Month: October 2024

  • Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

    Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kəndinin ərazisində qeydə alınıb.

    Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi UAZ markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub. 69 yaşlı Q.Qurbanov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: “Özümdə olmamışam”

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin (CM) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən Elməddin Üzeyir oğlu İsmayılovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, Elməddin İsmayılov öz həyat yoldaşı Xatın İsmayılovanı öldürməyə cəhd edib. İttiham aktına görə, Elməddin İsmayılov kirayə qaldığı evdə qaynının arvadı Firəngiz Rəsulovanın gözü qarşısında Xatın İsmayılovanın boğazını kəsmək istəyib. Ancaq Firəngiz Rəsulovanın müdaxiləsi nəticəsində niyyətinə nail ola bilməyib və Xatın İsmayılovaya 9 bıçaq zərbəsi vurub.

    Təqsirləndirilən şəxs hadisəni törədən zaman özündə olmadığını deyib.

    Məhkəmə prosesi oktyabr ayının 29-na kimi təxirə salınıb.

    Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Xatın Ehtiram qızı İsmayılova həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

    O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda CM-in 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

  • Beyləqanda məktəbli bıçaqlandı: Yeddinci sinif şagirdi saxlanıldı

    Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

    APA-nın xəbərinə görə, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb.

    Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi? 7-ci sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb.

    Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Universitet müəlliminə qarşı quldurluq edən şəxsin hökmü oxundu

    Bakıda universitet professoruna qarşı quldurluq etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən 8 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb.

    Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.

    Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Universitetinin professoru, “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədridir.

  • Жестокое убийство пожилой женщины: квартиранты осуждены за убийство пенсионерки

    Завершился судебный процесс по уголовному делу по факту убийства 71-летней жительницы Товузского района Интизар Багировой.

    Как сообщает Report, в ее убийстве обвинялись Айназ Алыева и Эльчин Алиев, которые являлись квартирантами Багировой.

    В Гянджинском суде по тяжким преступлениям под председательством судьи Романа Алекберли вынесен приговор обвиняемым: А.Алыева приговорена к 12 годам лишения свободы, а Э.Алиев – к 2 годам и 6 месяцам.

    Согласно обвинительному заключению, А.Алыева в мае прошлого года деревянной палкой забила И.Багирову до смерти.

    Кроме этого, Алыева и Алиев, состоящие в гражданском браке, признаны виновными в краже золотых украшений у погибшей.

  • Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetiriblər – HÖKM

    Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.

    “Report” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.

    İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.

    Həmçinin o, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyevlə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.

    A.Alıyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.1-ci (oğurluq) və 177.2.2-ci (təkrar oğurluq), Elçin Əliyev isə 177.2.1-ci (oğurluq) və 177.2.2-ci (təkrar oğurluq) maddələri ilə ittiham olunublar.

  • Nikah və boşanmaların sayı azalıb

    2024-cü ilin yanvar-avqust ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30 788 nikah və 14 248 boşanma halları qeydə alınıb.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5-dən 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

  • Обнародована численность населения Азербайджана

    С начала года численность населения Азербайджана увеличилась на 28 833 человека (0.3%), составив 10 209 603 человека по состоянию на 1 сентября 2024 года.

    Соответствующую информацию обнародовал Государственный комитет статистики.

    Согласно данным, 54.5% населения составляют городские, 45.5% – сельские жители, 49.8% – мужчины и 50.2% – женщины.

  • Azərbaycan əhalisinin sayı açıqlandı

    İlin əvvəlindən ölkə əhalisinin sayı 28 833 nəfər və ya 0,3 faiz artaraq, 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 209 603 nəfərə çatıb.

    Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

    Bildirilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

  • Прогноз погоды в Азербайджане на 16 октября

    16 октября в Баку и на Абшеронском полуострове прогнозируется пасмурная погода, ожидается кратковременный дождь, в некоторых частях полуострова возможны ливни с грозами, подует умеренный юго-восточный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха ночью составит 13-16, днем – 17-20 градусов тепла.

    Атмосферное давление будет выше нормы – 764 мм ртутного столба. Относительная влажность ночью и днем составит 60-70%.

    В некоторых районах Азербайджана ожидаются дожди с грозами, ливни, град, в горах – снег, на отдельных территориях туман, подует западный ветер.

    Температура воздуха ночью составит 11-16, днем – 18-23, в горах ночью – 3-7, днем – 9-14 градусов выше нуля.