Month: September 2024

  • Минобороны АР распространило информацию в связи с работами на полигоне Сейфали

    Подразделения азербайджанской армии продолжают планомерно утилизировать просроченные и непригодные к использованию боеприпасы с соблюдением мер безопасности.

    Об этом сообщили в Министерстве обороны АР.

    Процесс утилизации боеприпасов будет проводиться 3-6 сентября на полигоне Сейфали.

    “Общественность будет регулярно оповещаться о проводимых взрывных работах”, – говорится в информации.

  • Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilib

    Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir”.

    Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

    “Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 03.09.2024-cü il tarixdən 06.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

    Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, – məlumatda vurğulanıb.

  • Naxçıvanda 18 yaşlı oğlan intihar edib

    Naxçıvanda 18 yaşlı oğlan intihar edib.

    APA xəbər verir ki, hadisə Babək rayonunun Sirab kəndində baş verib.

    Kənd sakini, 2006-cı il təvəllüdlü Kazım Qılman oğlu Abbasov intihar edib.

    Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda DƏHŞƏT: İtkin düşən qızı qonşusu həyətində basdırıbmış

    Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.

    “Report”un məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

    Bildirilib ki, qızın meyitinin qonşu tərəfindən həyətdə basdırıldığı müəyyən olunub.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Hazırda faktla bağlı araşdırma aparılır

  • Ильхам Алиев поделился видео с поездки в Кельбаджар

    Президент Азербайджана Ильхам Алиев поделился в своем аккаунте в Instagram видео с поездки в Кельбаджарский район.

  • İlham Əliyev Kəlbəcər səfərindən video paylaşdı

    Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri ilə bağlı sosial şəbəkə hesabında video paylaşıb.

    Median.Az dövlət başçısının paylaşımını təqdim edir:

  • Bloqerin şəklini paylaşıb ərini şantaj etdi

    Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən S.S.-nin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, S.S. 25 noyabr 2022-ci il tarixdə “Instagram” sosial şəbəkəsində zərərçəkmiş M.M.-in (şərti) arvadının istifadəsində olan hesabında paylaşdığı şəkilləri skrinşot edərək, özünə məxsus olan hesablardan birində paylaşıb. O, həmin şəkillər barədə əxlaqsız, təhqiredici, eləcə də rusvayedici məlumatlar yazıb. S.S. bu yazıların sosial şəbəkədən silinməsi məqsədilə zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb edərək ondan ümumilikdə 295 manat pul alıb.

    Məhkəmə iclasında zərərçəkmiş M.M. bildirib ki, həyat yoldaşı bloqerdir, günlərin bir günü qeyri-sosial şəbəkədə qadının şəkillərinin altından lazımsız sözlər yazılıb, sonra paylaşılıb. Digər insanlar da bunu zərərçəkmişə göndərməyə başlayıblar. Sonra zərərçəkmiş M.M. həmin səhifəyə yazıb ki, bunları silsin, orada da həm yoldaşının, həm də uşağının şəkilləri olub. Ondan sonra M.M. özü ona təklif edib ki, bunun qarşılığında nə lazımdırsa, ödəməyə hazırdır, yalnız bunlar silinsin. M.M. qeyd edib ki, şikayətini polis idarəsinə bildirməzdən əvvəl birinci özü istəyib, sonra bu təkrar olunmasın deyə gedib şikayətini edib.

    Yasamal Rayon Məhkəməsinin hökmü ilə S.S. 3 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında həbs olunub.

  • “Naxçıvan” Universiteti rəsmən ləğv olundu

    “Naxçıvan” Universiteti MMC (VÖEN – 0200122341) ləğv olunduğunu elan edib.

    Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.

    Qeyd edək ki, “Naxçıvan” Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan universitetin qanuni təmsilçisi Anar Altay oğlu Kazımovdur.

    Məlumat üçün onu da bildirək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.

  • Azərbaycanda deputat bədbəxt hadisə nəticəsində xəsarət aldı

    Xalq artisti, Naxçıvan Ali Məclisinin deputatı Həsən Ağasoyun səhhətində problem yaranıb.

    Olay.az-ın əldə etdiyi məlumata görə, belində güclü ağrılar əmələ gələn sənətçi evində müalicə olunmağa başlayıb.

    “Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir. İnşallah, yaxşı olar, düzələcəyəm! Kollektivim məni tək qoymadı. Sağ olsunlar”, – deyə, H.Ağasoy vurğulayıb.

  • DİM oktyabrın 6-da taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.

    Bu barədə DİM məlumat yayıb.

    Bildirilib ki, həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.

    İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və oktyabrın 1-i saat 10:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

    1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat

    https://exidmet.dim.gov.az/elimt/SurucuTest

    2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat

    https://exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest

    3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat

    https://exidmet.dim.gov.az/elimt/AvtOperTest

    “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.

    İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

    Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.

    İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.

    Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.