Month: October 2024

  • Qızılın qiyməti rekord həddə çatdı

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

    Median.Az bu barədə ticarət platformasının məlumatlarına əsasən xəbər verir.

    Məlumata görə, 2024-cü ilin dekabrında çatdırılacaq fyuçerslər bir troya unsiyası üçün 2 783 dollardan yuxarı satılır.

    Ekspertlər qiymətin daha da artacağını istisna etmirlər.

  • Госдолг Украины достиг рекордного размера

    Государственный долг Украины достиг рекордной отметки в 155.56 млрд долларов.

    Об этом сообщило издание “Украинские новости” со ссылкой на данные Минфина.

    Уточняется, что общий госдолг увеличился в сентябре на 0.56% по сравнению с предыдущим месяцем. По состоянию на конец сентября долг составил 6 404 млрд гривен (155.56 млрд долларов).

    Накануне заместитель директора Департамента по бюджетным вопросам Международного валютного фонда Ира Дабла-Норрис заявила, что украинские власти должны реформировать свою налоговую систему и усиливать меры по противодействию уклонению от уплаты налогов, чтобы побороть риски, связанные с ростом госдолга.

    Ранее украинское правительство внесло в Раду проект бюджета на 2025 год, в котором заложен дефицит в 1.6 трлн гривен (38.68 млрд долларов), а курс национальной валюты планируется опустить до 45 гривен за доллар. Как отмечало агентство “РБК-Украина” на основе анализа документа, госдолг страны к концу следующего года составит 101.8% ВВП, планируется привлечение 34.8 млрд долларов внешних займов.

  • Ukraynanın dövlət borcu rekord həddə çatıb

    Ukraynanın dövlət borcu 155.56 milyard dollar olmaqla rekord həddə çatıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

    Dəqiqləşdirilir ki, dövlət borcunun ümumi həcmi sentyabr ayında əvvəlki ayla müqayisədə 0.56% artıb. Sentyabrın sonuna olan məlumata görə, borc 6 404 milyard qrivna (155.56 milyard dollar) təşkil edib.

    Ukrayna hakimiyyəti vergilərin və aksizlərin artırılmasının qaçılmaz olduğunu və bu tədbirə alternativ olmadığını etiraf edib.

  • Taksi sürücüsünün zorladığı qadını əri boğub öldürdü – Qətlə yetirilən Validənin GÖRÜNTÜLƏRİ (FOTO)

    2023-cü il sentyabrın 14-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.

    Məlum olub ki, cinayət hadisəsi Zabrat qəsəbəsi, Vidadi küçəsi, 36, ev 2-də baş verib. Divanın üzərində arxası üstə yarıuzanıqlı vəziyyətdə Validə Zülfüqarovanın meyiti aşkar edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

    İstintaqla müəyyən edilib ki, 1960-cı il təvəllüdlü Şahniyar Məmmədov rəsmi nikah münasibətində olduğu Validə Zülfüqarovanın işlədiyi restorandan evə gecə saatlarında taksi ilə tək qayıtması, tez-tez ondan nə zaman işdə növbədə olacağı ilə maraqlanıb, ona qarşı soyuq münasibət göstərməsi səbəbindən arvadının başqa şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib. Avqustun 11-də söhbət edən zaman qadın bir ay əvvəl işdən qayıdarkən, şəxsiyyəti istintaqa məlum olmayan Rasim adlı taksi sürücüsü ilə intim münasibətdə olmasını etiraf edib. Qadın əri ilə birgə yaşamaqdan imtina edərək boşanmaq istəyib. Şahniyar Məmmədov bundan hiddətlənərək, arvadını qısqanclıq zəminində öldürmək istəyib. Beləliklə, kişi sentyabrın 14-ü saat 13:30-da qonaq otağında, növbəti dəfə xəyanət mövzusunda yaranan mübahisə zamanı, divanın üzərində olan qadın retuzunu götürüb, Validə Zülfüqarovanın boğazına bir neçə dəfə dolayıb və var gücü ilə sıxıb. Nəticədə, qadın keçinib.

