Month: September 2024

  • В Университете ADA открыты три новые программы

    В Университете ADA открыты три новые новые программы обучения.

    Как сообщает report, об этом журналистам сказал профессор Болонского университета, декан факультета сельского и пищевых наук Университета ADA Маттео Виттуари.

    Он подчеркнул, что программы рассчитаны в общей сложности на 100 студентов бакалавриата и магистратуры.

    “Две программы – по сельскохозяйственным и пищевым технологиям – рассчитаны на бакалавров. Магистры же могут подключиться к программе по управлению сельскохозяйственными и пищевыми системами”, – сказал он.

    Виттуари также подчеркнул, что на сегодняшний день в Болонском университете уже обучаются восемь студентов из Азербайджана.

    “Мы собираемся увеличить число азербайджанских студентов в ближайшие годы”, – сказал он.
    “Эти программы организованы совместно с местными властями, компаниями, международными организациями и другими итальянскими партнерами”, – добавил он.
    Профессор также отметил, что для популяризации образовательных программ он и его коллеги рассказывают об этом в регионах Азербайджана в школах, гимназиях и других образовательных учреждениях.

    Говоря о преимуществах получения образования в ADA в рамках итало-азербайджанских программ, профессор подчеркнул, что они позволяют учащимся получить как теоретические, так и практические знания.
    “Мы стараемся предоставить им конкретный опыт через стажировку, изучение кейсов, историй болезни, работу с компаниями”, – подытожил он.

  • ADA Universitetində üç yeni proqram açılıb

    ADA Universitetində üç yeni təhsil proqramı açılıb.

    Median.Az xəbər verir ki, bunu Bolonya Universitetinin professoru, ADA Universitetinin “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin dekanı Matteo Vittuari jurnalistlərə açıqlamasında deyib.

    O, proqramların bakalavriat və magistratura pillələri üzrə 100 tələbə üçün nəzərdə tutulduğunu vurğulayıb.

    “İki proqram – kənd təsərrüfatı və qida texnologiyası proqramları bakalavrlar üçün nəzərdə tutulub. Magistrlar isə kənd təsərrüfatı və qida sistemlərinin idarə edilməsi üzrə proqrama qoşula bilərlər”, – dekab bildirib.

  • Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi DAYANDIRILDI

    Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun qəbulu xalqın hüquqlarını pozmaqla yanaşı, cəmiyyətdə diskriminasiyaya səbəb olacaq.

    Median.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano məlumat verib.

    O bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətini sözügedən sənədə yenidən baxmağa çağırır.

    Çünki Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olacaq sənədin müzakirəsi zamanı təmsil etdiyi qurumun rəyi soruşulmayıb.

    Peter Stano ölkənin Aİ-yə üzvlüyü prosesinin faktiki olaraq dayandırıldığını xatırladıb və rəsmi Tbilisini yenidən bu siyasətin bərpasına çağırıb.

  • Ermənistan XİN rəsmisi: “Azərbaycanla kommunikasiya xəttini özəl mühafizə agentliyinin qoruyacağı istisna deyil”

    Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının özəl mühafizə şirkətinə verilməsi istisna edilmir.

    Median.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın avqustun 31-də məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib.

    Nazir müavini bunun Ermənistanın suverenliyini pozmadığını bildirib.

    Qeyd edək ki, N.Paşinyan kommunikasiyaların mühafizəsini özəl təhlükəsizlik agentlərinə həvalə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb.

  • Nehrəm qəsəbəsinin içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur

    Naxçıvan Muxtar Respublikasının Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlər həyata keçirilib.

    Report-un yerli bürosu xəbər verir ki, 2023-2024-cü illərdə Nehrəm qəsəbəsində içməli su şəbəkəsində 7 766 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 664 ev su şəbəkəsinə qoşulub, 2 028 evə su sayğacı quraşdırılıb.

    Kanalizasiya şəbəkəsində diametri 100 və 150 millimetr olan 23 188 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2 425 ev kanalizasiya şəbəkəsinə qoşulub.
    Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2 320 abonentlə müqavilə bağlanılıb.
    Hazırda 92 evin yarım qalan tamamlanma işləri görülür.
    Layihənin icrasında əsas məqsəd vətəndaşları davamlı və dayanıqlı içməli su ilə təmin etmək, tullantı sularının küçələrə axıdılmasının qarşısını almaq, sudan səmərəli və qənaətli istifadəyə şərait yaratmaq, sakinlərin rifah halını yaxşılaşdırmaqdan ibarətdir.

