Month: September 2024

  • Siyəzəndə qadın iş yerində qəfil öldü

    Siyəzən rayonunda qadın iş yerində vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin yeməkxanasında baş verib.

    Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев ознакомился с V выставкой ADEX-2024 и выставкой Securex Caspian

    24 сентября Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с проходящими в Бакинском Экспо-центре V юбилейной Азербайджанской международной оборонной выставкой ADEX-2024 и Международной выставкой внутренней безопасности, охраны и спасательной техники Securex Caspian.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri ilə tanış olub.

    Bununlaa bağlı AZƏRTAC məlumat yayıb.

  • Tovuzda kəndlilərin davası QANLA BİTDİ

    Tovuzda bıçaqlanma hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə səhər saat 7 radələrində Xatınlı kəndində baş verib.

    Kənd sakini Elman Qəhrəman oğlu Mehdiyev bıçaqla həmkəndlisi Şahməddin Nəriman oğlu Cəfərovun qarnına xəsarət yetirib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

    Faktla bağlı cinayət işi başlanıb, Elman Mehdiyev saxlanılıb.

  • В одном из бакинских парков обнаружен труп

    В Баку найден труп мужчины.

    Как сообщает lent.az, случай зафиксирован в одном из парков Бинагадинского района, на улице А. Гусейнова.

    В ходе расследования было установлено, что тело принадлежит 42-летнему жителю столицы Ульви Байрамову.

    Отмечается, что признаков насилия на нем не обнаружено.

    По данному факту ведется расследование.

  • Bakıda parkdan meyit tapıldı

    Bakıda parkdan meyit tapılıb.

    Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

    Rayonun A.Hüseynov küçəsi, 10 ünvanında yerləşən parkda naməlum kişi meyiti aşkar edilib.

    Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini 42 yaşlı Ülvi Vahid oğlu Bayramov olması müəyyən edilib.

    Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda yeni peşə bayramları günləri təsis edildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az məlumat yayıb.

    Sərəncamla hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.

    Hər il sentyabrın 26-sı isə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunacaq.

    Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü hər il martın 16-sı qeyd ediləcək.

    Həmçinin, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 758 (Cild I) ləğv edilir.

  • Bakıda meyvə satan şəxs zəhərlənib öldü

    Bakıda zəhərlənmədən ölüm faktı qeydə alınıb.

    Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Qəsəbə ərazisində yerləşən meyvə mağazasında işləyən Ordubad rayon sakini, 24 yaşlı Turqut Əbil oğlu Nəsirli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Руководство Минобороны приняло участие в церемонии открытия ADEX-2024

    24 сентября в Бакинском экспо-центре состоялась церемония открытия 5-й Азербайджанской международной оборонной выставки ADEX.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджанской Республики (АР).

    В церемонии приняли участие министр обороны АР генерал-полковник Закир Гасанов и другие представители руководящего состава ведомства.

    Для участия в выставке, организованной по инициативе и при организационной поддержке министерств оборонной промышленности и обороны Азербайджанской Республики, в нашу страну съехались представители многих компаний и официальные делегации из разных стран.

    На выставке впервые представлен стенд Министерства обороны. На нем экспонируются современные системы, находящиеся на вооружении, в том числе и оснащение сил специального назначения. В то же время представлены возможности ремонтных предприятий при Минобороны.

    На выставке также представлена подробная информация об учебных заведениях специального назначения, находящихся в подчинении Национального университета обороны.

  • Müdafiə Nazirliyinin rəhbərliyi ADEX Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib

    ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib.

    Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyəti bir araya gəlib.

    Sərgi çərçivəsində ilk dəfə olaraq Müdafiə Nazirliyinin stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.

    Sərgidə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.