Month: September 2024

  • Xəzər dənizində 4 ballıq zəlzələ olub – FOTO

    Yerli vaxtla saat 03:47-də Xəzər dənizində, Cil və Pirallahı adalarından şimal-şərqdə 4 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Qeyd olunur ki, zəlzələ ocağı 73 kilometr dərinlikdə yerləşib.

  • Какой тип курения сильнее всего вредит здоровью мозга?

    Ученые из Католического университета Сантьяго-де-Гуаякиль (Эквадор) установили, что вейпинг снижает когнитивные способности сильнее в сравнении с традиционным курением. Однако самым опасным для здоровья мозга выступает сочетание двух этих вредных привычек. Результаты исследования представлены на 149-м ежегодном собрании Американской неврологической ассоциации (ANA).

    В исследовании приняли участие 405 испаноязычных студентов. Их проинструктировали пройти тест Montreal Cognitive Assessment (MoCA), который широко используется для скрининга когнитивных нарушений. Вопросы в таком тесте направлены на оценку памяти, пространственно-зрительных способностей, языкового и абстрактного мышления, исполнительных функций, внимания и ориентации во времени и пространстве.

    Результаты показали, что студенты, которые не курили и не вейпили, набрали в среднем 26 баллов по шкале MoCA (минимальный балл составил 18). Участники, использующие вейпы, получили в среднем по 24 балла (при минимуме 16), а курильщики – по 25 баллов (при минимуме 22). Самые низкие показатели когнитивного здоровья продемонстрировали студенты, которые пользовались как вейпами, так и обычными сигаретами – они набрали по 24 балла (минимальное значение составило 8 баллов).

    Кроме того, исследователи обнаружили, что частота вейпинга сыграла роль в результатах тестирования. У добровольцев, которые делали от 10 до 20 затяжек в день с помощью электронных испарителей, когнитивные способности были на 9.2% ниже, чем у некурящих. При совершении более 20 затяжек ежедневно показатели снижались на 13.7%.

  • Elektron siqaretlər beyni kütləşdirir

    Ekvadorun Katolik Universitetinin alimləri aşkar ediblər ki, elektron siqaretlər ənənəvi siqaretdən daha çox koqnitiv qabiliyyətləri azaldır. Ancaq beyin sağlamlığı üçün ən təhlükəlisi bu iki pis vərdişin birləşməsidir.

    Tədqiqatın nəticələri Amerika Nevroloji Assosiasiyasının (ANA) 149-cu illik toplantısında təqdim olunub.

    Tədqiqatda 405 ispanəsilli tələbə iştirak edib. Onlara koqnitiv pozğunluğu yoxlamaq üçün geniş istifadə olunan Monreal Koqnitiv Qiymətləndirməsini (MoCA) tamamlamaq tapşırılıb. Bu testdəki suallar yaddaş, vizual məkan qabiliyyətləri, dil və abstrakt təfəkkür, icra funksiyaları, diqqət, zaman və məkanda oriyentasiyanın qiymətləndirilməsinə yönəldilib.

    Nəticələr göstərdi ki, nə adi, nə də elektron siqaret çəkməyən tələbələr orta hesabla 26 MoCA balı toplayıblar. Elektron siqaretdən istifadə edən iştirakçılar orta hesabla 24 bal, adi siqaret çəkənlər isə orta hesabla 25 bal alıblar. Koqnitiv sağlamlığın ən aşağı göstəricilərini həm elektron, həm də adi siqaretdən istifadə edən tələbələr nümayiş etdiriblər.

  • Bakıxanov qəsəbəsində ağac qurdları sakinləri təngə gətirib – VİDEO

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbli küçəsi 7 ünvanının sakinləri evlərində yaşamağa çətinlik çəkirlər.

    Sakinlərin sözlərinə görə, ağaclardakı qurdlar artıq hasarlarına və evlərinə daraşıb.

    Bildirilib ki, qurdlar son bir ay ərzində daha da artıb.

    Sakinlər problemlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq bunun heç bir faydasının olmadığını bildiriblər.

    Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Sabunçu rayon üzrə 9 saylı sahəsindən “Xəzər Xəbər”ə bildirilib ki, vətəndaşlar tərəfindən sözügedən problemlə bağlı indiyədək quruma heç bir müraciət daxil olmayıb:

    “Məsələ ilə əlaqədar araşdırma aparılacaq və problem həll olunacaq”.

    Ətraflı süjetdə:

  • Azərbaycanda təmizlik vasitələri BAHALAŞDI – VİDEO

    Təmizlik vasitələrinin qiymətində artım müşahidə olunub.

    Belə ki, alıcılara 49 manata qabyuyan vasitə, 37 manata isə yuyucu toz təklif olunur.

    Alıcılar da sözügedən vasitələrin qiymətində artım olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, hər məhsul ən az 40-50 qəpik bahalaşıb.

    İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, təmizlik vasitələrinin bahalaşmasının əsas səbəblərindən biri bu məhsulların əksəriyyətinin xaricdən ölkəyə idxal edilməsidir.

    Ekspert bildirib ki, qiymətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tənzimləməlidir.

