Month: October 2024

  • Как отличить настоящее оливковое масло от подделки?

    Настоящее оливковое масло первого отжима – это ценный продукт, обладающий уникальными вкусовыми и ароматическими свойствами. Однако, как выяснилось, не все, что продается под видом оливкового масла, является таковым. Маурицио Сервили, известный итальянский биохимик из Университета Перуджи, рассказал Daily Mail о том, как распознать подделку и выбрать качественный продукт, передает Median.Az.

    По словам эксперта, недобросовестные производители чаще всего прибегают к двум типам фальсификации: маркируют оливковое масло низкого качества как высококачественный продукт первого отжима или смешивают его с дешевыми нейтральными маслами, такими как подсолнечное или рапсовое, для увеличения объема. “Единственный способ наверняка узнать, что оливковое масло поддельное – это лабораторный анализ”, – отметил Сервили.

    Тем не менее, распознать некачественный товар можно и в домашних условиях. Для этого необходимо налить немного масла в чистый стакан и сделать глоток так, чтобы продукт полностью покрыл язык. Настоящее оливковое масло первого отжима должно быть островатым и горьким с фруктовыми и сладкими нотками, в то время как у фальсификата вкус и аромат будут слабыми.

    Однако отсутствие вкуса у масла не всегда является явным признаком подделки. Некоторые настоящие оливковые масла первого отжима могут быть пресными. Чтобы избежать обмана, Сервили рекомендует покупать масло в проверенных местах. “Реже всего подделки встречаются в крупных супермаркетах. Покупая масло на рынках и даже у “местных производителей” в Италии, потребитель может получить некачественный товар, который не проходил строгие пограничные проверки”, – подчеркнул биохимик.

    Кроме того, на упаковках проверенных масел может быть указано имя производителя оливок, а также место и дата сбора урожая. Как правило, чем больше возможностей для отслеживания происхождения продукта предоставляется – тем выше вероятность того, что качество находится на высоком уровне.

  • Acı həqiqət: Əsl zeytun yağını saxtasından necə ayırmaq olar? – Mütəxəssis izah edir

    “Həqiqi zeytun yağının “təzə” qoxusu olur. Dadı isə neytral, acıtəhər və ya kəskin ola bilər”.

    Median.Az-ın “Daily Mail”ə istinadla məlumatına görə, bu barədə İtaliyanın “Perugia” Universitetinin biokimyaçısı Mauritsio Servili məlumat verib.

    Ekspertin sözlərinə görə, zeytun yağının saxtalaşdırılması bir neçə fərqli formada ola bilər, lakin ən çox iki növ saxtalaşdırma hallarına rast gəlinir.

    “Vicdansız istehsalçılar aşağı keyfiyyətli zeytun yağını yüksək keyfiyyətli ilk sıxım məhsulu kimi markalayır, yaxud həcmi artırmaq üçün onu günəbaxan və ya raps yağı kimi ucuz neytral yağlarla qarışdırırlar. Zeytun yağının saxta olduğunu dəqiq bilməyin yeganə yolu laboratoriya analizidir. Lakin keyfiyyətsiz məhsulu ev şəraitində də tanımaq mümkündür. Bunun üçün təmiz stəkana bir az yağ töküb, məhsulun dili tam örtməsi üçün bir qurtum içmək lazımdır. Həqiqi ilk sıxım zeytun yağı meyvəli, şirin notlarla kəskin və acı olmalıdır, saxta məhsulun isə dadı və ətri zəif olacaq”, – deyə mütəxssis izah edib.

    Bununla belə, o, yağın dadsız olmasını həmişə saxtakarlıq əlaməti olmadığını vutğulayıb.

    “Bəzi həqiqi ilk sıxım zeytun yağları dadsız ola bilər. Aldanmamaq üçün yağı yoxlanılmış yerlərdən almaq məsləhətdir. Saxtakarlıq hallarına ən az böyük supermarketlərdə rast gəlinir”.

    Biokimyaçı əlavə edib ki, yoxlanılmış yağların qablaşdırmalarında zeytun istehsalçısının adı, həmçinin məhsulun yığım yeri və tarixi göstərilir.

