlarının vəziyyəti də məlumdur. Tələbələr arasında bu istiqamətdə sorğu-sual edəndə universitetlərdəki informasiya texnologiyaları sahəsində keçirilən dərslərdən və müəllimlərin səviyyəsindən narazı olduqları həmişə müşahidə olunur”.
     
    E.Abbasov qeyd edib ki, bu mövzuda beynəlxalq təcrübə çox önəmlidir:
     
    “Köhnə dərsliklərin, texnologiyaların hələ də universitetlərdə tədris olunması qəbuledilməzdir. Təbii ki, universitetlərdə öz inkişafına investisiya qoyan tələbələr var ki, seçilirlər. Onlar hətta universitet müddətində iş tapır, yaxşı layihələrdə imzaları olur. Amma bu 2-3% təşkil edir. Ümumiyyətlə universitetlərdən məzun olan İT sahəsində təhsil almış tələbələrə baxdıqda deyə bilərik ki, 2-3 universitetdə vəziyyət yaxşıdır. Digər universitetlər isə tələbəni insan kapitalına çevirmədən, lazımi tədris təqdim etmədən, tələbəyə dövrə uyğun şəkildə bilik vermədən praktikaya göndərir. Tələbə burada və sonrakı iş həyatında da uğursuz olur”.
     
    Müsahibimiz sonda vurğulayıb ki, bu problemlər sadəcə universitetlərə deyil, bu sahədə fəliyət göstərən kurslara da aiddir:
     
    “Bu sahədə tədris verən kursların da çoxunda vəziyyət eynidir. Ölkədə sadəcə 3-4 sayılıb seçilən kursdan başqa digərləri sadəcə tələbənin pulunu alaraq yanlış istiqamətləndirir, yaxud lazımi bilikləri vermədən onu hansısa işə yönləndirir. Bu zaman da tələbə təbii ki, müsahibələrdən keçə bilmir. Baxırıq ki, bu kurslardan çıxan bir çox insan müəyyən dövrdən sonra bu bilikləri itirirlər. Ölkədə informasiya texnologiyaları sahəsində təlim-tədris istiqamətində ümumi yanaşma arzuolunan səviyyədə deyil”.

  • “Gəncə” basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib

    “Gəncə” basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib[.

    Report-un əldə etdiyi məlumata görə, qərb təmsilçisi türkiyəli mütəxəssis Halil Atlıya həvalə olunub.

    37 yaşlı çalışdışdırıcı daha əvvəl Türkiyə yığmasının aşağı yaş qruplarından ibarət millilərində fəaliyyət göstərib.

    Qeyd edək ki, H.Atlı bu vəzifədə ötən gün klubdan ayrılan Bedri Meriçi əvəzləyib.

  • Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup yaradılıb – EKSKLÜZİV

    Qarabağ Universitetində təhsil alacaq tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb.

    Bu barədə report-un sorğusuna cavab olaraq universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva məlumat verib.

    Onun sözlərinə görə, hazırda tələbələrin məlumatlandırılması həyata keçirilir: “Tələbələrin Xankəndi şəhərinə giriş icazəsi ilə bağlı universitet tərəfindən dəstək göstəriləcək. Həmçinin universitetə yerləşmə ilə bağlı İşçi Qrupun yaratdığı votsap sosial şəbəkə platforması vasitəsilə tələbələrə, eləcə də ictimaiyyətə geniş məlumat veriləcək”.

    A.Quliyeva vurğulayıb ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər: “Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçirilir, lakin yataqxanalara yerləşdirilməsi və şəhər ilə tanışlığı prosesini İşçi Qrupu gerçəkləşdirəcək”.

    Qeyd edək ki, yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.

  • ETN: Təhsil müəssisələrində kağızdan minimum istifadə, kommunal xidmətlər avtomatlaşdırılmalıdır


    Elm və Təhsil Nazirliyi ekoloji tədbirlər çərçivəsində ölkə üzrə ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrində suyun təkrar istifadə olunması məsələsini araşdırır.

