Month: October 2024

  • Gələn həftə səmada bizi möhtəşəm sürpriz gözləyir

    Növbəti həftə səmada Super Ay müşahidə olunacaq.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki,

    bədrlənmiş Ay dünyanın hər yerindən asanlıqla görünəcək.

    Chamberlin Rəsədxanasının direktoru Cennifer L. Hoffman bildirib ki, şəhərdə yaşasanız belə, bunu müşahidə etmək çox asandır. Heç bir xüsusi avadanlıq lazım deyil.

    Ay çərşənbə günü Bakı vaxtı ilə saat 04:50-də perigey nöqtəsinə çatıb və Yerdən 357 min kilometr uzaqda olub.

    Ay gecədən səhərə qədər böyüyəcək və cümə axşamı saat 15:26-da pik həddinə çatacaq.

    Cincinnati Rəsədxanasından astronomu Ues Ryle bildirib ki, ən yaxşı müşahidə vaxtı Ayın çıxdığı çərşənbə və ya cümə axşamı günləridir.

    Qeyd olunub ki, Ay üfüqə yaxın olanda daha böyük görünür, çünki o, tez-tez ağaclar və ya binalar kimi miqyaslılığı təmin edən obyektlərlə müşayiət olunur.

    Bu həftə müşahidə olunacaq Ay 2024-cü ilin dörd Super Ayının üçüncüsü olacaq. Növbəti Super Ay noyabrda baş verəcək.

    Bu həftəki Super Ayı digərlərindən fərqləndirən cəhət, digər Super Aylarla müqayisədə perigey və tam ayın ən yaxın nöqtədə üst-üstə düşməsidir.

    Beləliklə, bu, ilin ən böyük və ən parlaq Super ayı olacaq.

    Bundan əlavə, bu tam ay “Ovçu Ayı” kimi tanınır, bu da heyvanların qış aylarına hazırlaşarkən kökəldiyi və ovçuların qış üçün ət ehtiyatı yığdığı mövsümdür.
    //Baku.ws

  • Bakıda mağazadan 7 min manat oğurlanıb

    Səbail rayonu ərazisində yerləşən mağazaların birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Əmiraslanov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Artıq telefonu gözlərinizlə idarə edə bilərsiniz – Bu funksiyanı açmaq kifayətdir (FOTO)

    Artıq telefonunuzun ekranında gəzinmək üçün sadəcə barmaqlarınızdan istifadə etməli deyilsiniz.

    Yeni xüsusiyyət əlçatanlıq baxımından əlavədir və gündəlik həyatda faydalı ola bilər.

    Məsələn, siz iPhone-da reseptə baxırsınız və əlləriniz çirklidir. Normalda telefona hər toxunduqda çirkli barmaqlarınızla telefon ekranına toxunmaq və ya barmaqlarınızı və əllərinizi yumaq lazım olurdu, ancaq göz izləmə xüsusiyyəti ilə bu vəziyyət aradan qalxacaq.

    Bu xüsusiyyət iPhone SE (3-cü nəsil) və ya iOS 18 ilə iPhone 12 və daha yuxarı cihazlara gəlib.

    Pulsuz istifadə edilə bilən bu xüsusiyyət iPad-də də dəstəklənir. Bu funksiya iPhone-un ön kamerasından və xüsusi neyron məlumat emal bölməsindən istifadə edir.

    Əgər iOS 18-ə yeniləməmisinizsə, əvvəlcə bu yeniləməni edin. Sonra Parametrlər bölməsində Əlçatanlıqdan “Göz izləmə” seçin. Burada funksiyanı aktivləşdirdiyiniz zaman kiçik bir göz izləmə kalibrləməsi həyata keçiriləcək və daha sonra telefonunuzu əllərinizi istifadə etmədən istifadə edə bilərsiniz.
    //Baku.ws

  • Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq – Gəmilərə xəbərdarlıq

    Ölkə ərazisində müşahidə olunacaq küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib.

    Bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

    Bildirilib ki, xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 19-u səhərədək davam edəcək. Həmin günlər ərzində şimal-qərb, çimal küləyinin 18-23m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.

  • Kemi Seba azadlığa buraxıldı

    Fransada həbs edilən Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Seba azadlığa buraxılıb.

    Maraqlıdır ki, Kemi Seba Parisdə polis əməkdaşları tərəfindən yox, məhz elə Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

    K.Seba xarici ölkələrlə əməkdaşlıqda ittiham edilib. Onu bu ittihamla 30 ilədək həbs gözləyirdi. Lakin məhkəmədə bununla bağlı hər hansı fakt sübuta yetirilməyib.

    Qeyd edək ki, K.Seba oktyabrın 15-də Fransa xüsusi xidmət orqanları tərəfindən Parisdə həbs edilib. K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

    K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.

    Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.

    Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

    K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.

    ///report

  • Yaponiyada quş qripi aşkarlandı – 19 min toyuq tələf olacaq

    Yaponiyada mövsümün ilk quş qripi aşkarlanıb.

    Qrip aşkarlanandan sonra Hokkaydo şəhərindəki toyuq fermasında 19 min toyuqun öldürülməsinə qərar verilib.

    Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa quş qripinin yayılmasına qarşı bütün tədbirləri görməyin tapşırıldığını bildirib.

    Təlimatlara uyğun olaraq, dövlət orqanları epidemiyanın baş verdiyi təsərrüfatdan 10 kilometr radiusda yerləşən 5 fermada təqribən 710 min cücənin dövriyyəsini məhdudlaşdırıb.

