Month: October 2024

  • Qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında oktyabrın 17-dən 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • За девять месяцев 2024 года в Азербайджане было обезврежено 158 преступных групп

    В Азербайджане за девять месяцев 2024 года задержано 5 630 из более чем 6 700 человек, находившихся в розыске.

    Об этом было сказано на коллегиальном заседании в Министерстве внутренних дел (МВД).

    Отмечено, что обезврежено 158 преступных групп в составе 390 человек, подозреваемых в совершении тяжких и особо тяжких преступлений.

  • Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup zərərsizləşdirilib

    Azərbaycanda bu ilin ilk doqquz ayında axtarışa verilmiş 6 703 nəfərdən 84 faizi tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyində (DİN) COP29 ilə əlaqədar keçirilən Kollegiya iclasında bildirilib.

    Qeyd edilib ki, ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.

  • Bir qutu siqaretə görə 3.5 il həbsdə yatacaq

    Ağsu rayonunda vətəndaşı hədələyərək, bir qutu siqaretini alan şəxsə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində baş verib.

    Həmin kənddə yaşayan H.Q. gecə saat 22 radələrində mağazadan 2 manat 60 qəpik dəyərində “Vegas” markalı siqaret alıb.

    Mağazadan çölə çıxıb evinə getmək istəyəndə 1999-cu ildə Ağsu şəhərində anadan olmuş B.N. qarşısını kəsərək, ondan bir blok siqaret almağı tələb edib. Zərərçəkmiş şəxs üzərində pulu olmadığına görə onun tələbini yerinə yetirə bilməyəcəyini deyəndə B.N. onun sifət nahiyəsinə qəsdən şillə ilə vurub. H.Q. isə üzərindəki bir qutu siqareti ona verib.

    Daha sonra zərərçəkmiş polisə şikayət edib. Təqsirləndirilən şəxs saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

    Məhkəmədə B.N. siqaret almağa pulu olmadığına görə zərərçəkmiş şəxsi qorxudaraq siqaretini alıb cibinə qoyduğunu deyib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • В Баку в рамках подготовки к COP29 меняется направление движения автомобилей на ряде улиц (СПИСОК)

    С целью проведения мониторинга для управления траффиком в рамках подготовки к конференции COP29 19 октября в течение дня и с 02:30 до 05:30 20 октября направление движения автомобилей будет изменено на ряде улиц и проспектов Баку.

    Об этом говорится в совместном заявлении Государственного управления дорожной полиции города Баку и Агентства наземного транспорта Азербайджана.

    Направление движения автомобилей будет изменено на аэропортовской дороге, проспекте Гейдара Алиева, проспекте Нефтчиляр, улицах Юсифа Сафарова, Ниязи, Истиглалият, Лермонтова, Микаила Гусейнова, Хагани Рустамова, Теймура Эльчина, Мехди Гусейна.

    Регулировать движение на указанных участках будут сотрудники дорожной полиции, говорится в заявлении.

  • COP29-a hazırlıq məqsədi ilə bəzi yerlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək (SİYAHI)

    2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) və Avtomobil Yolları Nəqliyyatı Agentliyi (AYNA) birgə məlumat yayıb.

    Bildirilib ki, bu məqsədlə Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək:

    “Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək. Heydər Əliyev hava limanına gedəcək vətəndaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilir. Eyni zamanda bildiririk ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq”.

    “Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək”, – deyə məlumatda qeyd edilib.

  • В связи с ветреной погодой объявлено оранжевое предупреждение

    В некоторых регионах Азербайджана объявлено желтое и оранжевое предупреждение в связи с ожидаемой 17-19 октября ветреной погодой.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Согласно данным, в Нахчыване, Шаруре, Садараке, Кянгярли, Шахбузе, Бабеке, Газахе, Агстафе, Товузе, Шамкире, Самухе, Дашкесане, Гяндже, Зардабе, Агдаше, Уджаре, Гёйчае, Кельбаджаре, Лачыне, Джебраиле, Агдаме, Агджабеди, Нефтчале, Гобустане, Лянкяране, Масаллы, Астаре, Джалилабаде, Гёйгёле, Исмайыллы, Хачмазе, Шабране, Сиязане, Хызы, Гусаре, Шахдаге в соответствии с желтым предупреждением порывы западного ветра будут достигать 13.9-20.7 м/с.

    В соответствии с оранжевым предупреждением в Мингячевире, Гёранбое, Нафталане, Барде, Тертере, Евлахе скорость западного ветра составит 20.8-28.4 м/с.

    С 18 по 19 октября в Баку и на Абшеронском полуострове в соответствии с оранжевым предупреждением порывы северо-западного ветра достигнут 20.8-28.4 м/с.

  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Azərbaycanda oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Balakən, Qax, Oğuz, Qəbələ, Şəki, Zaqatala, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

    Oktyabrın 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

  • В Нахчыванской АР предотвращена очередная попытка заключения раннего брака

    В Шарурском районе Нахчыванской Автономной Республики (НАР) предотвращена очередная попытка заключения раннего брака.

    Как сообщили в пресс-службе Государственного комитета по проблемам семьи, женщин и детей НАР, поступила информацию о том, что жительницу села Юхары Аралыг Шарурского района, несовершеннолетнюю Н.Т. (2 августа 2007 г.р.) выдают замуж за жителя села Ибадулла Ф.Н. (25 апреля 1996 г.р.), и 11-13 октября состоятся свадебные церемонии.

    На основании данной информации, 7 октября 2024 года при участии сотрудников Государственного комитета по проблемам семьи, женщин и детей Нахчыванской АР, членов Комиссии по делам и защите прав несовершеннолетних при Исполнительной власти Шарурского района и Мониторинговой группы по гендерному насилию и насилию в отношении детей на месте было проведено расследование по данному вопросу, с родителями обеих сторон проведена соответствующая беседа, до их сведения доведено, что подобные случаи, нарушающие права детей, противоречат требованиям законодательства.

    Отметим, что аналогичный инцидент произошел в селе Хеледж Шарурского района.

  • Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alındı

    Naxçıvanda növbəti dəfə erkən nikaha cəhdin qarşısı alınıb.

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Şərur rayonunda erkən nikaha cəhd edilib.

    Belə ki, Şərur rayon Yuxarı Aralıq kənd sakini, 2 avqust 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 25 aprel 1996-cı il təvəllüdlü Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 11-13 oktyabr tarixlərində toy mərasimlərinin keçiriləcəyi məlumatı əldə edilib.

    Həmin məlumat əsasında 2024-cü il oktyabrın 7-də Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerində araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

    Qeyd edək ki, bundan öncə Şərur rayon Xələc kəndində analoji hal yaşanmışdı.