Month: September 2024

  • Türkiyə “Mir” ödəniş sisteminin işini bərpa etməkdən imtina etdi

    Türkiyə hakimiyyət orqanları Rusiyanın “Mir” ödəniş sisteminin ölkədə işinin bərpasını müzakirə etmir.

    Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti Türkiyənin dövlət banklarından birindəki mənbəyə istinadən məlumat yayıb.

    “Bununla bağlı qərar hökumət səviyyəsində verilir, bizə təlimat gəlir, biz də öz növbəmizdə ona əməl edirik. Belə bir qərar yoxdur”, – agentliyin həmsöhbəti izah edib. Həmçinin, onun sözlərinə görə, dövlət bankları Türkiyə ilə Rusiya arasında bank köçürmələri ilə bağlı problemlərin həlli ilə bağlı hələ də heç bir göstəriş almayıb.

    Bundan əvvəl Ankaranın vitse-meri Əmrə Doğan Türkiyə hökumətinə Rusiya ödəniş sisteminin ölkədə fəaliyyətini bərpa etməyi təklif etmək istədiyini bildirib. Beş türk bankı “Mir” kartlarını qəbul edib, lakin ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən onlara xidmət göstərməyi dayandırıblar. 2024-cü ilin fevralında ABŞ Maliyyə Nazirliyi Rusiya Milli ödəniş kartı sistemi olan “Mir” operatoruna qarşı sanksiyalar tətbiq edib. Bundan sonra bütün “dost” ölkələr Rusiya kartlarını qəbul etməyi dayandırıblar.

    Bu ilin əvvəlindən Türkiyə bankları Rusiyadan ödənişlərlə işləməkdən imtina etməyə başlayıb. Rusiya hakimiyyəti Ankara ilə razılığa gəlməyə çalışsa da, payızın əvvəlində, demək olar ki, bütün türk bankları Rusiya və Belarusla bağlı əməliyyatlara xidmət göstərməkdən imtina etmək qərarına gəlib, vəziyyətlə tanış olan TASS mənbəsi bildirib.

    Onun sözlərinə görə, Türkiyənin xarici iştiraklı bütün kredit təşkilatları artıq Rusiya şirkətləri üçün ödənişləri dayandırıb və indi xarici tərəfdaşları olmayan dövlət və özəl banklar bütün məhdudiyyətlərə əməl etmək niyyətindədir.

  • Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik – İşin pərdəarxasında kimlər dayanır?

    Yeni dərs ilinin başlanması özü ilə bərabər valideynlər üçün də əlavə problemlər gətirib. Yenicə məktəbli geyimləri, çanta, məktəb ləvazimatları üçün xərcə düşən valideynlərdən müəllimlər əlavə dərs vəsaitləri, qayda kitabları, testlər toplusu, iş dəftərləri almağı tələb edirlər. Bu da haqlı olaraq valideynlərin narazılığına səbəb olur.

    Valideynlərlə söhbət zamanı bildirirlər ki, elə birinci sinifdən başlayaraq müəllimlər onlardan əsas fənlərdən ən azı bir test, iş dəftərləri, qayda kitabı tələb edir. Narazılıq edəndə isə bildirirlər ki, bunlar sizin uşaqlarınız üçündür, dərs vəsaitləri proqramı tam əhatə etmir. Bu isə valideynlər üçün kifayət qədər əlavə maddi yükdür. Axı elə ailə var ki, iki-üç uşaq məktəbə göndərir…

    Digər tərəfdən bu kitablar və sayı, adları bitib-tükənməyən əlavə vəsaitlər təkcə maddi yük deyil, həm də sözün əsl mənasında YÜKdür. Uşaqların daşımağa çətinlik çəkdiyi, əməlli fiziki ağırlıq yaradan YÜK. Bu onların sağlığına da ziyandır. Valideynlərlə söhbət zamanı bildirdilər ki, bu kitabaların içində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən kitablar olsa da, müəllimlərin çoxu hazırda reklam olunan müxtəlif kursların kitablarını almağı tələb edir.

    Hər müəllim hansı kursla işləyirsə, onların da kitabını tələb edir. Onların sırasında “Hədəf” Kurslarının, “Çinar” Yayımlarının, “İzə” nəşriyyatının, “Güvən” kurslarının, “Dahi” kurslarının, “EduGrata” kurslarının, Namazovun kitabları üstünlük təşkil edir. Bu kitabların çoxu satışda olsa da bəzilərini elə kursların özündən almağa məcbur olurlar.

    Kurslar isə qeyd edirlər ki, kitablar nazirliyin təsdiqlədiyi proqrama uyğun çap edilib. Hər kitabın qiyməti isə minimum 5-6 manatdan başlayaraq 15-20 manata qədər artır.

    Nəzərə alsaq ki, son dövrlər övladlarını daha “yaxşı məktəbdə” oxutmaq dəb halını alıb, ibtidai sinifdən bu uşaqlar elə həmin kitabların ağırlığı ilə həm zehni, həm də fiziki yüklənir.

