Month: October 2024

  • Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi və avtobuslara yeni fərqlənmə nişanları təqdim edib.

    Bu barədə məlumatı agentlik yayıb.

    “Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanlarının verilməsi prosesi uğurla davam edir. Bu dəfə 26 daşıyıcıya 52 xidmət üzrə fərqlənmə nişanları təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir” , – deyə agentliyin açıqlamasında bildirilir.

  • МИД: Персонал посольства Азербайджана в Ливане частично эвакуирован

    Министерство иностранных дел Азербайджана отреагировало на сообщения об эвакуации посольства страны в Ливане по соображениям безопасности.

    Начальник пресс-службы МИД АР Айхан Гаджизаде в ответ на запрос АПА заявил, что посольство Азербайджана в Ливане продолжает свою работу.

    “Наше посольство в Ливане продолжает свою деятельность, но его персонал частично эвакуирован”, – подчеркнул он.

  • XİN: “Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub”

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici mətbuatda dərc edilən Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

    XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

    “Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, – o vurğulayıb.

  • Джейхун Байрамов отправился с рабочим визитом в Турцию

    Глава МИД Азербайджана Джейхун Байрамов отправился с рабочим визитом в Турцию.

    Об этом Median.Аz сообщает со ссылкой на Министерство иностранных дел.

    Согласно распространенной ведомством информации, в рамках визита министр 18 октября выступит на встрече в формате “3+3” в Стамбуле.

    В рамках визита также планируется проведение двусторонних встреч.

  • Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində nazir C. Bayramov oktyabrın 18-də İstanbulda keçiriləcək “3+3” formatında görüşdə iştirak və çıxış edəcək.

    Səfər zamanı, həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

  • Prokuror BNA-nın vəzifəli şəxslərinə verilən cəzaya ETİRAZ ETDİ

    Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

    Bildirilib ki, bəzi xəbər saytları və sosial media səhifələrində “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmiş Vüqar Hüseynov və həmin agentliyin Yol hərəkətinin təşkili şöbəsinin sabiq əməkdaşı Hikmət Vəlizadənin barəsində müvafiq məhkəmə tərəfindən əməlin Cinayət Məcəlləsinin daha yüngül maddələrinə, yəni rüşvət almadan dələduzluğa tövsif edilərək ittihamın yüngülləşdirilməsi və onlara aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.

    Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqla Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.09.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərin rüşvət almasına dair ittihamlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrinə tövsif edilib və onların hər ikisi 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən oktyabrın 7-də apellyasiya protesti verilib.

  • Физрук подрался с завсектором образования Ярдымлинского района – ВИДЕО

    В селе Бюрзюнбюль Ярдымлинского района разразился конфликт между учителем физкультуры средней школы Джалилом Забидовым и заведующим сектором образования района Кямалом Тахмазовым.

    Как сообщает Bizim.Media, несколько дней назад Забидов ворвался в кабинет Тахмазова и, включив камеру на телефоне, стал обвинять его в различных нарушениях закона. Конфликт между сторонами даже дошел до рукоприкладства.

    В Лянкяран-Астаринском региональном управлении образования сообщили, что Дж.Забидов в основном жаловался на отсутствие в школе необходимых наглядных пособий.

    “Учебники и методические материалы по физкультуре разрабатываются на основе образовательной программы (куррикулума) и размещаются Министерством науки и образования на платформах video.edu.az, trims.edu.az и e-derslik.edu.az для учителей и учеников.

    Остальные претензии Забидова уже взяты на контроль Госагентством по дошкольному и общему образованию. Сам инцидент, произошедший в грубой форме и с несанкционированной видеосъемкой, будет расследоваться правоохранительными органами”, – говорится в информации.

  • Yardımlıda müəllimlə təhsil sektorunun müdirinin əlbəyaxa davası ilə bağlı AÇIQLAMA – VİDEO

    Bir neçə gün əvvəl Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Cəlil Zabidov və bu rayonun təhsil sektorunun müdiri Kamal Təhməzov arasında insident baş verib.

    Bizim.media xəbər verir ki, müəllim sektor müdirinin xidməti otağına daxil olaraq videoçəkiliş aparıb və onu müxtəlif qanunsuzluqlara yol verməkdə ittiham edib.

    Hətta tərəflər arasında münaqişə əlbəyaxa həddinə çatıb.

    Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, C.Zabidov əsasən adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddia irəli sürüb.

    “Dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq, Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan “video.edu.az”, “trims.edu.az” və “e-dərslik.edu.az” platformalarında yerləşdirilir.

    Artıq Zabidovun səsləndirdiyi digər iddialarla bağlı aparılan araşdırma Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb. Həmçinin hadisənin kobudluq formasında baş verdiyi, icazəsiz videoçəkiliş hüquq-mühafizə orqanlarında araşdırılacaq”.

  • Sabah qeyri-iş günüdür? – AÇIQLAMA

    Sabah – 18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək.

    Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı fərqli fikirlər dolaşır.

    Median.Az metbuat.az-a istinadən xəbər verir ki, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayram sayılır. Yəni sabah iş günüdür.

    Qeyd edək ki, 18 oktyabr 2021-ci ildən etibarən “Dövlət Müstəqilliyi Günü”nün adı dəyişdirilərək “Müstəqilliyin Bərpası günü” kimi qeyd edilir.

  • Azərbaycanda mərhum deputatın evi 1 600 000 AZN-ə satılır

    Mərhum sabiq deputat və YAP-ın yaradıcılarından biri olan Siruz Təbrizlinin evi satışa çıxarılıb.

    Median.Az pravda.az-a istinadən xəbər verir ki, 8 otaqlı 750 kvadratmetrlik mənzil “Statistika dairəsi” yaxınlığında yerləşir.

    Qiyməti 1.600.000 manatdır.

    S.Təbrizli Azərbaycan siyasətçisi və jurnalisti, Milli Məclisin I çağırış (1995-1998) və II çağırış (2000-2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997-2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri idi.