Month: September 2024

  • Мазахир Панахов: Все обращения и материалы в соцсетях будут тщательно изучены

    Председатель Центральной избирательной комиссии (ЦИК) Мазахир Панахов заявил, что любая попытка дискредитировать деятельность ЦИК будет сопровождаться ответными мерами.

    Как передаёт Report, на сегодняшнем заседании комиссии Панахов подчеркнул, что в процессах с участием миллионов граждан неизбежны ошибки, но внешнее давление на работу ЦИК недопустимо.

    “Никакой шум или чья-то лицемерная критика не смогут повлиять на нашу работу. Мы продолжаем опираться на многолетний опыт и принимаем взвешенные решения. Нас не интересуют слухи и критика. Мы делаем свою работу. Все обращения, информация и даже материалы в социальных сетях будут тщательно изучены, и будут приняты обоснованные решения”, — отметил Панахов.

  • Məzahir Pənahov: İndiyə qədər bizim haqqımızda yazılanlar və yayılanlar bizi maraqlandırmır

    Kimsə Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək.

    Median.Az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib. O qeyd edib ki, milyonlarla insanın iştirak etdiyi proses nöqsansız ola bilməz:

    “Bizə isə heç kimin hay-küyü, qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir olan təcrübə ilə eyni prinsiplə işləyir. Verdiyimiz qərarlar əsaslandırılıb. Bizim haqqımızda yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük. Bütün müraciətlər, məlumatlar, hətta sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq”.

  • 20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib – Adlar

    Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

    Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Səhiyyə, Elm və Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.
    Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

    Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?

    Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.


    Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?
    Seidova Vəfa Yusif qızı– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;
    Məşədiyeva Dilarə Yusif qızı– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;
    Qurbanzadə Elmar Nazim oğlu– Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;
    Vəzirova Səbinə Rafiq qızı– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;
    Mürsəlov Mürsəl Fərhad oğlu – “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;
    Bədəlov Rəşid Kamil oğlu – Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru.


    Qurbanov Rauf Yusif oğlu – Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;
    Şirinzadə Seymur Aydın oğlu– Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;
    Mütəllimova Cavahir Nadir qızı – TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru ( bir müddət əvvəl direktor vəzifəsindən azad edilib) ;
    Babaxanlı Gülbəniz İbrahim qızı – Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;
    Qasımov Rəşad Bəhram oğlu– Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;
    Nəcəfov Əzizağa Bayram oğlu – Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini;
    Babayev Yuriy Çingizoviç oğlu – Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;
    Panayev Əhməd Rəhim oğlu – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;
    Firidov Elməddin Elşad oğlu – Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;
    Verdiyev Elman Elim oğlu – Naftalan Şəhər bələdiyyəsinin sədri;
    Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.
    Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.


    Başqa bir misal: Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Cavidlə bağlı kitabların nəşrə hazırlanması və bir sıra işlərin görülməsi üçün eyni niyyətlə şirkətə bazar dəyərindən 12 min manat artıq pul köçürüb.
    Həmçinin, Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb.
    Bundan başqa, TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru təmir işlərinin görülməsi üçün bazar dəyərindən 6 min artıq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri və digərləri də xidmət göstərilməsi adı ilə razılaşdıqları şirkətlərə artıq pullar köçürüblər.
    Korrupsiya cinayətlərində qarşıya qoyulmuş əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.
    Şirkət rəhbəri özü də əlbirliklə mənimsədiyi vəsaitləri dövlət büdcəsinə ödəyib. O, mənimsəmədən başqa cinayətlərdə də təqsirləndirildiyi üçün işinə məhkəmədə hüquqi qiymət veriləcək.

  • Polad Bülbüloğluya mükafat verildi

    Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən təsis edilən ikinci Ermitaj Mükafatının laureatı olub.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova məlumat verib.

    Rusiya rəsmisi mətbuat konfransında deyib:

    “Xarici mədəniyyət xadimi kimi sizlərin də yaxşı tanıdığı, Sovet İttifaqının qızıl səsi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə tanınmış ad Boris Yakovleviç Eyfman ikinci Ermitaj Mükafatının laureatlarıdır”.

    Mükafatlandırma mərasimi sentyabrın 14-də Dövlət Ermitaj Muzeyində keçiriləcək.
    Rusiya Federasiyası Hökuməti sədrinin müavini əlavə edib:

    “Bu, adıçəkilən insanların həm Rusiya, həm də dünya mədəniyyətinin inkişafına verdiyi töhfələri vurğulamağa imkan verən çox əlamətdar mükafatdır”.

    Ermitaj Mükafatı Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib. O, hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə verilir.//bizim.media

  • Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi – SİYAHI

    Median.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə
    cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.

    Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.

    Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kutsayevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.

    Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov elan edib ki, “AZMAN HOLDİNG” şirkəti indiyədək olimpiya çempionu titulu qazanmış cüdoçularımızı və son olimpiadada qızıl medal almış idmançılarımızın şəxsi məşqçilərini mükafatlandırmağı qərara alıb.

    Daha sonra Azər Əsgərov yeni mənzillərin açarını 1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kutsayevə, həmçinin Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova təqdim edib.//Modern.az

  • İsmayıllıda vəzifəli şəxslərə qarşı ƏMƏLİYYAT – Tutulanlar kimlərdir…

     
    Əldə etdiyimiz məlumata görə, saxlanılan digər şəxs rayonun Diyallı kənd bələdiyyəsinin sədri Cahangir Surxayevdir.
    İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub.

    Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var.

    Yaxın vaxtlarda əməliyyatla bağlı açıqlamanın veriləcəyi gözlənilir.

  • DİM 9-cu və 11-ci sinif şagirdləri üçün əlavə imtahan keçirəcək

    Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.

    Bu barədə  DİM-dən məlumat verilib.
    Bildirilib ki, imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
    Bundan əlavə, sentyabrın 8-də bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
    İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

    Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

  • Külək güclənəcək – XƏBƏRDARLIQ

    Küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
     
    Median.Az xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.
     
    Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
     
    Sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək.
     
    Gəncə, Goranboy, Naftalan rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

  • Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq – MSK sədri

    “Daxil olan müraciətləri araşdıracağıq”.

    Median.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
     
    MSK sədri bildirib ki, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər: “MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan bütün görüntülər də araşdırılacaq. Biz nəticəyə gələcəyik. Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çoxları deməsin ki, MSK-da məsələlər gizlin aparılır”.

  • Pozuntularla bağlı MSK-ya 9 dairədən müraciət edilib – Qərar VERİLDİ

    Mərkəzi Seçki Komissiyasında (MSK) sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində pozuntu iddiaları ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.
     

    Median.Az-ın məlumatına görə, bu barədə MSK katibi Arifə Muxtarova deyib.

    86 saylı Ağcabədi, 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci,120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olan şikayətlər müzakirə edilib.
     
    MSK daxil olmuş müraciətlərə baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul edib.