    “Bir qayda olaraq, məhsulun mənşəyini izləmək üçün nə qədər çox imkan verilirsə, keyfiyyətin yüksək səviyyədə olma ehtimalı bir o qədər yüksəkdir”, – deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

  • Невролог рассказала о схожести синдрома разбитого сердца с инфарктом

    Часто люди после внезапного или сложного расставания с любимым человеком говорят о том, что им “разбили сердце”. И в медицине правда есть синдром с таким названием, он действительно возникает после сильных переживаний.

    Как передает Median.Az, российский врач-невролог Екатерина Демьяновская рассказала “Известиям” о том, кто чаще всего подвержен этому заболеванию и по каким симптомам его можно определить.

    “Синдром разбитого сердца (стресс-индуцированная кардиомиопатия) – это острое состояние, при котором сердечная мышца перестает работать правильно и начинает сокращаться неравномерно”, – объяснила она.

    Специалист отметила, что при нем сократительная способность верха левого желудочка резко снижается и в момент сокращения сердца (фаза систолы) он приобретает характерную шарообразную форму, напоминающую горшок с длинным узким горлышком. Поэтому такое состояние получило еще одно название – кардиомиопатия такоцубо. Это японское слово обозначает горшок для ловли осьминогов, очертания которого напоминают форму левого желудочка во время его сокращения при этой патологии. Впервые этот синдром описали японские исследователи в 1990 году.

    “Механизм развития синдрома такоцубо до сих пор до конца не изучен. Есть предположения, что сократимость левого желудочка частично снижается из-за нарушения связи между сердцем и периферической нервной системой, снижения микроциркуляции в сердечной мышце, спазма коронарных артерий, повышенного уровня гормонов стресса в крови. Часто кардиомиопатия такоцубо случается из-за сильного горя, продолжительного стресса, излишнего физического напряжения. Поэтому его и называют синдромом разбитого сердца”, – уточнила Демьяновская.

    По словам врача, основные симптомы этого состояния очень похожи на признаки инфаркта миокарда. Человек ощущает сильную боль в грудной клетке и общую слабость, у него нарушается сердечный ритм, он начинает задыхаться и может потерять сознание.

    “При появлении таких симптомов необходимо вызвать скорую помощь. Пациентов с синдромом такоцубо лечат в условиях стационара. В большинстве случаев долгосрочный прогноз благоприятный: опасные симптомы проходят через несколько дней, и пациент полностью выздоравливает. В редких случаях могут возникнуть осложнения – мерцательная аритмия и кардиогенный шок – тяжелое проявление сердечной недостаточности, при котором сердце не может обеспечить нормальный кровоток”, – предупредила невролог.

    Она обратила внимание на то, что отличить синдром разбитого сердца от инфаркта миокарда без специальных исследований очень сложно. Жалобы и в том, и в другом случае схожие, электрокардиограмма тоже не покажет, с какой именно патологией пришлось столкнуться врачу. Выявить синдром поможет УЗИ сердца – эхокардиография. Благодаря ей можно увидеть характерную форму желудочка.

    Исключить инфаркт миокарда также поможет коронароангиография, которая позволяет оценить состояние сердечных сосудов. Инфаркт вызывает закупорка одной из артерий тромбом, а при синдроме такоцубо кровоснабжение миокарда сохраняется, пояснила Демьяновская.

    “Стрессовая кардиомиопатия – довольно редкая патология. Ее диагностируют всего у 1-2% пациентов, которые поступают в стационар с жалобами со стороны сердца. В 90% случаев она развивается у женщин в период менопаузы. К факторам риска относят вредные привычки, лишний вес, стрессы. Если у пациента есть другие сердечно-сосудистые заболевания, это повышает риск тяжелого, осложненного течения кардиомиопатии такоцубо”, – добавила врач.

  • Qəlbimiz doğrudan qırılırmış: Həkimlər səbəbini açıqladılar

    Bizim çoxumuz “qəlb qırıqlığı” ifadəsini eşidib, lakin az adam bilir ki, tibdə həqiqətən belə bir diaqnoz var. “Sınıq qəlb” sindromu və ya “stres-induksiya olunmuş kardiomiopatiya” ürək əzələsinin düzgün işləmədiyi və qeyri-bərabər yığılmağa başladığı kəskin bir vəziyyətdir.