    Hadisə olan ev

    İş üzrə dindirilmiş Şahniyar Məmmədov bildirib ki, 1990-cı ildə Validə Zülfüqarova ilə ailə həyatı qurub, nikahlarından 4 övladları dünyaya gəlib. Validə xasiyyətcə sakit insan olub, şəkərli diabet, yüksək təzyiq xəstəliklərindən əziyyət çəkib:

    “Təxminən 30 il Tovuz rayonunda yaşamışıq. Validə evdar qadın idi. Hadisədən 10 ay əvvəl ailəmi də götürüb, işləmək üçün Bakıya gəldim. Zabrat qəsəbəsində ayda 250 manat ödəməklə kirayədə qalırdıq. Bakıya köçəndən sonra Naxçıvanski adına Hərbi Liseydə mühafizəçi işləyirdim. İki gün evdə, iki gün işdə olurdum. Yoldaşım isə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yerləşən “Alp” restoranında qabyuyan işləyirdi. Gündəlik 15 manat pul alırdı. Evə gecə saat 2-3 radələrində gəlirdi. İyun ayında evdə olanda Validəyə dedim ki, yaxınlıqda park olsaydı, nəvələrimizi aparıb gəzdirərdik. Arvadım isə cavabında, Bakı Olimpia Stadionunun yaxınlığında böyük bir park olduğunu dedi və ora gedə biləcəyimizi soruşdu. Təəccüblənərək bu parkı haradan tanıdığını, ora nə zaman getdiyini soruşanda, Validə işdən evə qayıdanda, taksi sürücüsünün maşını stadionun arxa tərəfindən sürdüyü üçün parkı kənardan gördüyünü dedi.

    Həmin gün yoldaşımı işə aparıb, evə qayıdandan sonra bu barədə çox fikirləşdim. Çünki həmin göl Balaxanı yolunun yaxınlığında yerləşir və yaşadığımız ünvanla Validənin işlədiyi restoranın arasında olan yol həmin göllə tam əks istiqamətdədir. Bundan sonra arvadımdan həqiqəti söyləməsini tələb etdim. Validə Rahilə adlı xanımla parkda çay içdiyini desə də, həmin qadın arvadımla heç vaxt orada olmadığını bildirdi. Bütün bunlardan sonra Validə etiraf edib ki, bir neçə dəfə Rasim adlı taksi sürücüsü ilə evə həmin yolla gəlib. Bir dəfə həmin şəxs öldürəcəyi ilə hədələyərək, avtomobili yolun kənarında saxlayıb və zorla Validə ilə cinsi əlaqədə olub. Validə ilə arasında olan bu söhbəti telefona yazdım ki, lazım gəlsə, sonra bu etirafını sübut edim. Bu barədə öz uşaqlarıma, Validənin bacısı və atasına məlumat verdim. Dəfələrlə Rasim adlı şəxsi axtardım hətta “Bolt” taksi şirkətinin ofisinə getsəm də, həmin şəxsi tapa bilmədim.

    Avqustun 18-də Validə özbaşına bacısının evinə getdi. 6 gündən sonra onu tapıb evə gətirdim. Son zamanlar özünə yeni paltarlar almışdı, bu haqda soruşanda paltarları atasının aldığını demişdi. Həmin gecə yatmağa gedəndə bədənində göyərmə izi gördüm. Avqustun 23-də mən işə gedən kimi Validə heç kimə demədən əvvəl bacısıgilə, sonra isə Tovuz rayonuna atasının evinə gedib. 2 həftə orada qalıb. Qayınatamın mobil telefonuna zəng vurub Validə ilə danışdım, ondan xahiş etdim ki, qayıtsın. Sentyabrın əvvəllərində o, evə qayıtdı. Ayın 14-ü saat 14 radələrində divanda əyləşib söhbət edərkən, arvadıma evin yaxınlığında qara rəngli bir maşın dayandığını deyib, onun Rasim adlı şəxsə məxsus olub-olmadığını soruşdum. Validə isə həmin şəxsi tanımadığını söylədi və üstümə qışqırmağa başladı. Mənimlə kobud danışmasından qəzəblənərək, divanın üstündə olan qadın corabını götürüb yoldaşımın boğazına iki dəfə doladım. Möhkəm sıxaraq, onu arxası üstdə divana yıxdım və boğmağa başladım. Validə müqavimət göstərə bilmədi, tədricən taqətdən düşdü”.

    Şahniyar Məmmədov

    Şahniyar 3-4 dəqiqədən sonra Validənin nəfəs almadığını görüb öldüyünü düşünüb. 102 xidmətinə zəng vurub arvadını öldürdüyünü bildirib. Evdə oturaraq, 15-ci polis bölməsi əməkdaşlarının gəlməsini gözləyib.

