Month: October 2024

  • Знаменитый американский рэпер Akon прибыл в Баку

    Всемирно известный сенегальский и американский певец, рэпер, автор песен, музыкальный продюсер и предприниматель, легенда хип-хопа и R&B AKON Эйкон (Akon) прибыл в Баку для подготовки к завтрашнему концерту.

    Артист прогулялся по бакинским улицам и сфотографировался с фанатами.

    Отметим, что концерт рэпера состоится завтра в Baku Crystal Hall.

  • Məşhur reper Akon Bakıdadır

    Məşhur reper Akon Bakıya gəlib.

    Sənətçi sabah paytaxtda konsert proqramı ilə çıxış edəcək.

    İfaçı konsertdən əvvəl bu gün Bakını gəzib və şəhəri kəşf etmək fürsəti əldə edib.

  • Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi

    Bakıda tələbə qıza mesajlar yazaraq ona əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, oktyabrın 7-si Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət edən Sosial-İqtisad Kollecinin tələbəsi A.Nemətova (şərti soyadlı) Fikrət adlı şəxsin ona nalayiq mesajlar yazdığını və hədələdiyini bildirib.

    Şikayətçi ərizəsində həmin şəxsin müxtəlif vasitələrlə onu narahat etdiyini deyib:

    “İki gün əvvəl “Telegram” tətbiqindən Fikrət adlı şəxs mənə yazaraq təhsil aldığım kollecdə məni gördüyünü və tanış olmaq istədiyini bildirmişdi. Mən ona etirazımı bildirdikdə bu dəfə “Instagram”dan narahat etməyə başladı. Fərqli hesablardan yazaraq qeyri-etik ifadələr işlədib, mənə əxlaqsız təkliflər edib. 7 oktyabr 2024-cü il tarixdə təhsil aldığım kollecdə dərs zamanı yenidən yazaraq və dəfələrlə zəng vuraraq narahat edib. Məni hədələyərək kollecdən kənarda gözlədiyini bildirib. Həmin şəxsə onu polisə verəcəyimi deyəndə isə bundan çəkinmədiyini söyləyib. Onun bu əməlləri məndə çox böyük psixoloji təsir yaradıb”.

    Müraciət əsasında araşdırma aparılıb və 1994-cü il təvəllüdlü Fikrət Mehdiyev saxlanılıb. Onun barəsində polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə 30 yaşlı F. Mehdiyevə dörd sutka inzibati həbs cəzası verilib.

  • Армянский народ не хочет в Евросоюз?

    Инициатива о проведении референдума по вопросу присоединения Армении к Европейскому союзу столкнулась с серьезными трудностями. Сбор подписей в поддержку этой идеи, начавшийся 16 сентября, пока не принес желаемых результатов.

    Как передает Median.Az, об этом пишет газета “Жоховурд”.

    По данным издания, на данный момент собрано лишь около 33 000 подписей из необходимых 50 000, несмотря на то, что кампания проходила не только в столице Ереване, но и в регионах страны. Инициаторы выражают недовольство такими низкими показателями, ведь их ожидания были намного выше.

    Ситуация осложняется тем, что в случае отклонения проекта парламентом, для проведения референдума потребуется уже 300 000 подписей, что может стать непреодолимым препятствием. У авторов инициативы есть время до 14 ноября, чтобы собрать 50 000 голосов и представить проект в парламент. Однако вероятность его отклонения весьма велика.

    Премьер-министр Армении Никол Пашинян ранее заявил, что не видит необходимости в таком референдуме, поскольку “знает мнение народа”. Более того, на закрытой встрече с членами своей политической команды он предупредил, что референдума о присоединении к ЕС проводиться не должно.

    Ранее о том, что сбор подписей в Армении о присоединении к ЕС идет очень медленно, писала газета “Грапарак”.

