Month: October 2024

  • Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

    İclas oktyabrın 18-nə təyin edilib və gündəliyi aşağıdakı kimidir:

    1. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

    2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    3. “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    4. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    7. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

    8. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

    9. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

    10. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

    11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

    12. “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

    13. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

    14. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

    15. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

  • Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nəsimi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb .

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası, bir ədəd UZRQM partladıcısı, 29 ədəd 7.62 mm-lik mərmi və bir ədəd AKM avtomatının güllə darağı olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Иран прекратил все перелеты в Европу

    Компания Iran Air, единственный иранский авиаперевозчик, который мог летать в страны Евросоюза, прекращает полеты в европейском направлении после новых санкций Евросоюза.

    Об этом сообщил директор Иранской ассоциации авиаперевозчиков Максуд Асади Самани.

    “Единственной авиакомпанией в нашей стране, которая летала в Европу, была Iran Air, а с учетом новых санкций Евросоюза против Iran Air ни один иранский самолет после этого не будет летать в Европу”, – приводит его слова агентство ILNA.

  • İran Avropaya bütün uçuşları dayandırdı

    Avropa İttifaqının yeni sanksiyalarından sonra Avropa İttifaqı ölkələrinə uça bilən yeganə İran aviadaşıyıcısı olan “Iran Air” şirkəti Avropa istiqamətində uçuşları dayandırır.

    Bu barədə İran Aviadaşıyıcılar Assosiasiyasının direktoru Maksud Asadi Samani məlumat verib.

    “Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət “Iran Air” idi və Avropa İttifaqının “Iran Air”ə qarşı yeni sanksiyalarını nəzərə alaraq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, – deyə o, ILNA agentliyinə bildirib.

  • Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI

    “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

    Metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb. Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib.

    Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var.

  • Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri barədə qərar verilib

    Məhkəmə Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov barədə qərar verib.

    Median.Az xəbər verir ki, bu barədə report-a onun vəkili Anar Mövsümoğlu bildirib.

    O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində H.Seyidov barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, H.Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, sabiq şöbə müdiri müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət alıb.

    H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Bizim Facebook s

  • Azərbaycanda ən çox maaşı onlar alır – SİYAHI

    2024-cü il oktyabrın 1-i vəziyyətinə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 5304,9 min nəfər olub, onlardan 5021,7 min nəfərini məşğul əhali təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,3 min nəfər, qeyri-dövlət sektorunda isə 876,6 min nəfər təşkil edib İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1723,2 min nəfər çalışıb.

    Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

  • Qadınları şantaj edən haker hakim qarşısında

    Sosial şəbəkələrdə “Roman” adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun cinayət işinin məhkəmə baxış iclası keçirilib.

    Oxu.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülən şantaj ittihamı üzrə özünü təqsirli bilməyərək zərərçəkən xanımlara qarşı hər hansı bir hədə qorxu gəlmədiyini deyib.

    Onlardan əldə etdiyi pulları isə xanımlara məxsus müxtəlif sifarişlərlə bağlı aldığını deyib. Bununla da o, zərərçəkən xanımlara müxtəlif veb-xidmətlər göstərdiyini iddia edib. 19 yaşlı təqsirləndirilən Yaşar Məmmədov ona qarşı irəli sürülən 9 epizodun heç biri üzrə özünü təqsirli bilməyib.

    Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb.

    Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.

  • Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

    İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 369 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.

    Bu barədə fond məlumat yayıb.

    Bildirilib ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.

    Yeni mənzillər seçim üçün 22 oktyabrdan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
    Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

    Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi “YouTube” kanalı, həmçinin “1549” çağrı mərkəzindən əldə etmək mümkündür.

    İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 522 kirayə müqaviləsi bağlanıb.

  • В Лачыне будет проведена трамвайная линия

    В ближайшее время на улице Гейдара Алиева в Лачыне планируется проектирование и строительство гостиницы, галерей, объектов общественного питания, концертного зала, театра и творческих центров, а также прокладка линии для трамвая.

    Как передает АПА, об этом заявил исполняющий обязанности исполнительного директора Службы восстановления, строительства и управления в Лачынском районе Тофиг Исламов на панельной дискуссии в рамках Каспийской строительной недели.

    “Поскольку улица Гейдара Алиева предназначена в качестве туристической зоны, через город до бульвара вдоль реки Хакари будет проведена канатная дорога”, – добавил он.