    Valideynlər deyir ki, özünüz kitab mağazalarına baş çəksəniz, deyilənlərin həqiqət olduğunu müşahidə edərsiniz.

    Bu məqsədlə paytaxtın bir çox kitab mağazasında olduq. Satıcılarla söhbət zaman bildirdilər ki, son bir neçə ildir əlavə dərs vəsaitlərinə tələb çox artıb. Bunların arasında elələri var ki, bir-birinin oxşarıdır, amma yenə də müəllimlər tələb edir.

    Elə kitab mağazasında övladı bu il 6-cı sinifə gedən valideynlə söhbətimiz zamanı bildirdi ki, artıq onlardan dərsin ilk günlərindən müxtəlif iş dəftəri, kursların qayda kitabı tələb olunub. Bu zaman isə müəllimlər tələb edir ki, həmin vəsaitlər ötən illərin yox, elə bu ilin nəşri olmalıdır.

    Burda isə valideyinlərin haqlı sualı yaranır. Əgər dərs vəsaiti müəllimləri qane etmirsə, onun proqrama uyğun olmadığını əsaslandırırlarsa, bir müəllim kimi bu problemi niyə Elm və Təhsil Nazirliyinin qarşısında qaldırmırlar? Nazirlik dərs proqramlarını əhatə edən kitablar nəşr etdirmirsə, bu fərdi kurslar, müxtəlif şəxslər təhsil proqramını tam əhatə etdiklərini deyən kitabları necə çap etdirirlər? Kimdir bu işdə maraqlı tərəf?

    Mövzu ilə bağlı Qaynarinfo-ya danışan təhsil eksperti Günay Qurbanova bildirdi ki, məsələ təhsilimizin ən acınacaqlı problemlərindən biridir:

    “Lakin görünür, bu, həm Elm və Təhsil Nazirliyinə, həm də müəllimlərə sərf edir. Görünür, burada gizli bir əlin himayəçiliyi var. Satılan bu əlavələr “dərslik mafiyası”nın maraqlarına xidmət edir.

    Sizə bir fakt deyim, əvvəllər şagirdlər xarici dillərdə olan lüğətlərini öz əlləri ilə hazırlayırdılarsa, indi müəllimlər bu lüğətlərin də hazır alınmasını tələb edir. Sanki hamı birləşib bir və ya bir neçə nəfərin cibinə işləyir”.

    G.Qurbanova son olaraq vurğuladı ki, artıq Elm və Təhsil Nazirliyi onların sifarişi ilə və dövlət vəsaiti hesabına dərc edilən dərsliklərin niyə proqramı tam əhatə etmədiyinə bütün şəffaflığı ilə aydınlıq gətirməlidir.

    Qaynarinfo olaraq qeyd edək ki, biz də öz növbəmizdə mövzunu təhsil ekspertləri və ictimaiyyət nüməyəndələri ilə davamlı müzakirə edərək, diqqətdə saxlayacağıq.

  • Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir

    Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

    Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu dövrdə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 456,1 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 16 manat çoxdur.

    Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 252,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 203,9 manatlıq qeyri-ərzaq malları alır.

  • Hakerlər “BingX”i sındıraraq 43 milyonluq kriptovalyuta oğurladı

    Sinqapur kriptovalyuta birjası “BingX” hakerlərin hücumuna məruz qalıb. Hadisə kriptovalyutada 43 milyon dollar itki ilə nəticələnib.

    Bu barədə Qaynarinfo “The Block”a istinadən xəbər verir.

    “PeckShield”in təhlükəsizlik üzrə analitikləri bildiriblər ki, oğurlanmış vəsaitlərin əksəriyyəti bir neçə tranşla köçürülüb.

    “BingX”in məhsul üzrə direktoru Vivyen Linin sözlərinə görə, insident sentyabrın 20-də səhər saat 04:00-da (Bakı vaxtı ilə 00:00) aşkarlanıb. Eyni zamanda, texniki qrup birjanın “qaynar” pul kisələrində “haker hücumu şübhələrini artıran qeyri-adi şəbəkəyə giriş” aşkar edib.

    “Biz dərhal ehtiyat planımızı işə saldıq, o cümlədən aktivlərin təcili köçürülməsi və pul çıxarılmasının dayandırılması. Aktivlərdə cüzi itki olub”, – Lin əlavə edib.

    Bundan əlavə, birja növbəti itkilərin qarşısını almaq üçün vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırıb. 24 saat ərzində funksiyanı qaytaracaqları vəd edilir. Xüsusilə istifadəçilər üçün kompensasiya planı hazırlanacaq.

