Month: September 2024

  • Kişi paltar yumağa görə bacısının burnunu sındırdı

    Kişi paltar yumağa görə bacısının burnunu sındırdı

    Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Uğur Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

    İttihama görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

    Belə ki, Uğur Babaşov boşanmış, onlarla evdə birgə yaşayan bacısı, zərərçəkmiş Məlahət Babaşova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının öz çirkli paltarlarını qardaşının paltarları ilə birgə yuması olub. Uğur da buna etiraz edib. Nəticədə təqsirləndirilən şəxs qadının sifətinə bir dəfə yumruqla vuraraq ona burun sümüyünün natamam sınığı ilə müşayiət olunan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

    Hadisədən sonra Məlahət Babaşova polisə müraciət edib və qardaşı Uğur cinayət məsuliyyətinə cəlb edilib.

  • Rüşvətə görə həbsdə olan vəzifəli şəxslərin cəzaları azaldıldı

    Şirvan Apellyasiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Nəsib oğlu Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onların cəzaları 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 ilə endirilib.

    Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Adilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 1 ay müddətə azadlıqdan məhrum edilib. Əjdər Əliyev isə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə vətəndaşlardan rüşvət alan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Nəsib oğlu Əliyevin qanunsuz əməlləri ifşa edilib.

    Həyata keçirilmiş operativ əməliyyat tədbirləri nəticəsində cari ilin dekabr ayında Zaur Adilov və Əjdər Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən xüsusiyyətlər üzrə Zaur Adilovun, habelə həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış Əjdər Əliyevin üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

    Bununla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında adı çəkilən vəzifəli şəxslər həmin məcəllənin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvətalma) və 311.3.3-cü ( külli miqdarda rüşvətalma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarına əsasən, həbs qətimkan tədbiri seçilib.

  • На рынке недвижимости в Баку наблюдается рост цен

    В августе 2024 года на рынке жилья Баку наблюдался значительный рост цен. Так, стоимость частных домов и земельных участков повысилась на 2.1% по сравнению с предыдущим месяцем.

    Об этом Trend сообщили в Центре экономического и социального развития (ЦЭСР).

    Эксперты отмечают повышение спроса как на жилые, так и на коммерческие объекты недвижимости. Наибольший рост цен зафиксирован в сегменте коммерческой недвижимости – на 2.7%. Кроме того, квартиры и дома подорожали на 1.9%, а цены на аренду квартир повысились на 4.1%.

    Отметим, что индекс потребительских цен в августе 2024 года по сравнению с августом 2023 года составил 103.5%, в том числе на продукты питания, напитки и табачные изделия – 103%, непродовольственные товары – 101,8%, платные услуги населению – 105,6%. Индекс потребительских цен в августе 2024 года составил 100,4% по сравнению с предыдущим месяцем, а с января по август – 101,3% по сравнению с аналогичным периодом прошлого года.

  • Bakıda mənzil bazarında qiymət artımları

    Ötən ay Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.

    Bu barədə “Trend”ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

    Qeyd edilib ki, fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 2.1 faiz artıb. Yaşayış binalarında və eləcə də qeyri-yaşayış sahələrində tələbin artması qeydə alınıb.

    Qeyri-yaşayış sahələrində 2.7 faiz aylıq qiymət artımı olub. Yaşayış evlərində qiymətlər 1.9 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb – 4.1%.

    Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.

  • Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada daha bir nəfəri öldürdü

    Fransanın Sakit okeandakı xarici ərazisi olan Yeni Kaledoniyada iğtişaşlar zamanı öldürülənlərin sayı 12 nəfərə çatıb.

    Bu barədə “France 24” agentliyi məlumat yayıb.

    Məlumata görə, nümayişçilərin daha biri polis əməkdaşları tərəfindən öldürülüb.

    “Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyadakı əməliyyatı zamanı çərşənbə günündən cümə axşamına keçən gecə bir nəfər öldürülüb. Beləliklə, Fransanın Sakit okean ərazisindəki dörd aylıq iğtişaşlarda ölənlərin sayı 12-yə çatdı”, – məlumatda bildirilir.

