Month: September 2024

  • Госагентство по обязательному медицинскому страхованию отреагировало на призыв о помощи. Сбор закрыт

    Как ранее сообщала Media.Az, с призывом о помощи обратилась жительница Баку Ирада Керимова, чья дочь родилась с пороком сердца. Маленькая Лейла родилась 9 сентября, но уже перенесла сложнейшую операцию на сердце, которая, к счастью, прошла успешно. С момента рождения и до сих пор младенец находится в реанимации одной из частных клиник азербайджанской столицы. На данный момент девочку ждет реабилитация и восстановление в течение двух недель под строгим наблюдением врачей.

    Родители не могли осилить реабилитацию девочки, однако обязательное медицинское страхование (ОМС) покрыло все расходы. Сбор закрыт.

    Как сообщили Media.Az в пресс-службе Государственного агентства по обязательному медицинскому страхованию, операции по восстановлению дуги аорты и закрытию дефекта межжелудочковой перегородки у новорожденных, а также их последующее пребывание в реанимации осуществляются за счет ОМС.

    «Здесь стоит отметить, что после операции срок пребывания пациента в реанимации регулируется в соответствии с назначением врача. В этом случае медобслуживание покрывается обязательным медицинским страхованием. При возникновении вопросов об услугах, предоставляемых в рамках ОМС, гражданам рекомендуется обращаться в колл-центр по номеру 1542», – отметили в Агентстве.

  • СМИ: США запретили Израилю при ударах по «Хезболла» разрушать инфраструктуру Ливана

    Американские чиновники передали Израилю требование не разрушать государственную инфраструктуру Ливана при атаках на объекты шиитской организации «Хезболла».

    Об этом сообщил 12-й канал израильского телевидения.

    По его данным, ранее США давали понять, что красной линией для Вашингтона станут «сознательные и намеренные» действия Израиля, которые приведут к крупномасштабной войне. Теперь требования американской стороны были уточнены: еврейскому государству ни при каких обстоятельствах нельзя наносить ущерб государственной инфраструктуре Ливана и нужно как можно точнее определять объекты «Хезболла» при планировании военных операций.

  • Земля прошла через два межзвездных облака миллионы лет назад, выяснили ученые

    Американские ученые из Бостонского университета выяснили, что миллионы лет назад Земля и вся Солнечная Система прошли через плотные межзвездные облака. Это воздействие могло вызвать резкое похолодание на нашей планеты. Исследование опубликовано в научном журнале Geophysical Research Letters (GRL).

    Межзвездные облака — это обширные области газа и пыли между звездами внутри галактик. Они в основном состоят из водорода с небольшим количеством гелия и следов более тяжелых элементов.

    Облака играют ключевую роль в жизненном цикле звезд, предоставляя материалы для формирования новых звезд, и засеиваются элементами после угасания звезд. Они различаются по размеру, плотности и местоположению и являются важной частью эволюции галактики.

    По словам специалистов, первая встреча Земли с межзвездным облаком могла произойти около 7 млн лет назад. Событие повторилось 2 млн лет назад.

    Команда обнаружила, что взаимодействия действительно сыграли свою роль в изменениях в атмосфере Земли.

    Они выяснили, что уровни водорода в верхних слоях атмосферы существенно возросли. Вновь полученный водород был преобразован в молекулы воды в нижних слоях атмосферы, и это также привело к снижению мезосферных уровней озона.

    Эти процессы привели бы к появлению глобальных серебристых облаков в мезосфере. Они не были бы постоянными, но могли бы заблокировать 7% солнечного света, достигающего Земли, погрузив нашу планету в ледниковый период.

  • Азербайджанская диаспора направила заявление в парламент Швейцарии

    Группа депутатов Федерального собрания Швейцарии направила правительству страны опрос, который носит предвзятый характер в отношении Азербайджана, что вызвало протест азербайджанских диаспорских организаций, работающих в Швейцарии.

    Как сообщили в Государственном комитете по работе с диаспорой Азербайджана, азербайджанские диаспорские организации обратились с заявлением в швейцарский парламент. В документе подчеркнута важность двусторонних отношений между Азербайджаном и Швейцарией, а также выражено беспокойство по поводу действий сил, препятствующих миру на Южном Кавказе. Указано, что обвинения в «геноциде» и «этнической чистке», прозвучавшие в швейцарском парламенте, не соответствуют действительности. Особое внимание уделено обеспокоенности обсуждением подобных заявлений в государственных учреждениях Швейцарии.

    Кроме того, в заявлении отмечена значимость 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29), которая пройдет в Азербайджане в ноябре этого года. Участие Азербайджана в COP29 рассматривается как важный вклад в решение глобальных экологических проблем и укрепление мира в регионе. Швейцарским парламентариям предложено проявить ответственность и не поддаваться на манипуляции в этих вопросах.

  • Azad olunan ərazilərə avtobus reyslərinə oktyabr ayı üçün biletlər satışa çıxarılacaq

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayı üçün biletlər sentyabrın 27-sit 11:00-da satışa çıxarılacaq.

    Bu barədə AYNA məlumat yayıb.

