Month: September 2024

  • Komitə sədri Kəlbəcərin İstisu qəsəbəsinin gələcək görüntüləri PAYLAŞDI

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sentyabrın 2-də təməli qoyularaq tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.
     

    Median.Az komitəyə istinadən xəbər verir ki, Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Ümumilikdə layihəyə əsasən gələcəkdə burada “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.

    Həmçinin qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.
     
    İstisu qəsəbəsi müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcək.//modern.az


  • Bakının suyu yenə kəsiləcək

    Sentyabrın 6-da Bakının Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
     

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Bakıxanovda su xəttində aparılacaq təmir işləridir.
     
    Məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 6-da saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.

  • Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir? – AÇIQLAMA

    Azərbaycanda son illər metro stansiyalarının girişində təhlükəsizlik səbəbi ilə X-Ray cihazlarından istifadə olunur. Bu cihazlar vasitəsi ilə əl yüklərində olan hər bir obyekti görmək mümkündür. Hər bir əşya cihazda fərqli rəngdə göstərilir. Beləliklə, müxtəlif rənglər sayəsində bütün üzvi, metal və qeyri-üzvi komponentlər rentgen şüaları vasitəsilə aşkar edilə bilir.
     
    Eyni zamanda içərisində qidalar olan əl çantalarımızı da X-Ray cihazlarında keçiririk. Cihazların yaydığı şüaların qidalarımıza təsir edib-etməməsi hər zaman müzakirə olunur.
     
    Qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov modern.az-a açıqlamasında bildirib ki, cihaz istehsalçıları X-Ray cihazlarından yayılan radiasiyanı məhdudlaşdırmaq üçün müxtəlif ehtiyat tədbirləri görür və məhsullarını buna uyğun istehsal edirlər. Bunun üçün qurğuşun təbəqələr və ya panellərlə örtülmüş cihazlar istehsal olunur:
     
    “X-Ray cihazlarından yayılan şüaların qida ilə qarşılıqlı əlaqədə olmadığı məlumdur.  Yəni cihazlardan alınan radiasiyanın kiçik dozasının qida və içkilərin tərkibində heç bir dəyişikliyə səbəb olmadığını bilirik. Mövzu ilə bağlı əhəmiyyətli bir araşdırma ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılmışdır”.
     
    Fərid Səfərov bildirib ki, rentgen şüaları keçdiyi maddələrə radioaktiv xüsusiyyətlər vermir. “Şüalar maddənin içindən keçərək yollarına davam edirlər. Onun keçdiyi materiala radiasiya yükləmək qabiliyyəti yoxdur. Bu səbəblə, rentgen cihazlarından keçən qidaları istehlak etməyin heç bir yan təsiri məlum deyil. Bundan əlavə, qida sənayesində rentgen qidaların sterilizasiyası və saxlama müddətinin uzadılması kimi sahələrdə istifadə edilir.

    X-Ray cihazlarından keçən qidalar orta hesabla 0,2 milliard, ətrafdakı insanlar isə 0,02 millirad şüalanmaya məruz qalır. (Qanuni limit 0,5 milliraddır). Rentgen aparatından yayılan miqdar insanın hər il aldığı radiasiyanın miqdarından 200 dəfə azdır” – deyə o bildirib. 

  • Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
     

    Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
     
    Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Посол Азербайджана в РФ обратился в Госдуму в связи с заявлениями депутата Затулина

    Посол Азербайджана в России Полад Бюльбюльоглу направил письмо председателю Госдумы РФ Вячеславу Володину в связи провокационными заявлениями депутата Константина Затулина.

    Как сообщает Median.Az, в письме посол обратил внимание председателя Госдумы на очередное возмутительное действие Затулина, который опубликовал 2 сентября сего года “поздравление” по случаю так называемого “Дня независимости” ныне несуществующего сепаратистского образования в Карабахском регионе Азербайджана.

    “В провокационном обращении Затулин, выступая якобы от имени “неравнодушных людей в России”, вновь провоцирует реваншистские силы в армянском обществе”, пытаясь реанимировать надежды вернуться к уже завершенному конфликту, оказывая поддержку сепаратистам. Более того, в своем видеообращении он говорит о сепаратистах и прочих террористах, чьи руки обагрены кровью невинных азербайджанцев, заявил дипломат.

    Подчеркивается, что Затулин, будучи персоной нон грата в Армении, продолжает продвигать экспансионистские взгляды и нарративы в российском обществе, выполняет политические заказы своих покровителей армянской национальности, проживающих в России, при этом преследует цель подорвать азербайджано-российские отношения, ведя провокационную деятельность, направленную против территориальной целостности и суверенитета Азербайджана.

