Month: October 2024

  • Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib

    Azərbaycanın üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında finala yüksəlib.

    “Report” xəbər verir ki, Tural Sarıyev (48 kq) yarımfinalda Samet Oruc Salihlə (Türkiyə) üz-üzə gəlib.
    4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn gələn boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.
    51 kq-da mübarizə aparan Nicat Hüseynov da yarımfinal döyüşündə qələbə qazanıb. O, Omer Ametoviçdən (Serbiya) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.

    Murad Allahverdiyev (80 kq) də yarımfinal görüşünü xeyrinə bitirib. O, Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz finalda Sezar Yojerlinlə (Fransa) gücünü yoxlayacaq.

    Milli üzvlərindən N.Hüseynov və M.Allahverdiyev oktyabrın 19-da, T.Sarıyev isə ertəsi gün rinqə çıxacaq.
    Qeyd edək ki, boksçularımızdan Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medal qazanıb

  • Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ

    Oktyabrın 18-də  gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə,  Abşeron yarımadasında gün ərzində xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Aİ-dən Ukrayna ilə bağlı çağırış

    Avropa İttifaqının sammiti ölkələrini Ukraynaya hava hücumundan müdafiə sistemləri, raketlər və mərmilərin tədarükünü artırmağa, sürətləndirməyə çağırıb.
     
    Median.Az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb

    Aİ dövlət və hökumət başçıları Ukrayna əhalisini və mühüm enerji infrastrukturunu qorumaq üçün Kiyevə hərbi dəstəyi artırmağa çağırıblar. Sammitin yekun bəyanatında həmçinin ölkənin müdafiə sənayesinə dəstəyin artırılmasının vacibliyi vurğulanıb.

  • Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi

    Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada səfərdədir.
     
    Median.Az xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) “Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq – Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)” adı xüsusi sessiya keçirib.
     
    Tədbirdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Tailandın Baş Prokurorluğunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
     
    BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali noyabrda keçiriləcək ən böyük iqlim konfransı COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.
     
    Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib.

    Eyni zamanda COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiya barədə iştirakçılara məlumat verilib.
     
    Tədbirdə COP29-un promo çarxı nümayiş etdirilib.
     
    Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və BMTNCİ-nin İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş baş tutub.
     
    Nümayəndə heyətinin Avstriyaya işgüzar səfəri başa çatıb.

  • DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə (bundan sonra – məktəblər) direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib.
    Median.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.
    Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində direktor vəzifəsi üçün test imtahanının minimum keçid balı 70, Abşeron rayon, Sumqayıt və Gəncə şəhərlərinin məktəbləri üçün 60, digər şəhər və rayonlar üzrə isə 50 bal idi. Direktor müavinləri üçün bu göstərici Bakı şəhəri üzrə 63, Abşeron rayon, Sumqayıt və Gəncə şəhər məktəbləri üçün 54, digər bölgələrdə isə 45 bal təşkil edirdi. Yeni qaydalarda bölgə fərqləri aradan qaldırılaraq bütün şəhər və rayonlar üzrə məktəblərdə direktorlar üçün keçid balı 55, direktor müavinləri üçün isə 50 bal müəyyən olunub.
    Əvvəlki qaydalara əsasən, müsahibə mərhələsində 32 və daha çox bal toplamış namizəd uğurlu hesab edilirdi. Yeni qaydalara görə, müsahibə mərhələsində direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.
    Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan yaratmaqdır.
    Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da dəyişikliklər edilmişdir. Namizədin qiymətləndirilməsi 4 meyar üzrə konkret kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında aparılacaqdır.
    Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun nəticəsi (faizlə) hesablanacaq. Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün, 50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya seçmək hüququ əldə edəcəklər.

  • Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub

    Erməni silahlı qüvvələri 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərində yerləşən müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə, mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə “Smerç” və “Elbrus” tipli raketlərlə zərbələr endirib.

    Apa xəbər verir ki, bu barədə 2020-ci il oktyabrın 17-də Gəncənin beşinci dəfə raket atəşinə tutulması ilə bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov deyib.

    Erməni silahlı qüvvələri 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərində yerləşən müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə, mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə “Smerç” və “Elbrus” tipli raketlərlə zərbələr endirib.

    Apa xəbər verir ki, bu barədə 2020-ci il oktyabrın 17-də Gəncənin beşinci dəfə raket atəşinə tutulması ilə bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov deyib. 