    Median.Az-ın “Izvestiya”ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya danışıb.

    Onun sözlərinə görə, bu sindromda sol mədəciyin yuxarı hissəsinin yığılma qabiliyyəti kəskin şəkildə azalır və ürəyin yığılması zamanı (sistola fazası) o, uzun dar boyunlu qaba bənzər xarakterik kürə forması alır.

    “Patologiya zamanı sol mədəcik yığılaraq yapon səkkizayaqlısının (oktapod) ovlama qabına oxşayır. Buna görə də belə vəziyyət daha bir ad alıb – takotsubo kardiomiopatiyası. Sindrom ilk dəfə 1990-cı ildə yapon tədqiqatçılar tərəfindən təsvir edilib”, – deyə mütəxəssis izah edib.

    Həkim bildirib ki, takotsubo sindromunun inkişaf mexanizmi hələ də tam öyrənilməyib:

    “Güman edilir ki, sol mədəciyin yığılma qabiliyyəti qismən ürək və periferik sinir sistemi arasında əlaqənin pozulması, ürək əzələsində mikrosirkulyasiyanın azalması, koronar arteriyaların spazmı, qanda stres hormonlarının yüksək səviyyəsi səbəbindən azalır. Takotsubo kardiomiopatiyası tez-tez güclü kədər, uzunmüddətli stres, həddindən artıq fiziki gərginlik səbəbindən baş verir. Buna görə də ona “sınıq qəlb” sindromu da deyilir”.

    Mütəxəssis bu vəziyyətin əsas simptomlarının miokard infarktının əlamətlərinə çox bənzədiyini vurğulayıb:

    “Döş qəfəsində güclü ağrı, ümumi zəiflik, ürək ritminin pozulması, təngnəfəslik, huşun itməsi – bu simptomlar meydana çıxdıqda dərhal təcili yardım çağırmaq lazımdır. Takotsubo sindromlu xəstələr stasionar şəraitdə müalicə olunurlar. Əksər hallarda təhlükəli simptomlar bir neçə gün ərzində keçir və xəstə tam sağalır. Bununla belə, nadir hallarda ağırlaşmalar – atrial fibrillyasiya və kardiogen şok baş verə bilər”.

    Demyanovskaya “sınıq qəlb” sindromunu miokard infarktından xüsusi müayinələr olmadan ayırmağın çox çətin olduğunu qeyd edib.

    “Sindromu aşkar etməyə mədəciyin xarakterik formasını görməyə imkan verən – exokardioqrafiya, yaxud ürək damarlarının vəziyyətini qiymətləndirməyə imkan verəcək koronaroangioqrafiya kömək edər”, – deyə o bildirib.

    Həkim stres kardiomiopatiyasının kifayət qədər nadir patologiya olduğunu vurğulayıb.

  • Keçmiş arvadının evinə gizli girdi – Cinayət işi açıldı

    Ağstafa rayonunda keçmiş həyat yoldaşının yaşadığı evə icazəsiz daxil olan şəxsə cinayət işi açılıb.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini 1986-cı il təvəllüdlü Mamed Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

    Bildirilib ki, bir müddət əvvəl M.Hacıyev həyat yoldaşından rəsmən boşanıb. Qadın bundan sonra Həsənsu kəndində anasından miras qalmış evdə yaşamağa başlayıb. M.Hacıyev isə boşandıqdan bir müddət sonra keçmiş arvadının yaşadığı evə gecə saat 5 radələrində gizli şəkildə daxil olub. Bunu görən qadın səs-küy salaraq onu evdən kənarlaşdırıb və polisə məlumat verib.

    Ağstafa Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci maddə üzrə təqsirli bilinib. Ona 350 saat ictimai işlər cəzası verilib.

  • Çölə çıxıb dayısı oğlunu öldürdü: Dəhşətli cinayətin ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)

    2020-ci il avqustun 1-nə keçən gecə Şabranda rayon sakini 1994-cü il təvəllüdlü Ələkbər Əmirov qətlə yetirilib.

    Ona xəsarət yetirən 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun qanında 1.93% etil spirti aşkar edilib ki, bu da insanlarda orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir.

    Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

    İstintaqla müəyyən edilib ki, 2020-ci il mayın 17-i saat 22:30-da Taleh Atamoğlanov dostları ilə birlikdə Quba rayonunun ərazisində yerləşən “Məkan” adlı kafedə qonaq olublar. Sonda isə ödəməli olduqları hesaba görə mübahisə zəminində dostlar oranın icarədarı Bədirxan Muradovu nalayiq ifadələrlə təhqir ediblər. Taleh əlindəki pivə bokalını və özünə məxsus mobil telefonu yerə çırparaq sındırıb. Dava zamanı Taleh, həmçinin kafenin girişindəki masa və stulları yerə aşırıb, işıq plafonlarını əli ilə vurub sındıraraq, obyektə məxsus əmlakı məhv edib. Onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan Bədirxan Muradova bədən xəsarətləri yetirib. Bundan başqa T.Atamoğlanov avqustun 1-i gecə saat 2 radələrində, sərxoş halda, Şabran rayonunun Günəşli kəndində, yaşadığı evin qarşısında mübahisə zamanı dayısı oğlu Ələkbər Əmirovun sol bud nahiyəsinə bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya aparılarkən kəskin qanitirmə səbəbindən dünyasını dəyişib.

    İş üzrə dindirilmiş Taleh Atamoğlanov bildirib ki, mayın 17-də dostları Rəşad Tağıyev və Rəşad Məmmədovla birlikdə pivə içmək üçün Quba rayonu ərazisində yerləşən kafeyə gedib. Ofisiant yaxınlaşıb hesabın 6 manat 50 qəpik olduğunu söyləyəndə, ona cəmi 6 manat pulu olmasını, 50 qəpiyi sonra verəcəyini deyib:

    “Həmin vaxt kafeni işlədən Bədirxan Muradov yaxınlaşıb, hesabı tam ödəməyimi tələb etdi. Ona mütəmadi kafeyə gəldiyimi və lazımdırsa, mobil telefonumu girov qoya biləcəyimi bildirdim. Bədirxan Muradov bununla razılaşmayıb pulu istəyəndə, Rəşad Tağıyev cibindən 100 manat çıxarıb, ona uzatdı. Bədirxan hesabı çıxandan sonra Rəşada qalan pulu qaytarıb və mətbəxə keçib. Obyektin icarədarı mənim xahişimi nəzərə almayıb, dostlarımın yanında biabır etdiyinə görə əsəbiləşərək özümə məxsus mobil telefonumu və pivə bokalını yerə çırpıb sındırdım. Bunu eşidən Bədirxan əsəbi halda yanımıza yaxınlaşdı. Aramızda mübahisə yarandı. Dostlarım məni kafedən həyətə çıxarsalar da, hirsim soyumadığından, obyektin girişində olan masanı və stulu qaldırıb yerə çırpdım.

    Kafenin həyətində işıq plafonlarını da sındırdım. Taksi ilə yaşadığımız kəndə getdik”.

    Avqustun 1-i gecə saat 2 radələrində isə Taleh Atamoğlanov yaşadığı evdə televizora baxa-baxa, spirtli içki içib. O, küçədən səs-küy eşidib çölə çıxanda, qonşuluqda yaşayan dayısı oğlu Ələkbər Əmirovun qohumu Nahid Nuriyevlə mübahisə etdiyini görüb:

    “Nəyə görə mübahisə etdiklərini soruşanda, Ələkbər məni söydü və buna görə bir-birimizə əl atdıq. Əsəbiləşərək evə qayıdıb mətbəx bıçağını götürdüm və geri qayıdaraq, evin qarşısında dayım oğlunun ayağına zərbə vurdum. Yerə yıxılıb qışqıran Ələkbərin səsinə ailə üzvlərim və ətrafda yaşayan sakinlər toplaşdılar. Əlimdəki bıçağı yerə atıb evə keçdim. Yarım saatdan sonra polis əməkdaşları gəlib, məni şöbəyə apardılar. Ələkbərin xəstəxanaya aparılarkən yolda öldüyünü bildim. Qohumumu öldürmək niyyətim yox idi. Söyüş söydüyünə görə, cəzalandırmaq məqsədilə bir dəfə bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim”.