  • Uşaqları bağçaya necə öyrətməli… – Psixoloq TÖVSİYƏSİ

    Uşaq psixoloqu Fidan Nizamova modern.az-a bildirib ki, xüsusi ilə bağçalarda uşaqların adaptasiyası daha çətin olur:

    “Onlar ilk dəfə ailələrindən uzaq qalırlar və başa düşmürlər ki, ora niyə gətiriliblər. Bir çox bağçalar valideynin bir müddət məüssisəyə gəlib-getməsinə icazə vermir. İlk günlərdən bağçaya gəlib-getməməyi və uşaqdan ayrı qalmağı məsləhət görürlər. Bu bir prosesdir və uşaqlar bunu yaşamalıdır. Yaxşı olardı ki, uşaqlar bağçaya gəlmədən hazırlıqlı olsunlar, sosial həyatda yaşamağa başlasınlar. 2-3 yaşındakı uşaq o yaşlara qədər yalnız evdə, valideyn və yaxın çevrəsinin ətrafında olur. Həyətə düşmür, gəzintiyə getmir, küçədə az olur, başqa uşaqlarla ünsiyyətdə olmurlar. Bu səbəblərdən birdən-birə yad insanların əhatəsinə düşəndə, o, nə baş verdiyini bilmir və anasında ayrı düşdüyünün fərqinə varır. Uşaq üçün bu vəziyyət stessdir. Hər uşaq bu duruma sürətli alışa bilməz. Bu səbəbdən valideynlər çox narahat olur. 2 ay müddəti uşaqların adaptasiya müddətidir. Uşaqlara öncə bağçanın nə olduğunu anlatmaq və hər gün onu gəlib götürəcəklərini demək lazımdır. Adaptasiya ola bilməsi üçün uşağa zaman vermək lazımdır. Valideynlər özləri qorxmasın ki, uşağa nəsə oldu, psixologiyası pozuldu və s. Əgər orada çətin şərtlər, xoşagəlməz hallar varsa, uşaq bunu bəlli edəcək. Bu hallar baş verərkən uşağı izləsək, durumun fərqinə varacağıq”.

    Psixoloqun sözlərinə görə, 2 ay ərzində uşağın ağlaması və bağçaya öyrəşə bilməməsi normaldır, çünki yeni mühitdədir və nə baş verdiyini, özünü necə aparması lazım olduğunu bilmir:

    “Bu müddət uzanarsa, demək həqiqətən də uşağın oradan xoşu gəlmir, onu bağçaya alışdıra bilmirlər. Belə olan halda bağçanı dəyişmək və ya bağçaya qoymamağı tövsiyə edirəm. Bundan əlavə, məsələni aydınlaşdırmaq lazımdır ki, uşaq bağçaya niyə getmək istəmir… Əgər valideyn çox narahatdırsa, bunu bir şəkildə uşağa ötürür. Uşaq özünü bu bhalda diskomfort və təhlükədə hiss edəcək. Valideyn özünü maksimum rahat və güvənli aparmalıdır”.

  • Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub

    Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.

    Report AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc çempionluq uğrunda mübarizə aparıb.

    Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb.

    Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaqlar.

    Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri ölkəmizdə yeniyetmə və gənclər arasında avarçəkməni təbliğ etmək, kütləviliyi artırmaqdır. Bu yöndə görülən işlər çərçivəsində il ərzində Bakıda və Mingəçevirdə mütəmadi olaraq ölkədaxili yarışlar keçirilir.

  • Dünya çempionu yenidən Ronaldu ilə komanda yoldaşı ola bilər

    Fransa millisi ilə dünya çempionu olan Adrian Rabyo yenidən Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər.

    Median.Az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “Əl-Nəsr” 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

    Klub oyunçuya bir mövsüm üçün 20 milyon avro ödəməyə hazırdır.

    Qeyd edək ki, Rabyo son olaraq İtaliyada “Yuventus”un uğurları üçün çalışıb. O, daha əvvəl Ronaldu ilə Turin təmsilçisində komanda yoldaşı olub. Futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionatının qızıl medalına sahib çıxıb.

  • Lamiyəni belə təbrik etdi – VİDEO

     
    Median.Az xəbər verir ki, bu barədə o, İctimai TV-yə danışıb.
     
    “Lamiyə, qazandığın uğurların münasibətilə səni təbrik edirəm. Gözəl ölkəm Türkiyədən Can Azərbaycana sonsuz sevgi və salamlarımı göndərirəm. İki dövlət, tək millət şüarı bir daha reallaşdı”, – Dikeç söyləyib.
     
    Qeyd edək ki, Lamiyə Vəliyeva qələbəsini Olimpiya Oyunlarında Yusuf Dikeçin pozu ilə qeyd edib.//modern.az

  • Kəmaləddin Heydərov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukla görüşüb

    Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə report-a FHN-dən məlumat verilib.
    Kəmaləddin Heydərov xalqlar və ölkələr arasında dərin və möhkəm köklərə malik çoxşaxəli münasibətlərin iki dövlət başçılarının siyasi müdrikliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün istiqamətlərdə əlaqələrin durmadan genişləndiyini xatırladıb.

    Bu xüsusda Belarus xarici işlər nazirinin müavininin ölkəmizə səfəri və səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında mövcud sıx əlaqələrin daha da genişləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib.

    Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və ölkəmizdə fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib, uyğun qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

    Səmimi görüşə görə təşəkkür edən Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib.

    Ölkələrimizin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.