Month: October 2024

  • Ukraynanın baş prokuroru vəzifəsindən azad edildi

    Ukrayna parlamenti Andrey Kostini Ukraynanın baş prokuroru vəzifəsindən azad edib.
     
    Median.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz teleqram kanalında məlumat verib

    Bu qərarın lehinə 255 deputat səs verib

  • Almaniya XİN Tehrandakı səfirini geri çağırıb

    Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) iranəsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə etiraz olaraq Tehrandakı səfiri Markus Potzeli geri çağırıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, məlumatı xarici KİV yayıb.

    Bildirilib ki, Almaniya XİN bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

    Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üçgünlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb.

    67 yaşlı Almaniya vətəndaşı barəsində ölüm hökmü 2024-cü ilin aprelində çıxarılıb. Şarməhdin yaxınlarının verdiyi məlumata görə, o, son bir neçə ildə ABŞ-də yaşayıb. İran hakimiyyəti onu “Tondar” adlı müxalifət qrupunun lideri hesab edir. Bu, İranda terror təşkilatı siyahısına salınıb. İran hakimiyyəti Şarməhdi monarxistlərdən sayır. O, parkinson xəstəliyindən əziyyət çəkirmiş

  • İtaliyalı idmançı məşq zamanı faciəvi şəkildə həlak olub

    İtaliyalı dağ xizəkçisi Matilda Lorenzi məşq zamanı başını sərt yamaca vuraraq faciəvi şəkildə həlak olub.

    Bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb.

    Qəza oktyabrın 28-də Val-Senales dağlarında baş verib. 20 yaşlı idmançı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, M.Lorenzi ötən mövsüm gənclər arasında İtaliya Kubokunun qalibi olub. O, həmçinin Şateldə (Fransa) keçirilən gənclər arasında dünya çempionatında sürətli eniş üzrə altıncı, superqiqant yarışında isə səkkizinci yeri tutub.

  • Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanıb

    Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib.

    “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

    Onun sözlərinə görə, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində 210 müəllim uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib: “Direktorların işə qəbulu müsabiqəsində 84 nəfər uğur qazanıb, 141-i yerdəyişmə edib, hazırda 1027 nəfərin müsahibəsi davam edir”.

    Direktor vurğulayıb ki, bu il keçirilən sertifikatlaşdırmada 24 mindən çox insan iştirak edib, onlardan 20 104 nəfəri uğur qazanıb. Minimum tələbi ödəməyib növbəti il təkrar sertifikatlaşdırmaya 3 946 nəfər cəlb olunacaq: “Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Tamamlanmış imtahanlar üzrə müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb”.

  • В Турции проведена операция против ИГИЛ, задержаны 33 человека

    В Стамбуле проведена операция против террористической группировки ИГИЛ.

    Как сообщает Median.Az со ссылкой на турецкие СМИ, в результате операции по 37 различным адресам по подозрению в связях с ИГИЛ задержаны 33 человека.

    Установлено, что они оказывали финансовую поддержку террористической организации PKK/YPG в Сирии.

    Продолжаются поиски еще двух подозреваемых.

  • Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 33 şübhəli saxlanılıb

    Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 37 müxtəlif ünvanda eyni vaxtda keçirilən əməliyyat nəticəsində 33 şübhəli saxlanılıb.

    Onların Suriyadakı PKK/YPG terror təşkilatına maliyyə dəstəyi göstərdiyi müəyyənləşib.

    Qeyd olunub ki, daha iki şübhəlinin axtarışları davam edir.

  • Температура воздуха в Баку завтра прогреется до 19 градусов

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, в основном без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Вечером местами возможны осадки. Утром и ночью ожидается туман, северо-западный ветер сменится днем юго-восточным.

    Температура воздуха составит ночью 7-11°, днем 15-19° тепла. Атмосферное давление будет выше нормы и составит 766 мм ртутного столба. Относительная влажность воздуха составит ночью 80-90%, днем 65-75%.

    В районах Азербайджана будет преимущественно без осадков. Однако в некоторых восточных районах возможны кратковременные осадки. Ожидается туман, восточный ветер.

    Температура воздуха составит ночью 4-9°, днем 15-20° тепла, в горах ночью 1-6° мороза, днем 5-10° тепла.

  • Sabah bəzi rayonlarda çiskinli yağış yağacaq – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında qısamüddətli çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

  • “Atabank”ın əmlakı hərraca çıxarılır

    Oktyabrın 31-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

    Bu barədə Bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

    Söhbət Şəmkir şəhəri, Həsən Əliyev küçəsi, 5 ünvanında yerləşən, dəyəri 360 min manat olan 882,7 kv.metrlik əmlak kompleksindən gedir.
    //report

  • В Шамкире два человека погибли от удара электрическим током

    В селе Дюярли Шамкирского района два человека погибли от удара электрическим током.

    На место происшествия были привлечены сотрудники правоохранительных органов. Отметим, что незадолго до этого происшествия в доме, где произошел инцидент, имел место пожар.

    По первичной информации, после пожара в доме было отключено электричество. Позже, когда электричество было включено, Насибова Парвин Габиль гызы (2008 г.р.) и Исмаилов Гумбат Икрам оглу (1993 г.р.) погибли по неосторожности от удара током.

    По факту проводится расследование.