Month: September 2024

  • Стали известны новые тарифы на ж/д поезда Баку – Сумгайыт (ТАБЛИЦА)

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) обнародовало новые тарифы на пассажироперевозки по Абшеронскому кольцевому маршруту.

    Как сообщили АПА-Экономикс в АЖД, новые тарифы вступят в силу 25 сентября этого года.

    Согласно политике тарифов с учётом расстояния, применяемой АЖД, пассажиры смогут добраться до пункта назначения, заплатив минимум 0.4 манатов, что является самым низким тарифом среди видов общественного транспорта в стране. В целом стоимость проезда по Абшеронскому кольцевому маршруту будет увеличена в зависимости от расстояния на 0.1-0.2 манатов.

    Все эти нововведения реализованы в соответствии с международными стандартами, а новая ценовая политика направлена на предоставление более безопасного и качественного сервиса.

    Представляем новую тарифную таблицу, действующую с 25 сентября нынешнего года:

  • Bakı-Sumqayıt qatarlarının marşrut üzrə YENİ TARİFLƏRİ (CƏDVƏL)

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb.

    ADY-dən “APA-Economics”ə verilən məlumata görə, yeni tariflər bu ilin 25 sentyabr tarixindən qüvvəyə minir.

    ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10-0,20 AZN arası artırılacaq.

    Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.

    Bu ilin 25 sentyabr tarixindən tətbiq olunan yeni tarif cədvəlini təqdim edirik:

  • Süni intellektdən daha bir yenilik – təmiz su istehsal edəcək

    Koreya Elm və Texnologiya İnstitutundan (KIST) Dr. Sunq Munun rəhbərlik etdiyi alimlər qrupu Yeonqnam Universitetinin professoru Bik Sanq-Suu ilə birlikdə təmiz su üçün süni intellektdən (AI) istifadə edən texnologiya hazırlayıblar.

    Araşdırmanın nəticələri “Water Research” jurnalında dərc olunub.

    Model təxminən 0,9 təyin əmsalı ilə elektrik keçiriciliyini və ion konsentrasiyasını (Na+, K+, Ca2+, Cl-) proqnozlaşdıraraq yüksək dəqiqliyə nail olub.

    Proqnozların dəqiqliyini artırmaq üçün hər 20−80 saniyədən bir məlumat yeniləmələri tələb olunur. Bu model mürəkkəb modellərdən 100 dəfə az hesablama resursları tələb edir.

  • Azərbaycandakı həbsxanalarda 25 ölüm faktı: Ağır xəstə olan məhkumların sayı AÇIQLANDI

    Mediada yayılan xəbərlərin statistikasına görə, cari il ərzində Bakı həbsxanalarında məhkumlar arasında 25 ölüm faktı qeydə alınıb. İnsanlar arasında məhkumlar arasında ölüm hallarının artması ilə bağlı iddialar yayılır.

    Bəs görəsən məhkumlar arasında baş verən ölümlərin sayının artması ilə bağlı iddialar nə dərəcədə əsaslıdır?

    Məsələ ilə bağlı oxu.az olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanladıq.

    Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Penitensiar müəssisələrdə tibbi xidmət hər bir məhkum üçün əlçatandır:

    “Belə ki, bütün istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələri fəaliyyət göstərir. Eyni zamanda tibb-sanitar hissələrində stasionar şəraiti olan çarpayı fondu var. Daxil olan hər bir məhkum ilkin həkim müayinəsindən və sanitar təmizləmədən keçirilir, adına fərdi tibbi kitabça açılaraq sağlamlıq durumu barədə məlumatlar qeydiyyata alınır. Gün ərzində məhkumlar səhhəti ilə bağlı şikayətləri ilə əlaqədar tibb – sanitar hissələrinə müraciət edə bilər. Orada məhkumlar həkim müayinəsindən keçirilərək müvafiq ambulator və stasionar müalicə alırlar”.

    Məlumatda vurğulanıb ki, məhkumlar müxtəlif ixtisaslı həkim-mütəxəssislərlə yerində konsultasiya olunaraq ehtiyac olduqda Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tabeçiliyində olan çoxprofilli müalicə müəssisəsinə və ya İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilirlər:

    Müalicə müəssisəsində dərinləşdirilmiş müayinələr (rentgen, USM, EKQ, ExoKQ, EEQ, Tredmil testi, Holter monitorinqi, kliniki və laborator analizlər və sairə) və həkim mütəxəssislər tərəfindən (cərrah, narkoloq, travmatoloq, terapevt, nevroloq, infeksionist, psixiatr, kardioloq, dəri – zöhrəvi həkimi, reanimatoloq, stomatoloq və sair) müalicələr aparılır. Ağciyər patologiyası və vərəm xəstələri isə İxtisaslaşdırılmış müalicə müəssisəsində müayinə və müalicə edilirlər. Ehtiyac olduqda Səhiyyə Nazirliyinin və TƏBİB-in baş mütəxəssisləri tərəfindən konsultasiyalar təşkil edilir, mürəkkəb kliniki – diaqnostik hallarda Səhiyyə Nazirliyinin və TƏBİB-in tabe tibb müəssisələrində, eyni zamanda özəl tibb müəssisələrində müayinə və müalicəyə cəlb edilirlər. Zərurət yarandıqda penitensiar müəssisələrə təcili tibbi yardım briqadası çağırılır”.

