Month: September 2024

  • Sabah Bakıya yağış yağacaq

    Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

  • Dövlət xidməti VACİB MƏLUMAT YAYDI – 6 ay müddətinə hərbi xidmətə….

    Azərbaycanda virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması əsas müzakirə olunan məsələlərdən biridir.

    Median.Az modern.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən açıqlama verilib.

    Bildirilib ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

    “Hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər”, – açıqlamada qeyd edilib.

  • Yayda ən yüksək temperatur bu rayonda olub – 43.4 dərəcə

    Bu yay Azərbaycanda ən yüksək temperatur Naxçıvan Muxtar Respublikası (MR) və Mərkəzi Aran rayonlarında qeydə alınıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, son illərdə iqlim dəyişmələrinin artan təsiri bu ilin yay fəslinin də meteoroloji şəraitindən yan keçməyib. Ayrı-ayrı zaman periodlarında isti hava dalğalarının təsiri müşahidə olunub. Bu təsir həm günlük, həm də aylıq temperatur göstəricilərində özünü göstərib. Ərazinin iqlim xarakteristikasına uyğun olaraq ən yüksək temperatur bu yay da Naxçıvan MR-də və Mərkəzi Aran rayonlarında qeydə alınıb.

    “Ölkə üzrə ən isti hava iyul ayının 20-də müşahidə olunub. Belə ki, həmin gün havanın maksimal temperaturu Hacıqabulda 43.4 dərəcə istiyədək yüksəlib. Bölgələrdən fərqli olaraq Bakıda və Abşeron yarımadasında ən isti hava avqust ayında qeydə alınıb, maksimal temperatur avqustun 5-də 39 dərəcəyə çatıb”, – məlumatda vurğulanıb.

    Həmçinin, bildirilib ki, ölkə ərazisində son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb. O zaman havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələrdən isə Culfada 45 dərəcə isti müşahidə edilib.

  • Kimlərin maaşı artacaq? – AÇIQLAMA

    Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

    O qeyd edib ki, minimum əmək haqqındakı gözlənilən artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

    “Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır.

    İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əmək haqqının gözlənilən artırım paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

    Gözlənilən artımlar həmçinin özəl sektoru da əhatə edir. Çünki gələn ilin əvvəli üçün gözlənilən minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz”, – deyə o bildirib.

  • Bu ərazidə taksi dayancağı LƏĞV EDİLDİ

    28 May küçəsindəki taksi dayanacağı ləğv edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb.

    “Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib”, – deyə əlavə edilib.

    Qeyd edək ki, Bakıda 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir.

    Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.

  • “Araz-Naxçıvan”ın qapıçısı milli komandada

    “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

    İdman.biz xəbər verir ki, bunu Naxçıvan klubunun mətbuat xidməti açıqlayıb.

    Qolkiper Millətlər Liqası çərçivəsində keçiriləcək matçlara çağırılıb. Moldova millisi oktyabrın 10-da Kişinyovda Andorra, 3 gün sonra səfərdə Malta ilə qarşılaşacaq.

    Qeyd edək ki, 2021-ci ildən yığmaya çağırılan qapıçı 10 matç keçirib.

  • Keyfiyyətsiz avtomobili necə tanımaq olar? – Təzə və işlənmiş maşın alışı üçün məsləhətlər

    Avtomobil almaq diqqət və bilik tələb edən məsuliyyətli bir qərardır. Təcrübə göstərir ki, keyfiyyətsiz nəqliyyat vasitəsinə təkcə işlənmiş maşınlar arasında deyil, həm də avtosalonlarda rast gəlinə bilər.

    Median.Az oxu.az-a istinadən bildirir ki, rusiyalı avtomobil mütəxəssisi Tatyana Malışeva problemli avtomobili tanımağa kömək edəcək əlamətlərdən danışıb.

    Onun sözlərinə görə, hətta rəsmi dilerlərdən yeni avtomobil almaq belə maşının qüsursuz olacağına zəmanət vermir.

