Month: October 2024

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun qərargahında olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub.

    Oktyabrın 14-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

    Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və ICESCO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

    Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.

    Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıb. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanaqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

    Nümayəndə heyəti daha sonra ICESCO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

    Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təkilatının (ICESCO) 1991-ci ildən üzvüdür. Həmin vaxtdan qurulmuş münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib.

    Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ICESCO arasında da sıx əməkdaşlıq mövcuddur. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr ICESCO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahələrdə əlaqələrini daha da genişləndirir.

    2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər.

  • Элитные афганские военные получат право жить в Великобритании

    Около 500 элитных афганских солдат, сражавшихся вместе с британцами, получат право приехать в Великобританию.

    Как передает Median.Az со ссылкой на The Guardian, ранее они получили отказ.

    Речь идет о ветеранах из так называемой “группы риска” – они получали зарплату и были наняты правительством Великобритании в Афганистане. При этом британские власти отрицали это.

    Некоторые из таких военных скрывались от “Талибана”, который стал во главе Афганистана с момента вывода западных войск летом 2021 года, еще несколько сотен бежали в Пакистан, где им грозит депортация. Также есть информация, что шестеро были уже ликвидированы за сотрудничество с британцами.

    В их число входят военнослужащие элитных афганских подразделений 333 и 444, которые сражались бок о бок и тесно сотрудничали с британскими войсками, включая SAS (Особая воздушная служба), в течение более чем десятилетия военного присутствия Великобритании в Афганистане.

    Глава Вооруженных сил Люк Поллард заявил: “Теперь должностные лица подтвердили, что имеются доказательства выплат со стороны правительства Великобритании членам афганских специализированных подразделений, включая CF triple three и ATF triple four, и что это свидетельствует о прямых трудовых отношениях”.

    После такого заявления, Великобритания разрешит афганским военным приехать жить на территорию страны, пишет издание.

  • “Taliban”a qarşı döyüşən əfqanlara Britaniyada yaşamaq hüququ veriləcək

    İngiltərəli hərbçilərlə birgə “Taliban”a qarşı döyüşən 500-ə yaxın elit əfqan əsgərin Böyük Britaniyaya köçməyinə icazə veriləcək.

    Median.Az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verib.

    Məlumatda bildirilir ki, söhbət “riskli qrup” adlandırılan heyətdən gedir. Bu hərbçilərin bəziləri 2021-ci ilin yayında Qərb qoşunlarının çıxarılmasından sonra Əfqanıstana nəzarəti ələ keçirən “Taliban”dan gizləniblər, daha bir neçə yüz nəfər Pakistana qaçıb, amma orada deportasiya ilə üzləşib. Artıq altı nəfərin britaniyalılarla əməkdaşlığa görə zərərsizləşdirildiyi barədə də məlumatlar var.

  • Стала известна личность мужчины, тело которого было найдено на улице Сумгайыта (ОБНОВЛЕНО)

    Установлена личность мужчины, тело которого было обнаружено в Сумгайыте.

    Как сообщает Report, им оказался Абдул Абдулов (1980 г.р.).

    * * * * *

    В городе Сумгайыт найден труп неизвестного мужчины 40-45 лет.

    Как сообщает Report, случай зафиксирован в одном из парков на проспекте Сюльх.

    Отмечается, что на место происшествия были привлечены сотрудники правоохранительных органов.

    По данному факту проводится расследование.

  • Sumqayıtda küçədə meyiti tapılan şəxsin kimliyi BİLİNDİ (YENİLƏNİB)

    Sumqayıt şəhərində meyiti tapılan kişinin şəxsiyyəti məlum olub.

    “Report” xəbər verir ki, həmin şəxs 1980-ci il təvəllüdlü Abdul İsmayıl oğlu Abdulovdur.

    * * * * *

    Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir – red.) meyiti aşkarlanıb.

    “Report”un məlumatına görə, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronavirus uşaqlar üçün daha təhlükəli olub: Mütəxəssis yeni ştamın simptomlarından danışdı

    “COVID-19 virusu daim mutasiya edərək yeni xüsusiyyətlər qazanır. Bu gün dövriyyədə olan koronavirus variantlarının 60%-dən çoxu FLiRT qrupuna aiddir, lakin artıq yeni XEC ştamı da meydana gəlməyə başlayıb. Özü də əgər əvvəllər koronavirus “böyüklərin” infeksiyası hesab olunurdusa, virusun mutasiyası ilə uşaqlar daha çox xəstələnməyə başlayıblar”.

    Median.Az-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Seçenov Universitetinin Epidemiologiya və Müasir Vaksinasiya Texnologiyaları kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kostinov xəbərdarlıq edib.

    Onun sözlərinə görə, XEC “Omicron”un növbəti variantlarından biridir.

    “Bu ştam simptomlarına görə öz sələflərindən, demək olar ki, fərqlənmir – boğaz ağrısı, temperaturun yüksəlməsi, burun tutulması və mədə-bağırsaq problemləri yaradır”, – deyə Mixail Kostinov bildirib.

    Mütəxəssisin sözlərinə görə, “Omicron”dan sonra meydana gələn bütün ştamlar kimi, hazırkı koronavirus ilk növbədə risk qrupları – 60 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, immun çatışmazlığı olan insanlar, həmçinin əvvəllər xəstələnməyən və COVID-19-dan peyvənd olunmayanlar üçün təhlükə yaradır. Elm adamı onlara yenilənmiş vaksinlərlə peyvənd olunmağı tövsiyə edib.

    Kostinovun sözlərinə görə, koronovirusun yayıldığı birinci-ikinci dövriyyə illərindən fərqli olaraq hazırda uşaqlar daha çox xəstələnməyə başlayıblar:

    “Bu, əsasən uşaq və yeniyetmələrin daha geniş ünsiyyət dairəsinə malik olması və böyüklərdən daha çox sıx yerlərdə olması ilə bağlıdır”.