    Məsələ ilə bağlı “Xəzər Xəbər” sözügedən qurumla əlaqə saxlayıb. Qurum əvvəlcə cavab verəcəyini desə də, sualları və zəngləri cavabsız qoyub.

    Ətraflı süjetdə:

  • Payız-qış mövsümü ilə bağlı vurulan vaksinlərin əks göstərişləri varmı? – VİDEO

    Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb.

    Xezerxeber.az-ın məlumatına görə, hər il bu aylarda qripin yayılmasının qarşısını almaq üçün müəyyən vaksinasiyalar həyata keçirilir. Bu il də vətəndaşlar virusdan qorunmaq üçün vaksin ölkəyə gətirilən kimi poliklinikalara üz tutublar.

    Sentyabrın 10-dan etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklər və altı aydan yuxarı olan uşaqlar üçün nəzərdə tutulub.

    Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.

    Ətraflı süjetdə:

  • Скоростной поезд сбил ребенка в Абшеронском районе

    В Абшеронском районе скоростной поезд сбил ребенка.

    Как сообщает bakupost.az, жительница поселка Гюздек Нурай Баширова (2019 г.р.) была срочно доставлена в больницу с тяжелыми травмами.

    Врачи оценивают состояние девочки как критическое.

    Отметим, что аналогичный инцидент произошел в июле этого года. Тогда принадлежащий ЗАО “Азербайджанские железные дороги” скоростной пассажирский поезд сбил маленького ребенка на станции Хырдалан. Малыш, находившийся с матерью на обочине, внезапно вырвался из ее рук и выбежал на пути. К сожалению, ребенок погиб на месте.

  • Abşeronda uşağı sürət qatarı vurdu

    Abşeron sürət qatarı azyaşlını vurub.

    Bakupost.az xəbər verir ki, hadisə nəticəsində rayonun Güzdək qəsəbə sakini, 2019-cu il təvəllüdlü Nuray Bəşirova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Həkimlərin uşağın vəziyyətini kritik qiymətləndirirlər.

    Qeyd edək ki, oxşar hadisə bu ilin iyul ayında da baş verib. Azərbaycan Dəmir Yolları QSC-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb və həyatını itirib.

  • В Баку в рамках COP29 пройдет Инвестиционный форум по энергетическому переходу

    В рамках 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29), которая пройдет в Баку в ноябре этого года, 15-16 ноября состоится первый Инвестиционный форум по энергетическому переходу стран Центральной Азии.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство энергетики.

    Организаторами мероприятия являются Минэнерго и Международное агентство по возобновляемым источникам энергии (IRENA).

    В ходе двухдневного форума заинтересованные стороны со всего мира и региона соберутся вместе с целью продвижения инвестиций в проекты по возобновляемому энергетическому переходу в Центральной Азии.

    Генеральный директор IRENA Франческо Ла Камера сказал, что несмотря на серьезные трудности в привлечении необходимых инвестиций, Центральная Азия обладает большим потенциалом для развития использования возобновляемых источников энергии:

    “Инвестиционный форум по энергетическому переходу, который пройдет в Баку в рамках COP29, специально разработан для устранения барьеров, связанных с инвестициями, координации действий заинтересованных сторон и привлечения внимания мира к проектам из этого региона”.

    Президент COP29 Мухтар Бабаев выразил надежду, что конференция COP29 сможет стать трамплином для продвижения Центральной Азии по пути зеленого и справедливого развития за счет молодежи, потенциала возобновляемой энергии и живой экономики, а также привлечь необходимые инвестиции для продолжения этого пути.

    “Форум по инвестициям в энергетический переход станет продуктивной платформой, которая укрепит партнерство в области зеленой энергии со странами Центральной Азии, привлечет интерес инвесторов и энергетических компаний и ускорит реализацию совместных проектов”, – сказал министр энергетики Парвиз Шахбазов.

  • Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

    Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-16-da paytaxtda Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.

    Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

    Məlumata görə, tədbirin təşkilatçısı nazirlik, eləcə də qurumun yanında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyidir (IRENA).

    Forum, iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

    IRENA-nın baş direktoru Françesko la Kamera deyib: “Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək İnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanıb”.

    COP29-un prezidenti Muxtar Babayev əlavə edib: “Azərbaycan yaşıl enerji keçidinə sadiqdir və hazırda bərpa olunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurulub. Enerji sistemlərinin birləşdirilməsi haqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər bu əməkdaşlığın sübutdur. Biz inanırıq ki, dünya bu ilin noyabrında Bakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpa olunan enerji potensialının və canlı iqtisadiyyatın köməyi ilə Mərkəzi Asiyanın yaşıl və ədalətli inkişaf yolunda irəliləməsi üçün tramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımi investisiyaları cəlb edə bilər”.

    İkigünlük forumda Mərkəzi Asiyadakı bərpa olunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək. Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrini irəlilətmək üçün bərpa olunan enerjinin inkişafını təşviq etmək və enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları (developerlər) və digər əsas maraqlı tərəflər arasında geniş dialoqun təşkili üzrə platforma təmin edəcək. Burada həmçinin ikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlı tərəflərə regionun bərpa olunan enerji layihələrini nümayiş etdirəcək sərgi sahəsi təqdim olunacaq.