    Qeyd olunub ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 798 reys həyata keçirilib, 32363 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • Toyu yasa döndərən hoqqabazlar… – Hansı tədbirlər görülməlidir?

    Toy şadlıqdır və hər bir ailə istəyər ki, onun toyu xoş xatirələrlə yadda qalsın. Lakin bəzən ehtiyatsızlıq, laqeydlik, ifrat dərəcədə əyləncə həvəsi toyun yasa çevrilməsi ilə nəticələnir.

    Belə ki, son bir ayda toy karvanlarının iştirakı ilə bağlı qəza xəbərləri bir-birini əvəzləyir.

    Bəs toy karvanlarına qarşı hansı nəzarət tədbirləri həyata keçirilir?

    Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, son 1 ayda toy karvanı ilə bağlı üçüncü hadisə baş verir və ümumilikdə 8 nəfərdən çox insan həyatını itirib:

    “Toy karvanları ilə bağlı çox təəssüf ki, üzücü xəbərlər alırıq. Bunun mənəvi tərəfləri də var – toy yasa dönür. Sürücülərə yol polisi tərəfindən də dəfələrlə xəbərdarlıqlar edilib. Hətta yol polisi toy karvanları ilə bağlı animasiya hazırlamışdı ki, toy karvanlarında 6-dan çox maşın olmasın və bır sıra üzrə hərəkət edilsin. Amma biz təcrübədə görürük ki, toy karvanları yola çıxır, əgər 5 zolaq varsa, 5-i ilə də hərəkət edirlər, bir-birilərini ötürlər, yarışırlar, iki təkər gedirlər, bir növ hoqqabazlıq edirlər”.

    Ekspert qeyd etdi ki, toy sahibləri bu məsələləri nəzər almalıdır və əvvəlcədən toy karvanında hərəkət edəcək sürücülərə xəbərdarlıq olunmalıdır:

    “Təəssüf ki, gənc nəslin nümayəndələri bu cür hərəkətlərə daha çox yol verirlər və ağır nətiicələri olur. Toy karvanlarında hansısa qayda pozulursa, buna uyğun tədbirlər görülür. Əgər sürücü avtoxuliqanlıq edirsə, əks istiqamətdə yola çıxır, işıqforun qırmızı işığında keçirsə, digər xətalara yol verirsə, buna uyğun cəza mexanizmi tətbiq olunur”.

  • Sürücülərə siqaretlə bağlı QADAĞA

    Rusiyada sürücülər üçün yeni cərimələr tətbiq oluna bilər. Rusiya Nəqliyyat Nazirliyinin hazırladığı yeni qaydalara əsasən, avtomobil idarə edən şəxslər nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan və nəqliyyat vasitəsini idarə edərkən əllərin istifadəsini və ya diqqəti yayındırmağı tələb edən hər hansı cihazdan istifadə etməməlidir. Sənədə əsasən, qadağa xəritələr və naviqatorlara şamil olunmayacaq.

    Qeyd edək ki, hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəliyyat Nazirliyi təklif edir ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və vaplardan (elektron siqaretin bir növüdür – red.) istifadəyə aid olması gözlənilir.

    Nazirlik bu kimi davranışlara görə, təxminən 100 manat cərimənin tətbiq edilməsini təklif edir. Layihə hazırda ictimai müzakirə mərhələsindədir, oktyabrın 10-dək yekunlaşdırılması planlaşdırılır. (nocomment.az)

  • Metronun “Avtovağzal” stansiyasındakı yeraltı keçiddə su sızır?

    Metronun “Avtovağzal” stansiyasının çıxışında, yeraltı keçiddə tavandan su sızır. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

    Qeyd edilib ki, yeraltı keçiddə günün bütün saatlarında tavandan su sızır. Bunun qarşısını almaq üçün isə yolun hərəkət hissəsinə vedrə qoyulub ki, bu da insanların keçiddən istifadə etməsinə qismən maneə yaradır.

    Məsələ ilə bağlı oxu.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, artıq bu gecədən etibarən sızıntının qarşısını almaq üçün axıntının yönləndirilməsi və digər texnoloji tədbirlər görüləcək:

    “Qəfil axıntı yaranıb. Sərnişinlər olan müddətdə isə orada işlər aparmaq olmaz. Məsələ aidiyyəti şəxslər tərəfindən qiymətləndirilib, vətəndaşlar üçün hansısa təhlükə yoxdur”.

  • 132 nömrəli avtobus nə vaxt yenilənəcək? – AYNA-dan CAVAB

    Bakının bir çox ərazilərində “BakuBus”a və digər şirkətlərə aid müasir avtobuslar fəaliyyət göstərir, lakin hələ də köhnə, kondisionersiz olan avtobuslara da rast gəlmək mümkündür. Buna Hövsan-“Əhmədli” metrostansiyası istiqamətində hərəkət edən 132 nömrəli marşrut xəttinə aid olan avtobusları da misal göstərmək olar. Hərçənd bu istiqamətdə hərəkət edən başqa avtobuslar da var və “BakuBus”a aiddir. Məsələ orasındadır ki, həmin avtobuslar Hövsan-MİDA ərazisindən “Əhmədli” metrostansiyasına gedən yoldakı bütün dayanacaqlarda saxlamırlar, qiymətləri isə 70 qəpik təşkil edir. Bu isə avtobusa minib ayaqüstə azı 40 dəqiqəlik yol gedəcək olan sərnişini “manatlıq” taksidən istifadəyə sövq edir. Ona görə də gündəlik olaraq bu yolları gedib-gələn sakinlər indiki 132 nömrəli avtobusun eyni qiymətə, lakin daha geniş və təmiz olan avtobuslara ehtiyac duyurlar.