    В начале сентября Центризбирком Армении утвердил решение зарегистрировать гражданскую инициативу, которая планирует начать сбор подписей по вопросу “присоединения Армении к Евросоюзу”. В гражданской инициативе – 51 человек, ее уполномоченный представитель – экс-глава Минюста и один из учредителей прозападной партии “Республика” (сотрудничает с партией власти) Артак Зейналян.

    Напомним, 21 июня в парламенте Армении прошли слушания по вопросу возможного референдума о подаче заявки на членство в ЕС. Согласно армянскому законодательству, если в течение 60 дней им удастся собрать 50 000 подписей, то инициатива будет включена в повестку дня парламента и по ней проголосуют депутаты законодательного органа.

  • Ermənistanda növbəti ikitirəlik: Avropa İttifaqına qoşulmaq istəmirlər?

    “Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı imzaların toplanması ümidləri doğrultmur”.

    Bu barədə Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

    Nəşr qeyd edir ki, bu proses sentyabrın 16-da başlayıb, lakin təşəbbüskarlar nəticələrdən razı deyillər. Məlumata görə, gözləntilər xeyli yüksək olsa da, indiyədək səslərin 2/3-si (tələb olunan 50 mindən təxminən 33 mini) toplanıb.

    Nəzərə alsaq ki, imzaların toplanması təkcə İrəvanda deyil, ölkənin regionlarında da həyata keçirilib, göstəricilər kifayət qədər aşağıdır. Üstəlik, parlament layihəni rədd edərsə, artıq 300 min imza toplamaq lazım gələcək ki, bu da ciddi problemə çevriləcək.

    Təşəbbüs müəllifləri noyabrın 14-dək 50 min səs toplayıb parlamentə təqdim etməlidirlər. Əgər rədd edilərsə, 60 gün ərzində Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi üçün 300 min səs tələb olunacaq.

    Nəşr yazır ki, layihənin rədd edilmə ehtimalı çox yüksəkdir, çünki baş nazir Nikol Paşinyan xalqın fikrinə bələd olduğunu və belə bir şeyə ehtiyac görmədiyini daha əvvəl bildirib. Üstəlik, siyasi komandasının üzvləri ilə qapalı görüşdə Paşinyan xəbərdarlıq edib ki, belə bir referendum keçirilməməlidir.

    Qeyd edək ki, daha əvvəl başqa bir Ermənistan KİV ölkədə Aİ-yə daxil olmaq üçün imza toplanmasının çox ləng getdiyindən yazmışdı.

    Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin “Avropa İttifaqına daxil olması” məsələsi ilə bağlı imza toplamağa başlanmasını nəzərdə tutan vətəndaş təşəbbüsünün qeydə alınması qərarını təsdiqləyib. Vətəndaş təşəbbüsündə 51 nəfər var, onun səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinin keçmiş rəhbəri və qərbyönlü Respublika Partiyasının (hakimiyyətdəki partiya ilə əməkdaşlıq edən) qurucularından biri olan Artak Zeynalyandır.

    Həmçinin, xatırladaq ki, iyunun 21-də Ermənistan parlamentində Aİ-yə üzvlük üzrə müraciətlə bağlı mümkün referenduma dair dinləmələr keçirilib. Ermənistan qanunlarına görə, əgər 60 gün ərzində 50 min imza toplaya bilsələr, o zaman təşəbbüs parlamentin gündəliyinə salınacaq və qanunverici orqanın deputatları buna səs verəcəklər.

  • Трагедия в Агджабединском районе: 20-летняя роженица стала жертвой врачебной халатности

    Трагический инцидент произошел в Агджабединском районе. 20-летняя Тахмина Гулиева, родившая первенца путем кесарева сечения, впала в кому из-за врачебной ошибки при переливании крови.

    Муж пострадавшей, Эльмеддин Гулиев, сообщил Oxu.Аz, что 9 октября у них родилась дочь. Из-за кесарева сечения потребовалось переливание крови, но врачи перепутали группу крови и перелили Тахмине кровь группы III(+) вместо II(+).

