Month: September 2024

  • Sabirabadda yarım tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş-2024” şərti adı altında keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qaralı kəndi ərazisində yabanı halda bitən 947 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, şöbə əməkdaşları tərəfindən ötən ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 17 nəfər saxlanılıb. Onlardan 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları götürülüb.

  • Минэкологии: В Баку концентрация пыли в воздухе превышает норму в 4-4.5 раза

    Пыльная мгла наблюдается в Баку и на Абшеронском полуострове, а также в районах, расположенных вдоль побережья Каспийского моря.

    Представитель Национальной гидрометеорологической службы Гульнара Аббасова заявила, что количество пыли в воздухе возросло и в настоящее время превышает норму в 4-4.5 раза.

    “Пыль, наблюдаемая в воздухе, является трансграничной, и проникает из Туркменистана. Ожидается, что эти условия сохранятся в течение следующих 2 дней”, – сказала она.

  • Havada tozun miqdarı artıb: Proses iki gün davam edəcək

    Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

    Onun sözlərinə görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən Azərbaycana daxil olub.

    Xidmət rəsmisi bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

    Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

  • В Баку пропала девочка-подросток

    В Баку пропала 14-летняя девочка.

    Как передает Qafqazinfo, проживающий по адресу: Бинагадинский район, поселок Бинагади, 1-й корпус Х.Мирисов, обратившись в 43-е отделение Бинагадинского районного управления полиции, сообщил, что его дочь, проживающая с ним по тому же адресу, 1 сентября около 20:00 вышла из дома и не вернулась.

    На основании обращения гражданина проводятся соответствующие мероприятия.

  • Bakıda yeniyetmə qız itkin düşdü

    Bakıda 14 yaşlı qız itkin düşüb.

    “Qafqazinfo” xəbər verir ki, Binəqədi rayon, Binəqədi qəsəbəsi, 1-ci korpus yaşayış massivində yaşayan X.Mirisov övladının itkin düşdüyünü bildirib.

    Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən şəxs onunla eyni ünvanda yaşayan qızının sentyabrın 1-i saat 20 radələrində evi tərk etdiyini və bir daha geri qayıtmadığını bildirib.

    Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.

  • В Агсу задержан мошенник: обещал сделать ремонт

    В ходе проведенных сотрудниками Агсуинского районного отделения полиции мероприятий задержан ранее судимый Вюсал Мехралиев, обвиняемый в мошенничестве.

    Как сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел, он присвоил деньги нескольких граждан в столице и регионах, пообещав, что сделает ремонт в их квартирах.

    В.Мехралиев представлялся сотрудником одного из государственных учреждений.

    В его отношении решением суда избрана мера пресечения в виде ареста.

    Граждан, потерпевших от незаконных действий В.Мехралиева, просят сообщить об этом в полицию.

  • Ağsuda ev təmir etmək adı ilə dələduzluq edərək vətəndaşları aldadan şəxs saxlanılıb

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dələduzluq etməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Vüsal Mehraliyev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin şəxs zərərçəkənləri ev təmiri və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib.

    Araşdırmalarla onun paytaxt və bölgələrdə daha bir neçə vətəndaşa qarşı analoji əməllər etdiyi məlum olub.

    V.Mehraliyev dələduzluq etdiyi şəxslərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    V.Mehralıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

  • В Гёйгёльском районе столкнулись два грузовика: есть пострадавшие

    В поселке Гаджимелик Гёйгёльского района произошло дорожно-транспортное происшествие, в котором пострадали два человека.

    Как сообщает Report, в результате столкновения двух грузовиков 55-летний А.Гаджиев и 54-летний Б.Зарбалиев получили травмы.

    Пострадавшие были госпитализированы.

    По данному факту ведется расследование.

  • Göygöldə yük maşınları toqquşdu: Xəsarət alanlar var

    Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, Hacıməlik qəsəbəsi ərazisində iki yük maşınının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıblar.

    Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Suya düşən telefonu necə bərpa etmək olar?

    Telefonun suya düşməsi daxili zədələnmələrə, ekranın sıradan çıxmasına, cihazın şarj olmamasına və ya ümumiyyətlə işləməməsinə səbəb ola bilər. Buna görə də, belə bir vəziyyətlə qarşılaşdıqda, telefonunuzu necə xilas edəcəyinizi bilmək vacibdir.

    Median.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı mütəxəssis İlya Kazakov bu barədə danışıb.

    Kazakov belə bir vəziyyətlə qarşılaşdığınız zaman ilk olaraq panikaya düşməməli, telefonu dərhal sudan çıxarıb təmiz parça və ya salfetlə diqqətlə qurutmağı tövsiyə edib.

    “Telefon sudan çıxandan sonra işlək vəziyyətdə olarsa, onu mütləq söndürün. Onu kiliddən çıxarıb işləyib-işləmədiyini yoxlamaq istəyindən çəkinin. Bu, yenidən işləmə prosesinə mane ola bilər” , – deyə o bildirib.

    Kazakov növbəti addım olaraq telefondan mümkün olan hər şeyi – örtük, qapaq, yaddaş kartları, stilus, SIM kartlar və batareyanı çıxarmağı tövsiyə edib.

    “Sonra quru salfetlə hər şeyi, o cümlədən batareya bölməsini, ekranı, qoşulma portlarını silin. Cihazı ehtiyatla silkələyin – beləliklə, qulaqlıq girişi, şarj portu və dinamikdə ilişib qalan su təmizlənəcək. Xüsusi hava üfürücü ilə portlardan mayeni üfürməyə çalışa bilərsiniz. Amma fen istifadə etməyin – istilik bəzi hissələri və sxemi əridə bilər” , – deyə ekspert əlavə edib.

    Kazakov nəmi aradan qaldırmaq üçün populyar bir üsul olaraq cihazı çiy düyü ilə dolu kasaya qoymağı məsləhət görüb.

    “Daha etibarlı bir variant – telefonu silikagel paketləri ilə birlikdə hermetik konteynerdə saxlamaqdır. Onlar düyüdən daha yaxşı nəmi çəkir” , – deyə mütəxəssis əlavə edib.

    O, cihazın tam quruması üçün yandırmadan əvvəl bir gün gözləməyi məsləhət görüb.

    “Əgər zədələr minimaldırsa, cihaz yenidən işləməyə başlamalı və ya ən azı şarj olmalıdır. Eyni zamanda, nəmli telefonu ən azı beş saat ərzində şarj etməmək də vacibdir, əks halda problemi daha da ağırlaşdıra bilərsiniz” , – deyə Kazakov bildirib.

    Kazakov su keçirməz hesab olunan “Apple” və “Samsung” kimi modellərin üzərinə başqa maye töküldüyü halda, zədələnmiş hissəni kranın suyu ilə yumağı tövsiyə edib.

    “Lakin bu vəziyyətdə ehtiyatlı olun ki, problemi daha da ağırlaşdırmayasınız” , – deyə o xəbərdarlıq edib.

    Onun sözlərinə görə, “Apple” cihazları üçün artıq mayeni çıxarmaq üçün cihazı “Lightning” və ya “USB-C” portu aşağı istiqamətə tutaraq yüngülcə vurmaq lazımdır.

    “Daha sonra “iPhone”u kiçik hava axını olan quru bir yerdə saxlayın və soyuq havanı birbaşa porta üfürən ventilyatorun qarşısına qoyun – bu, prosesi sürətləndirə bilər” , – deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
    //oxu.az