Month: September 2024

  • Meta çiplə işləyən eynəkləri təqdim etdi

    Texnologiya nəhəngi Meta süni intellekt və geyilə bilən texnologiya məhsullarına investisiyalarını artırır.

    “VhatsApp”, “Facebook”, “Instagram” və “Threads” kimi xidmətləri təklif edən Metanın baş direktoru Mark Zukerberq “Connect 2024” təqdimatı çərçivəsində mühüm açıqlamalar verib.

    Tədbirdə yeni Orion əlavə reallıq eynəkləri, “Quest 3S VR” qulaqçıqları və yeni süni intellekt xüsusiyyətlərinə qədər bir çox yeniliklər təqdim edib.

    Zukerberq Orionu “zaman maşını” kimi təsvir edib və bu eynəklərin gələcəyin həyəcan verici bir görünüşünü təqdim etdiyini bildirib.

    Orion eynəkləri Meta tərəfindən hazırlanmış xüsusi silikon çiplərlə işləyir və istifadəçilər əl jestləri, səs əmrləri və bilək əsaslı neyron interfeys vasitəsilə eynəklə əlaqə saxlaya bilirlər.
    //azxeber.com

  • Xuliqanlıqda təqsirləndirilən dostların MƏHKƏMƏSİ: “Atəş səsi eşitdim, sonra isə…”

    Bakıda vətəndaşı döyərək xuliqanlıq etməkdə təqsirləndirilən dostların məhkəməsində şahidlər dindirilib.

    Bizim.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid Elşən Məhərrəmov ifadə verib.

    O, bildirib ki, təqsirləndirilən şəxslərdən Ramillə dost olub:

    “Nemanla Fuadı da tanımışam. Lakin yaxınlığımız olmayıb. Həmin gün Sumqayıtda restoranda oturmuşduq. Ramil zəng edib harada olduğumu soruşdu. Mən də ona ünvanı göndərdim. Sonra Ramil Nemanla birlikdə gəldi. Daha sonra digər tanımadığım şəxslər gəldilər. Təqribən saat 10 radələrində Mirəhməd Sadıqov zəng etdi və Ramillə danışdı. Ramil əsəbi halda danışıb çölə çıxdı. Qayıdandan sonra çıxdıq.

    Onlar Mirəhmədlə görüşə getdilər. O, şəxslə ədavəti olmayıb. Həmin hadisə baş verən əraziyə görüşüb dost kimi getmişdilər. Səmimi görünürdülər. Daha sonra nə oldu bilmirəm. Bir də telefonla danışdıqları zaman Röyal adını tez-tez eşidirdim. Bildiyim qədəri ilə, Röyal onların ortaq dostlarıdır, eşitdim ki, məsələ onunla bağlı olub. Qayıdanda dedilər ki, dalaşıblar.

    Ramildən başqa Neman da həmin əraziyə getmişdi. Digər iki təqsirləndirilən şəxsi görmədim. Onların əlində hər hansı bir alət və soyuq silah görmədim.

    Hadisədən sonra Mirəhməd qayıtmadı. Onun nə vəziyyətdə olduğunu bilmirdim. Amma atəş səsi eşitdim. Ondan sonra 1 saat heç kim danışmadı”.

    Dövlət ittihamçısı Tural Yaqubov bildirib ki, şahidin istintaqdakı ifadəsi ilə hazırkı çıxışı arasında bəzi yerlərdə ziddiyyətlər var və xahiş edib ki, ifadəsi elan edilsin.

    Daha sonra məhkəmə şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsini proses iştirakçılarına elan edib.

    Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin olunub.

    Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

    Belə ki, təqsirləndirilən şəxslər Nihad Xəlilov, Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə vətəndaş Mirəhməd Sadıqova qarşı zor tətbiq edərək, xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.

    Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (qəsdən sağlamlığa zərərvurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Nihad Xəlilov ev dustaqlığı, Ramil Dadaşov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Bakıdakı yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlandı

    Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olub.

    Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd Trend-ə bildirib ki, Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

    Xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir. Vəziyyəti orta-ağırdır.

  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər – AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 2025-ci il yanvarın 1-nə qədər uzadılıb.

    Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

    Karantin rejiminin olması isə quru sərhədlərinin bağlı qalması deməkdir.

    Bizim xarici ölkələrdə təhsil olan minlərlə tələbəmizin olduğunu nəzərə alsaq, quru yollar müəyyən şərtlər daxilində onlar üçün açıla bilərmi?

    Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, xaricdə təhsil alan tələbələr üçün bütövlükdə təyyarə biletlərində güzəştlər edilməsi daha məqsədəuyğundur.

    Onun sözlərinə görə, bir sıra şirkətlərdə tələbə vətəndaşlara güzəştlərin tətbiq edilməsi praktikası var ki, Azərbaycanda da Azərbaycan Hava Yolları tərəfindən tələbə güzəştlərinin tətbiqi həyata keçirilməsi daha uyğun olardı:

    “Bu, nəticə etibarilə tələbələrimizin daha ucuz qiymətə bilet alması və həmin bilet vasitəsilə təhsillə bağlı səfərlər etməsinə imkan yarada bilər. Bununla bağlı hətta bəzi şirkətlərdə limitlər müəyyənləşir. Məsələn, il ərzində iki dəfə ikitərəfli, yəni 4 biletin alınması zamanı güzəştlər tətbiq olunur. Belə güzəştlərin tətbiqi daha məqsədəuyğun olardı”.

    Deputat Fazil Mustafa isə bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Dediyinə görə, sərhədlər bağlı olduğu təqdirdə müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə bu güzəştləri etmək yerində olar:

    “Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər”.

    Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən həmsöhbətimiz nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.

  • Xəzər Media Mərkəzinin yaxınlığında baş verən yanğından YENİ GÖRÜNTÜLƏR (VİDEO)

    Xəbər verdiyimiz kimi Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

    Xəzər Media Mərkəzinin binasının yaxınlığında olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

    Hadisə yerindən şahidlərin azxeber.com-a verdiyi açıqlamaya görə yanğın ərazisində partlayış baş verib.

    Ətrafa yayılan tüstü səbəbilə insanların nəfəs almasında problemlər yaranıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Yanğına görə Xəzər TV-nin binası boşaldılır

    Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

    Median.Az olay-a istinadən xəbər verir ki, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

    Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

  • В Гёйгёле мужчина жестоко избил и поджёг двухлетнюю падчерицу

    В Гёйгёле двухлетний ребенок поступил в больницу с ожогами различной степени тяжести.

    Как сообщает Qafqazinfo, утверждается, что малыша избил и поджёг отчим.

    В связи с инцидентом в пресс-службе Министерства внутренних дел (МВД) заявили, что сотрудники Гёйгёльского районного отдела полиции в рамках оперативных мероприятий по борьбе с незаконным оборотом наркотиков произвели осмотр дома жителя города Ширина Гасымова.

    “В ходе досмотра были обнаружены и изъяты наркосодержащие растения. Кроме того, было установлено, что Ш.Гасымов совершил насильственные действия в отношении несовершеннолетней дочери своей сожительницы. Полиция незамедлительно приняла надлежащие меры.

    Правоохранители доставили ребенка в больницу, была назначена соответствующая экспертиза. Подозреваемый в совершении преступного деяния отчим малолетней девочки задержан. По данному факту возбуждено уголовное дело”, – говорится в информации.

  • Atalığı 2 yaşlı uşağı döyüb yandırdı

    Göygöldə 2 yaşlı uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

    “Qafqazinfo”nun məlumatına görə, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur.

    Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər.

    “Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, – deyə açıqlamada vurğulanıb.

  • Bakıda qardaşlar arasında qanlı DAVA

    Bakının Sabunçu rayonunda 2002-ci il təvəllüdlü Murad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Fuada xəsarət yetirib.

    Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin aprelin 3-də Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində nömrəsiz evdə baş verib. Murad qardaşı Fuad ilə axşam yeməyi yeyərkən, sonuncuya masada olan ketçupdan istifadə tərzinə görə irad bildirməsi nəticəsində aralarında mübahisə yaranıb. Bu mübahisə zamanı Murad bıçaqla Fuada xəsarət yetirib.

    Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 3-də, saat 19:00-da evə gələrkən nənəsi Fati və qardaşı Fuad evdə olublar, anası isə işdə olub: “Nənəm həmin vaxt evdə təmizlik işləri görürdü. Nənəm məndən qonaq otağında olan çarpayının həyətə çıxarılmasında kömək etməyimi xahiş etdi. Qardaşım Fuadın köməkliyi ilə köhnə çarpayını həyətə çıxardıq. Səbəb isə çarpayının əvəzinə yeni divan sifariş verilməsi olub. Daha sonra nənəm təmizlik işlərinə davam etdi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, qardaşı ilə mətbəxdə yemək yeməyə başlayıblar: “Bu vaxt yanımızda kimsə olmayıb. Stolun üzərində kolbasa, ketçup, qazlı şirin içki olub. Yemək yeyərkən qardaşım masada olan ketçupun qabını ağzına tutaraq ketçupu ədəbsiz formada ağzı ilə birbaşa formada sovurmağa başladı. Ona iradımı bildirərək, həmin ketçupdan ondan başqa şəxslərin, eləcə də özümün istifadə etdiyimi bildirdim, ağzına vurmamasını xahiş etdim. Fuad cavabında yaxşı elədiyini dedi. Mən isə əlimin tərsi ilə onun ayağına iki dəfə yavaşca şillə zərbəsi vurdum, yenidən irad bildirdim. Qardaşım Fuad mənim başıma iki dəfə şillə zərbəsi vurdu. Qardaşımdan bir yaş böyük olduğuma görə onun bu hərəkətini qəbul edə bilmədim. Nəticədə əlimdə olan və kolbasa doğradığım mətbəxdə istifadə olunan bıçaqla bir dəfə onun qarın boşluğuna zərbə vurdum. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəm də gəldi. Fuad mətbəxi tərk edərək əli ilə qarnını tutaraq həyətə tərəf qaçdı. Həyətdə yerə uzanaraq qışqırdı. Mən dərhal təcili tibbi yardıma zəng etdim. Bir müddət gözləsəm də, həkim gəlmədi. Piyada olaraq küçəyə çıxdım, şəhər şosesində dayanan “Opel” markalı avtomobilə yaxınlaşaraq kömək etməsini xahiş etdim. Nənəm və Fuad həmin avtomobillə xəstəxanaya getdilər. Mən evə girdim, evdə yır-yığış işləri gördüm. Fuadı vurduğum bıçağı yuyaraq təmizlədim. Sonra digər otaqda bir az uzandım. Daha sonra hava almaq məqsədilə evdən çıxdım, küçədə gəzişdim. Təxminən bir saat sonra dayım Elman zəng edərək, məni xəstəxanaya çağırdı. Mən xəstəxanaya getdim. Orada olarkən polis əməkdaşları zəng etdi və məni 12-ci Polis Şöbəsinə dəvət etdilər. Fuadı bıçaqla vurmaqda məqsədim onu qorxutmaq, xəsarət yetirmək olub. Öldürmək niyyətim isə olmayıb.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Fuadın sözlərinə görə, aprelin 3-də, saat 19:00-da qardaşı Murad ilə yemək yeyərkən masada olan ketçup qabını ağzına birbaşa tutub və ketçupu ədəbsiz formada sovurduğu üçün qardaşı ona irad bildirib: “Muradın iradını qeyri-səmimi qəbul etdim. Muradın başına iki dəfə şillə zərbəsi vurdum. Qardaşım yaşca böyük olduğuna görə bunu qəbul edə bilmədi. Əlində olan və kolbasa doğradığı mətbəxdə istifadə olunan bıçaqla bir dəfə qarın boşluğuma zərbə vurdu. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəm gəldi. Nənəmlə birlikdə xəstəxanaya getdik. Qardaşıma qarşı şikayətim yoxdur”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muradın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq olmaqla 3 il şərti cəza verilib.

    Qeyd edək ki, Murad Vətən müharibəsinin iştirakçısıdır. O, “Vətən Müharibəsi” iştirakçısı və “Ağdamın Azad Olunmasına Görə” medalları ilə təltif edilib.

  • Xarici jurnalistlər Anım Günündə Ağdamda olublar

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici jurnalistlər səfər ediblər.

    “Report” xəbər verir ki, bu barədə Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

    O, xarici jurnalistlərin ölkəyə rəhbəri olduğu təşkilatın dəvəti ilə gəldiklərini bildirib:

    “Xarici jurnalistləri ölkəmizə çağırmaqda məqsəd keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı prosesini, eyni zamanda, işğaldan azad edilmiş bölgələrdə “erməni izi”ni bir daha dünyaya çatdırmaqdır”.

    E.Eyvazlı söyləyib ki, onlar müxtəlif media qurumlarında çalışırlar:

    “Qonaqlar Macarıstanın ən böyük media qurumlarından olan “Magyar Hirlap” qəzeti və eyniadlı saytın redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət Xəbər Agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti, BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayevdir. Xarici həmkarlarla Bakıda da bir sıra görüşlər keçiriləcək. Onlar sentyabrın 29-da ölkələrinə dönəcəklər”.

    Qeyd edək ki, xarici jurnalistlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği” layihəsi çərçivəsində Azərbaycana dəvət olunublar.