Month: October 2024

  • 2500-dən çox azyaşlı ABORT etdirib – Bəs onlarla münasibətdə olan şəxslər cəzalandırılmalıdırmı?

    Azərbaycanda 15-19 yaş qrupları arasında abort etdirənlərin sayı kəskin artıb. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə abortların 2 080-i bu yaş aralığında qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2 596 olub. Abortların ümumi sayında da kəskin artımın olması həyəcan təbili çalır. Amma yetkinlik yaşına çatmayanlar arasında xüsusilə geniş yayılması cəmiyyətdə narahatlıq doğurmalıdır. Məsələnin həm hüquqi tərəfləri, həm də orqanizmə olan ziyanları diqqətdən yayınmamalıdır.

    Erkən yaşda abort orqanizmə necə təsir edir?

    Cərrah, mama-ginekoloq Təranə Həsənova Bizim.media-ya erkən yaşda abortun fəsadlarından danışıb. Onun sözlərinə görə, abortun fəsadları onsuz da kifayət qədər çoxdur. Amma bu fəsadların hər birinin yetişməmiş bədəndə baş verməsi ehtimalı daha yüksəkdir:

    “Hamiləliyin özü yetişməmiş orqanizm üçün çox böyük travmadır. Orqanizm bunun altından çətin çıxır. Abortun erkən yaşda olmasının fəsadları çoxdur. Burada söhbət həkimin səhvindən getmir, yetişməmiş orqanizmdən gedir, hamiləliyə hazır olmayan uşaqlıqdan gedir. İltihab və abortdan sonra qanaxma riski həddindən artıq yüksək olur. Uşaqlıq öz əvvəlki həcmini bərpa edə bilmir. Əzələlər azyaşlılarda yığıla bilmir, nəticədə iltihab törədir. Abort zamanı uşaqlığın selikli qişasında bitişmələr yarana bilir, hansı ki, onu sinexiya adlandırırıq. Erkən yaşda abort sinexiyalar üçün münbit zəmin yaradır. Bu bitişmələr növbəti hamiləlik üçün çox ciddi fəsad yarada bilir, yəni hamiləliyə imkan vermir”.

    Riskli hamiləlik

    Ginekoloq erkən yaşda abortun gələcəkdə hamiləlik üçün riskli ola biləcəyini vurğulayıb:

    “Erkən yaşda abort edib bir neçə il sonra hamilə qalarsa, hamiləliyin özündə fəsadlar baş verir. Bunun da ən başlıca səbəbi birinci hamiləliyin abortla nəticələnməsi olur. Erkən düşüşlər və ya erkən doğuşlar baş verir, hamiləliklə bağlı olan bir çox fəsadlar sırf erkən abortdan sonra baş verə bilər”.

    Yetkinlik yaşına çatmayanların abort etdirməsi hansı hüquqi məsuliyyət yaradır? Xəstəxana və abortu edən həkimlər polisə müraciət etməlidirlərmi?

    Məsələnin qanuni tərəflərinə gəlincə isə, bu abortlar ictimaiyyətə açıqlanmasa da, qanunvericilikdə yetkinlik yaşına çatmayanların hamilə qalması ilə bağlı bir çox cəzalar mövcuddur.
    Hüquqşünas Aydan Rəhimli sözügedən məsələnin hüquqi prosesindən danışıb:

    “Təbii ki, yetkinlik yaşına çatmayanların abortu üçün qadın məsləhətxanalarına müraciət edildikdə müvafiq araşdırma aparılır. Çünki yetkinlik yaşına çatmayan şəxsin hamiləliyinə son qoyulduqda onun qanuni nümayəndəsinin, ya himayədarının icazəsi tələb olunur. Bununla bağlı artıq araşdırma aparıldıqda polisə məlumat verilir və aidiyyəti üzrə digər hüquq-mühafizə orqanlarına, istintaq orqanlarına məlumatlar ötürülür”.

    Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olanları hansı cəzalar gözləyir?

    Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cəzası mövcuddur. Hüquqşünas bu cəzaları sadalayıb:
    “Cinayət Məcəlləsində 14 və 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağa görə cəzalar nəzərdə tutulub. Belə ki, 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmağa görə 3 ilə qədər müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, ya edilməməklə 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni əməllər 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxs barədə törədildikdə 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzaları var”.

  • Əcnəbilər niyə yalnız Bakını seçir?

    Azərbaycana gələn turistlərin 80 faizidən çoxu Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 19-u Bakıdan kənara, rayonlara gedir. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 4,7 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, tursitlərin 4.3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük verib.
     
    Bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
     
    Onun sözlərinə görə, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt otellərində yenə də uduzurlar:

    “Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geridədir.
     
    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1 milyon 772 min olub. Azərbaycanda otellərə üstünlük verən əcnəbilər arasında Hindistan birincidir: Ümumi sayın 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
     
    Bu müddətdə otellərin gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat olub. Göründüyü kimi, otellərin gəlirlərinin artmasına baxmayaraq, yenə də əsas qazanc Bakı mehmanxanalarının payına düşüb”.

