Month: September 2024

  • В Баку совершено нападение на частный дом: обезврежен оказавший сопротивление полиции мужчина

    В ночь на 3 сентября в полицию поступила информация о том, что неизвестный совершил нападение на один из частных домов в Сабунчинском районе Баку.

    Как сообщили в пресс-службе МВД, подозреваемый пытался скрыться, оказав сопротивление сотрудникам полиции колюще-режущим предметом.

    Обеспечивая безопасность жителей дома, сотрудники полиции пресекли попытку нападавшего и обезвредили его, применив табельное оружие.

    Установлено, что подозреваемым в совершении преступления является Эльшан Ахвердиев (1999 г. р.), ранее судимый за преступления, связанные с умышленным причинением вреда здоровью, незаконным оборотом наркотических средств и психотропных веществ.

    По данному факту проводится расследование.

  • Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib

    Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

    Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Elşən Zaur oğlu Haxverdiyev olub.

    Faktla bağlı araşdırma aparılır.

  • DİN əməliyyat keçirib: Narkokuryerlik edən keçmiş məhkumlar ƏLƏ KEÇDİLƏR – FOTO

    Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklə Mübarizə İdarəsindən bildirilib.

    Vurğulanıb ki, onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb.

    Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.

    E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • Сдали нервы: в Агдашском районе мать троих детей выпила уксусную кислоту

    В селе Джардам Агдашского района произошла попытка самоубийства.

    Как сообщает lent.az, 29-летняя местная жительница Ш.Джахангирова, решив свести счеты с жизнью, выпила уксусную кислоту в своем доме.

    Женщину срочно госпитализировали, ее жизнь была спасена. Однако отмечается, что пациентка находится в тяжелом состоянии.

    По информации, мать троих детей пошла на этот шаг, потеряв самообладание по неизвестной причине.

    По данному факту ведется расследование.

  • Ağdaşda üç uşaq anası əsəbiləşib sirkə turşusu içdi

    Ağdaşda intihara cəhd hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə rayonun Cardam kəndində baş verib.

    Kənd sakini 29 yaşlı Ş.Cahangirova yaşadığı evdə sirkə turşusu içərək özünü öldürmək istəyib.

    O, dərhal xəstəxanaya çatdırılıb və həyatı xilas edilib. Lakin vəziyyətinin ağır olduğu bildirilir.

    Məlumata görə, üç uşaq anası olan Ş.Cahangirova evdə naməlum səbəblə əsəbiləşərək sirkə turşusu içib.

    Faktla bağlı araşdırma aparılır.

  • На одной из центральных улиц Баку будет полностью ограничено движение – ФОТО

    Начиная с 06:00 4 сентября в связи с проводимыми ремонтно-восстановительными работами в Ясамальском районе столицы, на улице Мирзааги Алиева (на участке от проспекта Азербайджан до улицы Самеда Вургуна), будет полностью ограничено движение автотранспортных средств.

    Об этом сообщили в пресс-службе Государственного агентства автомобильных дорог Азербайджана.

    Водителей просят с пониманием отнестись к проводимым работам и использовать альтернативные маршруты в соответствии с направлением движения.

  • Paytaxtın bir küçəsində hərəkət tam məhdudlaşdırılacaq – FOTO

    Sabah (4 sentyabr) saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Balakən sakinindən tapança götürülüb

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Жители Баку смогут увидеть метеоритный дождь – ДАТЫ

    В определенные дни года Земля, двигаясь по своей орбите, проходит через интенсивные потоки, связанные с кометами или астероидами, которые вызывают метеоритный дождь. Такие метеоритные дожди повторяются каждый год. В этом году метеоритный поток ε-Perseid будет активен с 5 по 21 сентября и достигнет пика 9 сентября.

    Об этом сообщили на кафедре астрофизики физического факультета Бакинского государственного университета (БГУ).

    Сообщается, что в Баку дождь будет виден на восточной стороне горизонта каждый день примерно с 19:30 до 05:45. Дождь усилится в 05:00 – когда он достигнет наивысшей точки над горизонтом. По оценкам, в пик дождя в час будет видно около 10 метеоров.

    Отметим, что метеоритные дожди возникают тогда, когда Земля проходит через потоки мусора, оставленные кометами и астероидами. Когда один из таких потоков сталкивается с атмосферой Земли, он начинает гореть на высоте около 70-100 км и выглядит как “падающие” звезды.

  • Meteor yağışı olacaq

    “İlin müəyyən günlərində Yer öz orbiti üzrə hərəkət edərək kometlər və ya asteroidlərlə əlaqəli xüsusilə sıx axınlardan keçir və bu, illik meteor yağışına səbəb olur. Bu cür meteor yağışları hər il təkrarlanır. Bu il “ε-Perseid” meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq”.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, Bakıdan baxanda yağış hər gecə saat 19:30-da üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq.

    Yağış saat 05:00-da – üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir.

    Qeyd edək ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və “düşən” ulduzlar kimi görünür.