    Agentlik qeyd edib ki, hadisə ərazinin inzibati mərkəzi olan Numea yaxınlığındakı Sen-Lui qəsəbəsində polis və nümayişçilərin toqquşması zamanı baş verib. Məlumata görə, polis daha on nümayişçinin axtarışını davam etdirir.

    Xatırladaq ki, sakinlər Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan Konstitusiyaya olunan dəyişikliyə etiraz edirlər.

  • В Абшеронском районе 56-летний мужчина пострадал в ДТП

    В Абшеронском районе произошло дорожно-транспортное происшествие (ДТП).

    Как передает Report, в результате столкновения двух автомобилей Джафар Абдуллаев (1968 г.р.) получил травмы различной степени тяжести.

    Пострадавший был госпитализирован.

    По данному факту ведется расследование.

  • Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

    Abşeron rayonunda 56 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Cəfər Həmid oğlu Abdullayev xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qızılın qiyməti tarixi maksimumunu yeniləyib

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) hərraclar zamanı qızılın qiyməti troya unsiyası üçün 2 625 dollardan yuxarı qalxaraq yeni tarixi maksimuma çatıb.

    Bu barədə TASS xəbər yayıb.

    ABŞ Federal Ehtiyat Sistemi son dörd ildə ilk dəfə baza dərəcəsini 0.5 faiz bəndi azaldıb. Bu qərarından sonra kotirovkalar kəskin artıb.

  • Sonsuzluğun müalicəsində yeni üsul tapılıb

    Kumamoto Universitetinin alimləri aşkar ediblər ki, uşaqlıqdakı prostaqlandin reseptorları (yağa bənzər aktiv maddələr) endometrium hüceyrələrinin hamiləliyə hazırlanmasını sürətləndirir.

    Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

    Prostaqlandinlər orqanizmin zədələnmələrə reaksiya verməsinə kömək edən, qızdırma və ağrı yaradan lipid aktiv maddələrdir. Onlar, həmçinin doğuşun stimullaşdırılması kimi reproduktiv proseslər üçün də vacibdir.

    Alimlər müəyyən ediblər ki, hamiləliyin erkən mərhələlərində uşaqlıqda istehsal olunan iki növ prostaqlandin (PGD2 və PGE2) müəyyən reseptorları (DP və EP4) aktivləşdirir və embrionun implantasiyasını dəstəkləyən toxumanın formalaşmasına kömək edir. İmplantasiya embrionun uşaqlığın selikli qişasına “bitişməsi” prosesidir. Bundan sonra hamiləlik baş verir və rüşeym yumurtası inkişaf etməyə başlayır.

    Komanda müəyyən edib ki, DP və EP4 reseptorlarının stimullaşdırılması desidualizasiyanı gücləndirir. Bu, hamiləliyə hazırlıq zamanı və hamiləlik dövründə endometrium hüceyrələrində (uşaqlıq cisminin daxili selikli qişası) əhəmiyyətli dəyişikliklərə səbəb olan prosesdir. Bu, embrionun daha yaxşı implantasiya olunmasına kömək edir. PGD2-DP və PGE2-EP4 reseptorları bir-birinin funksiyalarını kompensasiya edir və hamiləliyin başlanğıcına səmərəli şəkildə yardım edir.

    Alimlər vurğulayıblar ki, onların kəşfi implantasiya problemləri səbəbindən sonsuzluqdan əziyyət çəkən qadınlara kömək edə bilər. Bu maneəni aradan qaldırmaq üçün DP/EP4 aqonistləri adlanan preparatlardan istifadə etmək olar. Həmçinin uşaqlıqdakı prostaqlandin reseptorları (yağa bənzər aktiv maddələr) endometrium hüceyrələrinin hamiləliyə hazırlanmasını sürətləndirir.

  • В Каспийском море произошло землетрясение – ФОТО

    В Каспийском море, к северо-востоку от островов Пираллахи и Джил произошло землетрясение магнитудой 4.

    Об этом Median.Az сообщает со ссылкой на Республиканский центр сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Согласно информации, подземные толчки были зафиксированы в 03:47 по местному времени. Очаг залегал на глубине 73 км.