    Bəs 132 nömrəli avtobusların yeni avtobuslarla əvəzlənməsi nə vaxta gözlənilir?

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb:

    “Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir. Hazırda Bakıda 28 küçə və prospektdə uzunluğu 80 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib”.

    Qurumdan qeyd edilib ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır:

    “Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il tədris mövsümünün başlaması ilə əlaqədar daha 170 avtobus marşrut xətlərinə cəlb edilir. Qeyd edək ki, 160 yeni elektrik avtobusu da alınıb və sərnişinlərin xidmətinə verilməsi ilə sərnişindaşımalarda istifadə olunan avtobusların sayı 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

    Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqələrdə balanslarında daha müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir”. (redaktor.az)

  • Pekində keçirilən forumda Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarından danışılıb

    Çinin paytaxtı Pekində “Dayanıqlı nəqliyyat: dünyanı birləşdirən logistika” mövzusunda Qlobal Dayanıqlı Nəqliyyat Forumu keçirilir.

    AZƏRTAC xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun məqsədi qlobal nəqliyyat əməkdaşlığının inkişafı, habelə təhlükəsiz, səmərəli, ekoloji cəhətdən təmiz, inklüziv və dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün yüksək səviyyəli platforma təmin etməkdir.

    Müxtəlif ölkə rəsmilərinin, nəqliyyat nazirlərinin, beynəlxalq təşkilatların və iri nəqliyyat-logistika şirkətləri rəhbərlərinin, ekspertlərin iştirak etdiyi forumun açılış mərasimində çıxış edən He Lifen, Tailand Baş nazirinin müavini Suriya Cunqrunqranqkit, Pakistan Prezidenti Asif Əli Zərdari (video müraciət) və başqaları nəqliyyatın iqtisadi-sosial inkişafa təsir edən qüvvə olduğunu bildirdilər, qlobal nəqliyyat potensialının artırılması üçün ümumi səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar. Siyasi proseslərin, münaqişələrin, sanksiyaların, habelə ekoloji vəziyyətin, iqlim dəyişikliyinin, təbii fəlakətlərin qlobal nəqliyyatın dinamik fəaliyyətinə təsir edən səbəblər olduğu bildirilib, resursların, imkanların və təcrübələrin birləşdirilərək, innovativ və dayanıqlı nəqliyyatın yaradılmasına nail olunmasının əsas məqsədlərdən olduğu deyilib.

    Forumun plenar iclasında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın nəqliyyat-logistika və tranzit potensialından, şərq-qərb, şimal-cənub nəqliyyat bağlantısındakı mühüm rolundan, “Bir kəmər, bir yol”un tərkib hissəsi olan Orta Dəhlizin Avrasiyada tranzit yük daşımalarındakı əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü infrastrukturun möhkəmləndirilməsi, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və qlobal iqtisadi artımın stimullaşdırılması üçün mühüm fürsət kimi qəbul edərək, layihənin güclü tərəfdarı olaraq qalır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilmiş irimiqyaslı iqtisadi layihələr regionda əməkdaşlığın inkişafında, ticarət yollarının möhkəmlənməsində və beynəlxalq iqtisadi genişlənməsində həlledici rol oynayıb.

    Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyi bərpa edəndən sonra Zəngəzur dəhlizi təşəbbüsünü irəli sürdüyünü bildirən R.Nəbiyev diqqətə çatdırıb ki, bu dəhliz təkcə yeni nəqliyyat və kommunikasiya yollarını açmayacaq, həm də Türkiyə üzərindən Avropaya quru nəqliyyat bağlantısının əlaqələrini şaxələndirəcək və Azərbaycandan keçən nəqliyyat dəhlizlərini birləşdirəcək. Dəhliz, həmçinin Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu kimi xidmət edəcək.

    Nazir Bakıda keçiriləcək COP29 tədbiri barədə danışaraq, bunun Azərbaycanın qlobal iqlim gündəminə və yaşıl inkişafa sadiqliyinin göstəricisi olduğunu bildirib. Diqqətə çatdırıb ki, COP29 çərçivəsində Orta Dəhlizin dayanıqlı inkişafı və rəqəmsallaşdırılması mövzusunda nəqliyyat nazirlərinin forumu keçiriləcək.

    Qlobal Dayanıqlı Nəqliyyat Forumu çərçivəsində nazirlər forumu, tematik iclaslar keçirilir. Forum işini sentyabrın 26-da davam etdirəcək.