    Zərərçəkmiş şəxsin hüquqi varisi Fəzail Əmirov ifadəsində göstərib ki, avqustun 1-də atası Məzahir Əmirovla birlikdə Sumqayıt şəhərində yaşayan bacısının evində olub:

    “Gecə saat 3 radələrində qonşularımız atama zəng edib, Talehin Ələkbəri bıçaqladığını və onun xəstəxanaya aparıldığını xəbər verdilər. Rayona çatarkən Ələkbərin öldüyünü öyrəndik.

    Sonradan mənə məlum oldu ki, qardaşım yaşadığı evdə dayım qızının əri Nahid Nuriyevlə spirtli içki qəbul etdikdən sonra küçədə aralarında mübahisə yaranıb. Onların səsini eşidən bibim oğlu Taleh Atamoğlanov alt paltarında küçəyə çıxanda, Ələkbər ona iradını bildirib. Bundan sonra Taleh evdən götürdüyü bıçaqla qardaşıma zərbə endirib”.

    Şahid Nahid Nuriyev bildirib ki, avqustun 1-də qayınatası Rövşən Qarayevlə birlikdə günəmuzd işlərini gördükdən sonra, saat 22 radələrində Ələkbər Əmirovun evinə qonaq gediblər:

    “Həyətdə əyləşib yeyib-içərkən telefonuma zəng gəldiyindən, danışmaq üçün masadan qalxıb bir az aralandım. Danışarkən qayınatam qışqıraraq telefonu söndürməyimi bildirdi. Ardınca Ələkbər də qışqırıb ümumiyyətlə bizdən evini tərk etməyimizi tələb etdi. Buna görə, Ələkbərlə aramızda mübahisə başladı. Qonşuluqda yaşayan Taleh Atamoğlanov nəyə görə dalaşdığımızı soruşanda, Ələkbər ona kobud cavab qaytardı. Bu zaman onlar əlbəyaxa oldular. Taleh gözləməsini deyib evə qaçdı və geri qayıdaraq, bıçaqla Ələkbəri ayağından vurdu. Talehin anası evdən çıxaraq, oğlunun əlindən bıçağı aldı. Səs-küyə gələn Ələkbərin arvadı Günel və bacısı Lamiyə qışqıraraq insanları köməyə çağırmağa başladılar. Qonşuluqda yaşayan Elnur adlı şəxsin avtomobili ilə yaralını Xaçmaz Mərkəzi Xəstəxanasına apardıq”.

    Məhkəmə iclasında Taleh Atamoğlanov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş Bədirxan Muradov bildirib ki, ona qarşı şikayəti yoxdur.

    Məhkəmə hesab edib ki, Taleh Atamoğlanova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.1-ci (xuliqanlıq) maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Atamoğlanov 12 il müddətinə azadlıqdan məhrum olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • Десятки мопедов отправлены на штрафную стоянку – ВИДЕО

    В социальных сетях распространились кадры мопедов без номерных знаков, находящихся на штрафной стоянке.

    В ответ на запрос oxu.az инспектор Главного управления Государственной дорожной полиции лейтенант Эльвин Гаджиев сообщил, что эти транспортные средства задержаны.

    “Водители размещенных на стоянках мопедов нарушили требования статьи 96 Кодекса об административных проступках Азербайджанской Республики. Они управляли транспортными средствами без водительских прав или под воздействием алкоголя, что является серьезным нарушением закона. В таких случаях транспортные средства изымаются и отправляются на охраняемую стоянку”, – добавил инспектор.

    Э.Гаджиев также отметил, что мопеды с рабочим объемом двигателя 50 куб.см и более, а также с конструктивной максимальной скоростью свыше 50 км/ч подлежат обязательной государственной регистрации и учету. В случае отсутствия госрегистрации и регистрационного номера, мопед отправляется на штрафную стоянку.

    Представляем соответствующие кадры:

  • Çox sayda moped cərimə meydançasına aparıldı – BDYPİ-dən REAKSİYA (VİDEO)

    Nömrəsiz və sənədləri qaydasında olmayan mopedlərin cərimə meydançasından görüntüləri yayılıb.

    Bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.

    Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən mopedlər xüsusi mühafizə olunan duracaqlarda saxlanılır:

    “Hazırda həmin duracaqlardakı mopedlər İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələblərini pozan mopedlərdir. Bəziləri mopedləri sürücülük vəsiqəsi olmadan və ya spirtli içkinin təsiri altında normativ tələbləri pozaraq idarə edirlər. Bu hal kobud qayda pozuntusu hesab olunur, ona görə də, mopedlər dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılaraq xüsusi mühafizə olunan duracağa yerləşdirilir”.

    E.Hacıyev onu da vurğulayıb ki, sürücülərin idarə etdikləri mopedlərin mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bu tip nəqliyyat vasitələri mütləq şəkildə dövlət qeydiyyatından keçməli, onun daimi uçotu aparılmalıdır. Nəqliyyat vasitəsi qeydiyyatdan keçmədikdə və dövlət qeydiyyat nişanı vurulmadıqda moped duracağa aparılır.

    Həmin görüntüləri təqdim edirik:

  • Суд по делу о коррупции в Минобороны: за 2 года в воинской части было присвоено почти 4 млн манатов

    В Бакинском военном суде под председательством судьи Фикрета Алиева продолжился судебный процесс по уголовному делу в отношении бывших высокопоставленных финансовых чиновников Министерства обороны Азербайджана, обвиняемых в крупных хищениях бюджетных средств. Среди подсудимых – бывший начальник Финансово-бюджетного управления Минобороны генерал-майор Низами Мамедов, экс-начальник Финансовой службы Военно-воздушных сил полковник Джалал Кязымов, бывший начальник Финансового управления Сухопутных войск Байрам Байрамов и экс-глава Финансовой службы Военно-морских сил Вюсал Ализаде.

    Как сообщает Report, на заседании Байрам Байрамов заявил, что хочет дополнить свои показания.

    По его словам, с октября 2019 года по октябрь 2021-го, когда он занимал должность начальника финансовой службы корпуса, был присвоен 3 787 341 манат.

    “В акте проверки Минфина в качестве присвоенной суммы указано 719 328 манатов законно выплаченных средств, что невозможно. Я отмечал в предыдущих показаниях, что эта сумма не была присвоена. Это подтвердили в суде и начальник отдела финансирования Садыг Садыгов, и начальник финансовой части Эльмин Беяндикли”, – сказал Байрамов.

    Он также сообщил, что согласно распределению присвоенных в воинской части средств, под видом специального задания было выплачено 1 млн 558 тыс. манатов.

    В ходе судебного заседания обвиняемый Байрам Байрамов раскрыл и другие подробности коррупционной схемы, действовавшей в военной части. По его словам, на протяжении 24 месяцев он ежемесячно выплачивал от 2 до 3 тыс. манатов продуктовому и канцелярскому магазинам в Бейлаганском районе. Общая сумма выплат составила 48 тыс. манатов.

    Байрамов пояснил, что эти средства предназначались для оплаты расходов столовой военной части, приема гостей командования и других нужд части. Товары из магазинов получали водители, повара и бухгалтер части Руфат Гулиев. Байрамов лично передавал деньги Гулиеву, когда требовалось пополнить бюджет.

    Кроме того, обвиняемый в течение двух лет ежемесячно выплачивал по 5 тыс. манатов (всего 120 тыс.) жителю Бейлагана Гамлету Аллахвердиеву, занимавшемуся продажей сельхозпродукции. До сентября 2020 года деньги для Аллахвердиева Байрамов передавал через адъютанта командира корпуса Ульфата Аббасгулиева, а затем выплачивал лично.

    На суде Байрам Байрамов попросил допросить в качестве свидетелей ряд должностных лиц и военнослужащих, которые, по его мнению, были осведомлены о коррупционной схеме или участвовали в ней, в частности тех же Ульфата Аббасгулиева и Гамлета Аллахвердиева, а также Халида Мамедова, Рашада Салманова, Бахтияра Алиева, Орхана Джавадлы, Руфата Гулиева, Намига Мамедова, Али Гумбатзаде, Джавида Эйвазова, Фарруха Халилова, неких Хаяла, Алемдара, Бахруза и начальника жилищно-эксплуатационной службы N-ой воинской части, расположенной в Гяндже. Гособвинение запросило время на ознакомление с ходатайством защиты.

