Month: October 2024

  • Paytaxtda qadınlar pula görə saçyolduya çıxdılar: Xəsarət alan var

    Bakının Nizami rayonunda 1984-cü il təvəllüdlü Nəsibə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Səidəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nəsibə hadisə günü saat 21 radələrində tanışı Səidənin evinə gəlib və ondan borclu olduğu 78 manat məbləğində pul vəsaitini istəyib.

    Buna görə, onların arasında mübahisə yaranıb. Nəsibə Səidənin kobud cavab verməklə ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən onun yanaq və saç nahiyəsindən tutaraq dartıb. Səidəyə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirib.

    Hadisəni törədən Nəsibənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsibə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 21:00-da Səidənin yaşadığı ünvana gedib, ondan borcu olan 78 manat pulu tələb edib: “Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı Səidəni saçından tutaraq dartdım. Daha sonra qulağından tutaraq çəkdim, ona xəsarət yetirdim”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, hadisə günü saat 21 radələrində Nəsibə onun yaşadığı ünvana gələrək onunla borcla bağlı sözlə mübahisə etməyə başlayıb: “Nəsibəyə borcumun olmamasını bildirsəm də, o, sözlərimə məhəl qoymadan təkrar mənə borcunun olduğunu bildirdi. Mübahisə zamanı Nəsibə üzərimə gəldi, daha sonra qol nahiyəmdən tutaraq sıxdı, saçımı yoldu, məni döyərək xəsarət yetirdi. Mən də onu uzaqlaşdırmaq məqsədilə itələmişəm”.

    Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəsibənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • Narkoloji Dispanserdə insident: “Bir-birimizə toxunduq”

    Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ixtisaslaşdırılmış şöbəsinin yeməkxanasında 1986-cı il təvəllüdlü Seymur orada müalicə alan Əzizə xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində baş verib. Seymur məhkəmə qərarına əsasən məcburi qaydada müalicə aldığı Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinin ixtisaslaşdırılmış şöbəsinin yeməkxanasında, onunla birgə məcburi müalicəyə cəlb edilmiş Əzizin ünvansız nalayiq ifadələr işlətməsini əsas gətirib. O, mətbəxlə yeməkxananın arasında olan nəfəsliyin mətbəx tərəfdən altındakı masanın üzərindən bıçağı götürərək Əzizin sağ bud və qarın nahiyələrindən qəsdən vurub.

    Hadisəni törədən Seymur barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, narkoloji dispanserdə müalicə alarkən onunla eyni zamanda müalicəsini davam etdirən Əzizlə aralarında anlaşmazlıq yaranıb: “Yeməkxanadan keçən zaman bir-birimizə toxunduq. Mətbəx bıçağı ilə onu bıçaqlayaraq 1 dəfə xəsarət yetirdim. Mətbəx bıçağını pəncərədə qoyulduğu yerdən götürdüm. Niyyətim onu vurmaq olmayıb, qorxutmaq istəyirdim. Əzizin sağ tərəfdən qarnına vurdum. Əziz ayağı dolaşaraq yerə yıxıldı. Həmin vaxt arxadan yaxınlaşan müalicə alan şəxslər araya girdilər. Mən dərhal bıçağı əlimdən buraxdım. Həmin vaxt Əziz ayaq üstə qalxaraq nəslimə söysə də, Əzizə əhəmiyyət vermədim”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Əzizin sözlərinə görə, təqsirləndirilən Seymuru müalicə müəssisəsinə yerləşdirildikdən sonra tanıyıb, ədavətləri və ya düşmənçilikləri olmayıb: “Orada olarkən aramızda mübahisə oldu. Seymur mənə, mən də Seymura söyüş söydüm. Seymur sağ əlində olan bıçaqla 1 dəfə sağ tərəfdən qarnıma vurdu. Seymur sol əlini boynuma keçirdiyindən ayağım dolaşaraq yerə yıxıldım. Həmin vaxt arxadan bizə yaxınlaşan müalicə alan şəxslər Seymuru arxadan qucaqlayaraq aramıza girdilər. Seymurun məni təkrar bıçaqla vurmaq imkanı olsa da, vurmadı. Mən ayağa qalxaraq öz palatama getdim. Palatada olarkən gördüm ki, qarnımdan qan axır. Anlaqsız vəziyyətdə əməli törətmiş Seymurla barışmışam. Ona qarşı hər hansı şikayət və ya tələbim yoxdur”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilib.

    Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq Seymurun barəsində ümumi tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınıb. Qərar qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılıb.

  • Jurnalist Yaqub Əlioğlu vəfat etdi

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, uzun illər AzTV-nin redaktoru vəzifəsində çalışmış teatrşünas Yaqub Əlioğlu vəfat edib.

    Bu barədə Modern.az-a mərhumun dostları məlumat veriblər.

    Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.

    Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Orta məktəb dövründən mütəmadi olaraq mətbuatda yazıları çap olunub. Yüzlərlə publisistik məqalənin və 8 kitabın müəllifidir.

    “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olan Yaqub Əlioğlu “Qızıl qələm”, “Qızıl dərviş” və “Nailiyyət” mükafatlarının laureatıdır. 10 ildən artıqdır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın “Qızıl fond”una daxil edilib. Bu filmlər əsasən görkəmli elm, mədəniyyət xadimlərinə və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, yurdumuzun dilbər guşələrinə həsr olunub.

  • В некоторых частях Баку не будет света

    Сегодня на некоторых улицах Насиминского района Баку будут ограничения в подаче электроэнергии.

    Об этом сообщает Median.Az со ссылкой на ОАО “Азеришыг”.

    Согласно информации, в связи с проведением ремонтных работ с 10:00 до 15:00 будут поэтапные ограничения в подаче электроэнергии на части улиц Льва Толстого, братьев Мардановых, Ази Асланова.

    После завершения ремонтных работ указанные территории будут полностью обеспечены электроэнергией.

  • Bakının bəzi ərazilərində işıq olmayacaq

    Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Məlumata görə, Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək paytaxtın Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

  • Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında

    Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yenidən yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

    Öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabrında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşı olub. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.

    Hadisə mayın 13-də saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb.

    Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

    Daha əvvəl Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə baxılan iş zərərçəkmişin hüquqi varisinin vəsatəti əsasında yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilib. Zərərçəkmiş Ləman Qurbanovanın hüquqi varisi (atası) cinayətin xuliqanlıq məqsədilə törədildiyini əsas gətirərək onun ağırlaşdırılması vəsatətini verib. Məhkəmə hüquqi varisin vəsatətini qəbul edərək işin yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilməsini təmin edib.

  • В Азербайджане должностное лицо похитило учителя

    В Гедабейском районе произошел случай похищения.

    Как сообщает Oxu.Az, Алим Исмайылов похитил девушку, работающую учительницей.

    В ходе операции, проведенной сотрудниками полиции, А.Исмайылов был задержан на территории Евлахского района.

    Девушку передали семье. В отношении А.Исмайылова возбуждено уголовное дело.

    По данному факту ведется расследование.

    Отметим, что А.Исмайылов является главным инженером Управления коммунальных предприятий Исполнительной власти Гедабейского района.

  • Azərbaycanda vəzifəli şəxs müəlliməni qaçırtdı

    Gədəbəydə qızqaçırma hadisəsi olub.

    Alim İsmayılov adlı şəxs rayon ərazisində müəllimə kimi çalışan qızı qaçırıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı A.İsmayılov Yevlax rayonu ərazisində saxlanılıb.

    Qız ailəsinə təhvil verilib. A.İsmayılov barəsində Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.
    //oxu.az

  • Международное исследование: Ереван отстает от Баку по ряду экономических показателей

    Столица Армении Ереван отстает от столицы Азербайджана Баку по ряду экономических показателей.

    Как передает report, это отражено в исследовании экспертов всемирно известного статистического ресурса Numbeo.

    Отмечается, что расходы на аренду жилья в Баку на 50,1% ниже, чем в Ереване. В то же время услуги в заведениях общественного питания в столице Армении дороже, чем в столице Азербайджана. Так, цены в ресторанах Баку на 26,0% ниже, чем в Ереване.

    Эксперты Numbeo также установили, что цены на продукты питания в Баку на 20,0% ниже, чем в Ереване. Согласно результатам исследования, покупательная способность жителей столицы Азербайджана на 36,7% выше, чем у жителей армянской столицы.

  • Beynəlxalq tədqiqatçılar: İrəvan bir sıra iqtisadi göstəricilərinə görə Bakıdan geri qalır

    Ermənistanın paytaxtı İrəvan bir sıra iqtisadi göstəricilərinə görə Azərbaycanın paytaxtı Bakıdan geri qalır.

    Report xəbər verir ki, bu, dünyaca məşhur “Numbeo” statistika resursu ekspertlərinin araşdırmasında yer alıb.
    Qeyd edilir ki, Bakıda mənzil kirayəsi xərcləri Ermənistanın paytaxtı İrəvandan 50,1 % aşağıdır. Eyni zamanda Ermənistanın paytaxtında ictimai iaşə müəssisələrində xidmətlər də Azərbaycanın paytaxtından bahadır. Belə ki, Bakı restoranlarında qiymətlər İrəvandan 26,0 % aşağıdır.

    “Numbeo”nin ekspertləri həmçinin Bakıda ərzaq məhsullarının qiymətinin İrəvandan 20,0 % ucuz olduğunu müəyyənləşdiriblər. Araşdırmanın nəticələrinə əsasən Azərbaycan paytaxtında sakinlərin alıcılıq qabiliyyəti İrəvan sakinlərindən 36,7 % yüksəkdir.