  • Cəlilabadda “VAZ” markalı iki minik avtomobili toqquşub, ölən var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Cəlayir kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı iki minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxt Bakının Xətai rayonunda yerləşən “Gənclik” parkında növbəti ağacəkmə aksiyası həyata keçirilib.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və “IDEA” könüllülərinin, o cümlədən Avropa Azərbaycan Məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası zamanı 600 ədəd Eldar şamı əkilib.

    Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.

    Eyni zamanda, tədbir zamanı IDEA İctimai Birliyinin “Şəhər ekologiyası”(“Urban Ecology”) layihəsi çərçivəsində “Gənclik” parkında mövcud olan yaşıllıq sahəsinə Bakı Zooloji Parkında çoxaldılmış 20 sincab buraxılıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların “Gənclik” parkı ərazisində təbii şəkildə çoxalmasıdır.

    Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və tutuquşular məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.

    “IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

    Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

    Qeyd edək ki, “1113 – Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.

  • Noyabrın 3-də gündüz bu yollar üç saatlıq bağlanacaq

    COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə geniş miqyaslı monitorinqlər davam etdirilir.
     
    COP29 Əməliyyat Şirkətindən Sfera.az-a verilən məlumata görə, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərini əhatə edəcək.
     
    Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.

  • Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib

    Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 11-ci çağırış parlamentdə 89 yer tutacaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat dərc edilib.

    Bildirilib ki, parlamentdə ən çox yer tutan ikinci partiya müxalif “Dəyişiklik üçün Koalisiya”dır. Bütün səslərin 11,034%-ni qazanan koalisiya parlamentdə 19 yer tutacaq.

    Ümumilikdə 5% -lik seçki baryerini 5 partiya/koalisiya keçərək parlamentə düşə bilib. Sabiq Prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının da olduğu “Birlik-Milli Hərəkat” koalisiyası isə parlamentdə 16 mandat əldə edərək üçüncü yerə düşüb. Bununla da “Vahid Milli Hərəkat” partiyası ana müxalifət partiyası statusunu itirib. “Güclü Gürcüstan” 14 mandat, “Qaxariya Gürcüstan üçün” partiyası isə 12 mandat əldə edib.
    Məlumatda qeyd olunub ki, 148 mandat partiyalar arasında bölüşdürülüb, bölüşdürülməmiş 2 mandat isə ən yaxşı göstəricilərə malik “Gürcü Arzusu” və Qvaramiya və Melianın “Dəyişiklik üçün Koalisiya”sı arasında bölüşdürülüb.

  • Россия бессрочно закрыла въезд для 131 гражданина Австралии

    Москва в ответ на политически мотивированные антироссийские санкции правительства Австралии на бессрочной основе закрывает въезд для 131 гражданина этой страны.

    Об этом говорится в заявлении МИД России.
    “В ответ на политически мотивированные санкции против российских физических и юридических лиц со стороны правительства Австралии, вводимые в рамках русофобской кампании “коллективного Запада”, въезд в Российскую Федерацию на бессрочной основе закрывается дополнительно для 131 австралийца из числа представителей военно-промышленного комплекса, журналистов и общественных деятелей, формирующих в этой стране антироссийскую повестку дня”, – подчеркивается в заявлении.
    С учетом того, что “официальная Канберра не намерена отказываться от антироссийского курса и продолжает вводить новые санкционные меры, работа над актуализацией российского стоп-листа будет продолжена”, отметили в ведомстве.

  • Rusiya Avstraliyanın 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb

    Moskva Avstraliya hökumətinin siyasi motivli anti-Rusiya sanksiyalarına cavab olaraq bu ölkənin 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    “Kollektiv Qərbin” rusofobik kampaniyası çərçivəsində Avstraliya hökumətinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi siyasi motivli sanksiyalara cavab olaraq, Avstraliyada anti-Rusiya gündəmini formalaşdıran jurnalistlər və ictimai xadimlər, eləcə də hərbi-sənaye kompleksi nümayəndələrinin yer aldığı 131 Avstraliya vətəndaşının Rusiya Federasiyasına girişi həmişəlik bağlanıb”, – bəyanatda vurğulanıb.

    Qurumdan əlavə edilib ki, rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiya tədbirləri tətbiq etməyə davam etdiyini nəzərə alaraq, Rusiya da “stop-list”in yenilənməsi üzrə işləri davam etdirəcək.
    //report

  • Xankəndidə yanğınsöndürən maşın aşdı (FOTO)

    Xankəndi şəhərində yanğınsöndürən avtomobil aşıb.

    “Qafqazinfo”nun məlumatına görə, baş verən yanğını söndürərək geri qayıdan maşının sürücüsü idarəetməni itirib və avtomobil aşıb.

    Hadisə zamanı avtomobildə olan heyət üzvlərindən xəsarət alan olmayıb, lakin maşına ciddi zərər dəyib.

    Hadisə ilə bağlı araşdırma başlanılıb.

  • Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyula bilər

    Xalq artisti Ağadadaş Ağayev yenidən məhkəməyə verilib.
     
    Median.Az xəbər verir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.
     
    Belə ki, müğənniyə məxsus “Ağadadaş” MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

    İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması istənilib. İddiaya hakim Kənan Hüseynov baxacaq.
     
    Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib. Hazırda bu iş üzrə də məhkəmə gedir.(Lent.az)