    Onun sözlərinə görə, 2020-ci ilin sentyabr ayının 27-də səhər saat 06-dan başlayaraq erməni silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.
    Şahin Osmanov bildirib ki, qanunsuz silahlı birləşmələr Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq cəbhə boyu Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir şəhərlərini, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibbi müəssisələr atəşə tutulub.

    “4 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə edilmiş terror hücumları faktı üzrə Harutunyan Araik Vladimroviç və digərləri barəsində, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 100. 116. 117, 120. 186. 214. 218. 228. 279.-cu maddələri ilə cinayət işi başlanılıb”.
    Şahin Osmanov qeyd edib ki, 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 nəfər nəfəf öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olan 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir.

    Xəsarət alan 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.

    “Gəncə şəhəri ərazisində 21 dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub”-, deyə Şahin Osmanlı qeyd edib.

  • Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi

    Braun Universitetinin (ABŞ) alimləri meyvə milçəklərinin bağırsaqlarında NPF hormonunun istehsalını dayandırmağın onların ömrünü artırdığını müəyyən ediblər. İnsanın yaşlanmasına təsir edə biləcək digər bir hormon isə GLP-1-dir. 

    Median.Az Gazeta-ya istinadla xəbər verir ki, tədqiqatın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub.
    Tədqiqatçılar pəhrizə cavab olaraq milçəklərin bağırsağında istehsal olunan neyropeptid F (NPF) və onun qocalmaya təsirini araşdırıblar. Onlar NPF istehsalını və insulin ifrazını azaltmaq üçün genetik metodlardan istifadə edərək, onun bağırsaqdan beyinə, hipofiz vəzinə bənzər toxuma təsirini xəritələşdiriblər.
    Nəticələr göstərib ki, NPF-nin yatırılması və beyində onun reseptorlarının bloklanması milçəklərin ömrünün artmasına kömək edir. Alimlər belə qənaətə gəliblər ki, bağırsaq NPF, qida maddələrinin tənzimlənməsi və insulin siqnalı vasitəsilə yaşlanmaya təsir göstərir.
    İnsanlarda NPF və digər yetkinlik yaşına çatmayan hormonlar (həşərat hormonları) olmasa da, insanlarda insulin ifrazını tənzimləyən mədəaltı vəzi polipeptid Y (PPY) və qlükaqona bənzər peptid-1 (GLP-1) mövcuddur. Elm adamları diabet və piylənmənin müalicəsində istifadə edilən GLP-1 agonist dərmanlarının insanlarda qocalma prosesinə təsir göstərə biləcəyini təklif edirlər.

    Bu fərziyyəni təsdiqləmək üçün siçanlar üzərində əlavə tədqiqatlara ehtiyac var. Tədqiqatçılar bildirirlər ki, məlumat axtarışı illər çəkə bilər, lakin potensial nəticələrin insanın qocalmasını anlamaq üçün böyük təsiri var.

  • Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı

    2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 21 sayda dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub.

    Qaynarinfo xəbər verir ki, bu barədə 2020-ci il oktyabrın 17-də Gəncənin beşinci dəfə raket atəşinə tutulması ilə bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov deyib.

    “Gəncə şəhərinə hücumlar nəticəsində dövlət mülkiyyətində olan 21 sayda daşınmaz əmlaka zərər yetirərək 14.126.682 manat, xüsusi mülkiyyət üzrə 3.396 fiziki şəxsə məxsus 3.469 sayda daşınmaz əmlaka zərər yetirərək 72.407.444 manat, 85 fiziki şəxsə məxsus 92 nəqliyyat vasitəsinə zərər yetirərək 230.168 manat, 83 fiziki şəxsə məxsus sahibkarlıq obyektlərinə zərər yetirərək 597.350 manat, 1 fiziki şəxsə məxsus kənd təsərrüfatı obyektinə zərər yetirərək 2400 manat olmaqla, ümumilikdə 3.565 fiziki şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.237.362 manat, 1 hüquqi şəxsə məxsus 1 daşınmaz əmlaka zərər yetirərək 285.946,87 manat, 11 hüquqi şəxsə məxsus sahibkarlıq obyektlərinə (o cümlədən avadanlıq, alət və digər inventarlara) zərər yetirərək 60.205 manat olmaqla, ümumilikdə 12 hüquqi şəxsə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 346.151 manat olmaqla nəticədə xüsusi mülkiyyət üzrə ümumilikdə 3.577 fiziki və hüquqi şəxslərə məxsus daşınmaz və daşınar əmlaklara zərər yetirərək 73.583.514 manat qəsdən maddi ziyan vurulub”, – Ş.Osmanov bildirib.