    Посол напомнил, что в рамках состоявшегося в прошлом месяце государственного визита президента России Владимира Путина в Азербайджан стороны еще раз подтвердили высокий уровень сотрудничества, а также глава российского государства заявил о готовности внести свой вклад в установление долгосрочного мира, безопасности и стабильности в регионе Южного Кавказа.

    Дипломат попросил проявить принципиальный подход в данном вопросе и сделать все возможное для недопущения в дальнейшем подобных провокационных действий со стороны Затулина.

  • Polad Bülbüloğlu Zatulinlə bağlı məktub YAZDI

    Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Dövlət Dumasının MDB komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin təxribatçı videomüraciəti ilə əlaqədar Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.
     
    Modern.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

    Səfir Duma sədrinə müraciətində Zatulinin hərəkətinin ilk belə hal olmamasını və bunun narahatlıq doğurduğunu bildirib. O qeyd edib ki, Zatulin dəfələrlə Azərbaycanın dövlətçiliyinin və xalqının əleyhinə bəyanatlar verib.
     
    “Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan tərəfinin bu cür nalayiq halların qarşısını almaq üçün Rusiya Federasiyasının rəsmi orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, K.Zatulinin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə xələl gətirən təxribat fəaliyyətinə qarşı hələ də təsirli tədbirlər görülməyib. Bütün bunlar Milli Məclisin deputatları arasında və ölkəmizin ictimai mühitində ciddi narahatlıq yaratmaqda davam edir, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarını təşvişə salır və iki ölkənin parlamentlərarası əməkdaşlığına mənfi təsir göstərir. Bununla əlaqədar, sizdən, hörmətli Vyaçeslav Viktoroviç, Rusiya Federasiyasının rəsmi mövqeyinə və Dövlət Dumasının reqlamentinə uyğun olaraq, bu məsələyə prinsipial yanaşmanızı və Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi təcili olaraq xahiş edirəm”, – məktubda deyilir.

  • Стало известно о состоянии помещенного в реанимацию популярного исполнителя мейханы

    Состояние известного исполнителя мейханы Хайяма Ахмедли, в связи с ухудшением здоровья госпитализированного на прошлой неделе в отделение реанимации больницы Yeni Klinika, остаётся тяжёлым.

    Об этом yenicag.az сообщил его племянник.

    “Дядю перевели из реанимации в палату. Но его состояние по-прежнему остается тяжёлым. Врачи проводят обследование, лечение. Оперировать его нельзя до тех пор, пока состояние не улучшится. У него очень слабое сердце”, – сказал он.

  • Reanimasiyaya yerləşdirilən məşhur meyxanaçının son durumu AÇIQLANDI

    Səhhəti pisləşdiyi üçün ötən həftə “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədlinin vəziyyəti ağır olaraq qalır.

    Bunu yenicag.az-a açıqlamasında sənətçinin yaxın qohumu bildirib:

    “Əmim reanimasiyadan palataya çıxarılıb. Amma vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlər müayinələr edir, müalicə olunur. Əməliyyat olunması da mümkün deyil. Çünki əməliyyat üçün səhhəti yaxşılaşmalıdır. Ürəyi çox zəifdir”.

  • Bağçalarda uşaqlar ən çox nədən xəstələnir?

    2023-cü ildə ölkədə fəaliyyət göstərən dövlət və özəl bağçalarda xəstələn uşaqların sayı və səbəbləri məlum olub.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, həmin il bağçalarda 51 007 xəstələnmə faktı qeydə alınıb.

    Onlardan 49 641-i dövlət, 1 366-sı isə özəl bağçalara gedən uşaqlardır. Uşaqlar əsasən qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası səbəbindən xəstələniblər belə ki, bu səbəbdən xəstələn uşaqların ümumi sayı 29 896 nəfərdir. Onların 24 493 nəfəri üç və yuxarı yaşda olan uşaqlardır.

    Angina (kəskin tonzilit) səbəbindən xəstələnən uşaqların da sayı çoxdur, belə ki bu səbəbdən il ərzində 15 192 uşaq xəstələnib.

    Bədbəxt hadisə, zəhərlənmə və zədələr səbəbindən xəsarət alan uşaqların sayı 51 olub.

    Pnevmoniya (sətəlcəm, ağciyər xəstəliyinin iltihab xəstəliyi) səbəbindən 204 nəfər, bakterial dizenteriyadan ( parazit infeksiyası) 154 uşaq xəstələnib ki, burada əsas pay dövlət bağçalarının üzərinə düşür. Skarlatin infeksiya xəstəliyi səbəbindən ümumilikdə 495 uşaq xəstələnib. Ötən il 5 095 uşaq isə digər səbəblərdən xəstələnib.

  • Bakıda qadının çantasından 6500 manat oğrulanıb

    Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb..

    Faktla bağlı araşdırma aparılır.