    “İndiyə qədər biz yalnız kiçik itkilərə məruz qalmışıq və bununla da məşğul olmuşuq. Aktivlərin əksəriyyəti “soyuq” pul kisələrində təhlükəsizdir, “qaynar” pul kisələrdə isə yalnız kiçik bir hissə təsirlənib”, – birja əlavə edib.

  • Азербайджан и Литва провели межмидовские политические консультации

    Министерство иностранных дел Азербайджана и Литвы провели в Вильнюсе очередной раунд политических консультаций.

    Об этом Median.Az сообщили в Министерстве иностранных дел Азербайджана.

    Там отметили, что азербайджанскую делегацию возглавлял заместитель министра иностранных дел Фариз Рзаев, литовскую – заместитель министра иностранных дел Йонас Сурвила.

    “В ходе консультаций стороны обсудили текущее состояние и перспективы развития отношений между двумя странами в политической, экономической и гуманитарной сферах, подчеркнули наличие возможностей для сотрудничества в сферах транспорта, альтернативной энергетики, высоких технологий, сельского хозяйства, агропромышленности, отметили значение азербайджано-литовской межправительственной комиссии для развития экономических связей”, – подчеркивается информации.

    Рзаев в ходе визита также провел встречи с другими официальными лицами Литвы, а также принял участие в обсуждениях в формате круглого стола с представителями мозговых и исследовательских центров.

  • Vilnüsdə Azərbaycanla Litva arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

    Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

    Bu barədə Median.Az Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Yonas Survila rəhbərlik ediblər.

    İclas zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

    Eləcə də, müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

    Qarşılıqlı ticarət və sərmayələrin təşviqi, nəqliyyat, alternativ enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, aqro-sənaye sahələrində geniş əməkdaşlıq imkanların mövcudluğu vurğulanıb, iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan-Litva hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

    Münasibətlərin genişləndirilməsində humanitar sektorda, təhsil, mədəniyyət və turizm sahələrində mübadilələrin, xalqlararası təmasların gücləndirilməsinin də faydalı olduğu qeyd olunub.

    Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də müzakirələrin diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

    Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

    Səfər zamanı F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin və araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.

  • “Liverpul”un futbolçusu Fransa klubunu almaq istəyir

    İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold Fransa təmsilçisi “Nant”ı almaq istəyir.

    Median.Az “L’Equipe” istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi atası Maykll ilə birlikdə fikirlərini klub rəhbərliyinə bildirib.

    T.Aleksander-Arnoldun atasının investisiya şirkəti vasitəsilə “Nant” rəhbəri Valdemar Kitaya 100 milyon avro (84 milyon funt-sterlinq) təklif olunub. Bununla yanaşı, klub rəhbərliyinə əlavə bonus şəklində 40 milyon avro da təklif edilib.

    Ancaq Londonda baş tutan görüşdə təklif olunan məbləğin “Nant” rəhbərliyinin qiymətləndirməsinə uyğun olmadığı iddia edilib. Fransa mətbuatında yer alan məlumata görə, futbolçu 8 dəfə ölkə çempionu olmuş “Nant”dan əvvəl “Sent-Etyen” və “Havr” klublarına da təklif göndərib.

    Qeyd edək ki, T.Aleksander-Arnold Fransanın “Formula 1” komandası “Alpin”də də pay sahibidir.

  • По делу о стрельбе у офиса Wildberriеs арестовали 10 человек

    Суд в Москве арестовал 10 человек по делу о стрельбе у офиса Wildberriеs в центре столицы.

    Об этом сообщает ТАСС.

    Инцидент произошел 18 сентября.

    Следственный комитет РФ сообщил о том, что два человека погибли, еще семь, в том числе сотрудники правоохранительных органов, пострадали в результате стрельбы.

  • “Wildberries”in ofisi yaxınlığında baş verən atışma ilə bağlı 10 nəfər həbs edilib

    Moskva məhkəməsi paytaxtın mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışma ilə bağlı 10 nəfəri həbs edib.

    Bu barədə TASS məlumat yayıb.

    Hadisə sentyabrın 18-də baş verib.

    Rusiya Federasiyasının İstintaq Komitəsi atışma nəticəsində iki nəfərin öldüyünü, daha yeddi nəfərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaralandığını bildirib.

  • В Баку пройдет велопробег по случаю Дня без автомобиля

    22 сентября в честь Всемирного дня без автомобиля Министерство экологии и природных ресурсов, Министерство молодежи и спорта, Азербайджанская операционная компания COP29, Приморский национальный парк и Федерации велоспорта Азербайджана организуют велопробег.

    Об этом Median.Az сообщили в Министерстве экологии и природных ресурсов.

    Велопробег общей протяженностью 15 км пройдет по маршруту ТЦ Deniz Mall – Дворец водных видов спорта Баку – ТЦ Deniz Mall.

    Всемирный день без автомобиля проводится во всем мире 22 сентября с целью обратить внимание на альтернативные способы передвижения, расширить использование общественного транспорта, содействовать сокращению выбросов выхлопных газов.