    Qeyd edilib ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində baş verən hər bir ölüm hadisəsi zamanı prokurorluq orqanları tərəfindən istintaq aparılır və bütün ölüm halları məhkəmə-tibbi ekspertizaya cəlb edilərək ölümün səbəbi müəyyənləşdirilir:

    “Penitensiar müəssisələrdə məhkumların ölüm sayında artım qeydə alınmayıb. Belə ki, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin 8 ayı ərzində məhkumların ölüm sayında azalma müşahidə edilir. Xüsusilə vurğulamaq lazımdır ki, cari ilin 8 ayı ərzində məhkumlar üzrə ölüm əmsalı ölkə üzrə ümumi ölüm əmsalı ilə eynidir. Hazırda penitensiar müəssisələrdə səhhətlərinə görə vəziyyəti ağır kimi qiymətləndirilən 19 xəstə var”.

  • Toy karvanında baş verən qəzada ölənlərin sayı artdı

    Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

    “Report”un Muğan bürosunun məlumatına görə, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında yaralanan daha bir sərnişin ölüb.

  • Zelenskidən sülh bəyanatı: “Düşündüyümüzdən daha yaxınıq”

    “Kursk əməliyyatı başlayandan sonra Rusiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələri bu ərazidən çıxarılana qədər hər hansı sülh danışıqlarını istisna edir. Bununla belə, Zelenski hesab edir ki, münaqişənin sonu hamının düşündüyündən də yaxındır”.

    Bu barədə RBC.ru nəşrində dərc olunan yazıda bildirilir.

    Məlumata görə, ötən gün ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News” telekanalına müsahibəsində Rusiya ilə Ukrayna arasındakı münaqişədən danışıb.

    “Düşünürəm ki, biz sülhə düşündüyümüzdən də yaxınıq. Müharibənin sonuna yaxınlaşırıq. Sadəcə, çox güclü olmalıyıq”, – deyə Ukrayna prezidenti bildirib.

    Onun fikrincə, Ukrayna yalnız güclü mövqedən Rusiya Prezidenti Vladimir Putini münaqişəni bitirməyə təşviq edə bilər.

    Qeyd edək ki, Zelenski BMT Baş Assambleyası ərəfəsində ABŞ-yə səfər edib və burada onun çıxışı planlaşdırılıb. Ukrayna prezidentinin həmçinin Co Bayden, eyni zamanda ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla da görüşü planlaşdırılır. Zelenski onlara öz “Qələbə planı”nı təqdim etmək niyyətindədir.

  • Sumqayıtda şagirdlər dezinfeksiyadan sonra zəhərlənib?

    Bir müddət əvvəl Sumqayıt şəhər Adil İbrahimov adına 14 nömrəli tam orta məktəbdə bit-birə aşkarlanması barədə iddialar yayılmışdı.

    Həmin vaxt Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyət ilə əlaqədar sanitar nəzarəti gücləndirmək məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib, eyni zamanda sanitariya nəzarəti qurumlarına yenidən müraciət olunaraq təhsil müəssisəsində növbəti dəfə dezinfeksiya və dərmanlama işləri aparılıb.

    Həmin məktəbin bəzi valideynləri “bakupost.az”a bildirib ki, dərman səpiləndən sonra uşaqlar arasında zəhərlənmə halları qeydə alınıb. azal vakansiya

    “Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki, uşaqların halı pisləşər! 6-7 saat orada qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir”, – valideynlərdən biri deyib.

    Mövzu ilə bağlı yenidən Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək.

  • İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgilərin iştirakçılarına müraciət ünvanladı

    Prezident İlham Əliyev “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

    President.az xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

    Sizi “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz!

    Ölkəmiz mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə və böyük peşəkarlıqla təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Azərbaycanın belə genişmiqyaslı və son dərəcə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyəti tərəfindən hər zaman müsbət qiymətləndirilir. Bu il ölkəmizdə baş tutacaq dünyanın qlobal xarakterli mötəbər beynəlxalq tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 da bunun bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan “ADEX” sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir. Müdafiə sənayesi də karbon tullantılarının azaldılması baxımından böyük potensiala malikdir. Hesab edirəm ki, COP29 öncəsi keçirilən

    “ADEX-2024” sözügedən mövzunun peşəkar müzakirəsi üçün əlverişli platformadır.

    “ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.

    Xüsusi qeyd edim ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.

    Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.