    Qeyd edək ki, ötən il Yaponiya quş qripinin bütün ölkə ərazisində yayılmasının qarşısını ala bilməyib və ümumilikdə 28 şəhərdə 156 yoluxma halı aşkarlanıb.
    //azxeber.com

  • Elektron siqaretin partlaması 7 yaşlı qızı kor etdi

    Elektron siqaretin partlaması 7 yaşlı qız kor etdi.

    İngiltərədə baş verən hadisədə Ruby Grainger adlı 7 yaşlı qız küçədə gedərkən elektron siqaret qəfil partlayaraq üzünə dəyib.

    Həkimlərin səyinə baxmayaraq xstəxanaya yerləşdirilən 7 yaşlı qızın gözünü xilas etmək mümkün olmayıb.

    Nəticədə azyaşlı bir gözünü və göz yuvasını tamamilə itirib.
    //azxeber.com

  • Uşağın boğaz ağrısı keçmir: valideynlər nə etməlidirlər? LOR həkiminin məsləhətləri

    “Uşağın boğazı uzun müddət sağalmırsa, bu zaman həkimə müraciət etmək lazımdır, çünki səbəblər müxtəlif ola bilər”.

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı otorinolarinqoloq Erjene Dımçikova xəbərdarlıq edib.

    O, boğaz ağrısının hansı xəstəliklərdən qaynaqlandığını və özünümüalicə ilə məşğul olmağın fəsadlarından danışıb.

    “İlk növbədə qeyd edək ki, boğaz ağrısı geniş spektrli xəstəliklərdən qaynaqlana bilən bir simptomdur: udlaq və qırtlağın iltihabı xəstəliklərindən (faringit, tonzillit, laringit kimi) tutmuş mədənin reflüks xəstəliyinə qədər. Yəni nə qədər paradoksal olsa da, boğaz ağrısının səbəbi, ümumiyyətlə, boğazda deyil, mədədə ola bilər. Bundan əlavə, müxtəlif patogenlər var – viruslar (adi KRVİ), eləcə də qeyri-tipik – Epşteyn-Barr virusu (infeksion mononukleoz), qızılca, sitomeqalovirus, bakteriyalar. Göbələk xəstəliklərini də unutmaq olmaz”, – deyə mütəxəssis bildirib.

    Onun sözlərinə görə, bundan irəli gələrək uşağın boğazının sağalmamasının səbəbləri ya yanlış xəstəliyin müalicəsidir, ya düzgün aparılmayan müalicədir, ya da müalicənin kifayət qədər aparılmamasıdır.

    “Ən böyük təhlükəni tonzillit (angina) yaradır, həm kəskin, həm də xroniki forması (temperatur olmadan kiçik ağrı və ya boğazda qaşınma ilə gedə bilər). Tonzillitin hər iki forması abses (irinlik), bronxit, pnevmoniya şəklində fəsadlara, eləcə də ürək, oynaq, böyrək, dəri xəstəliklərinə səbəb ola bilər”, – deyə otorinolarinqoloq xəbərdarlıq edib.

    Həkim bildirib ki, sadalanan nəticələrdən əlavə, uzunmüddətli müalicənin olmaması prosesin xronikləşməsinə səbəb ola bilər.

    “Xəstəlik xroniki formaya keçdikdə, kiçik xarici təsir zamanı (yüngül soyuqdəymə, dondurma və ya soyuq içkilər) yenidən özünü göstərir. Xroniki xəstəlik kəskin xəstəliyə nisbətən daha çətin müalicə olunur ki, bu da həkimlərə daha tez-tez getmək, profilaktik müayinələrdən keçmək, əlavə müayinələr aparmaq, daha tez-tez dərman qəbul etmək zərurətinə gətirib çıxarır”, – deyə mütəxəssis qeyd edib.

    Otorinolarinqoloq, həmçinin valideynlərin diqqət yetirməli olduğu simptomları da sadalayıb. Bunların arasında o, aktivliyin azalmasını, iştahanın pisləşməsini, temperaturun yüksəlməsini (uşaq bundan şikayət etməsə belə, gündə 1-2 dəfə ölçmək lazımdır), burun axmasını, öskürəyi, bədəndə və ağızda səpgini, səsin, nəcisin xarakterinin, gözün selikli qişasının dəyişməsini xüsusi qeyd edib.

    “Gördüyümüz kimi, görünüşcə adi boğaz ağrısının kifayət qədər çox səbəbi var. Müvafiq olaraq, müalicə də fərqli ola bilər. Buna görə də ilk növbədə pediatr və ya otorinolarinqoloqa müraciət etmək lazımdır. Müayinə məlumatlarından, anamnez toplanmasından asılı olaraq, həkim müalicə üçün tövsiyələr verəcək və ya əlavə müayinə təyin edəcək (boğazdan yaxma, qan, sidik analizi, digər mütəxəssislərin məsləhəti)”, – deyə həkim əlavə edib.

  • Уставный фонд Центра аккредитации и контроля качества медучреждений составит 100 000 манатов

    Утвержден устав юридического лица публичного права “Центр аккредитации и контроля качества медицинских учреждений”.

    Соответствующее постановление подписал премьер-министр Азербайджана Али Асадов.

    Согласно документу, уставный фонд составляет 100 000 манатов и формируется за счет основных средств центра.

  • Tibb müəssisələri ilə Nəzarət Mərkəzinin nizamnamə fondu 100 000 manat olacaq

    “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Müəyyən edilib ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi publik hüquqi şəxsin nizamnamə fondu 100 000 manat təşkil edir və Mərkəzin əsas vəsaiti hesabına formalaşır.