Month: October 2024

  • Эрдоган объявил об изменениях в правительстве Турции

    В правительстве Турции могут произойти определенные изменения.

    Как передает Median.Az со ссылкой на турецкую газету Sabah, об этом, возвращаясь из зарубежной поездки, заявил президент Турции Реджеп Тайип Эрдоган, отвечая в самолете на вопросы журналистов.

    “Программа нашей партии постоянно меняется. Кроме того, могут быть некоторые изменения в административных механизмах внутри нашей партии. Ожидается, что сменятся и вице-премьеры. Как вы знаете, в правительстве сменились два министра. Теперь, в этом новом периоде, мы можем внести изменения на уровне как замминистров, так и министров”, – сказал он.

  • Ərdoğan Türkiyə hökumətində dəyişikliklərin anonsunu verdi

    Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər.

    Median.Az-ın “Sabah”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

    “Bizim partiya proqramımız daim dəyişir. Bundan başqa, inzibati mexanizmlərdə, partiyamız daxilində bəzi dəyişikliklər ola bilər. Baş nazir müavinlərinin də dəyişilməsi gözlənilir. Bildiyiniz kimi, hökumətdə iki nazir dəyişdi. İndi bu yeni dövrdə həm müavinlər, həm nazirlər səviyyəsində dəyişikliklər edə bilərik”, – deyə o bildirib.

  • Bakıda zavodda faciəli hadisə – VİDEO

    Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb.

    “Qafqazinfo” xəbər verir ki, görüntülərin Biləcəri qəsəbəsində lentə alındığı və zavodda çalışan 20 yaşlı oğlanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyi bildirilib.

    Əldə etdiyimiz məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

    Həmin görüntüləri təqdim edirik:

  • Пашинян: ФСБ России может быть предоставлена функция мониторинга за дорогой в Зангезуре

    Представителям Федеральной службы безопасности (ФСБ) России может быть предоставлена лишь функция мониторинга за дорогой в Сюнике (Зангезур – ред.).

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил премьер-министр Армении Никол Пашинян в ходе конференции “Перекресток мира: объединяя безопасность и демократию”.

    Он процитировал 9-й пункт Трехстороннего заявления от 9 (10) ноября 2020 года, акцентировав внимание на предложении: “контроль за транспортным сообщением осуществляют органы Пограничной службы ФСБ России”.

    Ранее вице-премьер РФ и сопредседатель трехсторонней рабочей группы от российской стороны Алексей Оверчук заявил, что Россия всегда готова содействовать процессу разблокировки коммуникаций на Южном Кавказе, исходя из принципов суверенитета, территориальной целостности и юрисдикции Армении. Оверчук также заявил, что разблокирование экономических и транспортных коридоров на Южном Кавказе возможно только с участием России.

  • Paşinyan: “Rusiya FTX-yə Zəngəzur yoluna monitorinq funksiyası verilə bilər”

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nümayəndələrinə Sünikdəki (Zəngəzur – red.) yola yalnız monitorinq funksiyası verilə bilər.

    Median.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanı birləşdirərək” konfransında bildirib.

    O, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndini sitat gətirərək, “nəqliyyat əlaqələrinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti orqanları həyata keçirir” cümləsinə diqqət çəkib.

    Daha əvvəl Rusiyanın baş nazirinin müavini və üçtərəfli işçi qrupunun Rusiya tərəfindən həmsədri Aleksey Overçuk bildirmişdi ki, Rusiya həmişə Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq kömək etməyə hazırdır. Overçuk, həmçinin, qeyd edib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

  • Namiq Mənanın restoranında DAVA – SAXLANILAN VAR

    Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında insident baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, restoranda müştəri qismində olan 1986-cı il təvəllüdlü İ.Həsənov (şərti) dava-dalaş salıb.

    O, restoranın qab-qacaqlarını sındırıb, ünvansız söyüşlər işlədərək iaşə obyektinin iş rejimini pozub. Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərib.

    Daha sonra saxlanılan şəxs polis şöbəsinə aparılıb və barəsində inzibati xətaya dair protokol tərtib edilib.

    Abşeron Rayon Məhkəməsinin qərarı ilə İ.Həsənova 8 sutka inzibati həbs cəzası verilib.

    Qeyd edək ki, hadisənin baş verdiyi restoran tanınmış meyxanaçı Namiq Mənaya məxsusdur.

  • Qubada su borusu partlayıb, yolda hərəkət çətinləşib – VİDEO

    Qubada su borusunun partlaması yolda hərəkəti çətinləşdirib.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla sosial şəbəkədə bağlı görüntülər yayımlanıb.

    Qeyd olunub ki, hadisə Qubanın Küsnətqazma kəndində baş verib. Belə ki, su borusunun partlaması nəticəsində yaranan fontan sürücülərin yolu görməsinə əngəl törədərək, hərəkəti çətinləşdirib.

  • Ötən ay Azərbaycanda bu məhsullar ucuzlaşdı

    Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, sentyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın, şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətində, azalma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün, ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.

    Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Müdafiə naziri: Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir

    Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir.

    “Report” xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov oktyabrın 12-də keçirilən xidməti müşavirə zamanı deyib.

    O bildirib ki, hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılması, təminat yollarının daim işlək vəziyyətdə saxlanılması önəmlidir.

  • DİQQƏT! Bakının bu prospektində qısamüddətli təmir işləri aparılır

    Nəsimi rayonu, Alı Mustafayev keçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilir ki, bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.