    Qeyd edək ki, 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində erməni silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərində yerləşən müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibbi obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə “Smerç” və «Elbrus» tipli raketlərlə zərbələr endirməklə hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

    Gəncə şəhəri üzrə 26 nəfər mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda Gəncə şəhəri üzrə ümumilikdə həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.

    4 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə edilmiş terror hücumları faktı üzrə Harutunyan Araik Vladimroviç və digərləri barəsində, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 100. 116. 117, 120. 186. 214. 218. 228. 279.-cu maddələri ilə cinayət işi başlanılıb.

    İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilmiş, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə xəsarət almış şəxslərin almış olduqları xəsarətlərə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, eyni zamanda xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

  • Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı

    Dünya Bankı Azərbaycanda 2024-cü il üçün illik inflyasiya proqnozuna yenidən baxaraq aprel ayına olan 3 %-dən 4,2 %-ə yüksəldib.

    Report bu barədə DB-nin hesabatına istinadən xəbər verir.

    Yenilənmiş hesabata əsasən, 2025-ci il üçün proqnoz 3,5 %-dən 3,4 %-ə, 2026-cı il üçün isə 4 %-dən 3 %-ə endirilib.

    Hesabatda qeyd olunub ki, iyun ayında yanacağın bahalaşması ilə əlaqədar ilin ikinci yarısında müəyyən sürətlənməyə baxmayaraq, bu il inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf göstəricisi həddində qalacaq. Ortamüddətli perspektivdə güclü xarici təzyiqlərin olmayacağı şəraitdə daxili tələbin yavaşlaması fonunda orta illik inflyasiya təxminən 3,2 % (əvvəlki gözlənti 2,2 % olub) səviyyəsində proqnozlaşdırılır.

    Dünya Bankı həmçinin əlavə qeyri-müəyyənlik yaradan və xammal qiymətlərinin artmasına təsir edə bilən geosiyasi gərginliyin davam etdiyini bildirir.

    2023-cü ildə illik inflyasiya AMB-nin hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşaraq 2,1 % təşkil edib.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.

    AMB iyul ayında verdiyi açıqlamada baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 %, 2025-ci ildə isə 5,5 % olacağını proqnozlaşdırdığını bildirib. Proqnozlara yenidən baxılması manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Mərkəzi Bank tənzimlənən qiymətlərdə artımın inflyasiyaya təsirini 1,5 faiz bəndi səviyyəsində qiymətləndirir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

  • Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR

    Paytaxtda tikinti şirkətinin rəhbərinin 2 milyon manatdan artıq pulunu mənimsəyən Aruz Əliyev və Ehtiram Kərimovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Hər iki təqsirləndirilənlərin müdafiəçiləri vəsatətlə çıxış edərək, müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə dəyişdirilməsini məhkəmədən xahiş ediblər. Buna münasibət bildirən dövlət ittihamçısı, vəsatətlərin qəbul olunması üçün hər hansı bir əsasın olmadığını bildirərək cinayət işinin məhkəmə istintaqına verilməsini istəyib.

    Vəkillərin vəsatətləri növbəti proseslərdə müzakirə olunanadək açıq qalıb. Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

    Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində tikinti şirkətinin sahibi olan Babəli Babazadə tanınıb. Araşdırmalarla müəyyən edilib ki, Babəli Babazadə idarə etdiyi tikinti şirkətinin 1 milyon manat vergi borcunun olması barədə və bu vəziyyətdən mövcud çıxış yolunu axtarmaq məqsədilə tanışları Aruz Əliyev və Ehtiram Kərimovdan yardım istəyib. Əvvəllər “Uniklinika”da baş həkim işləmiş Aruz Əliyev yaranmış borcdan yaxa qurtarmaq üçün onun ölkə hüdudlarından uzaqlaşmağı məsləhət görüb.

    Aruz Əliyev və Ehtiram Kərimov müvafiq sənədləşmə məsələlərində Babəli Babazadəyə yaxından dəstək olaraq, onun ölkədən çıxmağına nail olublar. Babəli Babazadə paytaxtdakı əmlaklarının idarə edilməsini Aruz Əliyev və Ehtiram Kərimova etibar edib. Onlar bu etibardan istifadə edərək, iş adamına məxsus əmlakı 2 milyon manata sataraq şəxsi məqsədlərinə istifadə ediblər. Babəli Babazadənin şikayəti əsasında hər iki şəxs saxlanılaraq, barələrində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

    Onu da qeyd edək ki, Babəli Babazadə sonuncu dəfə Zərdabın icra başçısı vəzifəsində çalışıb.
    //oxu.az