  • Главы МИД ЕС утвердили санкции против Ирана

    Европейский союз (ЕС) вводит новые санкции в отношении Ирана из-за якобы поставок России баллистических ракет.

    Как передает Median.Az, об этом пишет агентство DPA со ссылкой на дипломатов Евросоюза.

    По его информации, дипломаты заявили об этом после соответствующего решения министров иностранных дел стран ЕС в Люксембурге.

    Рестрикции должны коснуться компаний, учреждений и лиц, причастных к производству и поставке указанного оружия.

    * * * * *

    Главы МИД государств Европейского союза (ЕС) на встрече в понедельник планируют принять решение о принятии нового пакета санкций против иранских и российских организаций.

    Об этом сообщило европейское издание Politico со ссылкой на источники среди дипломатов ЕС.

    По их информации, новые санкции будут направлены против иранских компаний, якобы задействованных в “отправке оружия в другие страны региона, а также в Россию”. Ожидается, что ограничительные меры затронут, в том числе авиакомпании из Ирана. Кроме того, главы МИД стран ЕС планируют обсудить противодействие обходу санкций и могут принять решение о введении ограничительных мер против неназванных российских организаций, якобы участвующих в “дестабилизирующих действиях” Москвы в других странах.

  • İranın üç aviaşirkəti Rusiyaya dəstəyə görə sanksiya siyahısına daxil edildi

    Avropa İttifaqı Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib.

    Median.Az bu barədə DPA agentliyinə istinadən xəbər verir.

    Qeyd olunur ki, sanksiyalar İranın üç aviaşirkətinə – “Iran Air”, “Saha Airlines” və “Mahan Air”ə qarşı sanksiyalar tətbiq edilib.

    Aİ-dəki mənbə bildirib ki, sanksiyalar bu silahların istehsalı və tədarükü ilə bilavasitə əlaqəsi olan şirkətlər, qurumlar və şəxslərə də şamil ediləcək.

  • Индия и Канада вышлют по шесть дипломатов противоположной стороны

    Министерство иностранных дел Индии приняло решение выслать из страны шесть дипломатов Канады.

    Как передает Median.Az со ссылкой на ТАСС, соответствующее заявление ведомство распространило на своем официальном сайте.

    “Правительство Индии приняло решение выслать шесть канадских дипломатов”, – указал МИД. В приложенном к сообщению списку имен упоминаются исполняющий обязанности посла Стюарт Росс Уилер, а также его заместитель и четыре первых секретаря. “Им было предложено покинуть Индию до 23:59 в субботу, 19 октября 2024 года”, – уточнило ведомство.

    Ранее МИД Индии сообщил об отзыве посла республики в Канаде Санджая Кумара Вермы и некоторых других дипломатов в связи с опасениями за их безопасность после заявлений со стороны Канады. В них содержатся обвинения в том, что индийский посол в Оттаве причастен к заговору с целью убийства одного из лидеров сикхской общины Хардипа Сингха Ниджара. Индийский МИД назвал эти заявления необоснованными и неприемлемыми, обвинив власти страны в поддержке экстремизма, насилия и сепаратизма против Индии.

    Позднее стало известно, что власти Канады тоже приняли решение о высылке шестерых индийских дипломатов в связи с противоправными действиями, которые, по мнению Оттавы, они совершили в отношении канадских граждан. Об этом говорится в заявлении канадского МИД.

    Отношения между Оттавой и Нью-Дели обострились после того, как Канада в сентябре 2023 года решила выслать одного из старших дипломатов Индии в связи с предположениями о причастности спецслужб республики к убийству одного Ниджара на канадской территории. Нью-Дели считает его террористом, поскольку тот выступал за создание на месте штата Пенджаб, большую часть населения которого составляют представители сикхизма, независимого сикхского государства Халистан. Нью-Дели тогда отверг обвинения Оттавы и в ответ выслал канадского дипломата.

    Посольство Индии в Оттаве вскоре приостановило выдачу виз. Затем власти Канады сообщили о возвращении домой из Индии 41 дипломата и членов их семей. Индия заявила, что канадские дипломаты вмешивались во внутренние дела республики. В МИД Индии считают, что канадские политические деятели открыто симпатизируют экстремистам из числа представителей сикхской общины, которые выступают за создание Халистана.

  • Hindistan altı kanadalı diplomatı ölkədən qovur

    Hindistanın Xarici İşlər Nazirliyi altı kanadalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

    Qurum bununla bağlı rəsmi saytında məlumat yayıb.

    Bildirilir ki, siyahıya səfir səlahiyyətlərini icra edən Stuart Ross Uiler, həmçinin onun müavini və dörd birinci katib daxildir.

    Onlardan 19 oktyabr 2024-cü il, şənbə günü saat 23:59-a qədər Hindistanı tərk etmələri tələb edilib.

    Buna cavab olaraq, Kanada hökuməti də altı hindistanlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

    Qeyd edək ki, daha əvvəl Hindistan respublikanın Kanadadakı səfiri Sanjay Kumar Verma və bəzi digər diplomatların təhlükəsizliklə bağlı narahatlıqlarına görə geri çağırıldığını açıqlamışdı. Kanada tərəfi Hindistan diplomatlarının Ottavada “Siqx” icmasının liderlərindən birini öldürmək planında iştirak etdiyini iddia edir. Hindistan bu bəyanatları əsassız və qəbuledilməz adlandıraraq, Kanada hakimiyyətini Hindistana qarşı ekstremizm, zorakılıq və separatizmi dəstəkləməkdə günahlandırır.