    Median.Az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil üzrə İKT rəhbərinin müavini Zaur Kazımov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.
    “Təbii ki, söhbət bağ-bağçanı suvarmaq üçün nəzərdə tutulan texniki sudan gedir. Bundan başqa, istilik və elektrik enerjisinin təhsil müəssisəsi daxilində fərqliləşdirilmiş şəkildə istifadəsidir. Məsələn qeyri-iş günlərində avtomatik yanıb-sönməsi, harda istiliyə ehtiyacın olmasını avtomatik təyin etməsi funksiyaları düşünülür. Eyni zamanda elektrik enerjisinin istifadəsi də avtomatlaşdırılacaq, yəni avtomatik şəkildə işığa ehtiyacın müəyyənləşdirilməsi sistemi tətbiq ediləcək”, – Z. Kazımov qeyd edib.
    Onun sözlərinə görə, ekoloji sahədə tədbirlərdən biri də vətəndaşlar üçün xidmətlərin elektronlaşdırılmasıdır: “Bizdə təhsil sistemi pillələrə bölündüyü üçün hamısını elektronlaşdırılması üçün çox zaman lazımdır. Bundan başqa, cari dərsliklərin elektron formada olmasına önəm veririk. Hazırda rəqəmsal bacarıqlar tədris olunur, lakin, bu, ölkəni tam əhatə etməyib.Onun əhatəsi İlbəil artırılır.
    Əsas istiqamətlərdən biri də kütləvi şəkildə kağızdan istifadənin minimuma endirilməsidir. Dərsliklərin özü də kağızdan hazırlanır, bu gün onu yığışdıra bilmirik, ancaq məktəb daxilində istifadə edilən kağızı minimuma endirə bilərik”.

  • Lamiyə Vəliyeva: Medalımı Azərbaycan xalqına həsr edirəm

    Medalımı Azərbaycan xalqına həsr edirəm.

    Median.Az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.

    100 metr məsafəyə qaçışda fəxri kürsünün birinci pilləsinə qalxan paraatlet dünya rekordunu da yenilədiyi üçün çox sevindiyini bildirib:

    “Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.

    L.Vəliyeva sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.//report.az

  • Баку решительно осуждает необоснованное заявление МИД Франции касательно поездок в Азербайджан

    Официальный Баку решительно осуждает необоснованное и предвзятое заявление МИД Франции о необходимости воздержаться от поездок в Азербайджан по причине якобы имевших место задержаний и преследований французских граждан.

    Как сообщает Median.Az, об этом говорится в комментарии пресс-секретаря МИД Азербайджана Айхана Гаджизаде.

    “Столь необоснованное и предвзятое заявление и решение свидетельствует о стремлении Франции обострить напряженность в отношениях с Азербайджаном. Заявления Министерства Европы и иностранных дел Франции о якобы задержаниях и заключениях под стражу французских граждан в Азербайджане не имеют никаких оснований”, – говорится в комментарии.

    Представитель МИД напомнил, что в Азербайджане заключены под стражу лишь два гражданина Франции – Мартин Райан, обвиняемый по статье 276 (шпионаж) УК АР, и Клерк Тео Гюго, нанесший ущерб имуществу Бакинского метрополитена.

    “В свою очередь Франция, в нарушение прав человека, создает всевозможные препятствия при поездках азербайджанских журналистов на территорию этой страны и Шенгенскую зону в целом.

    Требуем требует от официального Парижа прекратить подобную клеветническую кампанию против Азербайджана”, – добавил Гаджизаде.

  • Rəsmi Bakıdan Fransaya cavab: Qarayaxma kampaniyasını dayandırın!

    :Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik.
     
    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
     
    O qeyd edib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir.
     
    Ayxan Hacızadə deyib ki, Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır.

    “Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur.
     
    Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır.
     
    Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.
     
    Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”, – XİN sözçüsü vurğulayıb.

  • Bakı və Sumqayıt arasındakı sərnişindaşıma vağzaldan-vağzala olmamalıdır! – TƏKLİF

    Modern.az-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

    “Əvvəllər dəfələrlə qeyd etdiyim kimi, Bakı və Sumqayıt arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəkə də yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arsında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s”, – ekspert deyib.
     
    Ə.Hüseynovun sözlərinə görə, müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün 2 çox ciddi amili nəzərə alır: səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul):

    “Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır. Deməli, çox səmərəsiz və insanları qaçırdan bir üsuldur.
    Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə (o cümlədən elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarala marşrutlar yaradılmalıdır.

    Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır”.
     

    Hüquqşünas bildirib ki, bu iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır:
     
    “İndiki vəziyyətdə “qanunsuz” dediyiniz taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdıkcə, onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar.
    Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq”.