    “ADEX” ilə paralel olaraq, hüquq mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirən “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də keçirilir. Bu sərgidə nümayiş etdirilən məhsulların da iştirakçılar tərəfindən maraqla qarşılanacağına əminəm.

    Əziz qonaqlar, bir daha hər birinizi Azərbaycanda görməkdən məmnunluğumu bildirir, bütün iştirakçılara və hər iki sərginin işinə uğurlar arzulayıram!”

  • Аргентина намерена объявить Мадуро в международный розыск

    Суд Буэнос-Айреса (Аргентина) постановил объявить президента Венесуэлы Николаса Мадуро в международный розыск из-за обвинений в якобы имевших место случаях нарушения прав человека.

    Об этом сообщила газета La Nacion.

    Члены суда решили удовлетворить запрос аргентинских прокуроров, которые получили жалобу от неправительственной организации “Аргентинский форум по защите демократии”, обвинившей венесуэльского лидера в преступлениях против человечества. Аргентинский суд посчитал, что подобные обвинения относятся к универсальной юрисдикции, поэтому он уполномочен объявить Мадуро в розыск. “Необходимо постановить незамедлительное задержание посредством Интерпола Николаса Мадуро Мороса и главы МВД Диосдадо Кабельо с целью их экстрадиции в Аргентину”, – приводит издание выдержку из постановления судей.

    В июле МИД Аргентины сообщил, что правительство страны решило вновь поддержать поданную в Международный уголовный суд (МУС) жалобу на администрацию Мадуро. В сентябре 2018 года Аргентина, Канада, Колумбия, Парагвай, Перу и Чили обратились в МУС с требованием начать расследование возможных преступлений против человечества в Венесуэле. Жалоба была подана после волны протестов, которые несколько месяцев проходили в стране в 2017 году. За это время погибли более 120 человек, тысячи участников манифестаций пострадали, свыше 5 000 были арестованы.

    В 2021 году правительство экс-президента Аргентины Альберто Фернандеса отозвало свою подпись под жалобой. В том же году прокуратура МУС завершила предварительное изучение ситуации и приняла решение открыть полноценное расследование. Вслед за этим Венесуэла попросила прокурора приостановить расследование с учетом следственных действий, проводимых национальными властями. Однако в июне 2023 года расследование было возобновлено по требованию прокуратуры. Она сочла, что Венесуэла не прилагает достаточно усилий для проведения внутреннего расследования.

    28 июля в Венесуэле прошли выборы главы государства. Как объявил Национальный избирательный совет после обработки почти 97% протоколов, за Мадуро проголосовали 51.95% сограждан, за его основного соперника Эдмундо Гонсалеса Уррутиа – 43.18%. Один из лидеров оппозиции – Мария Корина Мачадо – в день голосования заявила, что команда Гонсалеса не собирается признавать его поражение на выборах. На следующий день в центре Каракаса вспыхнули акции протеста и беспорядки. По данным властей Венесуэлы, за поджоги и другие правонарушения были задержаны более 2 200 участников беспорядков.

  • Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib

    Buenos-Ayres məhkəməsi Venesuela Prezidenti Nikolas Maduronun insan haqlarının pozulması iddialarına görə beynəlxalq axtarışa verilməsinə qərar verib.

    Bu barədə “La Nacion” qəzeti məlumat verib.

    Məhkəmə üzvləri qərara gəliblər ki, Argentina prokurorlarının tələbini təmin etsinlər, hansı ki, Venesuela liderini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edən “Demokratiyanın müdafiəsi üçün Argentina Forumu” qeyri-hökumət təşkilatından şikayət alıblar.

    Argentina məhkəməsi hesab edib ki, bu cür ittihamlar universal yurisdiksiyaya aiddir, ona görə də Maduronu axtarışa vermək səlahiyyətinə sahibdir.

    “Nikolas Maduro Morosun və daxili işlər naziri Diosdado Kabelyonun Argentinaya ekstradisiyası üçün onlar barəsində İnterpol vasitəsilə dərhal həbs qətimkan tədbiri seçilməlidir”, – deyə hakimlərin qərarından çıxarışda bildirilib.

    İyul ayında Argentina Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ölkə hökuməti Maduro administrasiyasına qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilən şikayəti yenidən dəstəkləmək qərarına gəlib.

    Xatırladaq ki, 2018-ci ilin sentyabrında Argentina, Kanada, Kolumbiya, Paraqvay, Peru və Çili Venesuelada insanlığa qarşı mümkün cinayətlər barədə təhqiqatın başlanması tələbi ilə BCM-ə müraciət ünvanlamışdı. Şikayət 2017-ci ildə ölkədə bir neçə ay davam edən etiraz dalğasından sonra verilmişdi. Bu müddət ərzində 120-dən çox insan həlak olub, minlərlə nümayiş iştirakçısı yaralanıb, 5 mindən çox insan həbs edilib.