    Zərərçəkmiş şəxsin hüquqi varisi Vəsilə Zülfüqarova ifadəsində göstərib ki, bacısının ailəsində olan mübahisələrə Şahniyarın onu yersiz yerə qısqanması səbəb olub:

    “Onların ailə işlərinə qarışmadığım üçün bu qısqanclığın haradan qaynaqlandığını bilmirdim. Validə tərbiyəli, əxlaqlı insan idi, heç vaxt səhv hərəkətinin şahidi olmamışam. Şahniyarın sözlərinə görə, guya bacım Rasim adlı bir nəfərlə yaxın münasibətdə olub. Lakin əslində heç vaxt belə bir şey olmayıb, Şahniyar bunu özündən uydurub. Sentyabrın 14-də günorta qohumlarım zəng vurub Şahniyarın Validəni boğub öldürməsi haqda məlumat verdilər. İstintaqda Şahniyar özünə haqq qazandırmaqdan ötrü arvadına şər atdı. Hadisənin şahidi olmamışam. Şahniyar niyyətini həyata keçirmək üçün nəvəsini aldadıb marketə göndərib. Bacımın istifadəsində heç vaxt mobil telefon olmayıb. Hətta işdən çıxanda taksi sifarişini restoranın işçiləri verirdilər”.

    Vəsilə Zülfüqarova qeyd edib ki, Şahniyar Məmmədova məxsus mobil telefondakı qadın səsi bacısına aid deyil.

    Validə Zülfüqarova

    Şahid Şiralı Zülfüqarov bildirib ki, avqust ayında kürəkəni qızını döydüyü üçün o, Bakıya gedib və Validəni götürüb öz evinə aparıb:

    “Səhərisi gün qızım boşanmaq üçün Tovuz rayon məhkəməsinə müraciət etdi. Səhv etmirəmsə, məhkəmə prosesi sentyabrın 13-nə təyin olunmuşdu. Validə təxminən 1 həftə rayonda qalandan sonra Şahniyar gəlib onu Bakıya apardı. Şahniyar Validəni, onu axşamlar işdən evə gətirən taksi sürücüsünə qısqanıb. Amma qızım həmin şəxslə heç bir münasibətinin olmadığını və yoldaşının yalan danışdığını bildirirdi”.

    Məhkəmə iclasında Şahniyar Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edib.

    Məhkəmə nəticəyə gəlib ki, Şahniyar Məmmədovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə təqsirli bilinərək, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahniyar Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

  • СМИ: Арарат Мирзоян намерен принять участие в COP29

    Министр иностранных дел Армении Арарат Мирзоян намерен принять участие в климатической конференции COP-29, которая состоится в ноябре в столице Азербайджана Баку.

    Как передает Median.Az со ссылкой на газету “Грапарак”, об этом сообщают источники в армянском правительстве.

    Глава МИД считает данное мероприятие возможностью для проведения переговоров, отмечает издание.

  • Ararat Mirzoyan COP29-da iştirak etmək niyyətindədir

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək niyyətindədir.

    “Qraparak” nəşri bu barədə Ermənistanın rəsmi mənbələrinə istinadən xəbər verib.

    Mənbə iddia edir ki, xarici işlər naziri bu hadisəni danışıqlar üçün fürsət hesab edir.

    Xatırladaq ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 konfransına dəvət alıb.

    Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.

  • Bakıda uçqun olan yolda hərəkət fasilələrlə məhdudlaşdırılacaq – BİRGƏ MƏLUMAT

    Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Bu barədə Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi birgə məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

    Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.

  • Daha 7 itkin şəhidin dəfn mərasimi olacaq – FOTO

    Daha 7 itkin şəhidin dəfn mərasimi keçiriləcək.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Siyahını təqdim edirik:

  • Noyabrda bu günlərdə iş olmayacaq – Baş nazir əmr imzaladı

    Noyabr ayı ərzində ardıcıl altı gün qeyri-iş günü olacaq.

    Median.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

    Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü iş günü hesab edilməyən bayram günləridir.

    Bu il noyabrın 9-u şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə uyğun olaraq, növbəti həftənin bazar ertəsi, yəni 11 noyabr qeyri-iş günü olacaq.

    Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl altı gün – 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.

    Eləcə də noyabrın 2-3-ü, 16-17-si, 23-24-ü və 30-u da müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf edir.

    Əlavə edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.

    Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək.

  • Azərbaycan güləşçisi dördqat dünya çempionu oldu

    Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında növbəti tarixi uğura imza atıb.

    55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.

    Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə qalib gələn Əzizli karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.