    “Bəzi istehsalçılar xərcləri azaltmağa çalışaraq öz modellərində konstruktiv çatışmazlıqlara yol verirlər. Yeni maşınların tipik problemləri arasında bunları qeyd etmək olar: kuzovun geometriyasının pozulması, keyfiyyətsiz rəngləmə və korroziyaya səbəb olan çatlar, avtomobilin sistemlərindən birinin işində nasazlıqlar”, – deyə o bildirib.

    Ekspert işlənmiş avtomobil alarkən diqqətin daha çox tələb olunduğunu bildirib:

    “Kuzovdakı cızıqlar, sürtülmələr, həddindən artıq yeyilmiş pedallar (əyləc problemlərinin əlaməti), rəngin qeyri-bərabərliyi və qalın boya qatı (qəza izlərini gizlədə bilər) alıcı üçün həyəcan siqnalı olmalıdır. Kapotun altında yağ və antifriz sızmaları texniki nasazlıqlardan xəbər verir. Bundan başqa şübhəli dərəcədə az yürüş də narahatlıq doğurmalıdır – satıcı real rəqəmləri gizlədə bilər ki, bu da gələcəkdə böyük təmir xərclərinə səbəb ola bilər”.

    Malışeva şüşələrin markalanmasını, təkər tağı örtüklərinin oturmasını, cihaz panelinin vəziyyətini yoxlamağı məsləhət görür. Onun sözlərinə görə, yanan indikatorlar maşının sistemlərində xətaların olduğunu göstərir.

    “Diqqətli olmaq, texniki bilik və mütəxəssislərin köməyi – avtomobil alışının üç sütunudur”, – deyə Malışeva sözlərini yekunlaşdırıb.

  • Ruslar Kurska 60 minlik hərbi qüvvə göndərir

    Rusiyanın Kursk vilayətində rus hərbçilərin əks-hücuma keçmə hazırlığı ilə bağlı əlamət yoxdur.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna radiosuna müsahibəsində hərbi analitik Aleksey Getman deyib.

    Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri regionda dəmir yolunun bir hissəsinə nəzarət edir:

    “Rusların dəmir yolundan əsasən canlı qüvvə və texnikanın daşınması üçün istifadə etdiyini nəzərə alsaq, onlar Ukrayna qüvvələrini Sucanın şimalına doğru sıxışdırmağa çalışacaqlar. Lakin mən onların uğur qazanacağına əmin deyiləm”.

    Getman qeyd edib ki, ruslar bölgəyə 60 min hərbçi toplamaq istəyirlər.

    O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Seym çayı üzərindəki körpüləri partladıb və ruslar üçün qoşun yeritmək son dərəcə çətinləşir.

  • Gündə 1 stəkan sarıköklü su için: faydaları…

    Sağlam həyatın ilk qaydası su içməkdir. Gündə ən azı 1,5-2 litr su içmək tövsiyə olunur. İçməli suya müxtəlif ədviyyatlar qataraq daha çox faydalana bilərsiniz.

    Median.Az medicina.az-a istinadla xəbər verir ki, sarıkökdə olan kurkumin bədəndəki iltihabı hədəf alaraq ağrı və şişkinliyi aradan qaldırır. Həzm sisteminin daha səmərəli işləməsinə kömək edir, həzmsizlik və şişkinlik kimi problemlərə faydalıdır.

    Sarıkök suyu immunitet sistemini gücləndirir, orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Sarıkök suyu içərək bədəni toksinlərdən təmizləyib, maddələr mübadiləsini sürətləndirə bilərsiniz.

  • “Real” 3 xalı 3 qolla əldə edib

    İspaniya Liqasında 7-ci tur start verilib.

    İdman.biz xəbər verir ki, “Real” çempionatda ardıcıl 4-cü qələbəsini qazanıb.

    Madrid klubu “Alaves”i 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Karlo Ançelottinun komandası lider “Barselona” arasındakı xal fərqini 1-ə endirib. Kataloniyalılar doğma azarkeşlər qarşısında “Xetafe” ilə qarşılaşacaqlar.

    “Sevilya” öz meydanında 3 xal qazanıb.

    İspaniya La Liqası
    VII tur
    24 sentyabr
    “Sevilya” – “Valyadolid” – 2:1
    “Valensiya” – “Osasuna” – 0:0
    “Real” – “Alaves” – 3:2