    Следующее заседание суда назначено на 25 октября.

    Бывший начальник Финансово-бюджетного управления Минобороны генерал-майор Низами Мамедов, экс-начальник Финансовой службы ВВС полковник Джалал Кязымов, бывший глава финансового управления Сухопутных войск Байрам Байрамов, экс-начальник финансовой службы ВМС Вюсал Ализаде, бывшие руководители Управления закупок и снабжения Минобороны полковники Махир Ширванов и Меликмамед Гурбанов, а также экс-глава жилищно-эксплуатационного управления министерства полковник Фикрет Мирзоев были арестованы в результате спецоперации Службы государственной безопасности.

    Обвиняемые, по данным следствия, присваивали средства, выделенные из госбюджета. Общий ущерб, нанесенный государству по этому делу, оценивается в 143 млн манатов. Во время следствия уже возмещено 40 млн манатов.

    Уголовные дела в отношении фигурантов выделены в отдельное производство и направлены в суд. Всем им предъявлено обвинение по статье 179.4 (присвоение в особо крупном размере) Уголовного кодекса Азербайджана. Потерпевшей стороной признано Министерство финансов.

  • MN-dəki 143 milyonluq mənimsəmə: “İşlədiyim hərbi hissədə iki ilə 3.7 milyon manat kənarlaşdırılıb”

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov ifadəsinə əlavəsinin olduğunu bildirib.

    Bayram Bayramov deyib ki, 2019-cu ilin oktyabrından 2021-ci ilin oktyabrınadək korpusun maliyyə xidmətinin rəisi vəzifəsində işləyib və həmin dövrdə 3 787 341 manat vəsait kənarlaşdırılıb:

    “Maliyyə Nazirliyinin yoxlama aktında 719 328 manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib ki, bu da mümkün deyil. Bu məbləğin kənarlaşdırılmadığını əvvəlki ifadələrində qeyd etmişəm. Bunu, həmçinin maliyyələşmə şöbəsinin rəisi Sadıq Sadıqov və maliyyə hissə rəisi Elmin Bəyəndikli də məhkəmədə verdiyi ifadəsində təsdiqləyiblər. Hərbi hissədə kənarlaşdırılan məbləğin bölgüsünə əsasən xüsusi tapşırıq adı altında 1 milyon 558 manat ödəniş edilib”.

    Bayram Bayramov qeyd edib ki, hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay 2-3 min manat olmaqla Beyləqan rayonunda yerləşən ərzaq mağazası və hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib:

    “Mağazadan məhsulları sürücülər, aşpazlar və hərbi hissənin mühasibi Rüfət Quliyev götürürdü. Vəsait açılanda pulu çatdırmaq üçün Rüfət Quliyevə mən vermişəm. Bundan əlavə Beyləqanda yaşayan və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Hamlet Allahverdiyevə 24 ay ərzində hər ay 5 min manat olmaqla ümumilikdə 120 min manat ödəmişəm”.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, bu dövrdə Hamlet adlı şəxsə çatası pulu hər ay korpus komandirinin yavəri vəzifəsində xidmət edən Ülfət Abbasquliyevə verib:

    “Çünki Hamleti o tanıyırdı. 2020-ci ilin sentyabr ayından sonra isə bu vəsaitləri Hamlet adlı şəxsə özüm ödəmişəm.

    Bayram Bayramov məhkəməyə vəsatətlə müraciət edərək Ülfət Abbasquliyev, Xalid Məmmədov, Rəşad Salmanov, Bəxtiyar Əliyev, Orxan Cavadlı, Hamlet Allahverdiyev, Rüfət Quliyev, Namiq Məmmədov, Əli Hümbətzadə, Cavid Eyvazov, Fərrux Xəlilov, Xəyal, Ələmdar, Bəhruz və Gəncədə yerləşən “N” saylı hərbi hissənin mənzil istismar xidmətinin rəisinin dindirilməsini istəyib.

    Dövlət ittihamçısı vəsatətlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

    Proses oktyabrın 25-də davam etdiriləcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.