    “Врач сказал, что произошло отравление крови. Вызвали другого врача из Баку. Уже четыре дня она в коме”, – рассказал супруг.

    В ответ на запрос Oxu.Аz в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB), 8 октября Тахмина Гулиева (2004 г.р.) была переведена из Агджабединской центральной районной больницы (ЦРБ) в родильное отделение Бардинской ЦРБ, где ей провели кесарево сечение.

    “После операции из-за анемии ей перелили кровь, но возникла аллергическая реакция, и пациентку перевели в реанимацию, где она находится по сей день. Гемодинамические показатели стабильны. Заявление родственников пациентки будет тщательно расследовано соответствующей комиссией TƏBİB”, – добавили в объединении.

  • Səhv qan köçürülməsi gənc ananı komaya saldı – İDDİA

    Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan 20 yaşlı Təhminə Quliyeva ilk övladını dünyaya gətirərkən həkim səhvi nəticəsində komaya düşüb.

    Belə bir iddia ilə oxu.az-a onun həyat yoldaşı Elməddin Quliyev müraciət edib.

    O bildirib ki, oktyabrın 9-da dünyaya gələn qız övladı əməliyyat yolu ilə doğulduğundan qan köçürülməsinə ehtiyac yaranıb. Lakin həkimlər qan qrupunu səhv müəyyənləşdirərək gənc qadına “+2” əvəzinə “+3” qan qrupu köçürüblər.

    “Yoldaşımın 20 yaşı var. Ayın 9-da birinci övladımız dünyaya gəlib – qızımız olub. Uşağı əməliyyatla götürüblər deyə qan lazım olub. Qanı isə düz köçürməyiblər. Həkim deyib ki, qanında zəhərlənmə olub. Bakıdan həkim çağırılıb. Dörd gündür ki, komadadır. Bakıya aparmaq istədilər, amma vəziyyətinə görə mümkün olmadı”, – deyə şikayətçi bildirib.

    Müraciətlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

    Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, 8 oktyabr 2024-cü il tarixdə, saat 13:30-da 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə hospitalizasiya olunub.

    “Pasiyentə 40 həftə 4 günlük hamiləlik, döl başının yüksək duruşu, anemiya diaqnozu təyin edilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

    Əməliyyatdan sonra xəstəyə hemotransfuziya olunub. Xəstədə allergik reaksiya müşahidə olunduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi reanimasiyada davam etdirilir. Hemodinamik göstəriciləri stabildir.

    Pasiyentin yaxınlarının iddiası TƏBİB-in aidiyyəti komissiyası tərəfindən ətraflı araşdırılacaq”, – deyə məlumatda bildirilir.

  • “Turan Tovuz” klubunun stadionunun ot örtüyünün dəyişdiriləcəyi tarix bəlli olub

    Tovuzda yeni təlim-məşq bazasının tikintisinə hazırlıqlar davam edir.

    Bu barədə “Turan Tovuz”un mətbuat xidməti məlumat yayıb.

    Bundan başqa, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Bu proses Gəncə şəhər stadionunun inşası başa çatdıqdan sonra start götürəcək. Ot örtüyünün dəyişdirilməsi müəyyən vaxt alacağından və komandanın azarkeşlərdən uzaq düşməməsi üçün Tovuz təmsilçisi ev oyunlarını Gəncədəki arenada keçirəcək.

    Hazırda Gəncədə yeni stadion inşa edildiyi üçün “Kəpəz” komandası rəqiblərini Tovuzda qəbul edir.

  • Mingəçevirdə kişi döyülərək öldürüldü: Oğlu saxlanıldı

    Mingəçevirdə kişi öldürülüb.

    Bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydər Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydər Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Toya gedən müğənni və prodüseri qəzaya düşdü – FOTO

    Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

    Müğənni Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

    Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

    Faktla bağlı araşdırma aparılır.