Month: October 2024

  • Laçında tramvay xətti çəkiləcək

    “Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, qalereya, iaşə obyektləri, konsert zalı, teatr və yaradıcılıq mərkəzləri layihələndirilərək tikilib başa çatdırılması və həmçinin elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır”.

    APA xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən panel müzakirəsində deyib.

    “Heydər Əliyev küçəsi turistik zonası olaraq nəzərdə tutulduğu üçün həmin ərazidən kanat xətti şəhər üzərindən Həkəri çayı kənarı bulvara qədər çəkiləcək”, – deyə o əlavə edib.

  • В Баку созданы новые парковочные зоны

    Агентство наземного транспорта Азербайджана (AYNA) создало новые парковочные зоны в Баку.

    Как сообщили в AYNA, шесть новых платных парковочных зон созданы на улицах Исмайыла бека Гутгашинлы и Рихарда Зорге. Кроме того, на улице Карабах на парковочной зоне установлены 2 информационных дорожных знака.

    Работы по организации парковочных мест будут продолжены, сообщили в AYNA.

  • Bakıda yeni parklanma məntəqələri yaradılıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Rixard Zorge küçələrində 6 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.

    Qarabağ küçəsində parklanma sahəsinə 2 məlumatverici yol nişanı əlavə edilib.

    Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.

  • Polşada miqrantlara nəzarət üçün könüllü dəstələr yaradılıb

    Polşada vətəndaşların təşəbbüsü ilə miqrantlar üzərində könüllü nəzarət dəstələri yaradılıb.

    Median.Az bu barədə “Komsomolskaya Pravda”ya istinadən xəbər verib.

    Qeyd olunur ki, bir müddət əvvəl Polşanın Srema çimərliyində miqrantlar arasında baş verən kütləvi dava nəticəsində bir neçə şəxs xəsarət alıb. Bu hadisədən hiddətlənən yerli sakinlər ictimai nəzarəti təmin etmək məqsədilə könüllü dəstələr yaratmaq qərarına gəliblər.

    Yerli sakinlər bildiriblər ki, Polşa ərazisində yaşayan istənilən şəxs təhlükəsizlik və asayişə riayət etməlidir.

  • В Азербайджане похолодает на 7 градусов – ПРЕДУПРЕЖДЕНИЕ

    Завтра на некоторых территориях Баку и Абшеронского полуострова прогнозируются дожди, местами возможны кратковременные ливни и грозы.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии.

    В районах Азербайджана с завтрашнего вечера до полудня 20 октября сохранится нестабильная погода, ожидаются с перерывами дожди и грозы.

    В Гянджа-Газахском, Карабахском и Восточно-Зангезурском, Балакен-Шекинском, Губа-Гусарском, Горно-Ширванском, Центрально-Аранском, Лянкяран-Астаринском регионах и Нахчыванской АР местами вероятны интенсивные ливни, град, в горных районах – снег.

    Температура воздуха по сравнению с предыдущими днями постепенно снизится на 4-7 градусов.

    Вероятно повышение водности рек, на некоторых реках Большого и Малого Кавказа, а также Лянкяран-Астаринского региона могут произойти кратковременные паводки и сход селевых потоков.

  • Temperatur 4-7 dərəcə aşağı ENƏCƏK

    Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında sabah axşamdan oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Bəzi küçələrdə avtobus zolağı ilə hərəkət etmək olar – RƏSMİ

    Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Siyahıdakı küçələr bunlardır:

    Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi.

    Bildirilib ki, bu zolaqlarda hələ ki 5.9, yəni “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

    Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.

    Həmin küçələr:

    Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi.

  • Зияфет Аскеров покинул пост: избран новый руководитель

    Произошли изменения в составе делегации Азербайджана на Парламентской ассамблее НАТО.

    Как сообщает modern.az, делегацию возглавит Рамид Намазов.

    Отметим, что его предшественником был Зияфет Аскеров, который избран заместителем председателя Милли Меджлиса нового созыва.

  • Ziyafət Əsgərov vəzifəsindən ayrıldı – Yeni rəhbər seçildi

    Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.

    Modern.az-ın məlumatına görə, yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.

    Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

  • Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib

    Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Lüksemburq Böyük Hersoqluğunun səlahiyyətli orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1987-ci il təvəllüdlü Fransa vətəndaşı Sedrik Mişelin və Rumıniyanın səlahiyyətli orqanları tərəfindən mütəşəkkil cinayətkar qrup yaradılmaqla miqrantların qanunsuz daşınmasında təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı Oğuz Atalayın verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd olunub ki, sözügedən şəxslər Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

    “Ekstradisiya haqqında Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən, adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rumıniyanın və Lüksemburqun səlahiyyətli orqanlarına təhvil verilib”, – deyə məlumatda vurğulanıb.