Month: October 2024

  • İranda havanın çirklənməsinə görə 30 min nəfər ölüb

    Son bir ildə İranda 30 min nəfər havanın çirklənməsi səbəbindən həyatını itirib

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Bununla bağlı, İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının Ətraf Mühit Komitəsinin sədri Süməyyə Rəfii hökumət rəsmilərinin heç bir iş görməməsini tənqid edib.

    Onun sözlərinə görə, onminlərlə insanın ölümünə səbəb olan havanın çirklənməsi dərəcəsinin artmasına baxmayaraq, rəsmilər bununla bağlı heç bir tədbir görmürlər.

    Rəfii qeyd edib ki, ölüm sayının çoxalması ölkədə təmiz hava qanununun natamam icra olunduğunu göstərir.

  • Məşhur jurnalın üz qabığında fotosu olacaq

    Oktyabr ayında amerikanın məşhur “The New Yorker” jurnalının üz qabığında rusiyalı müxalif siyasətçi Aleksey Navalnının portreti yer alıb.

    “Qafqazinfo”nun məlumatına görə, bu barədə nəşrin saytında xəbər verilib.

    Qeyd olunur ki, buraxılış oktyabrın 21-də işıq üzü görəcək. Nəşrdə Navalnının son illərdə həbsdə yazdığı gündəliklərindən bir parça dərc olunacaq.

    Bildirilib ki, Navalnının portretini rəssam Oven Smit çəkib.

    Qeyd edək ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilirdi. O, martın 1-i Moskvada dəfn olunub.

    Xatırladaq ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

  • Çılpaq videosunu paylaşan biznesmenin Azərbaycandan çıxışına qadağa qoyula bilər

    İş adamı Fəxrəddin Əskərov məhkəməyə verilib.

    Lent.az xəbər verir ki, buna səbəb biznesmenin dövlətə olan borcları ilə bağlıdır.

    Belə ki, Fəxrəddin Əskərova məxsus “Qayğı-1” Müstəqil Kiçik Müəssisəsinin dövlət büdcəsi və fondlara vergi borcu yaranıb. Ancaq bir müddətdir, həmin borclar ödənilmir. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddiada dövlət qurumu iş adamının ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir.

    Qeyd edək ki, Fəxrəddin Sultan oğlu Əskərov bu il may ayında soyunaraq qeyri-etik görüntülərini sosial şəbəkədə yayması ilə gündəmə gəlib. Məlumata görə, o, videoda Nərimanov rayonunda vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib. Bu əməlinə görə o, polis tərəfindən saxlanılıb.

  • Азербайджанские военные приняли участие в учениях в Турции

    Азербайджанские военные приняли участие в альпинистских учениях в Турции.

    Об этом сообщило Министерство национальной обороны Турции на своей странице в соцсети X.

    Отмечается, что приглашенные школой и Учебным центром горных десантников азербайджанские военнослужащие участвовали в “Альпинистских учениях”.

  • Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər

    Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

    Qeyd edilir ki, Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan hərbçiləri üçün “Alpinizm təlimi” keçirilib.

  • Ağa Nemətulla küçəsindəki “sürücü özbaşınalığı”na son qoyuldu

    Bakının Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozma halları ilə bağlı tədbirlər görülüb. Xatırladaq ki, ərazidəki kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirdilər.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, qeyd edilən ərazidə asfalt örtüyü yenidən bərpa olunub və xətlənmə işləri görülərək hərəkətin düzgün qaydada tənzimlənməsi təmin edilib.

    Bundan əlavə, sözügedən küçələrin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyən sürücülər barəsində xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada qanunauyğun tədbirlər görülür.

  • Hacıqabulda yağıntının miqdarı aylıq normanın 147 %-ni təşkil edib – FAKTİKİ HAVA

    Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.

    Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.

    Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.

  • Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanıldı

    Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, paytaxt sakini olan 88 yaşlı bir qadın polisə müraciət edərək naməlum bir şəxsin ona zəng etdiyini, qızının qəzaya düşdüyünü, naməlum şəxslərə 15 min manat məbləğində pul verdiyini bildirib.

    Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməli törədən 2004-cü il təvəllüdlü Ləman Akimova müəyyən edilərək saxlanılıb. Onun mənzilindən zərərçəkən şəxsdən əldə etdiyi 8400 manat maddi sübut aşkar edilərək götürülüb.

    L.Akimova, “Telegram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti araşdırılan naməlum şəxsin ona göndərdiyi ünvana yollanaraq qeyd edilən cinayət əməlini törətdiyini bildirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • TƏBİB-də yeni təyinat

    TƏBİB-də yeni şöbə müdiri təyinatı olub.

    Aysel Pənah qızı Bayramova TƏBİB-in İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri təyin olunub.

    Qeyd edək ki, A.Bayramova bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.

  • Qəbələdə avtomobil doqquz yaşlı uşağı vuraraq öldürüb

    Qəbələdə avtomobil doqquz yaşlı uşağı vuraraq öldürüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 12-də saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində Təbib Təbibov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən piyada, 2015-ci il təvəllüdlü H.İsmayılovu vurub.

    Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.